Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri

13:01 / 29.01.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Axund Cəlal. "HESAB"  dərsliyi. Tiflis,1884-cü il  


Tiflisdə Azərbaycan dilində çap olunan "Ziyayi-Qafqasiyyə" qəzetinin 4 mart 1884-cü il tarixli 2-ci nömrəsinin  ilk səhifəsindəki "Risaleyi-hesabiyyə"(Hesab kitabı-N.N.) başlıqlı kiçik bir xəbər diqqətimi cəlb etdi.Xəbərin birinci səhifədə dərc edilməsi heç də təsadüfi deyildi.
Bu yazı  türk dünyasının  anadilli ilk türkdilli  dərsliklərinin  tarixini,məzmununu və  məsələyə o dövrün metodiki yanaşmasını öyrənmək baxımından hər bir maraq doğurur. Xəbərin müəllifi   "Ziyayi-Qafqasiyyə" qəzetdə açıq şəkildə göstərilməsə də, məzmununa, üslubuna və səhifədə  tutduğu yerə görə onun "Ziya"nın redaktoru, əsas mühərriri  və sahibi-imtiyazı Səid Əfəndi Ünsizadə tərəfindən yazıldığı aydın şəkildə hiss olunur.

Xəbəri olduğu kimi, üslubuna və imlasına müdaxilə etmədən elmi ictimaiyyətin diqqətinə  çatdırırıq:


                                "Risaleyi-hesabiyyə"

    Məzkur isimdə tazə hesab kitabı "Kəşkül"  mətbəəsi 
 təb və nəşr eləmişdir ki, bir nüsxəsini biz dəxi almışıq. Xeyli xanə ( oxunaqlı-N.N.) xətt ilə basılmışdır. İbarəsi dəxi sadə açıq türkcədir. 
 
"Risaleyi-hesabiyyə" müsəlman məktəblərində  şagirdlərə  hesab elmini öyrətmək üçün yazılmışdır.

Müqəddimati-hesabiyyə ilə  bir xeyli məsələləri və qaidələri öyrədir. Qiyməti məktəblər üçün  biri otuz qəpikdəndir.
 
Məzkur  "Kəşkül" qəzetəsinin  bu xidmətindən  təşəkkür edilməlidir"

 Qeyd edək ki, "Kəşkül" 1883-1891-ci illərdə Tiflisdə Azərbaycan dilində çap olunmuş mətbu orqanın adıdir. Bir neçə nömrəsi jurnal şəklində buraxılsa da, sonralar qəzet kimi fəaliyyət göstərmiçdir.
 
"Kəşkül" əvvəllər "Ziya" qəzetinin mətbəəsində, sonralar  isə  Cəlaləddin Əfəndi Ünsizadənin  Türkiyədən aldığı mətbəə avadanlıqlarl ilə təchiz olunan öz şəxsi mətbəəsində nəşr olunmuşdur.

"Ziyayi -Qafqasiyyə"dəki  xəbərin izi ilə arxivləri ələk-fələk eləsək də,  uzun müddət "Hesab" kitabını tapa bilmədik.Nəhayət, kitabın bəzi  mütəxəssislərə məlum olan  yeganə  nüsxəsinin   M.Y.Saltıkov-Şedrin adına Rusiya  Milli Kitabxanasında  saxlandığını öyrəndik.
 

  "Hesab" dərsliyinin  mikrofilmi 12 iyun 1963 -cü ildə sifariş verilərək M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına gətirilmişdir.
    "Hesab" dərsliyi haqqında  B.Ağayevin 1964-cü ildə çapdan çıxmış "Azərbaycan sovet məktəbində riyaziyyatın tədris tarixinə  dair" monoqrafik tədqiqatında  qısa şəkildə söz açılmışdır.
    Dərslik haqqında ilk dəfə bu sətirlərin müəllifi tərəfindən  ayrıca elmi məqalə yazılmış, maraqlı bir əsər haqqında elmi  ictimaiyyət  geniş şəkildə məlumatlandırılmışdır.

    Dərslik cəmi 28 səhifədir. Mötərizədə "qismi-əvvəl" yazıldığına görə onun  digər hissələrini də axtarmaq arzusu  ortaya şıxsa da,təəssüf ki,  hələlik  bu istiqamətdəki axtarışlar nəticəsiz qalmışdır.  Kitabın  üz qabığında müəllifin adı Axund Cəlal  kimi göstərilir.

    Biz bu qənaətdəyik ki, Axund Cəlal  takma addır,təxəllüsdür.  
Axund Cəlal -əslində"Ziya"nın redaktoru, vaxtılə  Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olmuş görkəmli maarifçi  Səid Ünsizadənin ortancıl  qardaşı, "Kəşkül" qəzetinin redaktoru  Cəlaləddin Əfəndi Ünsizadədir. Sünni təriqətinə mənsub olan Cəlalın (Cəlaləddinin-N.N.)  "AXUND" kimi  təqdimatı Senzor  Komitəsinin  əməkdaşlarının fikrini yayındırmaq məqsədi daşımışdır. Belə ki, tarixin bu vaxtında  bir sıra bədxah adamlar Ünsizadə qardaşlarının geniş maarifşilik fəaliyyətindən qorxuya düşərək, onları qaralamaq, hökumətin nəzərindən salmaq fikrinə düşmüşdülər.  Bu  kompaniya sonralar da davam etdirilmiş,Ünsizadə qardaşları  türk dünyasının  o vaxtkı baş şəhərinə-İstanbula köçməli  olmuşlar.
  Ünsizadə qardaşları   türk dünyası üşün  çox əhəmiyyətli olan öz maarifçilik fəaliyyətlərini burada da davam etdirmişdilər.
Səid Əfəndi İstanbulda  yaxın dostu Münif paşanın köməkliyi ilə maarifçilik  fəaliyyətini davam etdirmiş,İstanbulda yaşadığı 15 il ərzində-1890-1905-ci illərdə Quranın türk dilinə tərcümə etmişdir.

Bu məlumat oxuculara Bakıda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin himayədarlıq etdiyi "Həyat "qəzetinin   5 iyul 1905-ci il  tarixli  21-ci nömrəsində çatdırılmışdır.


Cəlal Ünsizadə  İstanbulda daha mötəbər vəzifədə çalışmışdır.O,Türkiyə sultanının dəftərxana müdiri vəzifəsində əhəmiyyətli maarifçilik işləri ilə məşğul olmuş,türkdilli xalqlara mənəvi bələdçilik etmişdir.

Cəlal Ünsizadənin İstanbuldakı ilk fəaliyyəti haqqında Cəlil Məmmədquluzadənin  "Batdağ" felyetonunda maraqlı məlumatlar vardır."Batdağ" felyetonu  ilk dəfə "Molla Nəsrəddin" jurnalının 18 noyabr 1907-ci il tarixində çıxan 43-cü nömrəsində çap olunmuşdur.

Müasir günlərimizdə Azərbaycan ədəbiyyatını tədqiq edən  görkəmli türk ədəbiyyatşünası  Dr.professor Yavuz Akpinar Cəlal Ünsizadənin  1918-ci ildə türk qoşunları ilə  Gəncəyə  gəldiyini yazır.
 
Bu lazımlı məlumatlardan sonra yenidən əsas mövzumuza -"Hesab" dərsliyinin  tarixi məqamlarına  və incələnməsinə   qayıdırıq.

Dərslik  "Ziya" mətbəəsi  əsasında yaradılmış "Kəşkül" mətbəəsində təb və nəşr edilmişdir.  Kitabın  nəşr ili üz qabığında  müsəlman təqvimi ilə  1301  göstərilir ki, bu da miladi tarixin 1884-cü ilinə uyğundur.

   Qeyd edək  ki, "Risaleyi -hesabiyyə"  Ünsizadə qardaşlarının öz şəxsi mətbəələrində çap etdirdikləri  üçüncü dərslikdir.
    "Risaleyi hesabiyyə" ərəb dilində yazılmış  dərsliklərə uyğun şəkildə  tərtib edilmış, titul səhifəsində onun  
"mübtədi müsəlman şagirdlərinə (ibtidai siniflərdə oxuyan müsəlman  məktəblilərinə-N.N.) məxsus olduğu xüsusilə vurğulanmışdır.

     Senor Komitəsi dərsliyin nəşrinə 14 yanvar 1884-cü ildə  icazə vermişdir.Deməli, dərsliyin yazılma tarixi  daha əvvəllərə, bəlkə də  Cəlal Əfəndinin  Şamaxıdakı   "Məslis Məktəbin"də işlədiyi illərə (1874-1878)  gedib çıxır. 
Maraqlıdır ki, məşhur şair, Ünsizdə qardaşlarının  əqidə və məslək dostu olan  S.Ə.Şirvaninin   1878-ci ildə yazıb tamamladığı "Rəbiül-ətfal" ("Uşaqların baharı") dərsliyi də   Cəlal Əfəndi Ünsizadə ilə birlikdə  "Məclis məktəbi"ndə müəllim işləyərkən  məktəb uşaqlarına verdiyi dərslər  əsasında  ərsəyə gəlmişdir.

     Nə isə...

     C.Ünsizadə "Hesab" dərsliyinin birsəhifəlik  müqəddiməsində  əsərin yazılma səbəblərindən söz açır, onun yazılmasında istifadə  etdiyi qaynaqları göstərir:


 "Bizim  müsəlman məktəblərində fənni-hesab  təlim olunmayır. Onun səbəbi dilimizdə  mübtədilərə məxsus  bir kitab olmamağıdır.Məəhaza (bununla bərabər-N,N.),elmi-hesaba olan  ehtiyacımızı gizlətmək  olmaz.Çünki bizim  övladımız  məktəbdən çıxıb ticarət ilə məşğul olurlar ki, tüccara (tacirlərə-N.N.) da hesabı bilmək zəruridir".

      Müəllif daha sonra yazır:
 
"Biz bu əşkalı  Şeyx  Bəhaəddin  Əleyhirəhmanın (ona rəhmət olsun!) ərəb dilində təlif elədiyi  "Xülaseyi--əlhesab" ilə rəf də bilmərik. O kitabı bizim tələbələrdən  müntəhiləri (bitirənləri-N.N.) həzar məşəqqət ilə öyrənirlər".

      Dərslik müəllifi  ana dilində verilən təlimə üstünlük verərək, ürək ağrısı ilə yazır:

 " Ərəbcə yazılmış olan bir kitabı türkcəyə öz madərzadi (anadangəlmə-N.N.) dilimizə nəql eləmək müşkülmüdür? Fənni-hesabı ərəblər öz dillərinə  gətirdikləri  kimi biz də gətirə gətirə bilərik. Bu mühüm əmrə şüruh  olunmaq ( şərh vermək-N.N.) bizim millət məktəblərinə  nəzarət edən  baş ruhani dairələrinin  ( o vaxtlar  Zaqafqaziya Ruhani İdarələrinə  şeyxülislam Əhməd bəy Hüseynzadə və müfti Hüseyn Əfəndi Qayıbov  rəhbərlik edirdilər-N.N.) borcu  isə də  biz onlara kömək vermək niyyətilə  və millətimiz ətfalının  nəfini mülahizə etməklə işə şüruh edib bir neçə Şərq və Qərb asarından (əsərlərindən) xülasə  bir "Risaleyi-hesabiyyə" dilimizə nəql elədik. Bu niyyət və zəhmətin  bənayi- millətə faidəli olacağınaəminəm".

 Müqəddimənin sonunda adını "Cəlal" ( bu yerdə Cəlal sözünün əvvəlində axund sözü yazılmayıb-N.N.) kimi  göstərən müəllif  dərsliyi yeni üsulla tərcümə və təlif etdiyıni vurğulayır.
Dərslikdə hesab elminə aid  qaydalar, təriflər, metodiki güstərişlərlə yanası,  28  nömrə ilə  27 məsələ  də  verilmişdir.Məsələlər  bu gün də şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirmək baxımından çox maraqlı görünür.
 
 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM