Ərinə xəyanət edən qadın, anadan iyrənən övladlar – Bu yazını hamı oxumalıdır

12:14 / 12.09.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

İnsanlara mənəvi, dini, əxlaqi, Allahın kitabından, Allah Rəsulunun hədislərindən oxuduqda onlar qəlbən rahat olduqlarını etiraf edirlər. Bunu təcrübədən keçirənlər bunun necə böyük bir nemət olduğunu dərk edirlər. Bu gün cəmiyyətimizdə mənəvi məsələlərə xüsusi diqqət ayrılır, insanlar doğru islam dəvətçiləri sayəsində öz dinlərini öyrənib yaşayırlar. Amma buna baxmayaraq etiraf etməliyik ki, mənəvi boşluqlarımız daha çoxdur. Xüsusi ilə efirlərdə müxtəlif xəyanətlərdən bəhs edən mövzuların olması, xəyanəti öyrədəcək teleserialların verilməsi, cəmiyyətdə gənc ailələrin, xüsusi ilə daha tez bu telesriallara baxıb təsir altına düşən qadınların öz ərlərinə xəyanət etməsi son vaxtlar şiddətli artım göstərməyə başlayıb. Bununla bağlı çoxlu zənglər, mesajlar, şikayətlər bizə də gəlir. Bunun problem olaraq çarəsini həll etmək üçün cəmiyyətimiz maarifləndirici tədbirlər həyata keçirməlidir.

Bəs gəlin görək Allah təala Qurani Kərimdə bizə bu barədə nə deyir? Göndərdiyi Peyğəmbəri bizə hansı tövsiyyələri verir. Əvvəlcə qeyd edim ki, bu mövzu çox böyük, əhəmiyyətli və bir çox nüansları özündə cəm edən mövzudur. Həmçinin qeyd etmək istədiyimiz bu mövzunun içərisində olan nüanslardan əsası da bir qadının öz ərinə xəyanət etməsi məsələsidir. Xüsusi ilə bu gün bu məsələlər həddən artıq çoxdur və bu mövzuda mənim üzərində duracağım əsas məsələdir. Təsəvvür edək ki,  ki, bir ailədir. Ailədə ata, ana, iki yeniyetmə uşaqlar var. Ata maddi cəhətdən elə də güclü imkana sahib deyil. Uşaqlar məktəbdə oxuyurlar. Ana isə uşaqların atasına, öz həyat yoldaşına xəyanət edir. Uşaqlar isə ananın bu hərəkətindən iyrənirlər. Onu heç cür qəbul etmək istəmirlər. İş o yerə çatıb ki, qadın imkanı zəif ərindən boşanıb. Dünyəvi, hüquqi qanunlar ərinə xəyanət edən qadın tərəfdədir. Belə halda bəs dinimizə görə necə olmalıdır? Günahkar kimdir və övladların aqibəti necə olsun?

İslam dininə görə, bir kişi əgər bütün şərtlər yerindədirsə və ədalətli bir müsəlmandırsa, qadınlar arasında hamısını eyni səviyyədə saxlaya biləcəksə, Allah təla tərəfindən 4 qadınla evlənməsinə icazə verilib. Həmçinin islam dininə görə boşama hüququ kişidə olur. Kişi qadına səni boşayıram dedikdən sonra qadın boşanmış olur. Əgər bir kişi müsəlman bir qadına əziyyət verirsə onda qadını qaziyə müraciət edib məsələni onu deyə bilər, ərinin haqsızlığını vəlisinə (onu ərə verən atası, yaxud da əmisi, dayısı) vasitəsi ilə şəriət qazisinə deyə bilər. Valideynlərinin və yaxınlarının məsləhəti ilə qadın ona zülm edən ərindən boşanma tələb edə bilər. Amma bir qadın özünə oynaş seçərsə, ərinə xəyanət edərək pozğun həyat tərzi yaşayarsa, bu 4 şahidlə təsdiq olunarsa onda islam dininə görə həmin qadın zina etmiş sayılar və islama görə evli qadın və kişi zina edirsə cəzası daş-qalaqdır. Subay zina edərsə isə 100 şallaq vurular. Bununla onun etdiyi günahın kəffarəsi (cəzası) verilmiş sayılar və Allaha günahsız olaraq qovuşar. Amma cəza ona tətbiq edilməzsə, günahını gizlədərsə, Allahdan bağışlanmasını istəyərsə, Allah təala ya onu bağışlayar və ya Cəhənnəmdə uzun müddət yandırar.

Əvvəlcə qeyd edək ki, Allah təla qadını kişinin paltarı, libası adlandırıb: "...Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)..." (Bəqərə surəsi, 187). Həmçinin Allah təala qadını kişinin tarlası, bağı, bağçası (əkin yeri) adlandırıb: "(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!" (Bəqərə surəsi 223). Allah təala Qurani Kərimdə qadınlar haqqında çox ayələr nazil edib. Xüsusi ilə yaxşı qadınların keyfiyyətlərini bizə xəbər verib: "...Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!" (Nisa surəsi 34).

Allah Təala Qurani-Kərimdə belə buyurur: "(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını (məhrəm yerlərini) qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar” (Nur surəsi, 30-31).

Allah təala Qurani Kərimdə evlənənlərə dindar qadın seçməyi əmr edib. Həmçinin Allah təala Qurani Kərimdə buyurub ki, mömin kişilər mömin qadınlar üçündür, mömin qadınlar da mömin kişilər üçündür. Ona görə də mömin kişi evləndikdə qabaqcadan özünə yaxşı, mömin qadın seçməlidir. Həmçinin gələcək övladları üçün kişi saleh qadın seçməlidir.

Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) isə qadınlar haqqında belə buyurur: "Özümdən sonra kişilərə, qadınlardan daha zərərli bir fitnə buraxmadım" (Buxari, Müslim). İslamın qadına verdiyi önəm və əhəmiyyətin böyüklüyü ondan bilinir ki, Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) müsəlman gənclərə evlənərkən dindar qadın seçmələrini tövsiyə edib. İslam dini ailə yuvasının möhkəmliyinin və davamlılığının təmin olunması üçün, qadınlara böyük əhəmiyyət verərək, qadının dindarlığını əsas meyar hesab etmiş, Allahdan qorxan qadını seçib həyat yoldaşı etməyi, dindar vəsfli qadınlara üstünlük verməyi şərt qoymuşdur. Dinsiz qadın ərinin və övladlarının üzərində olan bir bəladır. Belə bir qadın ailə ocağının məruz qaldığı bir fəlakət qarşısında faydalı ola bilməz. Müslim öz "Səhih" əsərində rəvayət edir ki, Allahın elçisi (səlləllahu aleyhi və səlləm) belə buyurdu: "Dünya keçici bir şeydir. Onun içindəki ən yaxşı şey isə saleh qadındır".

İbn Hibbanın rəvayət etdiyi səhih bir hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurur: "Kişinin səadəti dörd şeydən ibarətdir:…". Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə şeylərdən saleh qadını da qeyd etdi. Ət-Təbəraninın səhih isnadla rəvayət etdiyi bir hədisdə Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) ən yaxşı qadın haqqında sual verirlər: O (səlləllahu aleyhi və səlləm) da buyurdu: "Ən çox doğan və sevən bir qadındır, hansı ki, əri ona qəzəblənəndə öz əlini onun əlinin içinə qoyub deyir: “Allaha and olsun ki, sən razı olmayınca bir an da yatmaram”.

Sonda yuxarıda qeyd etdiyimiz bu və ya digər qadın xəyanəti ilə bağlı islam mənbələrinə baxdıqda görürük ki, əvvəlcədən seçimi doğru etmək lazımdır. Evlilik məsələsində heç vaxt tələsmək olmaz. İstər qadın seçəndə, istər qadın özünə həyat yoldaşı seçəndə onun ən əsas qayəsi həmin seçdiyi gələcək ömür-gün yoldaşının Allaha iman edən olması, Allahdan qorxan olması, Allaha ibadət edən olması, yaxşı əməl sahibi olmasını nəzərə almalıdır. Bunu dəqiqləşdirməlidir. Bu çox təhlükəli və heç kimin heç nədən əmin olmadığı məsələdir. Qeyd etdiyimiz bu hadisədə isə qadının etdiyi islam dininə görə zina sayılır. Zina edənin də islam dinində ciddi cəzası vardır. Övladlarının atalarına qarşı xəyanət edən ananın yanında qalmaması, ondan iyrənmələri də normaldır. Ancaq dünyəvi hüququ cəhətdən məhkəmə qərarına görə övladlar müəyyən olunmuş yaş həddinə qədər ananın yanında qalmalıdırlar. İslam dininə görə yaşadığın ölkədə olan qanunlara tabeçilik göstərmək zərurəti vardır. Allah daha düzünü bilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM