Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi

09:00 / 11.03.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 "El həyatı" məcmuəsinin mətbuat tariximizin hələ öyrənilməyən nümunələrindəndir. Cəmi dörd nömrəsi çıxıb. Birinci nömrə 1918-ci il yanvarın 14-də, 2-ci nömrə fevralın 3-də, 3-cü nömrə fevralın 25-də,4-cü nömrə isə martın 14-də oxucularım mütaliəsinə verilib.

Jurnalın birinci səhifəsində onun 15 gündən bir çıxarılacağı göstərilsə də, çap prosesində müəyyən gecikmələr olmuşdur. Bu, çox güman ki, dövrün ictimai-siyasi həyatında baş verən gərginliklərlə ilgilidir.

Məcmuənin hər nömrəsinin həcmi 16 səhifədir. Materiallar hər səhifənin iki sütununda yerləşdiriımışdir. Jurnal müsəvvər (şəkilli) olmasa da, burada bəzi çərçivələr güllü naxışlarla bəzədilmişdir. Yazıar hər sütunun 32 sətrində yerləşdirilmişdir. Bütün yazılar aydın və oxunaqlı xətlə yazılmışdır.

Məcmuənin çap  tarixi həm islami,həm də miladi tarixlə göstərilmişdir.Başlığın üstündəki "Müstəhləklər (İstehlakçılar-N.N.)  cəmiyyəti ittifaqının nəşri-əkarı " sözləri  məcmuənin ideya mənşəyini göstərir.

Məcmuədə redaktorun adı göstərilmir,ümumi məsuliyyəti  "heyəti-təhririyyə" daşıyır. 

Görkəmli mətbuat tarixçisi   Nazim Axundov 1965-ci ildə  çap etdirdiyi "Azərbaycanda dövri mətbuat"(biblioqrafiya) əsərində   "El həyatı" məcmuəsinin redaksiya heyətinə daxil olan bir neçə yaradıcı fikir adamlarının adını çəkir:

N.Nərimanov,S.H.Kazımoğlu,D.Bünyadzadə və başqaları.

"El həyatı" jurnalının redaksiyası Bakıda Merkuryevski küçəsində Arafelovun evində yerləşirdi.

Jurnalın başlığının sol tərəfindəki  hissədə   abunə qiymətləri  oxuculara belə tanıdılır

illik-           12 manat,
6 aylıq-        7 manat,

3 aylıq -      4 manat,

bir nüsxə-  70 qəpik

Ondan aşağıda isə jurnal üçün tələb olunan mövzular xüsusilə qeyd edilir :

" El faidəsinə təsiri olacaq hər qisim məqalələr  və ədəbi parçalar  qəbul olunur."

 Bu qeydlərdən sonra  rus dilində bir cümlədə,  göndərilən  məktulların   Bakıda  Petrovsk meydanında yerləşən Kooperasiya İttifaqının  Prikaspiyski kontorunda   "для журнала "Эль -Гати" guşəsində qəbul olunduğu xəbər verilir.

 Üslubuna, dilinin sadə və daha çox anlaşıqlı olmasına gorə mövzusu  jurnalın redaksiya heyəti tərəfindən müəyyənləşdirilən baş məqalələrin Seyid Hüseyn Kazımoğlu tərəfindən yazıldığı hiss olunur.

Birinci nömrədəki baş məqalə "Məqsədimiz" adlanır. Məqalə "Heyəti-təhriyyə" imzası ilə çap olunmuşdur. Sonrakı yazı Nəriman Nərimanovun "El həyatının  səadəti eldən asılıdır"adlandırdığı proqram xarakterli yazıdır.

"El həyatı"nda söz içində söz deməyi bacaran qələm sahibləri çalışırdılar.Jurnal abunə dəftərinə aid iri həcmli elanında özünü  müsəvvər (şəkilli) mətbu orqan hesab edirdi..Əslində burada ancaq  bir neçə gül şəkilli çərçivələr var idi.
 

 "El həyatı" siyasi,ədəbi, iqtisadi, müstəhləklər(istehlakçılar( N.N) məcmuəsidur.Məcmuədəki yazılar da məhz bu sahələri əhatə edirdi.Aydınlıq üçün həmin yazılardam bir neçəsinin adını sadalayırıq.

 N.Nərimanov.El həyatının səadəti eldən asılıdır.

( N 1, səh.2-N2,səh.3-4)4,

N.( N.Nərimanov-N.N). İnqilab və kooperativ cəmiyyətləri.

( N 3,səh.6-7)

N.Nərmanov.Avropa fikrində  və həyatında  müdam inqilab
(N 3,səh.1-4)

Atababa Yusifzadə. İranyana bir xitab* Yazı "Hümmət" qəzetindən köçürülmüşdür.  (N1,səh.8-10)

A.Yusifzadə.Sınıq qanadlar. Roman.(N1-mabədi var, N2-mabəd,
 N3-  bəqiyyəsi var).

A.Yusifzadə. Muğan səhraları(N 2)

Yusifzadə.Qanlı Muğan səhrasnda  qooperativ cəmiyyətləri (mabəd) (N3)
Həsən.Təqsir kimdədir?   (N 1). 

Kazımoğlu( Seyid Hüseyn Kazımoğlu-N.N.). Türk sözləri (N 2, səh.4-5)

Dərviş.  Naleyi-dərviş.  (N2)

Müəllim Rağib.Bir müzakirə (N2)

Ağaəli Rağib.Ümumi İittihad (birləşmə,həmfikir olma-N.N.)

                     İkinci müzakirə (N3)

D.Bünyadzadə.Fəhlə və kooperatsiya(məzmunu iqtibas edilmişdir-mabədi var.) (N 2, səh.12.)

 Müstəhləklər cəmiyyətinin nizamnaməsi.(N 2,səh. 14-16).

Təəssüb (qeyrətkeşlik etmək) dükanının heyəti -idarəsi  tərəfindən Mir Həsən Münsif .  İzhari-təşəkkür.   (N 2)

Ms. Qarın toyurmaq (N3)
Özü. Babidir!Kiçik hekayə(N3)

Söhbət.(sual-cavab şəklindədir-N.N.)

Yalavac.Müsəlmanlar təşkil edən  cəmaət dukanı ılə millətlər təşkil edən dükanın fərqi  (N3,səh.15-16).

Qeyd etməyi lazım bilirik ki,professor Nazim Axundovun  "Azərbycanda dövri mətbuat(biblioqrafiya)" əsərində  

"El həyatı"nın  14 mart  1918ci ildə çap olunan nömrəsi də xatırlanır.Təəssüf ki,biz  jurnalın həmin nömrəsi ilə tanış ola bilmədik. Yəqin ki,orada da ictimai fikir tariximiz üçün maraqlı elmi,bədii ,publisistik  məqalələr vardır.

"El həyatı"nda dərc olunmuş yazılardan məlum olur ki,idarə heyəti iqtisadi məsələlərə,koorerasiya cəmiyyətinin gördüyü işlərə daha böyük önəm vermiş,cəmiyyətin əşrəflərinin  yaxşı yaşamaları  yolunda  elmi axtarışlar apararaq,insanları qaranlıqdan işığa çıxarmaq  niyyətində olmuşlar.

Bu yazılarda görkəmli türk  kooperasiya təşkilatçısı,Türkiyənin Mətbuat Ümum Müairi Mühiddin Birgenin  (1887-1959) iqtisadi mövzularda yazdığı məqalələrinin təsiri aydın şəkildə duyulur

Yeri gəlmişkən deyək ki,M.Birgen 1922-1924-cü illərə  Azərbaycan Xalq Maarif Komissarlığının dəvəti ilə  Azərbaycan təhsilinin inkişafı ilə əlaqədar olaraq Türkiyədən   Bakıya dəvət edilmş,burada mətbuat işlərinə rəhbərlik etmişdir.Azərbaycanın ən qalın jurnalı sayılan  İnqilab və mədəniyyət jurnalı,əslində M.Birgenin ümumi rəhbərliyi ilə nəşr edilmişdir. Görkəmli türk şairi Nazim Hikmətlə bir neçə il qohumluğu olan M.Bergin Azərbaycan Dövlət Pedaqoji İnstitutunda  azərbaycanlıların indiki nəslinin baba və nənələrinə türk tarixi və fəlsəfəsi fənnindən,sosioloji elmlərdən dərs demişdir. Azərbaycanın tanınmış elm adamları- maarif naziri Mehdi Mehdizadə,istiqlalçı şair Əhməd Cavad, şair və tərcüməçi Mikayıl Rzaquluzadə M.Birgenin sevimli tələbləri ilmuşlar. 

Mövzuya qayıdaraq, "El həyatı" jurnalının yaradıcı heyətinin  haqqında bir neçə söz söyləmək  istəyirəm.Çox təəssüf ki,onların çoxu arzuladıqlarl günləri görə bilmədilər.N.Nərimnov (1870-1925) 1920-ci illərin repressiyasının,yazıçı Hüseyn Sadıq Kazımoglu (1887-1938), jurnalist Ağababa Yusifzadə(18861937),  marif naziri Dadaş Bünyadzadə(1888-1938) 1937-ci il fəlakətnin qurbanı oldular.

Müəllim Rağib.Bir müzakirə (N2)

Ağaəli Rağib.Ümumi İittihad (birləşmə,həmfikir olma-N.N.) İkinci müzakirə (N3)

D.Bünyadzadə.Fəhlə və kooperatsiya(məzmunu iqtibas edilmişdir-mabədi var.) (N 2, səh.12.)

  Müstəhləklər cəmiyyətinin nizamnaməsi.(N 2,səh. 14-16).

Təəssüb (qeyrətkeşlik etmək) dükanının heyəti -idarəsi  tərəfindən Mir Həsən Münsif .  İzhari-təşəkkür.   (N 2)

Ms. Qarın toyurmaq (N3)
Özü. Babidir!Kiçik hekayə(N3)

Söhbət.(sual-cavab şəklindədir-N.N.)

Yalavac.Müsəlmanlar təşkil edən  cəmaət dukanı ılə millətlər təşkil     edən dükanın fərqi  (N3,səh.15-16).

Qeyd etməyi lazım bilirik ki,professor Nazim Axundovun  "Azərbycanda dövri mətbuat(biblioqrafiya)" əsərində  

"El həyatı"nın  14 mart  1918ci ildə çap olunan nömrəsi də xatırlanır.Təəssüf ki,biz  jurnalın həmin nömrəsi ilə tanış ola bilmədik. Yəqin ki,orada da ictimai fikir tariximiz üçün maraqlı elmi,bədii ,publisistik  məqalələr vardır.

"El həyatı"nda dərc olunmuş yazılardan məlum olur ki,idarə heyəti iqtisadi məsələlərə,koorerasiya cəmiyyətinin gördüyü işlərə daha böyük önəm vermiş,cəmiyyətin əşrəflərinin  yaxşı yaşamaları  yolunda  elmi axtarışlar apararaq,insanları qaranlıqdan işığa çıxarmaq  niyyətində olmuşlar.

Bu yazılarda görkəmli türk  kooperasiya təşkilatçısı,Türkiyənin Mətbuat Ümum Müairi Mühiddin Birgenin  (1887-1959) iqtisadi mövzularda yazdığı məqalələrinin təsiri aydın şəkildə duyulur

Yeri gəlmişkən deyək ki,M.Birgen 1922-1924-cü illərə  Azərbaycan Xalq Maarif Komissarlığının dəvəti ilə  Azərbaycan təhsilinin inkişafı ilə əlaqədar olarq Bakıya dəvət edilmş,burada mətbuat işlərinə rəhbərlik etmişdir.Azərbaycanın ən qalın jurnalı sayılan  İnqilab və mədəniyyət jurnalı,əslində M.Birgenin ümumi rəhbərliyi ilə nəşr edilmişdir. Görkəmli türk şairi Nazim Hikmətlə bir neçə il qohumluğ olan M.Bergin Azərbaycan Dövlət Pedaqoji İnstitutunda  azərbaycanlıların indiki nəslinin baba və nənələrinətürk tarixi və fəlsəfəsi fənnindən,sosioloji elmlərdən dərs demişdir. Azərbaycanın tanınmış elm adamları- maarif naziri Mehdi Mehdizadə,istiqlalçı şair Əhməd Cavad, şair və tərcüməçi Mikayıl Rzaquluzadə M.Birgenin sevimli tələbləri ilmuşlar. 

Mövzuya qayıdaraq, "El həyatı" jurnalının yaradıcı heyətinin  haqqında bir neçə söz söyləmək  istəyirəm.Çox təəssüf ki,onların çoxu arzuladıqlarl günhləri görə bilmədilər.N.Nərimnov (1870-1925) 1920-ci illərin repressiyasına,yazıçı Hüseyn Sadıq Kazımoglu (1887-1938), jurnalist Ağababa Yusifzadə(18861937),  marif naziri Dadaş Bünyadzadə(1888-1938) 1937-ci il fəlakətnin qurbanı oldular.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM