Azərbaycan Respublikasının Əməkdar müəllimi
Bu yazı Bağcasaray şəhər məclisinin rəisi İsmayıl ibn Mustafanın 1881-ci ildə Tiflisdə Səid Əfəndi Ünsizadənin "Ziya" adlandırdığı mətbəsində çap olunan türkdilli "Tonğuc" adlı məcmuəsinin birinci və ikinci səhifələrində çap olunmuşdur. "Tonğuc" - Kırım tatarlarının dilində ilk, əvvəlinci mənalarına uyğun gəlir. Rusdilli tədqiqatlarda bu sözü öz dillərinə uyğunlaşdırraraq, "Tonquç" yazırlar.
"Tonğuc" haqqında mənim də Azərbaycanda və Türkiyədə işıq üzü görən bir neçə yazım oxuculara ünvanlanmışdır. Mən bütün bu yazılarımda məcmuənin adını oxuculara "Tunğuc" kimi təqdim etmişəm. Burada isə onu tatarların tələffüzünə uyğun şəkildə yazmağı lazım bildim. "Tonğuc" - İsmayıl bəy Qaspralının türkdilli mətbuatda çap olunan ilk əsərlərindəndir. "Tonğuc" -İsmayıl bəyin türk dünyasına türkün ana dilində müraciətidir.
Bu cəhətdən "Tonğuc"u İsmayıl bəy Qaspıralının-İsmayıl ibn Mustafanın proqram xarakterli əsəri-manifesti adlandırmaq olar.
Məcmuənin ilk yazısı "Sözi-əvvəl" adlanır. "Sözi-əvvəl" dən sonrakı yazı Azərbaycanın görkəmli maarifçiləri olan Ünsizadə qardaşlarına ehtiram əlaməti olaraq, onların Tiflisdə çıxardıqları qəzetin şərəfinə "Ziyayi-Qafqasiyyə" adlandırılmışdır.
İsmayıl ibn Mustafa - İsmayıl bəy Qasprinski yazısında Ünsizadə qardaşlarını "Tiflis zadəganları" adlandırır. Əslində Ünsizadə qardaşları Şamaxı zadəganları idi. Tədqiqatçıların ali dini təhsilli ziyalı kimi tanıtdıqları Səid Ünsizadə (1805, Şamaxı-1905, İstanbul) Şamaxıda əvvəlcə Əhli-Təsənni İdarəsinin üzvü, sonralar isə sədri və qazısı olmuş, ona verilən dini vəzifədən istifadə edərək, yerlərdə maarifçilik məsələlərinin tərəqqisi yolunda əhəmiyyətli işlər görmüşdür. Bunlardan biri 1874-cü ildə Şamaxı şəhərində açılan "Məclis məktəbi"dir. Maraqlıdır ki, İsmayil ibn Mustafanın da həyat yolu Səid Ünsizadənın yollarına bənzəyir. Onun həyatı da məktəb, mətbəə, dərslik kimi məsələləri ilə ilgilidir.
Səid Ünsizadə 1877-ci ildə Tiflisə dəvət olunur, buradakı dini idarələrin fəaliyyətinin yoxlanılası işinə cəlb olunur. Ezamiyyət vaxtı qurtarandan sonra gərəkli ekspert və müfəttiş kimi onu Tiflisdə saxlayırlar. O,burada əvvəlcə litoqrafiya, sonra isə tipoqrafiya açır, 1878-ci ilin dekabr ayında kitab çarı və mətbuat işləri ilə məşğul olmağa icazə alır. Səid Ünsizadə 1879-cu ilin yanvar ayında Ziya adlı həftəlik ictimaui-siyasi, ədəbi -bədii, pedaqoji yönümlü qəzetin nəşrinə başlayır. O, bir müddətdən sonra Zaqafqaziya Əhli-Təsənni İdarəsinə üzv seçilir. Yenə də maraqlıdır ki, İsmayıl ibn Mustafa da Bağçasarayda böyük maarifçilik işlərinə şəhərin məclis rəhbəri kimi elə bu vaxtlardan başlayır.
"Ziya"nın yerlərdə onlarla türkdilli, farsdilli, rusdilli müxbirləri və abunəçiləri var idi. Onlardan biri də qələmini mətbuat işində işlətmək istəyən İsmayıl bəy idi. İsmayıl bəy 1879-cu ilin noyabr ayında "Ziya" da müxbirlik fəaliyyətinə başlayır, Bağcasaraydan Tiflisə-"Ziya" qəzetinə-. Ünsizadə qardaşlarına imzalı və imzasız məktublar göndərir. Onun yazıları "Ziya"nın və sonralar "Ziyayi-Qafqassiyyə"nin səhifələrində eynilə, imla və üslubuna toxunulmadan çap olunur.
"Ziya"- İsmayıl bəy Qasprinskinin bir növ təcrübə məktəbi olur.İsmayıl bəy 1881-ci ildə öz mətbəəsi hələ hazır olmadığı üçün "Tonğuc" adlı ilk dörd səhifəlik jurnalını Tisflisdə,əqidələrinə inandığı və qələminə güvəndiyi Ünsizadə qardaşlarının mətbəəsində çap etdirir.
İsmayıl bəy "Tonğuc"un çapından sonra bir neə kiçik həcmli jurnalını da "Ziya" mətbəəsində çap etdirir.
İsmayıl bəy Qasprinskinin "Şəfəq" jurnalının "Ziya" mətbəsində çapına görə "Ziya" qəzeti təxirlə çıxmışdır. Səid Ünsizadə bu ləngiməyə görə "Ziyayi-Qafqasiyyə"nin oxuculardan üzr istəmiş, "Şəfəq" jurnalının bir nüsxəsini onlara məccani, havayı, pulsuz-parasız göndərmişdir.
İsmayıl ibn Mustafanın "Ziyayi-Qafqаsiyyə" adlı məqaləsini yazılma səbəblərinin biri də belə qayğıkeşliklərlə ilgili idi. Digər səbblər haqqında növbəti yazılarımızın birində və ya bir neçəsində oxuculara daha ətraflı xəbər çatdırmaq fikrindəyik.
İsmayil ibn Mustafanın "Ziyayi-Qafqasiyyə" adlı məqaləsini oxuyun və incələyin
Qışın şiddətində günəş görünüb fəqirləri qüvvələndirdiyi kibi, "Ziya"nın nəşri neçə müsəlmanları dəxi məmnun elədi.
Dövlətimizdə az-çox hər millətin ədəbiyyatı, basmaxanaları və ğəzetələri olduğu halda, biz müsəlmanların nə ğəzetəsi, nə bir basmaxanası var idi.
Amerika keyikləri kibi, cahillər dəryasına talmada idik. Lakin üç sənədən bəri TİFLİS zadəganlarından (Səid) və (Cəlal) Ünsizadələrin himmət və ğeyrəti ilə "Ziyayi-Qafqasiyyə" ilə bənam bir tatar qəzetəsi nəşr olunmaqdadır.
Bunun kibi işi meydana gətirmək hər nə qədər güc və müşkil isə də "Ziyayi-Qafqasiyyə" qiyafət və hürufatca və ğəzetdə başladığı bəndlər, xəbərlərcə iləüləməkdə olduğu aşkar olub cənc müsəlmanların beynində böyük məmnuniyyət hasil etmişdir və lakin şörəsindən qorqarız ki,müsəmanların əksəri ğəzetə və faideyi-qələmiyyyəyə çoq aşna olmadıqlarından neçə vəqtlər keçəncəyə qədər ədəbiyyar işi lazımınca ilərüləməz.
Nemsə,fransız və ingiliz kibi millətlərin binlərlə ğəzetəsi vardır; yəni "əgləncəyə" və bəzi "ticarətə" və bəzi "tədris və tərbiyəyə" dair və bəzi hər türli şeydən və məlumatdan xəbər verür. Vətənimiz Rusiyədə dəxi bir qaç yüz ğəzetələr çıqar; rus lisanından maida (polyaq), nemsə,şivet,(-), yəhudi lisanlarında dəxi ğəzetə vardır. Sair millətlər ədəbiyyat və ğəzetəçiliq ilərüləməsinə anunçun qeyrət ilə çalışurlar ki,
ƏDƏBİYYAT və ĞƏZETƏ XƏLQİN SƏDASI və LİSANIDIR, HALININ TƏRİFÇİSİDİR, HƏQİQƏTİN DƏVAÇISIDIR.Gözi pərdəlü, qulağı tapalu olanlara böyük duadır...
...Bu səbəblərə görə Ünsizadə həzrətlərinin tutduğu şərif (müqəddəs-N.N,) və əziz işlərinin daim məmnuniyyətdən maəda (başqa,özgə-N.N.) işinin ilərüləməsini hər vəcə ilə tələb etməliyüz. Bu da erbabi-qələmin ( qələm sahibinin-N.N.) ) yazması ilə oqumaq bilənlərin ğəzetəni alub,oqumaq ilə meydana gələ bilür.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM