Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar

08:18 / 07.02.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Türk dünyasının mətbuat tarixində vaxtilə – Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya  göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olub.

Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən,klassik üslubda “Ünsi”  təxəllüsü ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman Əfəndi oğlanlarına  yaxşı adlar seçmişdi.

Böyüyün adı Səid idi. Səid -ərəbcə xoşbəxt deməkdir.Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi. Onların hər üçü  sağlığında  türk dünyasının tanıdığı aydınlar kimi məşhurlaşdı.

Səid  və Cəlaləddin ömürlərinin son illərini İstanbulda başa vurdular.Yəqin ki, hələ də İstanbulun Şirvanlılar yaşayan məhəlləsində bu nəslin törəmələri yaşayır. Kiçik qardaşömrünün ən maraqlı illərini Bakıda keçirdi,pedoqoji işlə,qəzetçiliklə məşğul oldu, çətinliklə olsa da, hökumət dairələrindən "Məzhər" adlı qəzet çıxarmağa icazə aldı.Lakin bu qəzetlə öz maarifçilik fəaliyyətini istədiyi kimi reallaşdıra bilmədi.
   
Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış, məktəbdarlıqla məşğul olmuş, bir müddətdən sonra -1870-ci ildə,  iqamətgahı Şamaxıda  yerləşən Bakı  Quberniyası Əhli-Təsənni idarəsinə üzv seçilmişdir. Sonralar, M.F.Axundzadənin yaxın dostlarından biri olan şamaxılı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndə, Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə  Şamaxı qazısı və  buradakı Ruhani İdarəsinin sədri vəzifəsinə  təyin olunmuşdur.

S.Ünsizadə bu vəzifədə işləyərkən həm öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, həm də  maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olmuş, Bakı qubernatorunun hüsn və rəğbətini qazanmışdır.  

Səid Əfəndinin  bu istiqamətdəki ən önəmli işi 1874-cü ildə  D.Staroselskinin icazəsi ilə  yaradılan  Şamaxı “Məclis  Məktəbi” idi.  Bu məktəb  adı türk  pedaqogika tarixinə düşən məktəblərdəndir. “Məclis Məktəbi” yeni tipli təhsil ocaqlarından idi. Məktəbdə şagirdlərin sağlamlığına da, tərbiyə və təhsilinə də fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur, yazılar yazı lövhəsində yazılır, ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri də yüksək səvuiyyədə  keçirilirdi. Müəllimlər  təkcə dərs deməklə kifayətlənmir, dərslik  və müxtəlif risalə və kitabçaların tərtibində və yazılmasında  fəallıq göstərirdilər. Təkcə bu faktı göstərmək gərəkli görünür ki,bu məktəbdə işləyən və bu məktəblə işgüzar münasibətləri olan müəllimlər  işgüzarlığına və maarifçilik məsələləri ilə ilgili fikir və düşüncələrinə görə quberniyanın digər məktəb müəllimlərindən  xeyli fərqlənirdilər.

Haşıyə: 2014-cü il  dekabrın 13-də Şamaxıda "Məclis Məktəbi"nin  140 illik  yubileyi keşirildi. Yubiley   təntənəsinə  paytaxtdan  dəvət olunan bir neçə ziyalının - Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayevin, "Məclis Məktəbi"nin xələfi Şamaxı Avropa Liseyinin qardaşlaşdığı  Avropa Azərbaycan Məktəbinin direktoru  Graem Pollockun, şamaxılı alim Məcid Əfəndiyevin və başqalarının  çıxışları tədbiri daha da rövnəqləndirdi. Bu tədbir  respublikamızda son illərdə  keçirilən möhtəşəm pedaqoji hesabat  konfransı  idi. Nə yaxşı ki, Şamaxı Rayon Təhsil İdarəsi yubiley tədbirlərini tarixdə qalmaq üçün  sinemalaşdırdı. Məhəmmədhüseyn Şəhriyarın təbirincə desək , pedaqoji irsimizi qiymətləndirən hər bir şamaxılının gözlərində indi  məktəb tarixinə aid bir sinema pərdəsi var.

Haşiyədən mövzuya qayıdırıq.  


"Məclis məktəbi"ndə dərs deyən və bu  məktəblə işgüzar  əlaqələri olan S.Ünsizadə, C.Ünsizadə, S.Ə.Şirvani,  A.Çernyayevski  XIX əsrin 80-ci illərində Azərbaycan dilində  yazılan  dərslik və oxu  kitablarının   müəlifləri və rəyçiləri idilər. 

1876- cı ildə Səid  Ünsizadəni Tiflisə – dövlət əhəmiyyətli bir layihənin   hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəti ilə  ilgilidir. 

S.Ünsizadə ona tapşırılan işin öhdəsindən bacarıqla gəldiyinə görə onu Tiflisdə daimi işdə saxlayırlar..O, Zaqafqaziya Əhli-Təsənni İdarəsiniin əvvəlcə  ştatda olmayan əməkdaşı kimi  fəaliyyətə başlayır. Tiflisdə-regionun baş şəhərində yaşamaq imkanı onu  milli əhəmiyyətli işlərlə  daha dərindən məşğul olmağa sövq edir. Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan, hələ Şamaxıdan tanıdığı  D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək, Səid Əfəndi Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlcə daş basmaxanası (litoqrafiya) açır,türk dünyasının baş şəhərindən- İstanbuldan müxtəlif mətbəə avadanlıqları  alır.

Sənədlərdən məlum olur ki,Tiflisdə yaşayan Azərbaycan ziyalılarının İstanbuldakı Babiəli caddəsində yerləşən mətbəə rəhbərləri ilə  işgüzar və səmimi münasibətləri olub. 

 S.Ünsizadə Azərbaycan dilində mətbəə  və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Gəlaləddin Əfəndini də Tiflisə  dəvət edir. Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə –  müəyyən mətbəə peşələri üzrə fəhləliyə  cəlb edilir. 

S.Ünsizadə  1878-ci il dekabrın 12-də  Tiflisdə  “Ziya” adlı  həftəlik  qəzetin nəşrinə icazə alır. Hakim dairələrə tanışlıq üçün göndərilən   proqramında  “Ziya”  qəzetində  dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ  həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi.
“Ziya” qəzetinin  ilk nömrəsi 1879-cu ilin yanvar ayının 25-də (səfər ayının 16-da)  Tiflisdə  çap edilir. Qəzetin 1879-cu il yanvar ayında çıxan ilk nömrəsi  və fevralın 1-də çıxan ikinci  nömrəsi  hələ heç bir  tədqiqatçıya məlim deyil. Qəzetin 1879cu ildəki  ilk 1-ci və 2-ci  nömrələrində dərc olunan  materialların məzmunu  haqqında "Ziya"nın  bu günümüzə gəlib çatan bəzi nömrələrindən  məlum olur.Həftəlik  “Ziya” qəzetinin ilk nömrəsinin tarixini   onun 1879-cu il fevralın 8-də  çıxan 3-cü nömrəsinin tarixinə  və   17 noyabr 1879-cu il tarixli 44-cü nömrəsindəki bir yazıya görə  əsasən müəyyənləşdirmək   olur. Qəzetin 44 cü i nömrəsindəki yaısında oxuyuruq:

 

" ...Səneyi-islamiyyənin ibtidası ondan başlanır ki,əkin işinin ibtidası düşvar olmağə görə bacara bilmədük ki, bir parə kəsir və nöqsanlarımızı cabəca(yrbəyer-N.N.) edüb,məzkur(zikr olunan-N.N.)  niyyətimizi əmələ gətirək,ona görə naçar olub, SƏFƏR ayının 16-da (miladi tarixlə  1879-cu il

yanvarın 16-da-N.N.)əvvəlimci nömrəmizi zühurə gətirüb,ahəstə-ahəstə səy və hümmət göstərdük ".

 

Bizə elə gəlr ki, “Ziya”nın  1879- cu ilin  əvvəllərində  adətən həftənin cümə-şənbə günü çıxan ilk nömrələrini  Türkiyənin iri şəhərlərində,eləcə də qəzetin dünyanın müxtəlif yerlərində-- Simfiropolda, Yaltada, Odessada,Tiflisdə, Petrovskidə, Bakıda, Daşkənddə, Kazanda, Spasskidə, Moskvada, Sankt-Peterburqda, Həştərxanda, Nuxada (Şəkidə), Şamaxıda, Şuşada, İrəvanda, Tehranda və s.yerlərində yaşayan nüktədan ( incə mətləbləri başa düşən-N.N.) abunəçilərinin ailə arxivindən tapmaq olar.

 

Qeyd edək ki, "Ziya"nin ilk nömrəsinin çapı nəzərdə tutulduğu vaxtdan təxminən bir ay ləngiyir. 

“Ziya”nın  hər nömrəsin tarixi  birinci səhifədə həm miladi ,həm də  hicri -qəməri tarixlə  göstərilmişdir.

Hicri-qəməri tarixlə il təzələnəndə  "Ziya"  oxuculara  yeni nömrə ilə tıəqdim olunmuşdur.

1879-cu ilə aid ilk  dörd nömrənin  həm yanvarda və fevralda,  həm də dekabrda 1,2,3,4 nömrələrinin təkrarən göstərilməsi bununla əlaqədardır.Belə ki, 1879-cu ildə miladi tarixin sonuncu ayinda - dekabrda-hicri-qəməri təqvimin ilk ayı- məhərrəm ayı başlanmışdır ki, bu tarix də qəzetin ikinci sənəsinin (ilinin) başlandığı aydır- məhərrəm ayıdır.

Bəzi tədqiqatçıları  çaşdıran da məhz budur.  Onlar ilin əvvəllərində cıxan ilk nömrələri görmədiklərindən(təbii ki,oxumadılarından ) dekabrda çıxan 1, 2, 3, 4 nömrələri  "Ziya"nın başlanğıc tarixi hesab etmiş, və 1879-cu il dekabrın 6-da çıxan ikinci sənənin ilk nömrəsini qəzetin  ən ilk nömrəsi qənaətinə gəlmişlər. "Ziya"nın tarixini 1879-cu il dekabr ayının 6-dan  çıxan   birinci nömrədən başlamaq fikri bununla əlaqəlidir.

"Ziya" qəzetinin latın qrafikalı əlifbaya transliterasiyası da  səhvən məhz bu nömrədən başlayır.

Halbuki, "Ziya"nın bu tarixdən əvvəl daş basmaxanasında 46 nömrəsi  təb olunmuşdur.

Mən bu fikirlərimi dəfələrlə oxucuların və mətbuat tarixi ilə məşğul olan tədqiqatçıların diqqətinə çatdırmışam.Amma heç kəs bu  qüsur və nöqsanların fərqinə varmır.

Mətbuat tariximizə aid qüsur,nöqsan və uyğunsuzluqların  sabah müxtəlif ensiklopediyalara, yaxın tariximizə aid  tarix  və ədəbiyyat dərsliklərinə  düşmə ehtimalı mütləq nəzərə alınmalıdır.

 

 Q"Ziya" özünü  söz içində islami qəzet kimi təqdim etsə də,əslində sadə türki dilində çıxan ilk pedaqoji,əxlaqi,ədəbi və ən nəhayət maarifçi mətbu orqan idi.

 

Qəzetin ilk nömrələrinin baş məqalələrinin adları bunu əyani şəkildə göstərir:

"Oxumaq və yazmaq barəsində" (08.02.1879,N3)
"Uşaqlarımıza təlim və təhsil vermək barəsində"(10.02.1879,N4) 
"Mədəniyyət barəsində" 22.02.1879,N 5)
"Təklifati-mədəniyyət"(27.02.1879,N6)
Kitabxana arzusu (  1879,N24))
"Zaqafqaz müsəlmanlarının  elm və ədəbə töceh etməsi  haqqında
"(10.08,1879,N 29)
"Qori seminariyası barəsində"(06.09.1879,N33)
Mütaliə (  1879,N37)
Sünni və şiə məktəbi(   1879,N38)
Padşahlıq mədrəsələri ( 1879,N40)
Dəmir yolu  (  1879,N43)
Qəzet oxumağa və mütaliəyə həvəs( II sənə,  1879,N1)

 

  Ziyanın ilk nömrələrindəki adıcıllığa aydınlıq gətirmək üçün  müqayisəli nömrələnməni oxucuların diqətinə çatdırırıq.   

N1 (25.01.1879);

N2 (01.02.1879);

N3 (08.02.1879);

N4 (15.02.1879)

 

 

 N1 (06.12.1879);

N2 (13.12.1879); 

N3 (20.12.1879); 

N4 (27.12.1879)

 

N5 (03.01.1880);

N6 (10.01.1880)…
Yeri gəlmişkən onu da deyək ki,1879-cu iln yanvarlında 1884-cü ilin iyun aylnn 26-na kimi Tiflisdə Azərbaycan dilində  Səid Ünsizadənin  öz şəxsi litoqrafiyasında (daş basmaxanası ) və tipoqrafiyasında  (mətbəə) "Ziya" qəzetinin  "Ziya" və "Ziyayi-Qafqasiyyə" adları ilə 180 nömrəsi  təb və çap olunmuşdur.

 

"Ziya"nın illər üzrə təb olunma və çap edilmə paradiması belədir.

1879 N 1 (25.01-1879)-    N  46 (20.11.1879); 46

1879 N 1 (06.12.1879)-    N  4 (27.12.1879);     4


1880 N 5 (03.01.1880)-   N  30 (30.06.1880);  26

1880 N 1 (09.12.1880 )-   N 2 (22.12.1880);      2

 

1881 N 3 (05.011881)-    N 31 (21.10.1881) ;  28

1881 N 1 (26.11.1881-      N 4 (24.12.1881);     4

 

1882 N 5 (07.01.1882)-    N 31 (16.12.1882);  27

1883 N1 (03.O1.1883)-    N 31 (22.16.1883);  31

1884 N1 (15.01.1884)-    N 11 (26.06.1884) ;  11


Başqa sözlə, 1879-cu ildə “Ziya”nın ilin əvvəlindəki nömrələrində də, dekabr ayındakı nömrələrində də 1, 2, 3, 4 rəqəmlərindən nömrə göstəricisi kimi  istifadə olunub.
2015-ci ildə AMEA-Nizami adına Ədəbiyyat İnstitutunda "Ziya" qəzetinin 1879 cu il dekabr ayının 6-da çıxan birinci nömrəsindən başlayaraq, "Ziyayi-Qafqasiyyə" adı ilə çıxan nömrəsinədək bütün materiallar  ərəb qrafikasından latın qrafikasiına  transliterasiya  edilmişdir..Bu münasibətlə Akademiya rəhbərliyinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçirilən icjlasında transliterasiya materiallarının kitab şəklində çap olunacağı ictimaiyyətin diqqətinə çatdırılmışdır.Təəssüf ki, "Ziya"nın transliterasiya materialları hələ də satışa çıxarılmamışdır.Yaxşı ki,bu materiallar  internetdə yerləşdirilmişdir.

 

“Ziya”nın birinci səhifəsində iki sünbül  çələngi arasında  adı və dərc olunduğu il göstərilib. Başlığın yerləşdirildiyi çələngin sağında oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır:

 

“Qəzetəni verən Səid Ünsizadə. Qəzetəmiz basılmaqdan (litoqrafiya çapından-N.N .) ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır.

“Ziya” qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə  mütəəlliq hər bir  növ kağızlar  qəzetə müdirinin adına göndərilir”.

 

Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində  qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin  səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır:

 

 " Qəzetə ümuratının (işlərinin,əmrlərinin-N.N.)  müdir və mühərriri  Cəlal Ünsizadə. Qəzetəmizin bir  sənəlik  qiyməti- 6 manat, altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik

Elamnamələrin  hər bir sətrinə 10 qəpik.

Mənfəətlü  və  yaxşı  xəbərlər  pulsuz  qəbul və təb olunur”.

Qısa bir müddətdə “Ziya” türk dili başa  düşülən bütün türk torpaqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin birində -Tambovda sürgündə olan “Əkunçi”nin  əkinçisi Mirzə Həsən Əlqədari, İstanbuldan şəkili  Şahin əfəndi,  Münif əfəndi, Bağçasaraydan İsmayıl bəy Qaspıralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan  adını yazmadan Həsən bəy Məlikzadə Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə , İrəvandan  Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid  Əfəndi  Mustafa Əfəndizadə, anası alman, atası fransız olan  məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç  Bezobrazov, Moskvadan Əlisəfa, R.Əliyev, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani Adıgözəlzadə ,Dərbənddən Məhbus Dərbəndi, Şəkidən əslən şamaxılı olan İsmi bəy Sədrəddinbəyov və başqaları  “Ziya”ya məktublar göndərirlər.

Müxtəlif məzmunlu bu məktub,şeir, zərifə (incə mətləbli söz mənsında olan ədəbi janrdır-N.N.),lətifə, atalar sözü və məsəllər, hikmətli sözlər,aydınlaşdırmalar,annotasiyalar,təqrizlər,yol qeydləri, felyetonlar( felyeton burada əsasən ictimai-siyasi yazı mənasındadır-N.N.)  və  digər  janrlarda olan ədəbi yazılar,informasiyalar  türk dünyasının  ziddiyətlərlə dolu olan mənzərəsini öyrənmək baxımından çox maraqlı görünür.

S.Ünsizadə türk dünyasını  söz adamlarını  öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə  adətən pəncşənbə günü çıxan qəzet  çətinliklərlə qarşılaşsa da, Ünsizadə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər. Qəzetdə  bəzən süni qarşıdurma yaradılırdı. S.Ünsizadə qəzetin baş məqalələrinin birində  təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə qayğı göstərməyi,  "hər kəsə öz xörəgini verməyi"  mühərrir qardaşından tələb edirdi.  
              

Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Əfəndi 1882- ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə  ayda bir dəfə buraxılmaq şərtilə  “Kəşkül” adlı məcmuə çıxarmağa icazə istəyir.  Qafqaz Senzor Komitəsi  1882-ci il oktyabrın 20-də  Cəlaləddin  Ünsizadəyə “Kəşkül” adında mcmuə ( jurnal) çıxarmağa icazə verir.

Əslində "Kəşkül" Ünsizadə qardaşlarının birgə layihəsi idi.Onlar mətbuat vasitəsilə   rus müsəlnanlarına --Rusiyada yaşayan türldilli xalqlara döğru yol göstərmək niyyətlərini daha geniş şəkildə reallaşdırmaq istəyirdilər.

Cəlal Ünsizadə  əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında  1883–cü il  yanvar ayının 31-də 28 səhifəlik “Kəşkül” jurnalını qardaşı Səid Ünsizadənin  “Ziya” adı ilə tanınan mətbəəsində çap etdirdi. "Kəşkül"lə əməkdaşlığa cəlb edilənlərin çoxu "Ziya"nın ən fəal müxbirləri və xeyirxahları idi.

  
Türk dünyasında  yaxşı təbliğ edilən, yaxşı işıqlandırılan, “Ziya” qəzetində böyük təcrübə qazanan  və bunu dəfələrlə özü etiraf edən  İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin nəşrinə hələ  2 ay 10 gün qalırdı. (İ.Qaspralının “Tərcüman” qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxmışdır).

Təəssüf ki, bir sıra mətbuat tarixçiləri  “Kəşkül”ün ilk nömrələrini qəzet kimi  təqdim edirlər. Bu səhv yanaşma nəticəsində dərsliklərdə də "Kəşkül" məhz qəzet kimi  kimi işıqlandırılıb. "Kəşkül"ün ilk 11 nömrəsi jurnal şəklində çıxmşdır. 1884-cü ilin mart ayından - 12-ci nömrədən başlayaraq  "Kəşkül" qəzet şəklində nəşr edilib.  "Kəşkül"ün sonuncu  123-cü nömrəsi 1891-ci il  oktyabr ayında çıxıb. 
“Kəşkül” sözü  – hind qozu qabığından hazırlanan dərviş çantası deməkdir. “Kəşkül” sözü klassik Şərq ədəbiyyatında  “ədəbiyyat , şeir   toplusu ” məzmununu da verir. 

Cəlaləddin  Ünsizadə jurnalın  müqəddiməsində əslində Ünsizadə qardaşlarının  yekdil  fikir birliyi  olan  yeni nəşrin proqramı və adı  haqqında  yazırdı: 

 

“Bu cəridədə  nə növ mətləblər yazılacağını  bugünkü nüsxənin elanat səhifələrində  zikr edirik, amma  burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili  və ibarəsi  məmləkətimiz müsəlmanlarının  məfhumi olan türki Azərbaycan dilindən ibarət olacaqdır. Amma bununla belə  ərəbi və farsi  dili  sevən müsəlman qardaşlarımız  dəxi bu cəridə vasitəsilə  faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə  dəxi əhvalat  və məqalət  qəbul  və dərc olunacaqdır".


“Kəşkül”ün üz qabığında  məcmuənin adı, adın altında ilk nömrənin  tarixi hicri və miladi təqvimlə göstərilmişdi:  hicri-1200,  miladi – 1883. 

 

Sonrakı sətirdə jurnalın ədəbiyyat və siyasiyyatdən bəhs edəcəyi yazılmışdı. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir  Daha sonrakı sətirlər belədir:

Birinci sənə. Mah -rəbiüləvvəl-1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1 (birinci nömrə – N.N.). 

”Kəşkül” -- Ünsizadə qardaşlarının mətbu fikri daha geniş yaymaq üçün düşünülmüş addım idi. 

Ünsizadə qardaşları hansı yolla olursa-olsun nəşriyyat və mətbuat sahəsindəki birinciliyi  qoruyub  saxlamaq  fikrində olmuşlar.

Cəlaləddin  Ünsizadə “Kəşkül”də yazır:

 

“Bizlərdən çoxu var ki, mətbəə və  mətbuat  nə olduğunu bilməz və bilmək dəxi istəməz”.

 

Müəllif  bilik  öyrənməkdən  üz çevirənlərə  onları məşğul olduqları  boş və bihudə  xəyal aləmindən  ayırmalarını vacib sayır. Oxucu ilə belə  fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolunu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın   millət  və  qövmin   düşüncə tərzində öz əksini  tapdığı qənaətinə gəlir.

“Kəşkül”dəki felyetonlar da oxucular narahat edən məsələlərə  həsr olunub. XIX əsrin 70-80-ci illərində ıqəzet və  jurnaldakı felyetonlar   indikindən fərqli məna  bildirirdi. Felyeton əvvəllər ciddi  janr sayılırdı. Felyetonun  qəzet və jurnallarda  daimi yeri olurdu. Sonralar felyetonlarda  qaldırılan məsələlərdə  özünü göstərən bir sıra  nöqsanlar oxucuda  gülüş döğurmuş, felyetonlar əvvəlki müsbət çalarlarını itirmişdi.

Jurnaldakı felyetonların birinin müəllifi S.Atamalıbəyovdur. Bu yazı “Aldığımız bir  vərəqədir” adlanır.

Jurnalın ilk nömrəsində A.Bakıxanovun “Təhzibül-əxlaq” əsəri haqqında  yazı müəlifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.)  də özünə yer tapmışdı. Jurnalda 1877- ci il Dağıstan hadisələri də işıqlandırılıb.

Jurnaldakı ədəbiyyat bölümünün yazıları da oxucuların diqqətini cəlb edir. ”Əmsali-Loğman”dan  seçilən  yazı “Bir Arslan ilə iki Öküz” adlanır. Tərcümənin müəllifi Cəlaldır.    

Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri  tərcümə sənəkarlığı baxımından maraqlı görünür.

                                                                ***

Yazıda "Ziya" əzeti ilə bahəm “Kəşkül”  əzetindən də,  onun jurnal formatında çıxan 11 nömrəsinin birincisindən  də söz açdıq. “Kəşkül”ün ilk nömrələri  uzun illər idi ki, itmiş hesab olunurdu. ”Kəşkül”ün  ilk  11 nömrəsi jurnal  həçmində  (formasında)  çıxdıöğına görə onu türk dünyasının ilk uzun ömürlü cəridələrindən biri kimi də tanımalıyıq.  Onun bəzi nömrələrinin  tədqiqatçılar üçün əlçatmaz olması  türk mətbuat tarixinin   sistemli şəkildə öyrənilməsini ləngidib. 1884-cü il martın 22-dən “Kəşkül” jurnalı qəzet  formasında öz  fəaliyyətini davam etdirib.  "Kəşkül "1891-ci ilin oktyabr ayında bu mətbu orqan  öz nəşrini dayandırıb.

 Cəlal Ünsizadə "Kəşkul" bağlanandan sonra bir müddət Tislisin nüfuzlu məktəblərinin birində -Kadet  məktəbində  müəllimliyini davam etdirmiş,sonralar İstanbula -böyük qardaşı Səid ünsizadənin yaşadığı İstanbul şəhərinə köçmüş, burada türk sultanının sarayında kitabxana müdiri vəzifəsindəişləmişdir.Əslində sarayda kitabxana müdiri vəzifəsi məsul vəzifə idi.Bu vəzifə müşavir və ya mətbuat katibi vəzifəsinə uyğundur.

Cəlil Məmmədquluzadənın 1907-ci ildə yazdığı  və  "Molla Nəsrəddin" jurnalında çap etdiyi  bu barədə "BATDAĞ " felyetonunda bu barədə maraqlı material vardır.Onun 1918 ci ilin may-iyun  aylarında türk qoşunları ilə birlikdə Gəncəyə gəldiyini də yazırlar.

 

Ünsizadə qardaşlarının  türkdilli mətbuatındakı rolu ciddi araşdırılmalıdır.

 

"Ziyayi-Qafqasiyyə" qəzetinin sonuncu-

26 iyun  1884-cü il tarixli 11-ci  nömrəsində Əlibəyov soyadlı bir müəllifin rusca yazdığı məktubun tərcüməsi verilmişdir.

 

Qəzetdə soyadı rus qrafikası ilə  "АЛИБЕКОВ " yazılan məqalədə  türk dünyasının  dahilərindən biri İsmayıl bəy Qaspralının  fikirləri ilə çox yaxından səslənən maraqlı bir  deyim var:

 

" Səid Ünsizadənin məqsədi  mətbuat vasitəsi ilə rus müsəlmanlarını yuxudan  oyatmaqdır".

 

Çox təəssüf ki,  dövrün hakim qüvvələri Səid Ünsizadəyə bu şərəfli vəzifəni yerinə yetirməyə imkan vermədilər.O, 1890-cı ildə  Bakıdan türk dünyasının paytaxt şəhərinə üz tutdu.Burada da böyük maarifçilik  fəaliyyətini davam etdirdi,1905-ci ilin iyun ayında   80 sinnində dünyasını dəyişdi (Həyat qəzeti,5 iyun 1905-ci il,N 21).

Səid Ünsizadənin xatirəsini əbədiləşdirmək üçün .Bakıda yaradılması nəzərdə tutulan Mətbuart Muzeyinə

Səid Əfəndi Ünsizadənin (1825-1905) adının verilməsi barədə düşünmək lazımdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM