Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən

09:28 / 28.08.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

                           Redaktoru və sahibi-imtiyazı Səid Ünsizadə (1825-1905) olan "Ziya" qəzetinin  (1879, yanvar, Tiflis - 1884, iyun, Tiflis) fədakar tədqiqatçılarından birini itirdik               
 
                                               

 Uzun müddət idi ki, texniki imkanlardan uzaqda idim. Odur ki, yazılarımı oxuculara çatdıra bilmirdim. Bu gün bir neçə günlüyə Təbrizə qayıtmışm. FACEBOOKlu dostlarımın yazdıqlarına baxmaq istədim. Dostlarımdan biri  oxuculara  hamını sarsıda biləcək bir xəbər göndərmişdir - ərəb qrafikalı əlifba ilə 1879, yanvar-1884, iyun tarixlərində Tiflisdə Azərbaycan dilində nəşr olunan "Ziya" qəzetinin bir çox nömrələrini müasir əlifbamıza transliterasiya edən Müştəba Əliyev dünyasını dəyişmişdir.
 Kütləvi informasiya vasitələri də bu xəbəri öz səhifələrində yerləşdiriblər.

 Veteran jurnalist, gözəl insan, Qarabağ dərdlisi, əsl vətəndaş Müştəba Əliyev 63 yaşında ağır xəstəlikdən sonra dünyasını dəyişib.
 
Onun  həyatını xilas etmək üçün müvafiq təşkilatlar və dostları tərəfindən müəyyən fədakarlıqlar edilsə də, tanınmış jurnalisti, mətbuat tariximizin təəssübkeşini, yorulmaz tədqiqatçısını xilas etmək mümkün olmayıb.

Təəssüf...Təəssüf ki, yaşamaq arzusunda olan yaxşı adamları ölümün pəncəsindən qoparmaqda biz hələ də acizik.

  Mən Müştəba Əliyevi şəxsən tanımırdım. Ancaq yazdıqlarını həmişə diqqətlə oxuyurdum. Bizim müəyyən vaxtlarda ümumi iş birliyimiz  olmuşdur. Müştəba müəllim də, mən də müəyyən illərdə "Azərbaycan məktəbi" jurnalında məsul katib vəzifəsində işləmişik. Təhsil Nazirliyinin bu jurnalı  mətbuat tariximizin mötəbər nəşrlərindəndir. Şəxsən mən bu mətbuat orqanındal bir sıra akademiklərin yazılarının çap olunmasında xidməti olanlardan biri kimi həmişə yüksək qürur hissi keçirmişəm. Bu jurnaldakı fəaliyyətim Təhsil Nazirliyi tərəfindən çox yüksək qiymətləndirilmiş, Təhsil nazirinin imzası ilə mənə nazirliyin Fəxri Fərmanı verilmişdir. Mənə elə gəlir ki, bu silsilə elmi yazılar mətbuat tarixçilərimizin maraqla istinad etdikləri mənbələrdən biridir. Bu materiallar mətbuat tariximizi öyrənənlər üçün də faydalıdır.

 Mən yazılarımı oxuyan bütün alim dostlarıma həmişə minnətdarlıqla yanaşıram. Belə yazılarımdan biri Müştəba Əliyeyin diqqətini cəlb etmişdi. O, adımı çəkməsə də İT-nin "Yeni gün" proqramında ərəb qrafikalı "Ziya" qəzetinin latın qrafikasına  transliterasiya etdiyi nəşr haqqında çıxışında "Ziya"nın ilk nömrəsinin 1879-cu ilin yanvarında çıxmasını göstərənləri tənqid edirdi. ((Mən də bu fikirdə israrlıyam və dəfələrlə bu məsələni - "Ziya" qəzetinin ilk nömrəsinin 1879-cu ilin yanvarında  çıxdığını (bax - "Ziya" qəzeti, 19.11.1879,N 44) elmi ictimaiyyətin diqqətinə çatdırmışam-N.N.). 

Əslində yanılan müəllifin əməkdaşı olduğu AMEA -nın müvafiq elmi-tədqiqat institutu idi. İnstitutda 1879-cu ilin dekabrında çıxan 1-ci nömrəni "Ziya"nın ilk nömrəsi hesab etmişdilər. Transliterasiyada qəzetin ilk nömrəsinin 1879-cu il dekabrına aid olmasının söyləyənlər qəzetin islam təqvimi ilə çıxan ikinci sənəsinin (ilinin) birinci nömrəsinə əsaslanmışlar. Yaxşı olardı ki, müzakirələrdə  mətbuat tariximiz haqqında aparılan tədqiqatlar da nəzərə alınaydı.  

 Yeni nəşrdə vaxtilə edilmiş dolaşıq mütləq aradan qaldırılmalıdır. Faktı görmədən, yoxlamadan onu elmə gətirmək düzgün deyil. Mən bu barədə Müştəba müəllimlə söhbət etmək istəsəm də, nədənsə  ehtiyatlanırdım. Qorxurdum ki, kiminsə gördüyü iş  qərəzçilik, paxıllıq kimi qiymətləndirilə bilər.

  Mən bu fikirdəyəm ki, kiminsə çörəyinə bais olmaq ən zərərli adətlərdəndir. Məni bu tənqddən çəkindirən həm də M.Əliyevin yazılarını müşayət edən portreti idi. Mən bu portretdə Müştəba Əliyevi həm cənfakeş, həm də əzabkeş tədqiqatçı rolunda görürdüm.

 Ərəb qrafikalı yazıları oxuyanlar bilir ki, bu iş cəhənnəm əzabıdır. Mənim gözlərimi korlayan ərəb qrafikalı yazılar olub.

 Mən "Əkinçi"ni də, "Ziya"nı da, "Kəşkül"ü də orijinalından oxumuşam. O vaxtlar tranliterasiya olunmuş variantlar yox idi.

 Müştəba Əliyev transliterasiya əzabına dözdü, pis işləmədi, "Tərəqqi" medalına layiq görüldü. Amma məsələ burasındadır ki, transliterasiya bir nəfərin işi olmamalıdır. Bu iş kollektiv yaradıcılıq işi olmalıdır. Mənə elə gəlir ki, Müştəba Əliyevin nəşrə hazırladığı "Ziya" da, bu qəzetin Akademiyanın diqqətindən yayınmış 46 nömrəsi də yeni nəşrdə ciddi redaktə olunmalıdır.

M.Əliyevin "Ziya"nın davamı olan "Ziyayi -Qafqasiyyə" qəzetinə aid hazırladığı transliterasiya materialları da ciddi şəkildə yoxlanılmalı, redaktə olunandan sonra nəşr olunmalıdır.

  İnanıram ki, bu iş mətbuatımızın unudulmaz tədqiqatçısı Müştəba Əliyevin yaradıcı dostları tərəfindən uğurla görüləcəkdir.

Yazımın sonunda bir təklifimi də söyləmək istəyirəm.

 Ərəb qrafikalı mətbu orqanların tarixini, dil və üslub xssusiyyətlərini öyrənən alimlərə, tədqiqatçılara Müştəba Əliyev adına  mükafat verilməsi barədə düşünmək gərəkli görünür.

 

Təbriz,
26.08.2017.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM