SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR

08:35 / 10.07.2017

 

 

26 ildir ki, işğala məruz qalan Azərbaycan Respublikasının əhalisinə qarşı erməni işğalçıları tərəfindən sadəcə dini mənsubiyyəti və milliyyətinə görə ən dəhşətli müharibə cinayətləri (Xocalı soyqırımı başda olmaqla, dinc əhalinin qəddarlıqla öldürülməsi, meyitlərin eybəcər hala salınması, insanların diri-diri yandırılması, heç bir xəbər verilmədən girov saxlanması, qul kimi işlədilməsi, məcburi şəkildə yaşadıqları ərazilərdən qovulması) törədilmişdir. Təəssüf ki, indiyə qədər beynəlxalq hüquq tərəfindən Azərbaycan Respublikasına dəyən maddi zərərin ödənilməsi, cinayətkarın məhkəmə qarşısında cəzalandırılması və beynəlxalq aləmdə respublika əhalisinin hüquqlarının bərpası yönündə heç bir tədbir görülməmişdir.

Buna görə də vaxtilə Xocalıda törədilən soyqırıma rəhbərlik edən və uşaqları və qocaları qətl etməyi fəxr sayan Sarkisyanın işğal rejimi cinayətlərini davam etdirir. Bu günlərdə dinc yaşayış məntəqələrinin tank əleyhinə silahlardan atəşə tutulması nəticəsində 2 yaşı tamam olmayan, hələ dil açmamış körpə və heç bir hərbi əməliyyata qatılmayan 50 yaşlı qadın həlak olması işğalçı rejimin son cinayətləridir.

I Qarabağ müharibəsi Ermənistanın beynəlxalq hüququn ən ümdə prinsiplərini pozması ilə, elan edilmədən başlanmış və işğal əməlləri beynəlxalq humanitar hüququn (BHH) heç bir prisnipinə məhəl qoymadan yerinə yetirilmişdir. Dörd il davam edən hərbi əməliyyatlar nəticəsində minlərlə insan öldürülmüş, yüzlərlə Azərbaycan övladları girov götürülmüşdür ki, onların da əksəriyyətini qocalar, qadınlar və uşaqlar təşkil etmişdir. 1 milyondan artıq insan öz daimi yaşayış yerini tərk etməyə məcbur olmuş, qaçqına çevrilmişdir... [1, s.222].

Dinc sakinlərin diri-diri başlarının kəsilməsi, kütləvi şəkildə gülləbaran edilməsi, müxtəlif işgəncələrə məruz qoyulması, heç bir xəbərsiz əsir aparılıb qul kimi saxlanması, müxtəlif əzab-əziyyətlə öldürülməsi BHH normalarına tamamilə zidd və ən qəddar müharibə cinayətlərindəndir.

“Müharibə cinayətləri” termini ümumi anlayış olub, silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Bəzən belə hesab edirlər ki, müharibə cinayətlərinə yalnız Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarında təsbit olunmuş əməllər aiddir (Cenevrə Konvensiyalarında bu əməllər “ağır pozuntular” (“grave breaches”) adlandırılmışdır). Əlbəttə, bu, yalnış fikirdir, belə ki, həmin əməllər müharibə cinayətlərinin yalız bir hissəsini və özü də ən təhlükəli və ciddi əməlləri əhatə edir. Beynəlxalq normativ və presedent təcrübəsində də vahid termindən istifadə olunmur. Məsələn, Nürnberq Tribunalı Niızamnaməsinin 6-ci maddəsində “müharibə qanun və ya adətlərinin pozuntuları” ifadəsi işlədilmişdi. Bu pozuntulara aşağıdakılar daxil edilmişdi: “işğal olunmuş ərazinin mülki əhalisinin öldürülməsi, əzab verilməsi, köləlik və ya digər məqsədlər üçün aparılması; hərbi əsirlərin və yaxud dənizdə olan şəxslərin öldürülməsi və ya onlara əzab verilməsi; girovların öldürülməsi; ictimai və ya xüsusi mülkiyyətin qarət edilməsi; şəhər və kəndlərin mənasız dağıdılması; hərbi zərurətdən doğmayan talançılıq və digər cinayətlər”.

Yuqoslaviya Tribunalının Nizamnaməsində müharibə cinayətləri ilə bağıl iki müxtəlif maddə nəzərdə tutulmuşdur (2-ci və 3-cü maddələr). 2-ci maddədə 1949-cu il Cenevrə Konvensiyalarının “ağır pozuntuları”, 3-cü maddədə isə “Müharibə qanun və adələtlərinin pozuntuları” adı altında konkret əməllər sadalanmışdır. Ruanda Beynəlxalq cinayət tribunalının Nizamnaməsində, Ruandada baş vermiş silahlı münaqişənin qeyri-beynəlxalq xarakterindən çıxış edərək, yalnız Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddənin və həmin Konvensiyalara 1977-ci il II Əlavə Protokolun pozuntuları öz əksini tapmışdır (4-cü maddə). Nəhayət, Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin Layihəsində və Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsində sadəcə olaraq “müharibə cinayətləri” ifadəsi

işlədilmişdir. Qeyd edək ki, müharibə cinayətlərinə pozitiv beynəlxalq hüquq tərəfindən aid edilən bütün cinayət əməllərini axırıncı iki sənəd daha dolğun və dəqiq əks etdirir [7].

Göründüyü kimi, 1988-ci ildən indiyə qədər Azərbaycan xalqına qarşı tərədilən hüququ pozuntularının hamısı beynəlxalq hüquqda müharibə cinayətləri hesab edilir. Bu cinayətlərin təsnifatı silahlı münaqişlər hüququnun (beynəlxalq humanitar hüququn) tənzimləndiyi Cenevrə və Haaqa konvensiyalarında da yer almışdır.

Məsələn, Xocalıda 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. İnsanlığa qarşı bu cinayətləri törədən erməni separatçıları və rus zabitlərinin adları müəyyən edilib. Onlar hamısı hələ də azadlıqdadır və Rusiya, Ermənistan və Qarabağda yaşayırlar. Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev 2014-cü il fevralın 21-də Bakıda keçirilən konfransda bildirib ki, istintaq zamanı Xocalıda cinayətlərin törədilməsində 39 nəfərin iştirak etdiyi müəyyən edilib. Onların 18-i 366 alayın keçmiş hərbçiləri, 8-i Xankəndi və Əsgəran daxili işlər şöbələrinin əməkdaşları, 5 nəfəri digər vəzifəli şəxs, 8 nəfəri mülki şəxsdir. Həmin şəxslərin barəsində soyqırım (Azərbaycan CM-in 103-cü maddəsi) ittihamı üzrə axtarış elan edilib. Onlar həmçinin Azərbaycan CM-in 107 (əhalinin deportasiyası), 113 (işgəncə), 115.4 (müharibə qanun və qaydalarının pozulması), 116.0.17 (zorlama, seksual zorakılıq, fahişəliyə cəlb etmə və s.) təqsirli bilinirlər.

Ermənistan törədilmiş cinayətlərə bəraət qazandırmağa və ya onların əhəmiyyətini kiçiltməyə cəhd edir. Xocalı hadisələrini hakimiyyət uğrunda mübarizənin nəticəsi kimi təqdim etmək və kütləvi qətllərə görə günahı Azərbaycan tərəfin üzərinə qoymaq cəhdləri olur. Bunun səbəblərindən biri Ermənistanın bugünki rəhbərliyinin həmin cinayətlərdə bilavasitə iştirakıdır. Belə ki, Ermənistanın indiki və sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryan bu cinayətlərin bilavasitə iştirakçısı olublar, Sarkisyan Xocalının işğalından fəxrlə danışıb. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan isə Xocalını işğal edən birləşmələrdən birinə rəhbərlik edib.

Digər bir misala diqqət yetirəndə aydın olur ki, Ermənistan bu münaqişədə iştirakını inkar etsə də, guya beynəlxalq konvensiyalara sadiq qaldığını vurğulasa da, faktlar əksini deyir. Belə ki, 23 fevral 1994-cü il tarixində “Azərbaycan Ordusu” qəzetində (№15 (165) çap olunan AR Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi: “Ermənistan Respublikasının Spitak şəhəri yaxınlığında yerləşən, təxminən 300 nəfər əsir və girovun saxlanıldığı hərbi əsirlər üçün düşərgədə 1994-cü ilin fevralın 15-də 23 azərbaycanlı əsir güllələnmişdir”. Bəyanatda daha sonra deyilir ki, dünya birliyinin həbs düşərgələri yaradılması praktikasını cinayət hesab etdiyi bir dövrdə Ermənistanın Gümrü, Spitak, Eçmiədzin və Quqark şəhərləri ərazilərində belə düşərgələrin yaradılması, 3500 nəfərin, əksəriyyətinin qadın, qoca, uşaqlardan ibarət günahsız müharibə qurbanlarının işgəncələrə məruz qalmaları faktı Ermənistanın bu müharibədə birbaşa iştirakını və cinayət törətdiyini sübut edir” .

Çoxsaylı sənədli faktlar, o cümlədən yerli və əcnəbi jurnalistlər tərəfindən çəkilmiş foto və videomateriallar, şahidlərin dəlilləri kütləvi qətllərin Xocalı şəhərinin özündə və ermənilərin nəzarəti altında olan ərazilərdə baş verdiyini sübut edir. Əsir və girov götürülmüş xocalılara qarşı işgəncələri də təkzib etmək mümkün deyil. Beynəlxalq konvensiya və beynəlxalq humanitar hüquq normaları pozulmaqla, əsirlər görülməmiş vəhşiliklərə məruz qalıblar. Onların başının dərisi soyulub, qulaqları, burunları kəsilib, erməni məzarlarında azərbaycanlıların başı “qurban” kimi kəsilib. [6]

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun sözlərinə görə, “günahsız uşaqlara, qadınlara və qocalara qarşı törədilən bu vəhşiliyi heç nə ilə izah etmək olmaz. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır” [8].

Müharibədə qadağan olunmuş vasitə və üsullar haqqında beynəlxalq hüququn göstərilən əsas qaydaları nəinki qəbul edilməli və qorunmalıdır, habelə daha da gücləndirilməlidir. Çünki təcavüzkar dövlətlərin təcrübəsində məhdudiyyətlər ciddi surətdə pozulur, hərbi əməliyyat tam vəhşiliklərlə aparılır. Onlar silahlı qüvvələrin dinc əhalidən fərqləndirməyin təcrübədə çətin olduğunu, ön cəbhə ilə arxa cəbhə arasındakı fərqin aradan çıxdığını əsaslandırmağa can atır. Bu da KQS-dən istifadə edilməsinə haqq qazandırmaqdan başqa bir şey deyildir.

Müharibə qurbanlarının beynəlxalq-hüquqi mühafizəsi məsələsi indiki dövrdə xüsusilə mühüm əhəmiyyət kəsb etməlidir. Bununla əlaqədar hərbi işğal rejimi, dinc əhalinin mühafizəsi, yaralı və xəstələrin rejimi, əsirlərin vəziyyəti, xüsusilə diqqəti cəlb edir. [3, s.7]

Müharibə əsnasında vuruşanları öldürmək, yaralamaq, əsir götürmək kimi üsullara əl atırlar. Müharibədə iştirak edənlərin öldürülməsi və ya yaralanması döyüşmək istədikləri vaxt qanunidir. Lakin mübarizəni buraxıb təslim olmaq istədiklərini bildirənlərə təslimolma hüququ verilməlidir, yəni o, öldürülməməlidir. Təslim olan nə öldürülə, nə də yaralana bilər. Ancaq təs-lim olduğunu bildirdikdən sonra atəşi davam edən tərəfə (şəxsə) təslimolma hüququ verilə bilməz.

Hərbi əsirlərin hüquqi vəziyyəti beynəlxalq adətlər, müqavilə və sazişlər üzrə, habelə daxili qanunvericilik normaları ilə nizama salınır. Həmin normaların məcmusuna “hərbi əsirlərin rejimi” deyilir. Döyüşçülər, könüllülər, partizanlar və s. daxil olmaqla, döyüşən orduların tərkibindən müharibə vaxtında düşmən tərəfin əlinə keçən və müvəqqəti saxlanılan şəxslər isə “hərbi əsir” adlandırılır. Düşmən əlinə keçmiş yaralılar və xəstələr də hərbi əsir sayılır, “hərbi əsirlərin rejimi” onlara da tətbiq edilir.

Hərbi əsir sayılırlar:

a) silahlı qüvvələrin üzvləri;

b) silahlı qüvvələrin tərkibində olan polis və ya könüllü dəstələr;

c) münaqişədə iştirak edən tərəfə mənsub olan mütəşəkkil müqavimət hərəkatının üzvləri, digər könüllü dəstələrin üzvləri; onlar aşağıdakı şərtlərə cavab verməlidirlər:

– tabeliyində olanlara görə məsuliyyət daşıyan başçısı vardır;

– uzaqdan seçilən müəyyən fərqləndirici nişanı vardır;

– azad şəkildə silah gəzdirirlər;

– öz əməliyyatlarını müharibə qanunlarına və adətlərinə uyğun aparırlar;

ç) silahlı qüvvələrin bilavasitə üzvləri olmayan, lakin həmin qüvvələr tərəfindən verilmiş icazəsi və vəsiqəsi olan, onları müşayiət edən şəxslər, məsələn;

– hərbi təyyarə heyətinin mülki üzvləri;

– hərbi müxbirlər;

– muzdlu təchizatçılar;

– silahlı qüvvələrə xidmət edən əmək dəstələri və xidmətlərinin üzvləri [2].

Silahlı münaqişələr hüququnun normaları silahlı münaqişələr zamanı tətbiq olunan və beynəlxalq müqavilələrdə (sazişlərdə, konvensiyalarda, protokollarda) nəzərdə tutulan hüquqi prinsip və normalar sistemidir.

Şəxsin səlahiyyətli məhkəmənin qərarı olmadan məhkum edilməməsi və ona cəza tətbiq edilməməsi də əsas təminatlardan biridir. Bundan başqa, mülki obyektlər SMH-nin müdafiəsi al-tındadır. Mülki obyektlər həmlə və ya qisas obyekti olmamalıdır.

I Əlavə Protokolda və ya digər beynəlxalq sazişlərlə nəzərdə tutulmayan hallarda mülki şəxslər və döyüşçülər (kombatantlar) müəyyən olunmuş adətlərdən, insanlıq prinsiplərindən və ümumbəşəri vicdanın hökmündən irəli gələn beynəlxalq hüquq prinsiplərinin müdafiəsi və təsiri altında olurlar.

Müharibə zamanı humanizm prinsipləri Azərbaycanın qanunvericiyində də öz əksini tapmışdır. 1995-ci il iyunun 30-da qəbul olunmuş “Mülki şəxslərin müdafiəsi və hərbi əsirlərin hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun I fəslinin 3-cü mad-dəsində mülki şəxslər dedikdə, aşağıdakılar başa düşülür:

1) dövlətlərarası silahlı münaqişə dövründə münaqişə iştirakçısının silahlı qüvvələrin tərkibinə daxil olmayan və hər hansı məqamda, hər hansı şəkildə belə münaqişə zonasında olan,

yaxud münaqişə iştirakçısının ixtiyarında və ya vətəndaşı olmadıqları işğalçı dövlətin ixtiyarında olan şəxslər;

2) daxili silahlı münaqişə dövründə münaqişə iştirakçısının silahlı qüvvələrin tərkibinə daxil olmayan, hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, habelə hərbi əməliyyatlara başlamazdan əvvəl münaqişə iştirakçısının silahlı qüvvələrinin tərkibinə daxil olsalar da, silahı könüllü yerə qoymuş və ya hər hansı başqa səbəbə görə sıradan çıxmış şəxslər.

Həmin qanunun II fəslinin 17-ci maddəsində mülki şəxslər barəsində aşağıdakı hərəkətlər qadağandır:

1) şəxslərin həyatını, sağlamlığını, fiziki və ya psixi vəziyyətini zorakılığa məruzqoyma (qətl, hər cür işgəncələr, zorlama, cismani cəzalar, xəsarətyetirmə);

2) insan ləyaqətini alçaltma, o cümlədən hər hansı şəxslə alçaldıcı və təhqiramiz rəftar, ilk növbədə qadınlara yaramaz münasibət, onları fahişəliyə məcburetmə və ya qadınların şərəf və ləyaqətinə edilən başqa qəsdlər;

3) girovgötürmə;

4) işğal edilmiş ərazidən işğalçı tərəfin ərazisinə mal-qaranı sürüb aparma və əhalini köçürmə;

5) qarşı tərəfin mülki şəxslərindən hərbi əməliyyatlarda istifadəetmə və ya onları silahlı münaqişənin doğurduğu təhlükələrə daha çox məruz qalan rayonda saxlama;

6) özünün mülki əhalisini işğal edilmiş əraziyə köçürmə;

7) hərbi əməliyyatlar üçün zəruri olmayan daşınan və ya daşınmaz əmlakı talanetmə və ya məhvetmə;

8) 18 yaşına çatmayan şəxsləri məcburi işlərə göndərmə;

9) beynəlxalq hüququn təsdiq etdiyi məhkəmə təminatları gözlənilməklə qanun üzrə lazımi qaydada təsis edilmiş məhkəmənin qərarı olmadan məhkumetmə və cəzanı icraetmə [5, s. 233-234].

Mülki əhali silahlı qüvvələrin heyətinə daxil olmayan bütün şəxslərdir. Bu statusda olanlara beynəlxalq humanitar hüquqla himayə edilmək hüququ verilir... IV Konvensiyaya görə, mülki əhali və ayrı-ayrı mülki şəxslər müdafiə altında olduqları üçün onları həmlə obyektlərinə çevirmək, habelə onlardan müəyyən məntəqələr, rayonlar və ya hərbi obyektlərin hücumdan müdafiə olunmasında istifadə etmək qadağandır. [3, s.52]

Hazırda düşmən ərazisində olan yaralıların və xəstələrin, habelə dənizdə gəmi qəzasına uğramış silahlı qüvvələrə mənsub olan şəxslərin rejimi 1949-cu ilin Cenevrə sazişi əsasında nizama salınmışdır.

Bu rejimin əsas müddəaları aşağıdakılardan ibarətdir:

– düşmən ərazisində qalmış bütün yaralılar və xəstələr milli, irqi, dini və başqa mənsubiyyətindən asılı olmayaraq bütün şəraitlərdə düşmən tərəfindən lazımi xidmət, himayə və mühafizədən istifadə etməlidirlər;

– hərbi əməliyyatın təsiri altında öz yaralı və xəstələrini qoyub getməyə məcbur olmuş döyüşən tərəflər, imkan daxilində, öz səhiyyə heyətinin və vasitələrinin bir hissəsini onlara qul-luq etmək üçün ayırmalıdır;

– hər bir əməliyyatdan sonra döyüşən tərəflər xəstə və yaralıların axtarılması, toplanılması üçün, həmçinin onların qarət və ya başqa pis rəftardan qorunması üçün lazımi tədbirlər görməyə borcludur.

Bundan başqa, düşməni öldürmək, yaralamaq və ya əsir götürmək vasitə və üsullarına nəzər salsaq, texniki baxımdan hərbi əməliyyatların nəticəsi bunlar arasında fərq qoymur, lakin insani baxımdan vəziyyət başqadır. Çünki ölünün dirildilməsi mümkün olmasa da, yaralılar sağaldıla bilər. Bu məqsədlə insanlıq, humanizm prinsipi əsir götürməyi yaralamaqdan, yara-lamağı isə öldürməkdən üstün tutur. Bunları nəzərə alaraq quru müharibəsinin vasitə və üsullarına (yollarına) aşağıdakı hüquqi aspektlərdən yanaşılır:

a) hərbi işğal və hərbi işğal rejimi;

b) dinc əhalinin (mülki şəxslərin) müdafiəsi;

c) təslimolma hüququ; hərbi əsirlərin hüquqi vəziyyəti;

ç) müharibə hiylələri, kəşfiyyat, casusluq;

d) hücum, mühasirə və bombardman;

e) yaralıların və xəstələrin hüquqi vəziyyəti;

ə) ölənlər və itkin düşənlər.

Beynəlxalq-hüquqi nəzəriyyədə və təcrübədə düşmən ərazisinin hərbi qüvvələr tərəfindən müvəqqəti olaraq tutulmasına “hüquqi işğal” deyilir. Müharibədə hərbi qüvvələr tərəfindən işğal edilmiş düşmən ərazisindəki qoşunların və yerli əhalinin hüquqi vəziyyətini nizama salan qaydaların məcmusuna “hərbi işğal rejimi” deyilir. Hərbi işğal rejimini nizama salan beynəlxalq hüquqi sənədlərdən düşmən dövləti ərazisindəki hərbi hakimiyyət haqqında 1907-ci il Haaqa sazişinin xüsusi əlavəsini, həmçinin “Müharibə zamanı dinc əhalini qorumaq haqqında” 1949-cu il Cenevrə sazişini göstərmək olar. Hərbi işğal rejiminin əsas cəhətləri – işğal edilmiş ərazinin buna qədər olduğu dövlətin ərazisi tərkibində hesab edilməsindən, imkan daxilində ictimai qayda və ictimai asayişin bərpa edilməsindən, əhalinin öz sabiq vətəndaşlığını saxlamasından, onunla mülayim rəftar edilməsindən, nəhayət işğal rejiminin yalnız müvəqqəti hüquqi nəticələr yaratmasından ibarətdir.

Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı rejim fəaliyyət göstərir. Müqayisə aparılsa, yuxarıda bütün sadalanan beynəlxalq prinsiplərin heç birinə işğalçı Ermənistan tərəfindən əməl olunmadığı, işğal olunmuş Azərbaycan ərazilərində mövcud olan rejimin Hitlerin faşist rejimindən də qəddar, terrorçu, genosid siyasəti yürüdən liderlərin sayəsində insanlığa qarşı cinayətlərin mənbəyinə çevrildiyi sübut olunur. Çünki beynəlxalq hüquqda adıçəkilən hərbi işğal rejiminin fəaliyyətinə Ter-petrosyan–Koçaryan–Sarkisyan üçlüyünün yaratdığı rejimin əməlləri tamamilə ziddir. Bunun üçün qısa olaraq hərbi işğal rejiminin beynəlxalq hüquqda təsbit edilən mahiyyətinə nəzər yeirmək kifayətdir.

Bu rejimin əsas ünsürləri aşağıdakılardır:

a) bir dövlətin silahlı qüvvələri digər dövlətin ərazisini müvəqqəti olaraq tutur və özündə saxlayır;

b) işğal edən dövlət yeni müvəqqəti xarakterli hüququ normaları müəyyən etmək yolu ilə həmin ərazidə hərbi nəzarət və mülki idarəçilik funksiyaları həyata keçirir;

c) işğal olunmuş ərazidə ictimai qayda və əhalinin həyatı təmin edilməli, burada qüvvədə olan qanunlara hörmət edilməlidir;

ç) işğal olunmuş ərazidən mülki şəxslərin işğal edən dövlətlərin ərazisinə və ya hər hansı bir üçüncü dövlətin ərazisinə deportasiya olunması, habelə öz mülki əhalisinin işğal olunmuş əraziyə köçürülməsi qadağandır;

d) nəinki xüsusi, habelə dövlət mülkiyyətinin dağıdılmasına yol verilmir;

e) işğal edən və işğal olunan dövlətlər arasında müharibə vəziyyəti davam edir;

f) işğal edilən ərazi üzərində suverenlik işğalçıya keçmir və onun əvvəlki hüquq sistemini tam ləğv etmək hüququ yoxdur;

g) işğal olunmuş ərazidə dövlətlərarası münasibətlər beynəlxalq humanitar hüququn normaları ilə nizama salınır;

h) müharibə sona yetdikdən sonra işğalla bağlı münasibətlər müqavilə qaydasında ləğv edilməlidir [4, s. 211-212].

Bu faktdan və yuxarıda qeyd olunanlartdan belə nəticəyə gəlmək mümkündür ki, Dağlıq Qarabağda və ətraf rayonlarda olan işğalçı rejimin yürütdüyü bir çox fəaliyyət əslində beynəlxalq hüquq normalarına ziddir və cinayət xarakterlidir.

Belə ki, beynəlxalq hüququn prinsip və normaları mövcud olsa da, beynəlxalq humanitar hüququ zidd olaraq bu pozuntulara iki əsr bundan əvvəl olduğu kimi, hazırda da yol verilir. Bəzi hallarda beynəlxalq qurumların və dünya ictimaiyyətinin müharibə cinayətlərinə birmənalı yanaşma nümayiş etdirməməsi cinayətkarların cəzasız qalması və işğalçı rejimlərin mövcudluğunu davam etdirməsinə gətirib çıxarır.

Onu da xatırladım ki, beynəlxalq praktikada da rast gəldiyimiz kimi, bəşəriyyətə qarşı törədilən cinayətlər heç bir vaxt cəzasız qalmır. Bəzən bu cinyaətlərin üstündən illərin keçdiyini əsas gətirərək cinayətkarların cəzasız qalacağını düşünürlər. Amma bu heç də belə deyil.

Müasir beynəlxalq hüquqa görə, müharibə cinayətkarları müddətlərin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilə bilməzlər. Belə ki, “Müharibə cinayətləri və bəşəriyyət əleyhi-nə cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün müddətlərin tətbiq olunmaması haqqında” 26.11.1968-cı il tarixli Konvensiyanın 1-ci maddəsinə əsasən, Beynəlxalq Hərbi Tribu-nalın Nizamnaməsinin 6-cı maddəsinə uyğun olaraq insanlıq əleyhinə cinayətlərə heç bir müddət şamil olunmur.

Belə bir ümumi nəticəyə gəlmək olur ki, beynəlxalq hüquqda müharibə cinayətləri və onun qarşısının alınması vasitələri dəqiq qeyd edilib. Sadəcə təcrübədə ikili standartlar və digər səbələrdən cinayəti törədənlərin cəzalandırılması gecikir. Məsələn, Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətlərinin baiskarları hələ də cəzalandırılmayıb. Hərbi işğal rejiminin fəaliyyət prinsipləri və dəqiq hədləri də hələ ötən əsrin əvvəllərindən təsbit olunsa da, Azərbaycanın zəbt olunmuş ərazisindəki mövcud olan işğalçı rejim bunların heç birinə əməl etmir.

Halbuki bu qəbildən olan işğal siyasəti və cinayətlər beynəlxalq hüququn norma və prinsipləri, yaradılan hərbi tribunalların fəaliyyəti ilə öz layiqli cavabını almışdır. 1992–1996-cı illərdə Bosniya və Hersoqovinada müsəlmanalara qarşı soyqırımı törədən serb lideri Radovan Karaciç 20 il keçsə də, Beynəlxalq İnsan Hüquqları Məhkəməsi tərəfindən 40 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmışdır. Buna görə də 1991-ci ildən müharibə cinayətləri törədən Koçaryan, Sarkisyan, Ohanyan, Saakyan, Babayan və digərlərinin beynəlxalq hərbi məhkəmələrin qarşısında dayanmaları üçün hüquqi prosedurların sürətlənməsi başda olmaqla bütün tədbirlər görülməlidir.

 

Ədəbiyyat

1. Abbasbəyli Ağalar. Konfliktologiya (dərslik). Bakı Dövlət Universiteti nəşriyyatı, Bakı, 2006, 252 s.

2. AR SQ-də Silahlı münaqişələr hüququnun tətbiqi üzrə Təlimat. Hərbi Nəşriyyat, Bakı: 2014.

3. Gasser Hans-Peter, Beynəlxalq humanitar hüquq: giriş, BQXK, Bakı: 2007, 118 s. 4. Hüseynov Lətif . Beynəlxalq hüquq : dərslik. “Hüquq ədəbiyyatı nəşriyyatı”, Bakı : 2002. 420 s.

5. Politologiya və beynəlxalq münasibətlər. Dərs vəsaiti. Hərbi Nəşriyyat, Bakı: 2014, 320 s. 6. http://www.contact.az/docs/2016/Social/022600148049az.htm#.Vwlb3_mLTIU 7. http://kayzen.az/blog/int-huquq/9573/beynelxalq-cinayet-huququ.html

8. http://metbuat.az/news/415770/arye-qut-seyran-ohanyan-serj-sarkisyan-ve-robert-kocaryan-xo.html


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM