Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov

09:21 / 20.06.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 Mən 1974-cü ildə əsgərlikdən gələndə əlavə iş axtarışına başladım. Keçmiş partiya işçisi Təhminə xanım Qiyasbəyova Bakı Şəhər İcraiyyə Komitəsindəki yeni iş yerindən "Bakı" və "Baku" qəzetlərinin redaktoru görkəmli jurnalist Nəsir İmanqulyevə zəng etdi. Səhəri günü Nəsir müəllim məni ləyaqətlə qarşılayıb, şöbə müdiri Səfər Məmmədova tapşırdı. Mən bir günün içidə "bakılı" və "bakulu" oldum. Ştatdankənar müxbir kimi Azərbaycan və rus dillərində qəzetə yazılar yazmağa başladım. Redaksiyanın iş planlarının hazırlanmasında fəal iştirak etdim.

Mən hələ də buradakı iş yoldaşlarımı- Əliabbas Əliyevi, Şakir Abdullayevi, Səfər Məmmədovu, Dağbəyi İsmayıovu, Tamilla Hacıyevanı hörmətlə xatırlayır, indi həyatda var olanlarla rastlaşanda onlarla səmimiyyətlə salamlaşıram.

Redaksiyada ünsiyyət qurduğum jurnalistlərdən biri də ağsulu Qüdrət Piriyev idi. Səhv etmirəmsə, o da, Dağbəyi də qəzetlə təzəcə əlaqə qurmuşdu. Bəlkə də təçrübə keçirdilər.

Mənim əsas iş yerim Azərbaycan KP Nərimanov PK müəssisə siyasi maarif kabinetinin müdirliyi idi. Siysi təbliğatla məşğul olsam da, Azərbaycanın ictimai fikir tarixinə, dilçilik əlaqələrinə, dil tarixinə, pedaqogika məsələlərinə aid araşdırmalar üzərində işləyirdim. Bu, məmim aspirant kimi elmi işimin mövzusu ilə ilgili idi.

Bir dəfə seçkilər zamanı Qüdrət Piriyev əvvəlcədən zəng edərək müdiri olduğum seçki məntəqəsinə gəlmişdi. Məntəqə leytenant Şmidt adına zavodun Mədəniyyət Evində yerləşirdi. Qüdrət seçicilərin siyahısı ilə maraqlandı, elə bil qeyri-adi nə isə axtarırdı. Mən bu qeyri-adiləri əvvəlcədən bir qovluğa toplamışdım. O, bəzi qeydləri bloknotuna qeyd etdi, yenidən siyahıya baxmaq fikrinə düşdü. Mən də bu işdə ona qoşuldum. Birdən Qüdrət "Mehmandarov İqor Samedoviç" adını görüb başını siyahıdan qaldırdı.

   ...Hə, axtarılan tapılmışdı. Sən demə, İqor Mehmandarov məşhur generalın oğlu imiş. Birlikdə Qədirbəyov küçəsi, 63 ünvanınlı evə getdik.

 Maraqlı seçici axtarışına çıxmışdıq. Qapını boyca özündən kiçik olan arvadı İza xanım açdı. Özümüzü təqdim etdik. Bizi içəri dəvət etdilər.

İ.Mehmandarov təxminən 70-72 yaşlarında ucaboy bir ziyalı idi. Danışığı rəvan və cəlbedici idi. Həyatından söhbət açdı, Bakıya Leninqraddan Heydər Əliyev tərəfindən dəvət edildiyindən söz açdı. Rusça danışsa da, uşaq vaxtı Bakıda oxuyarkən əzbərlədiyi şeirlərdən də sitat gətirməyi xoşlayırdı. Uşaqları yox idi. Sonradan məlum oldu ki, bu xanım onun ikinci həyat yoldaşıdır. (təxminən 90 yaşlı general qızı və füneral gəlini olan bu xanım sağ-salamatdır, ərinə bağışlanan evdə tək yaşayır -N.N.).

İqor Səmədoviç gəmi mühəndisi idi. Təqaüdə çıxandan sonra Bakıya köçmək təklifi ilə razılaşmışdı. Zövcəsi də məmnun görünürdü. Geniş və işıqlı beton evdə yaşasalar da, özlərini burada daha rahat hiss edirdilər. Dil problemləriərindən də şikayətçi deyidilər. Hamı onları yaxşı başa düşürdü.

Qüdrət İqor Mehmandarovla ünsiyyətimizi bir gündən sonra qəzetə yerləşdirdi. Yazının rus dilinə tərcümə edilib-edilməsindən xəbərim yoxdur.

İ.Mehmandarovun evi ilə mənim kabinetimi Gülarə Qədirbəyova küçəsi ayırırdı. Hərdən vaxt tapıb binanın qarşısında -Tofiqin mağazasının qarçısında söhbət edirdik. Söhbət zamanı məlum oldu ki, İqor müəllimlə ortaq tanışlarımız çoxdur.

Onlardan biri-AMEA xarici dillər kafedrasının müəllimi-mənim aspiranturadakı ingilis dili müəllimim Bəhicə xanım idi. Bəhicə xanım aspirantların ən sevimli müəllimi idi. Səməd Vurğun küçəsi ilə A.Bakxanov küçəsinnin tinindəki möhtəşəm binanın üçüncü mərtəbəsində yaşayırdı. Anası xəstə olduğu üçün bir neçə dərsimizi onların evində keçmişdik. Bəhicə xanım sonralar ailəsi ilə birlikdə kanadaya köçdü.

Bəhicə xanım məşhur dilçi, repressiya qurbanı Xaild Səid Xocayevin qızıdır. Bəhicə adı ona ailənin dostu Hüseyn Caviddən yadigar idi.

Sən demə, İ.Mehmandarovun Bəhicə xanımgillə -Lənkəran tərəfdən qohumluğu var imiş.

İ.Mehmandarovun daha bir qohumu mənim ADU-nun filologiya faküültəsindəki tələbə yoldaşım Aliyə Mehdiyeva (Təhmasib) imiş. Aliyə müəllim ADU-ya qəbul zamnı bütün imtahanlardan əla qiymət almışdı. Biz tələbələr sonralar həmişə onunla fəxr edirdik. O, vaxtilə qaynanası müəllim işləyən 132 nömrəli məktəbin direktoru, SSRİ Ali sovetinin deputatı oldu. Hazırda təqaüdçüdür. Deyilənə görə, fəxri direktor kimi kabineti hələ də öz yerindədir.

Bir dəfə söhbət zamanı İ.Mehmandarova dedim ki, müdafiə ərəfəsindəyəm, elmi işimi yazıb qurtarmışam, amma partiya işindən ayrılmaq istəmirəm.

Burada bir çətinliyim odur ki, raykom katibi olmaq üçün ya Moskvada, ya da Bakıda Ali Partiya Məktəbibini bitirməliyəm. Bu da ki çətin məsələdir.

İqor Mehmandarov söz verdi ki, bu məsələdə mənə kömək edəcək. Lakin o, bu işlə məşğul olanlarla dil tapa bilmədi. Kabinetimə gəlib təəssüfləndiyini bildirdi və üzrxahlıq elədi. Bu, bizim son görüşümüz oldu.

İqor Mehmandarov 1989-cu ilin avqust ayında vəfat edib. Məzarı Yasamal qəbirstanlığındadır.

İqor Mehmandarov mənim yadımda uşaq vaxtı orta məktəb dərsliyinnində çap olunmuş şeirləri uşaq kimi şövq və həvəslə söyləyən əlaçı məktəbli kimi qalıb.

İ.Mehmandarov arvadı İza ilə gəzintidə


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM