Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"

10:49 / 12.03.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Tiflis.1882."Ziya" mətbəəs

 Uşaqların təlimi və əxlaq tərbiyəsinə aid bu dərsliyin maraqlı yaranma tarixi var. Türk dünyası ilə böyük ictimai-siyasi, elmi-ədəbi və dostluq əlaqələri olan Zaqafqaziya Əhli- Təsənni İdarəsinin üzvü, 1879-1884-cü illərdə Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziya” (bir müddətdən sonra “Ziyayi-Qafqasiyyə” adlandırılmışdır) qəzetinin sahibi-imtiyazı və mühərriri Hacı Səid Əfəndi Ünsizadə (1825-1905) məktəb və maarif məsələlərinə hələ ilk gənclik illərindən ciddi maraq göstərmişdir. Şamaxıda qazı işləyərkən Bakı qubernatoru ilə səmimi  dostluq münasibətlərindən istifadə edərək, 1874-cü ildə o, burada - Şamaxıda “Məclis məktəbi” adı ilə ibtidai məktəb açmış, uşaqlara dərs demək üçün Şamaxı şəhərinin ən məşhur müəllimlərini yeni təhsil ocağında işləməyə dəvət etmişdir. Onlardan ikisi–şair Seyid Əzim Şirvani və sonralar “Kəşkül” qəzetinin (1883-1891-ci il) redaktoru  və  əsas mühərriri olan Cəlal Ünsizadə (Səid Əfəndinin ortancıl qardaşı) bu məktəbdə işləyərkən Şərq və Qərb alim və pedaqoqlarının dərsliklərinin, eləcə də özlərinin keçdikləri dərslərin materialları əsasında sanballı dərslik yazmışlar. Bu dərsliklərdən uzun müddət əlyazma və çap variantları şəklində məktəb və mədrəsələrdə şagird və tələbələrin əsas təlim kitabları kimi istifadə olunmuşdur.

  1870-ci illərin sonlarında Tiflisə  Zaqafqaziya Əhli -Təsənni İdarəsinə dini idarələrin işini yoxlamaq üçün Şamaxıdan Bakıya ezamiyyətə göndərilən  S.Ünsizadə tapşırılan işi uğurla yerinə yetirir. Bu xidmtlərinə görə onu  mühüm işləri yerinə yetirmək üçün Tislisdə saxlayırlar.

 Səid Ünsizadə Zaqafqaziya Əhli-Təsənni İdarəsində çalışsa da,uzun müddət vəzifə  borscunu ictimai əsalarla yerinə yetirir.Bir müddətdən sonra onu Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü vəzifəsinə təsdiq edirlər

  S.Ünsizadə tutduğu vəzifə çərçivəsində ona tapşırılan bütün işləri məktəb və maarifin  inkişafına, yeni məktəb və mədrəsələrin  açılmasına  yönəldir, .  

Səid Ünsizadə   Qafqazı  kəndbəkənd gəzir,yerlərdə təhsilə göstərilən işlərlə maraqlanır, bu yolda bir sıra layihələr  üzərində işləyir, onları reallaşdırmaq üçün  inadığı ,qələminə və ağlına güvəndiyi  ziyalıları öz ətrafına toplayırdı.

Onun bu istiqamətdəki ilk işi Tiflisdə- xristian şəhərində Azərbaycan dilində daş basmaxanası (litoqrafiya ) açmaq oldu. Səid Əfəndi bir müddətdən sonra “Ziya” adlı qəzetin nəşrinə icazə alır. “Ziya” nın ilk nömrəsi  1879-cu ilin yanvar ayında (islami təqvimlə səfər ayının 16-da) çıxır.

“Ziya” qəzeti  S.Ünsizadənin öz  litoqrafiyasında litoqrafiya üsulu ilə çap edilir. Bu prosec  bir ildən artıq davam edir. Litoqrafiya üsulu ilə çıxan qəzet , müxtəlif nəşr materialları oxucuları qane etmədiyi üçün  Səid Ünsizadə mətbəə yaratmaq qərarına gəlir. Bir neçə yaxın qohumunu mətbəə işini öyrənməkdən ötrü İstanbula göndərir. 

  S.Ünsizadə çap avadanlıqlarını  da  Türkiyədən alır.  Lakin narın və rizə hərflər  və  hərf birləşmələri oxucuların xoşuna gəlmir; S.Ünsizadə yenidən Türkiyəyə  üz tutur, mətbəsinin bir sıra avadanlığı  dəyişdirir.

    “Ziya” mətbəsinin  gücü artandan sonra burada  kitab çapı üçün geniş imkanlar yaranır, ölkənin türkdilli regionlarından,  Zaqafqaziya və Rusiya müsəlmanlarından sifarişlər alınır, mətbəədə lazımi və yararlı kitabların çapı sürətləndirilir.

Belə kitablardan biri də  Səid Ünsizadənin  özünün  “Təlümül-ətfal,təhzibül -əxlaq” adlı 128 səhifəlik dərsliyidir. Kitabın hər səhifəsində 18 sətir var.Burada  bir sıra durğu işarələrindən, mötərizə və ulduzlardan istifadə edilmiş, yeni fikir və  fərqləndirilməsi lazım bilinən cümlələr yeni abzasdan yazılmışdr.Əsər ciddi təchih olunmuş,redaktə işi yaxşı aparılmışdır.

Söz yox ki, bütün bu işlər  Ünsizadə qardaşlarının  əlbir fəaliyyətinin nəticəsi kimi  qiymətləndirilməlidir; Cəlal Ünsizadə hələ (öz şəxsi mətbu orqanını açanadək)   qardaşı Səid əfəndi ilə bir yerdə işləyir, mühərrirlik işinin çoxunun ağırlıq və məsuliyyəti   məhz  onun üzərinə düşürdü.

    Əsərin   ” təb və təhririnin tamam olmağı Qafqazın Baş Rəisi knyaz Dondukov-Qarsaqofun( burada dərsliyin orfoqrafiyasını məqsədəyönlü şəkildə  eynilə saxlayırıq-N.N.) öz məhl-məmuriyyəti olan Tiflis şəhərinə  təşrif-fərma olan günə təsadüf etdiyi  üçün”  maddeyi- tarix    kimi   “Qafqaz(288)   Baş(303) Rəisi(281)  qnyaz (168)  Donduqofa(255)  Qarsaqofa (553) “hədiyyə (34)”   sözlərindən istifadə edilmişdir ki, bu  da  1882 -ci ilə  uyğun gəlir. Əsərin ikinci səhifəsində yazılma tarixi  dəqiqliklə verilmişdir:  fİ 6 mah yanvar 1882 (fi 27 mah səfər 1299). Əslində dərsliyin  materiallarının  müəyyən hissəsi müəllifin “Ziya” qəzetində çap etdirdiyi bəzi məqalələrin məzmununu yada salır,xatırladır,müəllifin bu əsər üzərində 1870 -ci ilin sonlarından işlədiyi məlum olur. Dərsliyin sonunda -128-ci səhifədə   onun çapına  15 mart 1882-ci ildə senzor tərəfindən icazə verildiyi göstərilir.Belə çıxır ki, əsər çox ciddi yoxlamadan keçmiş, ziyanlı olmadığı müəyyənləşdirildikdən sonra onun nəşrinə  başlanmışdır.

    Oxucuları intizardan qurtarmaqdan ötrü kitabın bəzi yarımbaşlıqlarının adlarını sadalayırıq:

”Ana”,”Ata”,”Qardaşlıq laziməsi”,”Bir bülbülün  qarışa ilə olan hekayəsi”, “Çalışmaq”, “Bal arısı ilə eşşək arısı hekayəsi”, “Meyvəli ağaclar ilə meyvəsiz ağaclar”, “Hər taifənin dilini və yazısını bilmək”, “Təlim və tərbiyə”,”Məktəbə getmək və oxumaq”…

     Başlıqlardan göründüyü kimi , müəllif  uşaqları elmə,maarifə səsləyir,onları həyatda faydalı işlər görməyə çağırır.

     Əsərin müqəddəmədən sonrakı ilk hekayəsinin ana haqqında olması təsadüfi deyil; Səid Ünsizadə uşaqların tərbiyəsində ananın rolunu çox yüksək qiymətləndirir, uşaqları anaların zəhmətinə qiymət verməyə istiqamətləndirir:

“Ay uşaqlar, görürük ki, mehriban və mərhəmətli olan analar nə qədər zəhmət və məşəqqətlər ilə övladlarını doğandan sonra yenə onların nə mərtəbədə zəhmətin çəkib əmizdirmək və bələmək və qucağında saxlamaq ,  paltarlarını yuyub  isti və  ya  soyuqdan mühafizət etməkdən başqa, gecə və gündüz onların istirahətində öz istirahətini tərk edib ,uzun gecələr yuxusuz qalırlar”..

    Dərslik müəllifi uşaqların sağlam böyümələri üçün  çox  vacib məsələlərdən  də  söz açır, onlara geyim  və  düzgün qidalanma mədəniyyətini  ümdə məsələlərini  başa salır.

Dərslikdəki “Yemək və içmək barəsində”, “Su”,”Hava”,”Qəm və kədər”,”Dövlət və millətə xidmət”  kimi  öyrədici materiallar  məktəb yaşlı uşaqların  təlim və tərbiyəsində önəmli  əhəmiyyət daşıyır

             


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM