Dərsliklərimizin halı və vəziyyəti

08:24 / 09.01.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycanda dərslik yazmaq ənənəsi var. Azərbaycanda ənənəvi dərsliklərdən istifadə etmək, onları öyrənmək ənənəsi isə hələ öz həllini tapmayıb.
 
Mən dərslik tarixindən xəbərdar olan insanlardan biriyəm. Mətbuatda dərsliklərin problemlərindən danışılanda mütləq öz fikrimi bu işlə məşğul olanlarla bölüşməyə çalışıram. İlk dərsliklərimizdən də, müasir dərsliklərdən də az-çox məlumatım var. Bəzən xarici ölkələrdən dəvət olunan mütəxəssislər bizə dərslik siyasətini öyrətməyə cəhd edirlər. Bu, çox qorxulu nəsnədir. Dərslikdə milli adət-ənələr daha qabarıq şəkildə özünü göstərməlidir. Təəssüf ki, dərslik müəlliflərinə, bu dərsliklərə hələ dərslik çap olunmamışdan qabaq rəy yazanlara elə gəlir ki, onların sözü daha önəmlidir.  

2014-cü il dekabrın 13-də Şamaxıda "MƏCLİS MƏKTƏBİ" adı ilə tanınan (indiki Şamaxı Avropa Liseyi) məktəbin - babamın və atamın vaxtı ilə oxuduqları məktəbin 140 illik yubileyinin təntələlərini keçirilirdi.  

 Əslində bu yubileyin keçirilməsinə çalışanlardan biri də mən idim. Yubileyə dəvət olunmalarına baxmayaraq, bir sıra dəvətlilər vaxt tapıb tədbirə gələ bilməmişdilər. Yaxşı ki Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev dəvəti qəbul etmişdi. Onun tədbirdəki proqram xarakterli çıxışında dərslik məsələlərinə də toxunuldu. Yubiley rayon səviyyəsində keçirilsə də, Şamaxıda təhsili qiymətləndirməyi bacaranlar tədbirə yaxşı hazırlaşmışdılar. Ən maraqlı cəhətlərdən biri bu oldu ki, tədbirdə dərslik məsələrəri təhsilin ən vacib məsələlərindən biri kimi qiymətləndirildi. Bu yanaşma çox maraqlı və yaddaqalan oldu. 
Tədbirdə Şamaxı Avropa Liseyi ilə qardaşlaşan təhsil ocağının - Bakıdakı Avropa Azərbaycan Məktəbinin direktoru Qraem Pollock Azərbaycan təhsil tarixinə öz heyranlığını gizlətmədi, çıxışında bu məsələdən ürəklə söz açdı. Yeri gəlmişkən qeyd edim ki,Q.Pollock indi Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktorudur.

 Söhbət yaxşı təhsil ənənələri, yaxşı müəllimləri olan 1874-cü ildə görkəmli maarifçi SƏİD ƏFƏNDİ ÜNSİZADƏNİN (1825,Şamaxı-1905,İstanbul) yaratdığı, Şamaxı ruhani idarələrinin himayə etdiyi bu məktəbdədən gedir. 
"MƏCLİC MƏKTƏBİ" adı ilə tarixə düşən bu məktəbin ilk müəllimləri - CƏLALƏDDİN ÜNSİZADƏ, SEYİD ƏZİM ŞİRVANİ, məktəbin təsisçisi Səid Əfəndi Ünsizadə təhsil tariximizdə ilk dərslik yazan ziyalılarımızdandır. Onların dərslikləri hələ də müasir dərsliklərimizin müəlliflərinin çoxu ya tanımır, ya da bu dərslikləri arxiv materialı kimi dəyəndirirlər. 
XIX əsrdə dərslik yazan kənd və şəhər müəllimlərinə qayğı indikindən daha yüksək idi. Dərslik müəlliflərinin əmək haqqı digər müəllimlərin əmək haqqından xeyli fərqlənirdi. 
        
Zaqafqaziya Müəllimlər Seminariyasının 1882-ci il məzunu Rəşid bəy Əfəndizadənin 1898-ci ildə Konstantinopolda çap etdirdiyi "UŞAQ BAĞÇASI" adlı dərsliyini 3-4 nəfər tədqiqatçıdan başqa, məncə, ciddi şəkildə oxuyan yoxdur. "UŞAQ BAĞÇASI" dərsliyinin müəllifi ibtidai məktəb müəllimi idi. O, cəmi 3 il - 1879-1882-ci illərdə Azərbaycan dilinin işlənmədiyi yad bir şəhərdə rus dilində təhsil almışdı. Amma onu dərsliyi türk dünyasına səs salmışdı. 

R.Əfəndizadənin bu dərsliyi, eləcə də 1907-ci ildə yenə də Konstantinopolda çap etdirdiyi müsəvvər-şəkilli "BƏSİRƏTÜL-ƏTFAL" dərsliyi bu gün də əhəmiyyətli bilgi mənbəyidir. Onu da deyim ki, bu dərslikdəki şəkillərin -illüstrasiyaların müəllifi məşhur rus rəssamı V.A.Taburindir. 
V.A.Taburin (1870-1954) həm yazıçı və jurnalist kimi, həm də reklam və kitab illütrasiyaçısı rəssamı kimi tanınır. O, A.Puşkin, M.Lermontov, N.Qoqol, İ.Turgenyev, N.Leskov, A.Çexov kimi rus şair və yazıçılarının bir sıra kitablarına maraqlı illisturasiyalar çəkmişdir. V.Taburinin belə nüfuzlu söz ustaları ilə əməkdaşlığından sonra R.Əfəndizadənin dərsliyini illüstrasiyalarla zənginləşdirməsi rus-Azərbaycan ədəbi və pedaqoji əlaqələrinin tarixində ciddi öyrəniləsi çalışmalardan biri kimi dəyərləndirilməlidir.

Çox təəssüf ki, bəzi dərsliklərimizdəki illüüstrasiyalar şagirdlərin bədii zövqünün formalaşdırılmasında və mövzuların ideya və məzmununun öyrənilməsində qabaqcadan düşünülən fikirləri reallaşdıra bilmir. 
Mənə elə gəlir ki, Azərbaycanda kitab illüstrasiyası ilə ilgili məsələlər müvafiq yaradıcı qurumların diqqətini cəlb etməlidir. Bu günkü dərsliklərimizin ziddiyyətli məqamları hamımızı düşündürməlidir. Həm aşağı, həm də yuxarı sinif şagirdləri dərsliklərə böyük inamla yanaşırlar. Dərslikdəki səhvlər onları narazı etməməlidir. Bu gün yuxarı siniflərə aid Azərbaycan dili və ədəbiyyat dərslikləri şagirdlərin dilçilik və ictimai-ədəbi fikir tariximizin dərindən öyrənilməsində daha səmərəli və yüksək elmi təfəkkür tərzini formalaşdırmalıdır. Bu gün məktəblilərə aid lüğətlərin hazırlanmasında böyük canlanma hiss olunur. Bu, təqdirəlayiq hadisə olsa da,bu işdə heç kəsin hesabat vermədiyi xaos hökm sürməkdədir. Hələ klassik ədəbi irsimizi mükəmməl öyrənməkdən ötrü kiçik həcmli ərəb və fars sözləri lüğətimiz yoxdur. Dərsliklərin mükəmməlləşdirilməsi sahəsində problemlərimiz çoxdur. Dərslik yazmaq işini hər kəsə tapşırmaq düzgün deyil. Bu iş bu sahənin bilicilərinə tapşırılmalı, görülən iş ciddi şəkildə araşdırılandan sonra nəşriyyatlara yol açmalıdır.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM