Azərbaycan Respublikasının Əməkdar müəllimi
Keçən günə gün çatarmı və yaxud Azərbaycandakı iki Avropa məktəbinin yadda qalan anları
Keçən il Cabir poeziya günlərini Bakıdakı Avropa Azərbaycan Məktəbi açdı. Məktəbin bir qrup şagird və müəllimi mayın 25-də Şamaxı səfərinə çıxdı.Əvvəlcədən səfərin proqramı Şamaxı Rayon Təhsil Şöbəsi ilə razılaşdırılmışdı. Məqsədimiz Şamaxı ədəbi mühitinin görkəmli nümayəndələrinin qəbirlərini ziyarət etmək, burada M.Ə.Sabiri xatırladan yerləri tanımaq idi. İlk görüşümüz Şamaxıdakı Avropa Liseyində oldu. Bu lisey təhsil tariximizdə XIX əsrin ilk yeni üsullu məktəblərindən biri kimi tanınan məşhur "Məclis məktəbi"nin yerində tikilmişdir.
"Məclis məktəbi" o vaxtlarda Şamaxıda qazı işləyən Səid Ünsizadə (1825-1905) tərəfindən 1874-cü ildə açılmışdır. Bir sıra tədqiqatçılar məktəbi S.Ə.Şirvaninin məktəbi kimi tanıyır, hətta bəzən hissə qapılaraq onu məktəbinin yaradıcısı hesab edirlər.S.Ünsizadə sonralar "Ziya","Ziyayi-Qafqasiyyə" qəzetlərinin naşıri və imtiyaz sahibi, bir neçə dərslik müəllifi, Tiflisdə Azərbaycandilli ilk iri litoqrafiya-mətbəə yaratmışdır
"Məclis məktəbi"nin açılışına Azərbaycan ədəbiyyat və mədəniyyətinə böyük qayğısı ilə tarixə düşən Bakı qubernatoru D.S.Staroselski əmr vermişdir.D.S.Staroselski Bakı qubernatorluğundan sonra TiflisəQafqaz Canişinliyinə rəhbər vəzifəyə təyinat almışdır. D.S.Staroselski ilə yaxşı dostluq və işgüzarlıq münasibətləri olan Səid və Cəlal Ünsizadə qardaşları iri miqyaslı maarifçilik işlərini həyata keçirmək üçün keçmiş Bakı qubernatorunun ardınca Tiflisə üz tutmuşlar. Ünsizadə qardaşları _Səid əfəndi və "Məclis məktəbi"ndə müəllim işləyən Cəlal əfəndi Tiflisə gedəndən sonra məktəbin bütün ağırlığı burada ana dili və şəriətdən dərs deyən S.Ə.Şirvaninin üzərinə düşmüşdür. S.Ə.Şirvaninin Tiflisə- Səid Ünsizadəyə yazdığı məktublarda "Məcilis məktəbi"nin üzləşdiyi ağır iqtisadi çətinliklərdən dəfələrlə söz açılsa da,vətəndən uzaq düşən Ünsizadıələr məktəbin maddi yardım məsələlərinə maddi köməklik göstərə bilməmişlər. S.Ə.Şirvani S.Ünsizadəyə göndərdiyi məktublarında " Siz Şamaxıda olarkən binagüzarlıq etdiyiniz məktəb" ifadəsini bir neçə dəfə işlətmişdir. "Məclis məktəbi"də tək qalan S.Ə.Şirvani kömək üçün yaxşı tanıdığı Həsən bəy Zərdabi Məlikova da "Qafqaz müsəlmanlarına xitab" kimi tanıdığımız şeiri ilə müraciət etmişdir. O, mənzum məktubunda məktəbin tarixindən, buradakı dərs deyən müəllimlərdən, yaxşı niyyətlə yaradılmış bu təhsil ocağının proqram materiallarının yeniliyindən söz açırdı. Ruhani məclislərində müxtəlif fikir ayrılıqları yarandığına görə məktəbə qayğı azalır,məsul din xadimləri və varlı yerli əhali yaxasını kənara çəkirdi. Ünsizadə qardaşlarından sonra təhsil ocağına rəhbərlik edən S.Ə.Şirvani məktəbin maddi çətinliklərini Zaqafqaziyanın ali din xadimlərinə-salyanlı şeyxülislam Əhməd bəy Hüseynzadəyə və şamaxılı müfti Əbdülhəmid Əfəndizadəyə çatdırmağı Həsən bəy Zərdabidən xahiş edir, özünün dediyi kimi "millət xadimləri"ni "Məclis məktəbi"nə köməklik göstərməyə çağırırdı:
...var idi bizdə nadanlıq,
Bizə üz verdi çox pərişanlıq.
İndi Şirvanda açmışıq məktəb,
Dərsimiz rusü türkü farsü ərəb
Zəhmtim çoxdur,heç nəfim yox,
Leyk həqqə ümidvarəm çox
Kim,bu zəhmətlər olmayə zaye,
Bəlkə bu macəra ola saye.
Şeyxülislamü müftyi - islam,
İKİSİ BİR OLUB EDƏ ƏNCAM,
Cünki bunlar rəisi-millətdir,
Mədəni - lütfiü kani -qeyrətdir...(qeyrət mədənidir-N.N.).
Seyyida,bəsdi,nəzmi qıl kütah (qısa -N.N.),
Xatirin cəm qıl ki,inşallah,
Şeyxülislamü müftiyi-xoşnam,
Məktəbin əmrinə edər əncam...
Bu il "Məclis məktəbi"nin 140 yaşı tamam olur.Məktəbin tarixi yubileyini təntənəli şəkildə keçirmək lazımdır. Bu məktəb uzun müddət qədim Şirvanın ən mötəbər məktəblərindən biri olmuşdur. S.M.Qənizadə, Ə.Tahirzadə ( M.Ə.Sabir) kimi məşhur söz ustaları bu məktəbdə oxumuşlar. Bu məktəb bizim ailə məktəbimizdir.Babam bu məktəbdə S,Ə.Şirvanidən dərs alıb.Atam da bu məktəbin məzunudur.
Cəmo Cəbrayılbəyli, Püstəxanım Yüzbaşinskaya,Hidayət Əfəndiyev kimi görkəmli alimlərin ilk pedaqoji təcrübələri bu məktəblə ilgilidir.
Keçən il biz Şamaxıda olarkən "Məclis məktəbi"nin bünövrə və ideya varisi olan Şamaxı Avropa Liseyində maraqlı müəllim və şagirdlərilə dostlaşdıq. Məktəbin direktoru Türkiyədə olduğuna görə onu görə bilmədik. Tədbirdən onun xəbəri var idi.Telefonda üzrxahlıq etmişdi. Biz Şamaxıda olan gün o,Türkiyə universutetlərinin birində Azərbaycan təhsilinə aid pedaqoji mühazirə oxumalı idi. Müəllimlərlə söhbət zamanı hiss etdik ki,məktəb təhsil ocağı kimi respublikanın sayılan,seçilən məktəblərindəndir.Burada bütün fənlərin tədrisiyaxşı təşkil edilmişdir.Amma mənə elə gəldi ki,şagirdlərinAzərbaycan dili və ədəbiyyatına meyilləri daha çoxdur. Fikrimin təsdiqi kimi indi TQDK-nın "Mənim məktəbim" səhifəsini açdım.: "Ötən ilin(2012-ci ilin - N.N.)qəbul kampaniyasına nəzərənson qəbul kampaniyasında (2013-cü ildə)ana dili, ədəbiyyat, tarix,ingilis dili fənləri üzrə düzgün cavabların sayının artması və ryaziyyat,fizika,kimya,ümumi fənlər bloku fənləri üzrə azalması müşahidə olunmuşdur".
2013-cü ildə Şamaxı Avropa Liseyini bitirən 49 şagirdin 29-u ali məktəbə daxil olub.
Şamaxı Avropa Liseyinin 2012-2013-cü tədris ilində ən çox bal toplayan məzunlarının sayı
1.Abdullayeva Təhmihə Məhəmməd qızı- 683 bal
2.Yahya Müşfiq Mehman - 665 bal
3.Mikayılov Kamran Mikayıl oğlu 599 bal
4.Qubatova Yaqut İlham qızı 598 bal
5.Abdulhəhimova Zərifə Hüseyn qızı 580 bal
6. Məmmədov İlkin Həsən oğlu 548 bal
7.Sarıyeva Aysel Çingiz qızı 536 bal
8.Süleymanova Zülfiyyə Vüqar qızı 527 bal
Yarışan Avropatipli məktəblər kimi Bakıdakı Avropa Azərbaycan Məktəbinin son bir ildəki uğurlu nəticələrindən də söz açmalıyam. Hələlik buraxılış siniflərimiz olmadığı üşün qəbul imtahanlarından danışmıram. Gələn il ən azı 5-6 şagirdimizin 600-dən yüksək bal toplayacağına gümanımız və inanımız var.Bu il iki şagirdimiz Respublika fənn olimpiadalarında yüksək yer tutmuşdur. X sinif şagirdi Günay Anar qızı Məmmədova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadasının qalibi olmuşdur. Onun sinif yoldaşı Fərid Cavanşir oğlu Muradov tarix fənni üzrə respublika üzrə IV yerə çıxmışdır. Maraqlıdır hələ keçən il-İX sinifdə oxuyarkən Fəridin "Məqalələr silsiləsi" adlı ilk kitabı çapdan çıxmışdır.
Məktəb tədbirindən sonra dağlara çıxdıq,təbiətin çoxları üçün cənnət hesab olunan yerlərini seyr elədik. Şamaxı Rəsədxanasına günün günorta çağı etdiyimiz səfər də bizə bir çox nəsnələrdən xəbər verdi. Tədbirimizin ən maraqlı səhifələrindən biri də M.Ə.Sabirin Ev Muzeyinə sƏfərimiz oldu. Muzey əməkdaşlarının ədəbiyyatımızın təbliği yolunda gördüyü işlər bəyəniləndir. Muzeyin rəhbərliyi ilə burada M.Ə.Sabirlə ilgili təqdimatlar keçirməyi qərara aldıq.İlk təqdimat, çox güman ki, bu yaxınlarda olacaqdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM