(hekayə)
Yenə də anamla atam dalaşır. Neyləyim? Gedim atamın ayaqlarını qucaqlayım ki, vurma. Ya anamı qucaqlayım ki, kötəklər mənə dəysin. Qoy bir az gözləyim. Nə qədər dalaşmaq olar axı? Qısqanclıq nə pis şeymiş. Böyüyəndə mən heç vaxt qısqanc olmayacağam.
Hər gün belədir. Atamın evə girməyini görürük. Başlayır ki, “ay arvad, bu nə siqaret iyidir gəlir səndən?”, yaxud da ki, “üstündəki ağ ləkələr nədir?”. Tərlədiyi üçün çıxarıb teldə asdığı alt paltarı görəndə də qısqanır. Anam isə evdar qadındır. Bütün günü evdə olur. Dükan-bazara da getmir. Məni göndərir.
Atam anamdan düz on dörd yaş böyükdür. Səhər tezdən yuxudan durur. Binamıza yaxın stadionda qaçır, turnikdə dırmanır, pres hərəkətləri, idman edir. Sonra evə gəlib soyuq suyla yuyunur, nahar edib işə yollanır. Bütün günü də işdə olur. İqtisadçıdır. Axşam yorğun-arğın gəlir. Gələn kimi də başlayır davaya. Çarpayının altına baxır, yatağı iyləyir. Sonra iri əlləriylə anamın balaca başını ovcuna alaraq sıxır, başına yaxın gətirərək, “gözümün içinə düz bax” deyə qışqırır. Anamın da gözləri atamın ovcunun təzyiqindən bərələ-bərələ az qalır hədəqəsindən çıxsın. İki dəqiqə bir-birlərinə gözlərini dikib dururlar. Sonra atam sağ əlini yuxarı qaldırıb anamın üzünə yağlı bir şillə çəkir. O da “vay dədə, öldüm” deyərək sərələnir yerə. Atam birin də vurmaq istəyəndə mən çatıram anamın hayına. O da mənə görə day vurmur.
Bir az keçəndən sonra isə atam heç nə olmamış kimi anamı qucaqlayır, telini sığallayır. Bundan nazlanan anam “başımdan bərk sıxma, ağrıdır” deyəndə bir az əvvəl əliylə sıxdığı, şillə vurduğu yerləri öpüşə qərq edir. Mən də sevinə-sevinə hər ikisini qucaqlayıb onlara qoşuluram. Mehriban ailəyik. Bircə vuruşmaqları olmaya da.
İndi isə qarışmayacağam. Qoy qırsınlar bir-birlərini. Day bezmişəm.
- Ay ana, öldüm.
- Can, ana!
Bezmişəm, nə qədər belə davam edəcək axı?
- Ay dədə, öldüm.
O biri otaqda atam anamı döyür. Mən də necə sakit dayanmışam e... Yox. Otağımdan bir addım da atan deyiləm. Bir azdan onsuz da barışacaqlar. Hə... deyəsən sakitləşirlər. Anam mətbəxə keçdi. Çaxmağın səsi gəlir. Yəqin qazı yandırıb, xörəyi isidir. Süfrə açır. İndi də məni çağıracaqlar.
- Ənik, gəl yeməyini ye.
Dedim, axı. Barışıblar.İndi də başlayacaq dərslərimlə maraqlanmağa.
- Məktəbdə nə var, nə yox? Dərslərin necədir?
- Yaxşıdır. Bircə cəbrdən çətinliyim var.
- Həmişə belə olur. Mən iqtisadçı. Uşaq isə riyaziyyatdan əziyyət çəkir. Çəkib də anası tərəfə.
- Ata, bu nə addır e qoymusuz mənə. Uşaqlar bütün günü sataşır. “Ərik” deyirlər, “şaftalı” çağırırlar məni.
- Ay bala, onlar nə başa düşür Ənik nədir? Mənim adım Bozqırdırsa, sən də Ənik olmalısan. Sən araya söz qatma, niyə dərslərini yaxşı oxumursan? Sən başa düşürsənmi ki, Boz Qurd nəslindənsən? Sən indi Əniksən. Böyüyəndə Bozqır, Boz qurd olmalısan. Yaxşı oxumalısan ki, iş-güc sahibi olasan. Ailənə çörək gətirə biləsən. Mənim kimi.
Bəlkə mən də bir-iki sual verim. Yoxsa dayanmayacaq. Düz “Xəbərlər” başlayana qədər tənbeh edəcək.
- Ata, məni attraksiona nə vaxt aparacaqsan?
- Nə vaxt dərslərini yaxşı oxusan onda.
Deməli heç vaxt. İndi də anama göstəriş verməyə başlayacaq.
- Ay qız, Asena, kostyumumu hazırla, şalvarı, köynəyi ütülə. Səhər tezdən çatdırmırsan. İşə gecikirəm.
- Yenə bəzənib, düzənib hara gedəcəksən?
- Bazlığa. Yandırıb tökürsən e məni. Adam səhər tezdən hara gedər?
- Bəs sən mənim üstümü iyləyəndə, yatağı mikroskopdan keçirəndə yaxşıdır, mən deyəndə pis? O gün də kostyumunun üstündən sarı tük tapmışam
- Başlama... Maşınım yoxdur. Avtobusda yəqin kimdənsə yapışıb.
- Hələ köynəyindəki pamada ləkəsini demirəm. İndi deyəcəksən ki, o da dönərdən süzülən tomat ləkəsidir.
- Sənə dedim ki, başlama.
- Hələ ağ ləkələri demirəm. Ehtiyatla iç bu ayranı da. Balaca uşaqsan?
- Bax sonra da televiziyanın “İnsan və qanun” verilişində deyəcəklər ki, filankəs arvadını basdı öldürdü. Taqsır da kişidədir. Ay arvad, əsəbləşdirmə məni.
- Yaxşı. Gedim kostyumunu hazırlayım. Bir azdan serial başlayır.
Yaxşı qurtardıq. Dava-dalaş olmadı. Mən də dərslərimi hazırlayım. Ən maraqlı yeri bir azdan başlayacaq. Hə. Serial başlayır.
- Bozqır, gör necə sevirlər bir-birilərini. Ər-arvaddırlar e özü də.
- Məni bu serial maraqlandırmır. Heyf deyil “Qurdlar vadisi pusu”. Lap Boz qurdların kinosudur. Basıb-kəsən, vurub-yıxan.
- Yaxşı şey öyrənməzsən orda. Toçnı ordakı kimi döyürsən məni. Heç uf da demirsən. Elə bil ki, düşmənimsən.
- Yaxşı, gəl otur yanımda.
- Yox.
- Gəl dedim bura.
- Hə . Oturdum. Nədi? Boynumu sıxma. Ağrıdır. Əlinin izinə bax?
- Yaxşı. Mmmmaç.
- Yavaş öp. Şillənin yeri də incidir.
Vsyo da. Başlandı. Bax, ay ata, deyən lazım ki, bayaq döyməyin nə idi, indi öpməyin nə?
- Ay Bozqır, bax, gör necə mehribandırlar? Özü də ki, əri ona “aşkım” deyir.
- Nə olsun ki?
- Sən də mənə “aşkım” de də.
- Demirəm.
- De də... nə olar? Həmişə demirdin ki, ilk məhəbbətim sənsən?
- Deyirdim.
- İndi də “aşkım” de də.
- Demirəm.
- Heç demə. Gör arvadın nə çox istəyir. Qulluqçular tutub. Əlini ağdan-qaraya vurmağa qoymur.
- Gicdi də... Bəs onda niyə evlənib. Milyoner adamdır. Gəzib keyf eləsin özüyçün də...
- Bax, bax, brilyant kolye bağışlayır arvadına ad günündə. Sən mənə nə bağışlamısan axırıncı dəfə.
- Süpürgə.
- Elə demə də... Aldığını heç edirsən e. Denən Qızılgül. Gül-çiçək.
- Alanda, bağışlayanda gül idi. Bağrına basdın, qoxuladın, sevindin. İki gündən sonra soldu, aparıb atdın zibilliyə. Süpürgə alsaydım ondan yaxşı idi. Heç olmasa iki ay süpürərdin evləri.
- Bozqır, varlananda sən də mənə brilyant bağışlayarsan?
- Hə.
- Evə qulluqçu tutarsan?
- Hə.
- Maşın, şofer ayırarsan. Məni dükan-bazara, anamgilə aparsın?
- Hə.
- İnşallah, inşallah.
Bu bizim gündəlik həyatımız idi. Atam istirahət günləri evdən bayıra çıxmır. Divana sərələnib hey yatırdı. İşlədiyi altı günün yorğunluğunu çıxarardı. Hərdən nənəmgilə gedərdik. Amma qısqanclığından qalmırdı. Avtobusda, metroda biri anama baxanda az qalırdı ki, üstünə hoppansın həmin adamın. Dava-dalaş da salırdı. Amma bir nəfərin “belə qeyrətli kişisən, maşın al. Maşınında gəzdir ailəni. Yoxundur. Taksiyə min. Bura avtobusdur. Biri o birinə baxırsa o demək deyil ki, sataşır. Bizim də ana-bacımız var. Sən başqa cür fikirləşirsənsə oğraş özünsən” deməsindən sonra pərt olmuşdu. Ona görə qısqanclığından partlasa da heç kimə bir söz demirdi. Maşına, taksiyə isə pulumuz yox idi. Yox, pis dolanmırdıq. Yeməyimiz də vardı, paltarımız da. Amma neyləyək ki, varlı deyildik. İldə iki dəfə sirkə gedərdik. Şirlər, pələnglər, heyvanlar daha maraqlı gəlirdi mənə. Bütün heyvanları görmüşdüm sirkdə. Bircə canavarlardan başqa.
- Ata, canavarları niyə gətirmirlər sirkə?
- Canavar yox, boz qurd. Heç vaxt. Boz qurdlar heç vaxt itaətə öyrəşmirlər. Onları əhliləşdirmək mümkün deyil. Qəfəsə sal... bağırları çatlayıb öləcəklər. Qəfəsdən buraxsan belə, nəsli onu qəbul etməyəcək. Çünki insanın əlindən çörək yeyib. Hazıra öyrəşib. Əsl boz qurd ov eləməlidir, ailəsin yedizdirməlidir. Qəfəsdən buraxılan sürüdən qovulur. Yalquzaq kimi də ölüb məhv olur.
- Bəs axı kitablarda canavar yazılıb?
- Ola bilər. Amma canavar başqa şeydir, boz qurd ayrı. Boz qurd yanı balalı heyvanı parçalamaz. Sürüdən bir ov seçər – tələbatına görə. Day canavar kimi beş-altısını boğub murdarlamaz.
- Ata, bəs mənim adımın mənası nədir?
- Əmini, mənim qardaşım Əniki tanıyırsan da. Çox istəyirəm əclafı. Atam öləndə onu mənə tapşırıb. Neyləyək ki, əlindən bir iş gəlmir. Bivecdir. Onun şərəfinə sənin adını Ənik qoymuşam. Amma tarixən Ənik Boz qurdun balasına deyərlər. Asena isə arvadına. Ənik nə vaxtsa Boz qurd ola bilər. Amma ov edə bilməsə ömrünün axırınacan beləcə Ənik çağırarlar.
Atam mənə belə dərs keçirdi. Mən də tutuquşu kimi bunları mənə “ərik”, “şaftalı“ deyən uşaqlara danışırdım. Biri deyirdi ki, mən naxçıvanlıyam, o biri deyirdi ki, yerazam, o biri kürd olmağıynan fəxr edirdi. Mən isə “Boz qurdun oğlu Ənikəm” deyəndə qaqqıltıları götürürdü aləmi. Mən də pərt olurdum. Düzün desəm özüm də başa düşmürdüm atamın dediklərini. Amma yadımda saxlayırdım. Başa düşməsəm də bilirdim ki, Boz qurd türkçülüyün rəmzidir. Bu mənim keçmişim, kökümdür.
Günlərin bir günü televizorda “Mauqli” multfilmini göstərirdilər. O meşəyə düşəndə canavar öz ailəsinə qəbul edərək öz balası kimi böyütmüşdü onu. Atam evə gələndən, adətincə anamı kötəkləyəndən sonra sual atəşinə tutdum onu.
- Ata. Mauqli də mənim kimi Ənikdir?
- O kimdir?
- Multfilmdə göstərirdilər.
- Baxmamışam.
- Necə yəni baxmamışam. Kiplinqin əsəridir. Balaca uşaq meşəyə düşür. Canavar ailəsi də onu himayəyə götürür. Müdafiə edir.
- Canavar yox. Boz Qurd. Canavar ailədən qovulmuşa deyərlər. Yalquzaq adı veriblər ona.
Beləcə həyatımız davam edirdi. Atam iqtisadçı işləyib evinə çörək gətirər, ailəsini dolandırar, anam evdar qadınlığını edər, mən isə yavaş-yavaş böyüyürdim.
Hərdən əmim bizə gələrdi. Özü dinməsə də arvadının giley-güzarı aləmi götürüdü. Atam da dözməyib uşağının cibinə pul basardı. Çox istəyirdi qardaşını. Atam Bozqır idi, o isə mənim kimi Ənik.
Beləcə həyatımızı yaşayırdıq. Günlərin bir günü atam evə tez gəldi. Anam qapını açmağını gördü. Əliylə onu itələyib evə girdi. Paltar dolabının qapılarını açdı. Çömbəlib çarpayının altına baxdı. Sonra balkona çıxdı. Damağına siqaret qoyub yandırdı. Bir-iki qullab vurduqdan sonra söndürdü. İçəri girdi. Bir kəlmə də dinmədi. Yataq otağına keçib qapını örtdü. Anam da “atandır da. Yəqin işdə əsəbləşib. Keçib gedər. Qoy dincəlsin. Get dərsini oxu” dedi. Bir az keçdi, atamdan səs çıxmadı. Beləcə üç saat keçdi. Axşama anamın yeməyi də hazır oldu. Süfrəni düzəltdi. Yataq otağının qapısını açıb içəri girdi.
- Bozqır, ay Bozqır.
Atam hay vermədi.
- Bozqır, yemək hazırdır. Əniklə səni gözləyirik.
Anam bunu deyib stola yaxınlaşdı. Mənimçün yemək çəkdi.
- Yeməyini ye. Atan da indi gələr,- deyərək yenidən yataq otağına yaxınlaşaraq qapını tıqqıldatdı. Sakitcə açaraq,- Bozqır, ay Bozqır, - deyə çağırdı.
Atam isə hay vermirdi. Birdən anamın qışqırığını eşitdim. Çəngəli atıb yataq otağına qaçdım. Atam ağzı köpüklənmiş halda dinməzcə uzanmışdı. Anam isə atamın başını qucaqlayaraq hönkürürdü.
- Ana, nə olub? Niyə ağlayırsan?-deyə soruşdum.
- Atan ölüb, ay bala. Evimiz yıxıldı.
Atamla anama yaxınlaşdım. İkisini də qucaqladım. Lap dava elədikləri vaxtlar kimi. Atamı qucaqlamaq istədim. Amma anam atamın başını qucaqlayıb buraxmırdı. Əzizləyirdi, oxşayırdı. Bir anlıq duruxdum. Elə bil anam atamı yaxşıca kötəkləmişdi, indi isə könlünü alırdı. Barışmaq istəyirdi. Atam isə gözlərini sıxıb dinməzcə uzanmışdı. Özünü naza qoymuşdu elə bil. Anam ha “Bozqır, Bozqır” qışqırsa da gözünü açmırdı. “Bozqır, mənəm e... sənin Asenan. İylə üstümü. Üstümdən siqaret iyi gəlir. Bax, ağ ləkələri görürsənmi. Alt paltarımı da eyvandakı ciyədən asmışam” desə də atam danışmırdı, dinmirdi. Dinməzcə uzanmışdı.
Anamın sözüylə əmimə zəng etdim. O da gəldi. Təcili yardıma zəng etdik. Məəttəl qalmışdım ki, həkim niyə çağıırırlar. Axı, atam xəstə deyil. Amma sonra başa düşdüm ki, demə, ölü kağızı almaq üçün həkim arayışı lazımmış, ona görə. Sonra başqa qohumlarımız da gəldi. Belə qərara gəldilər ki, atamı baba yurdunda – kənddə dəfn eləsinlər. Maşınlara doluşub yola çıxdıq. Adət-ənənəyə görə atam dəfn olunandan sonra yeddi gün də kənddə qaldıq. Yeddisini verəndən sonra şəhərə qayıtdıq. Evə girdik. Yaxşı ki, kombini söndürməmişdik. Otaqlar isti idi. Anam isə qollarını ovuşduraraq:
- Ev nə yaman soyuqdur.
- Yaxşıdır, ana. İstidir.
- Yox, ay bala, soyuqdur. Dayan kombinin hərarərtini artırım.
Bir az keçdi. Anam yenə əlini-qolunu “soyuqdur” deyərək bir-birinə sürtüşdürürdü. Yataq otağına keçib dolabı açdı. İsti jaketini çıxarıb əyninə geçirtdi, yun corablarını geyindi.
- Bu nə üşütmədir e, düşüb canıma. Ənik, acsan?
- Hə.
- Gəl səninçün qayğanaq bişirim. Vay, çörək yoxdur ki... Onda vermişil dəmləyim, üstünə də qayğanaq qoyum ye. Sabah tezdən çörək alarıq. Yaxşı?
- Hə.
Anam yeməyi bişirib boşqaba çəkdi. Yanımda oturub mənə tamaşa etməyə başladı.
- Bəs sən yemirsən?
- Yox. Toxam. Sən ye. Sonra da yat. Səhər dərsə gedəcəksən. Bir həftəni itirmisən. Eybi yox çatarsan dostlarına. Axı sən Əniksən. Gələcəyin Boz Qurdusan.
- Narahat olma, ana.
Sabah nə olacaqdı. Bilmirdi anam. Nənəm də, babam da himayə durmamışdı ona. Əmim arvadı da “biz öz ailəmizi güclə saxlayırıq” deyə əmim Ənikdən qabaq dillənmişdi. Bir sözlə anam tək qalmışdı. Nə fikirləşirdi, bilmirəm. Yəqin sabahdan iş axtaracaqdı.
- Yeməyini yedin? Dur yat, mənim balam.
- Yaxşı, ana. Atam daha gəlməyəcək, hə?
- Yat. Bax indi sənə baxır. O səni görür. Amma sən onu görmürsən. Ruhu həmişə sənin yardımçın olacaq.
- Ana, ruh nədir?
- Bala, heç özüm də bilmirəm nədir. Belə deyirlər.
Mən otağıma keçdim. Çarpayıma uzandım. Amma gözümə yuxu getmirdi. Yataq otağının qapısı aralı idi. Anamın səsi gəlirdi.
- Hə, bir azdan serial başlayacaq. Onacan Bozqırın kostyumunu səliqəyə salım. Yoxsa yenə başlayacaq deyinməyə ki, şalvarının ütüsü pozulub. Qoy ütünü salım. Hə, qızdı. Yox. Marlıyıa ütüləyim. Birdən yandırıb eləyərəm – səsi götürəsək aləmi. Görəsən sabah işə hansı köynəyi geyinəcək? Yəqin ki, bunu. Polosatını. Qalstuk da ki... göy rəngdən xoşu gəlir. Qoy veşalkaya keçirim. Ayaqqabılarını da parıldadım. Şotkayla? Yox. Təzə alıb. Cızılar. Nəfəsimi verim köhnə corabıyla silim. Hö-Hö-Hö. Bah, par-par parıldadı ki. Kostyumunu divardan asım, ayaqqabını da aşağısına qoyum. Bəh-bəh. Necə Bozqıra oxşadıye. Bircə başı yoxdur. Lap elə bil təzəbəydir. Bu cür əri qısqanmayasan, neyləyəsən?
- Ana, ay ana, - deyə yataq otağının qapısını azca araladım.
- Can ana.
- Kiminlə danışırsan?
- Kiminlə danışacağam ki, ay bala, atanın təzə kostyumuyla. Evdə tapılır ki, hələ bir özüylə də danışım?
- Mən də elə bildim ki, atam qayıdıb.
- Yox, ay bala, qayıdanda sənə xəbər verərəm.
- Ana, müəllimə ingilis dilindən kitab demişdi, onu alarsan?
- Atana deyərəm alar. Sən yat.
- Gecən xeyrə.
- Xeyrə qarşı.
Yenidən çarpayıma uzandım. Yuxuya gedə bilmirdim. Qonşu otaqdan isə anamın səsi gəlirdi.
- Hə... Bozqır. Kostyumun da hazır. Bəs bu harda qaldı? Qoy telefonuna bir zəng edim. Bağlıdır ki... Yəqin dostlarıyla hardasa pivə içir. Televizoru yandırım. Səssizlikdən lap qulağım batır. “Qurdlar vadisi pusu”da başlayıb. Harda olsaydı özünü yetirərdi. Bundan nə əcəb yoxdur. Amma kostyumu qiyamətdir a...İndi gələcək əlləriylə başımı tutacaq. Ovcuna alaraq gözlərinə yaxın gətirəcək. Qışqıracaq ki, “gözlərimin içinə düz bax”. Sonra da əlini qaldıracaq. Yox, belə düz demirəm. Qoy pencəyini geyinib güzgünün qabağında durub göstərim. Hə. Geyindim. Sol əliylə başımı bax beləcə saxlayacaq, sağ əlini yuxarı qaldırıb sol üzümə şillə vuracaq. “Şappp”. Mən də “vay dədə, öldüm!” deyib sərələnəcəyəm yerə. Bax belə. Aaaa, pencəyini əzdim ki, gəlib deyinəcək. Ölürəm də onun bu sözüyçün – “aaaz, gəlib səni çırnıyaram aa..”. Harda qaldı ye bu. Lap darıxdım şilləsiyçün. Hə şillə vurandan sonra da başlayacaq məni sığallamağa. Yox belə alınmır. Arxamı kostyuma tərəf qoy çevirim. Hə. İndi pencəyin sol qolunu boynuma salım. Hə. İndi də üzümə sürtüm. Can, Bozqır, pencəyinin qoluna qurnban olum. Harda qaldı ye bu. Otaq da yaman istiləndi. Qoy pencərəni açım. Nə yaxşı hava var. Mən də səhərdən üşüyürəm. Göyün də üzü tərtəmizdir. Ay da aydın görünür. Aaa... Bu ki, Bozqırdır. Ədə, göydə neyləyirsən? Bu nə ağ paltardır geyinmisən əyninə. Kostyumunu ütülüyüb hazırlamışam. Ənik də səhərdən səni gözləyir. Vay ətin tökülsün. Gör nə deyir e – Aşkım necəsən? Necə olacağam. Atan-anan yiyə durmadı. Qardaşın da ağzına su alıb durdu. Qayın arvadı da meydan suladı. Qovdular məni ailədən sən ölən kimi. Yiyə duran olmadı bizə. Lap ağın elədin a... O nədir mənə deyirsən? Yalquzaq kimdir? Mən Asenayam, Boz qurdun arvadı. Nə? Sürüdən qovulan, tək qalan qurda Yalquzaq deyirlər? Bax cırnatma məni. Ulayaram a... Bozqır uuuuuuuuuuuuuu..... Bozqurd uuuuuuuuuuuuu......
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM