"Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri

11:41 / 02.07.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi




                Doktor Nəsrəddinov Babaşah Rəsul oğlu

 Bir neçə il bundan əvvəl kiçik qardaşım  Mir Şahin mənə bir kitab göstərdi.Müəllifi babam Rəsul Nəsrəddin oğlu İsmayılovun  XX əsrin əvvəllərində iş birliyinə görə ünsiyyət saxladığı Cənnətalı kişinin oğlu tibb elmləri namizədi Heybət Mehditev idi.

"Sağlamlıq cəfakeşləri "adı ilə 1 000 nüsxə  sayı ilə  2003-cü ildə "Çaşıoğlu" nəşriyyatı tərəfindən nəşr olunmuş  bu kitabın rəyçiləri  Kürdəmir səhiyyəsində xüsusi yeri olan tibb elmləri doktorları,  Azərbaycan Tibb İnstitutunun professorları  F.Q. İslamzadə və

Ə. M.Məmmədovdur.

Rəyçilərin hər ikisi qədim Şirvan torpağının yetirmələridir.Nəfis tərtibatlı 418 səhifəlik bu kitab haqqıda öz təəssüratımı yazmaq istədim.

Burada atamın  ata tərəfdən yaxın qohumu  şamaxılı Həsənov Faiq Səftər  oğlu, kiçik dayısı Şahalı  Məhəmməd oğlu Zərbəliyev, nənəmin əmisi oğlu Cəbrayıl Ağakişi oğlu İsmayılov, dostları  İslam Abdulrərim oğlu İslamzadə,   Sabir Qafur oğlu Musayev,Niyazi Məmmədsəlim  oğlu  Məmmədov və başqa həkimlər haqqında  maraqlı oçerklər diqəti cəlb edir

Təəssüf ki,kitabda  tanıdığım bir neçə həkimin adına rast gəlmədim.   Yəqin ki gələcək nəşrlərdə bu məsələyə xüsusi diqqət yetiriləcəkdir. " Sağlamlığın cəfakeşləri " kitabında  uzun illər qədim Şirvan torpağında  həkim işləyən   atam  haqqında da  yazıya rast gəlmədim.

   Halbuki 35 il  müxtəlif rayonlarda kənd xəstəxanalarında baş həkim, o cümlədən Kürdəmir şəhər poliklinikasında terapevt, Ağsu qəsəbə poliklinikasında baş həkim vəzifəsidə işləyən   həkimin xidmətləri yaddan çıxmalı deyildi.

"Sağlamlığın cəfakeşləri " kitabının müəllifi 1954-cü ildə yaradılmı stomotologiya fakültəsinin ilk məzunlarından biridir.Mənim bibim Səfurəxanım İsmayılova da Azərbaycan Tibb İnstitutunun   stomotologiya fakültəsinin ilk əlaçı məzunlarından biri idi.Müəllif S.İsmayılovanın da Kürdəmirdəki,sonralar ailə həyatı ilə əlaqədar yaşadığı Sumqayıt şəhərindəki  50 illik itbbi xidmətləri unudulmalı deyildi.
Yeri gəlmişkən  qeyd edim  ki, H.Mehdiyevin kitabının adı gələcək nəşrlərdə mütləq redaktə olunmalıdır.

"Sağlamlığın cəfakeşləri" deyəndə sağlamlığın cəfasını ,əziyyətini çəkənlər yada düşür.Halbuki,kitabdakı tibb işçilərinin hamısı "sağlamlığ"ın  antonimi olan "xəstəlik"lərlə  ciddi mübarizə aparan  ziyalılardır.

"Sağlamlığın  cəfakeşləri" kitabında unudulmuş həkimlər haqqında  silsilə yazılar  yazmaq fikrinə düşdüm. İlk yazım  atam haqqındadır.

                Doktor Nəsrəddinov Babaşah Rəsul oğlu(15(27).04.1913,Şamaxı-19.05.1977,Kürdəmir)

"Doktor" da, "həkim" də alınma sözdür. "Doktor" -latın mənşəli sözdür.Bir neçə mənası var. İlkin mənası  müəllim,təlim edən anlamına uyğundur. Sonralar bu söz  "loğman" mənsına uyğun gələn  sözün sinonimi kimi,  elmlədən hali olan  şəxslərə aid edilmişdir.Hər halda,  "doktor" sözü ərəb mənşəli "həkim" sözündən  daha sanballı görünür.

 

  Atam-Babaşah  Rəsul oğlu Nəsrəddinov 1913-cü il aprelin 15-də ( yeni stillə 27-də)  Şamaxıda anadan olmuşdur.

Atası  Rəsul kişi məşhur şair Seyid Əzim Şirvaninin dərs dediyi Məclis Məktəbinin ən qabaqcıl şagirdlərindən biri olmuşdur.

Şamaxı Məclis Məktəbi  1874-cü ildə görkəmli maarifçi  Hacı Səid Əfəndi  Hacı Əbdürrəhman oğlu Ünsizadənin təşəbbüsü ilə yaradılmışdır. Məclis Məktəbində   şair S.Ə.Şirvani, Azərbaycan dilində yazılmış ilk "HESAB " dərsliyimizin müəllifi Cəlal Ünsizadə  kimi tanınmış müəllimlər dərs deyirdilər. 

İndi "Şamaxı Avropa Liseyi "kimi  tanınan bu təhsil ocağında  şagirdlər 3-4 il ərzində ana dili ilə yanaşı,şərq dillərini də   şeir yazmaq dərəcəsində öyrənirdilər.

Rəsul kişinin üç övladı olmuşdur. Böyük övladı Babaşah da Məclis Məktəbini bitirmışdir.

Məclis Məktəbini bitirənlərin çoxu  orta məktəblərə müəllim kimi işləməyə göndərilirdi.

 

Türk  və rus dillərini yaxşı bildiyi üçün Babaşahı  Şamaxı Məclis Məktəbini bitirəndən sonra   Qalağayına (indiki Sabirabada)  türk dili müəllimi  işləməyə   göndərirlər. O, bir neçə illik müəllimlik fəaliyyətindən sonra Kürdəmirə köçür bə burada bank sistemində mühasib işləyir

Babaşah ali tibb təhsili almaq üçün 1938- ci ildə Azərbaycan Tibb İnstitutunda qəbul olunur və 1942-ci ildə müharibənin ağır vaxtlarında ali təhsilini uğurla bitirir.

İnstitutun son kursunda Bakının hospital və xəstəxanalarında   topladığı təcrübə onun yaxşı həkim kimi püxtələşməsinə böyük zəmin yaradır.

1942 -ci il avqustun 10-da ATİ-ni bitirənlərin hamısını döyüş bölgəsinə  həkim kimi  işləməyə göndərmək qərara alınır.Bir neçə məzun  nazirliyin təkidi ilə  respublikada   qızdırma xəstəliyi ilə ciddi mübarizə aparmaq məqsədilə  döyüş bölgələri və hospitallardan   aran rayonlarına  səfərbər edilir. Atamı həkim işləmək üçün Ucara  göndərirlər.

O, 1942-ci ildən  ömrünün sonunadək-  1977-ci ilədək ,  35 il kənd rayonlarında  xəstəxana və  və tibb məntəqə müdiri vəzifələrində işləmıdir.

 Atam  paytaxtdan uzaqlarda yaşamasına baxmayaraq, tələbə dostları ilə ünsiyyət saxlayırdı. Sonralar respublikanın ən tanınmış həkimləri- olan  professor Mürsəl Qarayev, şairə Xanımana Əlibəyli, tibb elmləri doktoru,professor  Sayalı Abdulla qızı Tağıyeva, Sosialist Əməyi Qəhrəmanı ,SSRİ Ali Sovetinin deputatı,  naxçıvanlı Zəhra Qazıyeva,səhiyyə nazirinin müavini Hüseyn Əliyev - atamın  ən yaxın,  ən səmimi dostluq münasibətində olduğu tələbə dostları idi.

Doktor Babaşah Nəsrəddinov Ucar,Qutqaşın ( Vəndam ), Xaldan,Şəki,İsmayıllı,Göycay, Ağsu və Kürdəmir rayonlarında  yüzlərlə xəstənin həyatını xilas etmiş, xəstəliklərdən əziyyət çəkən minlərlə insanlara tibbi xidmət göstərmişdir.

Doktor Babaşah Nəsrəddinov tibb sənətini bir çox qohum -əqrəbasına sevdirə bilmişdir. Bacısı Səfurə İsmayılova  1954-cü ildə Kürdəmir dəmir yol məktəbini gümüş medalla qurtarıb,imtahansız ATİ-nun yeni yaradılmış stomatologiya fakültəsinə daxil olmuş, 50 il Kürdəmir hərbi şəhərciyinin tibb müəssissində, Kürdəmir Rayon Poliklinikasında və Sumqayıtda  stomotoloq işləmişdir.

 Doktor Babaşah Nəsrəddinovun nəvəsi Rəsul Nəsrəddinov 2000-2005-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun stomotologiya  fakültəsində oxumuş, iki il Moskva klinikalarında zəngin tibbi təcrübə toplamışdır. Sonralar Bakıya qayıtmış  və  indi həkimlik fəaliyyətini buradakı özəl tibb müəssisələrində  uğurla davam etdirir. 
Rəsul Nəsrəddinov dünyanın bir sıra   ölkələrində türk,ingilis və rüs dillərində öz həmkarları ilə  seminarlar təşkil edir,gənc həmkarları ilə  elmi fikir mübadiləsi aparır.

  Atamın  3 yaşlı nəticəsi Əli  Şirinli  və 6 yaşlı nəticəsi  Zərifə Nəsrəddinova da gələcəkdə həkim olmaq istəyir.Onlar   tibb sahəsinin  akademikləri olacaqlarında  israrlıdırlar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM