Azərbaycan Respublikasının Əməkdar müəllimi
"İşığ"ın redaktoru Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü milliyyətcə tatar olan Sübhanqulovun qızı Xədicə xanım idi.O,Tiflisdəki Olqa Qadınlar İnstitutunun tibb fakültəsinin məzunu kimi qadınların sağlamlığının qorunmasında və mühafizəsində Bakıda dəyərli həkimlik fəaliyyəti göstərmişdir.Xədicə xanımın əri şəkili Mustafa bəy ali məktəb qurtarmasa da, Bakıda dövlət işlərində öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən milli ziyalı kimi həm xalqın,həm də dövlət məmurlarının rəğbətini qazanmışdı.Mustafa bəy bağarıqlı natiq və tərcüməçi kimi diqqəti daha çox cəlb edir,həm Azərbaycan,həm də rus dillərində maraqlı elmi və elmi-publisistik yazılar yazırdı.
Əlibəyovlar 1911-ci ilin yanvarında xalqa çatdırmaq istədikləri öz ürək sözlərini mətbuat vasitəsilə reallaşdıra bildilər.Bakıda "İşıq" adlı qəzetin nəşrinə başladılar.İki il ərzində "İşığ"ın oxucularla 68 görüşü oldu. "İşıq" Bakıda şuşalı müəllim Haşım bəy Vəzirovun mətbəəsində oxunaqlı xətlə,gözəl tərtibatla çıxırdı.
Qəzetin birinci səhifəsində yeni mətbuat orqanı özünü belə təqdim edirdi:
"İndilikdə həftədə bir dəfə şənbə günü nəşr olacaq, TƏRBİYEYİ-ƏTFALA (uşaqların tərbiyəsinə-N.N.),ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir".
Bu sözlərdən sonra rus qrafikası ilə xüsusi məqsəd daşıyan bir başlıq da verilmişdir:.
ЕЖЕНЕДЕЛЬНАЯ ГАЗЕТА.
Maraqlıdır ki tədqiqatların çöxunda, tarix kitablarında, hətta orta məktəb dərsliklərində rusdilli bu söz birləşməsini görməyənlər "İşığ"i elmi ictimaiyyətə jurnal kimi təqdim etmişlər.
"İşıq" öz proqramına uyğun olaraq çıxır,burada tərbiyə,ədəbiyyat,təbabət və evdarlığa aid maraqlı yazılar dərc olunurdu.
Qəzetdə qadınlarla yanaşı,zükür (erkək) qələm sahibləri də həvəslə iştirak edirdilər.Bunlardan Məhəmməd Hadini,Hüseyn Cavidi,Yusif Vəzirovu və başqalarını xüsusilə qeyd etmək gərəkli görünür.
Məncə, bu gün türk dünyasının bütün tibb məktəblərində "İşıq"dakı tibbə dair yazılar əsasında xüsusi seminarlar keçirilə bilər.Ədəbiyyat əsgərləri "İşıq"dakı bədii yazılardan faydalana bilərlər.Uşaqlarına düzgün tərbiyə vermək istəyənlər də "İşığ"a müraciət edə bilərlər.Bu yazıların əsas müəllifi turk dilinin Qafqazda daha çox işlənən qolundan- Azərbaycan dilindən yazı dili kimi istifadə edən Xədicə xanım Əlibəyovadır.
"İşığ"ın bəzi yazıları rus dilində çap olunurdu.Belə yazıların müəllifi,adı göstərilməsə də,söz yox ki, Mustafa bəy Əlibəyovdur.
"İşıq"da həm qəzet,həm də müxtəlif ədəbi janrlardan istifadə olunurdu. Bu cəhətdən "İşıq"dakı yol qeydləri, dərindən tanıtma reklam xarakterli yazılar,"Tərcüman" qəzetində tez-tez təsadüf etdiyimiz rəylər və təqrizlər,iqtibqslar, məqsədli tərcümələr,yeni kitab və mətbuat orqanları haqqında məlumaqtlar çox maraqlı görünür.
"İşıq" qəzetindəki portret oşerkləri ən maraqla oxunan materiallardandır.Bu yazıların müəllifinin o zamanlar Zaqafqaziya müftisi olan H.Ə.Qayıbovun olması daha çox dəstəklənə bilər.Belə ki,H.Ə.Qayıbov yazılarının birində türk dünyasının qeyrətdə də, şücaətdə də zükurlardan geri qalmayan qadınlar haqqında yazılar yazdığını xəbər verirdi."İşıq" qəzetində bu silsilədən bir neçə yazıya rast gəlirik.
Belə yazılardan biri Bakıda həkim işləyən Batırşina Amina xanım haqqındadır."İşığ"ın 22.10.1911-ci il tarixli 30-cu nömrəsinin 3-cü səhifəsində bəzəkli çərçivə içərisində Amina xanımın başında qalpaq olan fotoşəkli verilmiş,haqqında bir sütunda tərcümeyi- halının bir sıra maraqlı məqamları göstərilmişdir.
"Amina xanımın tərcümeyi-halı
Xanımın başındakı zinət Kırımdakı müsalman xanımların rəsmən başlarına qoyduqları qalpaqdır(bu söz indi türrk dilli ölkələrin çoxunda tibb işçilərinin istifadə etdikləri baş geyimidir-N.N.),yəni məklayiçədir(Bu sözü lüğətlərdə tapa bilmədik,onu çox çətinliklə oxuduq.Bəlkə də tatarların əksəriyyətinin məişət dilində işlətdiyi sözdür.Materialı diqqətlə oxuyun,bəlkə də aydınlaşdıra bildiniz.Məklayiçə-hər halda qalpağın sinonimi sayıla bilər-N.N.).
Amina xanımın qız familiyası Yeniquyova(bəlkə də başqa cür oxunmalıdır-N.N.),ər familiyası Bahadır Batrışindir.
Bu xanım Saratov bəyzadələrinin qızıdır ki,18 sinnində (yaşında-N.N.)Taşkənd gimnaziyasını qızıl medalla qurtarmışdır.Hərçənd o vəqtdə istəyirdi ki, getsin Peterburqdakı Nikolayevski Təbabət darülfünununa,lakin darülfünun səltənət tərəfindən bağlandığına görə gedə bilməmişdi.
Amina xanım iyirmi yeddi sinnində Daşkənddə təbib Məhəmməd Hənifəyə ərə getmişdir ki,hal-hazırda "Statski sovetnik",yəni yaranal mənsəbində Daşkənddə güzəran ediyor.Ərə gedəndən on il sonra Gimnaziyada dübarə imtahahan verib,ərinin razılığı və xeyir-duası ilə Peterburqda övrətlərin Tibiblik Darülfünuna qəbul olunur.Tamam beş il orada oxuduğuna əvvəlinci dərəcə"attestad",yəni şəhadətnamə alıb,sonra iki il tamam Peterburq və Moskva şəhərlərinin klinikalarında xidmət edibdir.Klinika darülfünunlarin yanında bina olunan böyük mərizxanadır. ki,orada professorlar azarrlılara müalicə ediyorlar.
Qafqaziyyədə övrətlərdən əvvəlinci təbibə Aminə xanımdır ki, 6 ildir Bakıda həkimlik edib. Hal-hazırda neçə ildən bəridir ki, Bakı şəhərinin üçüncü mərizxanəsinin təbibəsidir. Fəqət indilikdə şəhər tərəfindən göndərilibdir ki,gedib böyük şəhərlərin klinikalarında neçə azarlılaraın müalicəsini həll eləsin.
Bu təbibə Bakı mərizxanəsində hər gün əllidən yetmişə kimi övrətlərə müalicə edəndən sonra evində də əlac etməgə talib bir xudapərəst və millətin sevən xanımdır.
Bu xanımın həmşirəzadələri "Statskiy sovetnik" Ahmed Muxtar bəyin qızları Hənifə xanım və Zinət xanım Naqay bəyin zadələri- Daşkənd gimnaziyasını tamam edib, hal-hazırda Pererburqda darülfünunlarda elm təhsil ediyorlar.Hənifə xanım diş həkiməlgi şöbəsində, Zinət xanım isə Psixonevroloji İnstitutda tibbiyyəni öyrənir".
*************************************************************************************************************************
Batrişina Amina haqqında 1913-cü ilə aid bir soraq kitabçasında- ("Баку и его район" 1913 года - справочный ежегодник. Изд. М. С. Шапсович ) maraqlı qeydlərə rast gəlirik.Burada Bakıdakı qadın həkimlərinin cərgəsində Amina xanımın adı birinci verilmişdir.İllik soraq kitabçasından məlum olur ki, Amina xanım xəstələri "İşıq" qəzetinin redaksiyasınln yaxınlığındakı ünvanda- (Церковная, уг. Спасской, 51) qəbul edirmiş.Onun qəbul saatları gündə iki saat çəkirmiş-səhər saat səkkizdən doqquza qədər və günorta saat birdən ikiyədək.
"Баку и его район" 1913 года - справочный ежегодник. Изд. М. С. Шапсович
Ədəbiyyat siyahısı
1 Batrişina Amina xanum.."İşıq" qəzeti.N30,22.10.1911,.səh.3.
2. Salman Mümtaz..Azərbaycan ədəbiyyatının qaynaqları.Bakı,Yazıçı,1986.səh.385-394)
( Bu məqalə ilk dəfə 1936-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilmişdir.
Bax:Yüz il bundan əvvəl Azərbaycan nasiri( Hekayənin əldə edilmək tarixçəsi.
"Ədəbiyyat qəzeti,1936,24 -03.1936.; səh 11.
;Ədəbiyyat qəzeti, N 5,1936..səh. 3-4
Ədəbiyyat qəzeti,.1936.; N6,səh..3.)
3.Ежегодник Баку 1913. и его район 1913..
Отдел 2-Женщины-врачи (.Изд. М .Шансович)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM