Azərbaycan Respublikasının Əməkdar müəllimi
Əsrə bərabər ömrün səhifələri
Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924-1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910-1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913-1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920-1921), Dövlət mətbəəsində mürəttib (1921-1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929-1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzetiredaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941-1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri,"Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır. 1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969-1975).
Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilmiş əsərlərini, "Bəxtiyarnamə"ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirmişdir. "İran Azərbaycanının müasir şairləri" (1946), "Səttarxan" şeirlər toplusu (1948), "Mirzə Əli Möcüz" (1948), "Xiyabani" (1949), "Cənubi Azərbaycan şairləri" antologiyası (1950), "Heyran xanım" (1951), "Atmacalar" (1958-1961), "Əlağa Vahid. Seçilmiş əsərləri" (1975) və s. kitablar onun əməyinin bəhrəsidir. O, bunları toplayıb, tərtib edib nəşrə vermişdir.
Hələ 1934-cü ildə Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdi. Ömrü boyu yanar ürəkli ictimaiyyətçi olmuşdur: "Bilik" cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937).
Ümumittifaq səviyyəli ədəbiyyat və teatr tədbirlərində iştirak etmişdir. Ona "50 il" partiya veteranı nişanı verilmişdir. Ədəbi və ictimai fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, "Əmək veteranı" (1976) medalı və digər on medal ilə təltif olunmuşdur.
1994-cü il noyabrın 18-də Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Qulam Məmmədli günahı özündə olan ziyalılardandır. Dünyadan köçəndə 100 yaşına çatmağına cəmi üç il qlırdı.
Qulam Məmmədlinin yazdıqlarının çoxu yazılmışlara əsaslanır.Ərəb əlifbalı elə söz var ki,onların yazılışı ilə fələffüzünü mütləq fərqləndirə bilməlisən.
Haşiyə. Moskva Dövlət Universitetiin riyaqziyyat faküültəsini bitirən bir rəhbər işçi tanıyıram. Salam-kəlamımız var. Amma bu salam-kəlam onun hitqinə irad tutmağa imkan vermir.
Deyilən sözün döşər-düşməzu ola bilər.Bir dəfə bunu söz arasında Qulam müəllimə dedikdə o gülümsünərək dedi ki,bu sənlik deyil.Bu,artıq onun qanına keçib.Bir halda ki,"taleh" sözü ilə "tale"nı fərqləndirə bilmir,deməli o,doğrudan da bəxtəvər deyil,müqqəssirdir.
Mən həmişə mənası mənə çətin görünən ərəb mənşəli söze "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətin"də axtarmışam.Yeri gələndə çətin sözlərin mənasını unudulmaz elmi rəhbərim professor Mirzə Rəhimovdan da,Qulam Məmmədlidən də soruşmuşam.
Görəsən,indi işimiz çətinə düşəndə belə məsələləri kiminlə məsləhətləşəcəyik?
Qulam Məmmədlinin dostları çox idi. Düşmənəri yox idi.Ondan qaçanlar var idi.Qorxurdular ki,yüksək titullarına görə Qulam müəllim onlara irad tuta bilər.
Qulam müəllimin şəxsən və ya qiyabi tanıdığı yaşca özündən böyük dostlarına aid kitabları bunlardır
1. Molla Nəsrəddin (salnamə). Bakı: Azərnəşr, 1966, 564 səh
2.Molla Nəsrəddin (salnamə). II çapı. Bakı: Gənclik, 1984, 600 səh
3.Hüseyn Ərəblinski (salnamə). Bakı: Azəməşr, 1967, 290 səh.
4.Cahangir Zeynalov (salnamə). Bakı: Azərnəşr, 1968, 170 səh.
5.Üzeyir Hacıbəyov (albom kitab). Bakı: İşıq, 1975, 92 səh. (şərikl)
6.Üzeyir Hacıbəyov (salnamə). Bakı: Yazıçı, 1983, 550 səh.
7.Nəriman Nərimanov (salnamə). Bakı: Yazıçı, 1987, 357 səh.
8.Abbas Mirzə Şərifzadə. Bakı: İşıq, 1985, 242 səh.
9.Cavid ömrü.salnamə).Bakı.1982,200 səh.
Qulam Məmmədlinin teatr tariximizin güzgüsü olan əsərləri də böyük tədqiqatçılıq fəaliyyətinin gözəl nümunəsidir.
(Azərbaycan teatrının salnaməsi (I hissə). Bakı: Azərnəşr, 1974, 584 səh.
Azərbaycan teatrının salnaməsi (II hissə). Bakı: Yazıçı, 1983, 300 səh.)
Q.Məmmədlinin "İmzalar"( Bakı: Azərnəşr, 1977, 120 səh.) və ."Sizə kim lazımdır?"
( Bakı."Maarif" nəşriyyatı,1990,192 səh.) kitabları ədəbiyyatımızın və mətbuatımızın dərindən öyrənilməsinə xidmət edən ən uğurlu nəşrlərdəndir.Bunlar ədəbiyyat,mədəniyyət,mətbuat tarixçilərinin çoxunun stolüstü kitablarıdır.
Telli Pənah qızının arzusu
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM