Azərbaycan Respublikasının Əməkdar müəllimi
Son vaxtlarda mətbuat səhifələrində ali və orta ixtisas məktəblərinə qəbulun test üsulu ilə aparılması məsələlərin vacib olub-olmaması haqqında yenə də söz açılırır, bilənlər də, bilməyənlər də təhsilin daha yüksək inkişafı üçün cəmiyyətə yol göstərmək istəyirlər.
Əlbəttə, təhsilə qayğı göstərmək, təhsilin təəssübkeşi olmaq bəyəniləndir. Bu iş həmişə alqışlanmalıdır.
Bu il ali və orta ixtisas məktəblərinə qəbulun test üsulu ilə keçirilməsini həyata keçirən qurumun - TQDK-nın yaradılmasının 25 ili tamam olur. 23 ildir ki, mən bu qurumun işində ən fəal iştirak edənlərdən biriyəm. Odur ki, bu məsələlərdən danışmağa həm hüquqi, həm də mənəvi haqqım çatır.
1994-1995-ci illərdə TQDK-da fənn komissiyaları yaradılanda mən və mənimlə bir təhsil ocağında -291 nömrəli Araz Ekologiya Liseyində işləyən bir neçə müəllim fənn komissiyalarına rəhbər seçildik. Elxan Əmirbəyov-fizika, Vəli Əliyev-kimya, Tariyel Heybətov-biologiya, mən - Nazim Nəsrəddinov Azərbaycan dili və ədəbiyyatı komissiyalarına rəhbərlik etməyə başladıq.
Uzun illərin təcrübəsi göstərir ki, o vaxtlar test üsulu ilə tələbə qəbulu ölkədə aparılan ən uğurlu yaradıcı işlərdən biri idi. Gücünə, biliyinə inananlar məhz test üsulunun köməyi ilə tələbə adını qazanırlar. Burada qəbulla ilgili heç bir problem yaranmır. Test üsulu ilə tələbə adını qazananların cərgəsində, məncə, hələ akademiklər yoxdur. Amma elmlər doktorları çoxdur. Mən bu gün də test üsulunu yüksək qiymətləndirir və bu üsulun hələ bir neçə il öz fəaliyyətini davam etdirəcəyinə inanıram.
Mən ona da inanıram ki, qəbul imtahanlarının tədricən başqa üsul ilə aparılacağı gün uzaqda deyil. Mən belə hesab edirəm ki, imtahan iştirakçısının bir cümləsindən onu tanımaq olur. Başqa sözlə, qəbul imtahanlarını tədricən orta məktəblərin özlərinə həvalə etmək lazımdır. Burada tərəfkeşliyin qarşısını almaq üçün, söz yox ki, müvafiq qaydalar tətbiq edilməlidir.
Birinci, orta məktəb müəllimlərinin əmək haqqı Milli Məclis deputatlarının əmək haqqından az olmamalıdır.
İkinci, müəllimlərin ustalığına qayğı gösrərilməli, onların inkişafı üçün lazımi şərait yaradılmalıdır.
Üçüncü, dərs vəsaitləri yenidən işlənməli, oradakı tədris materialları həm elmi, həm də təcrübi xarakter daşımalıdır. Alternativ dərslik adı ilə müxtəlif vəsaitlərin hazırlanaraq şagirdlərin mütaliəsinə yönəldilməsinin qarşısı alınmalıdır.
Bu istiqamətdə başqa fikirlər də ola bilər. Deyilən hər cözə həssaslıqla yanaşmaq lazımdır. Təmayüllü siniflərin və təmayüllü məktəblərin sayı artırılmalıdır. Bəzən təmayül valideynin təklifi ilə seçilir. Sonradan məlum olur ki, şagirdin təmayül seçimi düzgün aparılmayıb. Çətinlik elə onda başlayır. Bu gün orta məktəb dərslikləri həddindən artıq yorucu və cansıxıcıdır. Bəlkə də bu reallığı çoxları nədənsə qəbul etməyəcəkdir. Bu da təbiidir. Axına qarşı irəliləməyi hər adam bacarmır.
Dərsliklərin çətinliyini göstərmək üçün öz ixtisasıma aid nümunələrdən söz açmaq istəyirəm. Azərbaycan dili və ədəbiyyatı dərsliklərində hələ elmdə öz həllini tapmayan məsələlərin qabardırılması yolverilməzdir.
Bu gün heç kim öz nitqində orfoepik qaydalara əməl etmir.bAmma abituriyentlərin biliyini ən çox bu qaydalara görə müəyyənləşdirmək istəyirik. Sözlərdə vurğunun yerini müəyyənləşdirmək də şifahi ədəbi dilimiz üçün çətinlik və dolaşıqlıq törədən mövzulardandır. Feilin şəkilləri,köməkçi nitq hissələri,sintaktik əlaqələr,dünya dillərinin geneoloji təsnifatı, ədəbi dil normaları, lüğətlərin növləri, üslublar və s. mövzuların dərsliklərdəki təqdimatı çox nöqsanlı və mübahisəlidir.
Ədəbiyyatımızın öyrənilməsində də müəyyən problemlər meydana çıxır.b Ədəbiyyat tariximizin dövrlərə ayrılması,bmilli mətbuatımızın təqdimatı,bədəbi janrların və növlərin tanıdılması məsələləri də hələlik dərsliklərdə elmi-metodoloji həllini tapmayıb.
Ədəbiyyat fənninin dərsliklərdəki təqdimatında ən çətin məqamlardan biri də əruz vəzninin öyrənilməsinə yönəldilən tələblərdir.Bu gün Azərbaycanda əruz vəznini anlayan, başa düşən və anlartmağı bacaran, bəlkə də 5-10 müəllim var.Belə ki, əruz vəzni ədəbiyyat nəzəriyyəmizin hələ də öyrənə bilmədiyi sahədır.
Gəlin uşaqlardan özümüz bilmədiyimiz nəsnələri soruşmayaq.
Test - şagirdin fəhmini başa düşmək üçün daha lazımlıdır. Biz 5-10 testlə şagirdlərin biliyini sınaya bilərik. Bu günün şagirdinə qəsdən testlə çətinlik yaratmaq düzgün deyil. Testlərdən geniş şəkildə istifadə - mütaliə mədəniyyətimizi ləngidir. Ümumu mədəniyyətin ayrılmaz hissəsi olan nitq mədəniyyətini formalaşdırmaq üçün biz mütaliə mədəniyyətimizi müntəzəm olaraq artırmalıyıq.
Ali məktəblərə tədricən orta ümumtəhsil məktəblərinin buraxılış və ya son siniflərinin imtahan nəticələri ilə daxil olmağın üstünlükləri hamının diqqətini özünə cəlb etməlidir. Bugünkü imtahanlar və onlara sərf olunan vaxt itlisi də izi ciddi düşündürməlidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM