“Yeddi həlakedici günahdan uzaq durun!”

15:38 / 02.03.2015

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

  Gənclərimiz bəzən dəliqanlı olurlar. Hətta uşaqlıqdan elə insanlar olur ki, onlar həyata küskün olur, bəzən böüyk uşaqda kiçik uşağa qarşı qısqanclıqlar belə müşahidə edirik. Bütün bunlar xarakterdən qaynaqlanır. Çox hallarda insanlar bu məsələləri öz aralarında müzakirə edirlər ki, necə olur ki, eyni valideynin övladlarındna biri sakit təbiətli, davranışlarında əxlaqi prinsiplərin üstünlükləri, digərində isə əksinə dəcəllik, xoş olmayan əməllərə aludəçilik, özünübəyənmə kimi mənfi xüsusiyyətlər formalaşır. Bu söhbətlərin nəticəsi olaraq insanların çoxu bunu valideynlərə və onların övladlarına veridyi tərbiyəyə bağlayırlar, bəzən isə özü və digər övladları əxlaqlı olan validyenlərinin başqa övladının davranışları tamamilə öz davranışlarına zidd olur. Bütün bunlar insnaları düşündürən suallardır və müxtəlif versiyada cavabları mümkündür. Çox hallarda daha sakit, daha təmkinli, daha ağıllı bir uşağın müəyyən yaş həddinə gəldikdən sonra xarakterində olan dəyişikliklər diqqəti cəlb edir. Bütün bu kimi məsələlərin geniş cavabları, səbəbləri də bilənlər üçün məlumdur. Biz həyatda elə insanlarla qarşılaşmışıq ki, heç vaxt onların nə vaxtsa özlərinə qəsd edəcəklərini düşünə bilməmişik. Çünki, biz o qədər sakit təbiətli, insanlarla münasibətləri gözəl olan, daha sonra qüruruna təslim olaaraq həyatına qəsd edən gənclər də görmüşük. İntihar böyük mövzudur və bunu doğruan səbəblər müxtəlif olduğu üçün biz sadəcə bəzi deatalları qeyd edəcəyik.

Əvvəlcə intihar sözünün üzərində dayanaq. Nə şəkildə olursa olsun insanın özünü öldürməsinə intihar deyilir. İntihar Allahın yaratmış olduğu cana haqsız yerə qıymaqdır. Buna görə də böyük günahlardandır. İnsana canı verən Allah olduğu kimi, onu almağa səlahiyyətli olan da Odur. Bildiyimiz kimi intihar etməyin haramlığı və axirətdəki təhlükəsi ayə və hədislərlə sabitdir.

Qurani Kərimdə Allah təala belə buyurmuşdur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (Nisa surəsi 29). Ayədə, həqiqətən cana qıymaq mənası ilə yanaşı, Allahın haram etdiklərini yerinə yetirmək, günahlara dalmaq və başqalarının mallarını haqsız yollarla yemək surəti ilə özünə zülm etmək, axirət həyatını məhv etmək mənasına da gəlir (İbn Kəsir, Təfsirul-Quranil-Azim, İstanbul 1985, II, 235).

Peyğəmbərin (s.ə.s) səhabələrindən biri olan Əmr bin əl-As (Allah ondan razı olsun), Zatus-səlasil səfərində cünub olmuş, hava çox soyuq olduğu üçün, su olduğu halda, ölüm qorxusundan ötəri təyəmmümlə namaz qılmışdır. Vəziyyətini Peyğəmbərə çatdırarkən, yuxarıdakı ayəyə görə əməl etdiyini söyləmiş və Rəsulullah (s.ə.s) Əmrin bu etdiyinin doğru olduğunu bildirmişdir (Əbu Davud, Təharət, 124; Əhməd bin Hənbəl, IV, 203).

Başqa bir hədisi şərifdə belə buyurulmuşdur: “Yeddi həlak edici günahdan uzaq durun! Deyildi ki, ya Rəsulullah, onlar hansılardır? Belə buyurdu: Allaha (qəbirləri, pirləri) şərik qoşmaq, bir cana qıymaq, yetim malı yemək, döyüşdən qaçmaq, iffətli, heç bir şeydən xəbərsiz mömin qadına zina iftirası etmək” (Buxari, Vəsayə, 23, Hudud, Tibb, 45; Müslim, İman, 144).

İntihar keçmiş ümmətlərdə də qadağan edilmişdir. Cündüb bin Abdullahdan Hz. Peyğəmbərin (s.ə.s) belə dediyi nəql edilmişdir: "Sizdən əvvəlki ümmətlərdən yaralı bir adam var idi. Yarasının ağrısına dözə bilməyərək, bir bıçaq götürdü və əlini kəsdi. Ancaq qan bir cür kəsilmədiyi üçün adam öldü. Bunun üzərinə Allah təala: - qulum öz canı haqqında mənim önümə keçdi, mən də ona cənnəti haram etdim, buyurdu” (Buxari, Ənbiya, 50).

Xeybər döyüşü əsasında böyük fədakarlıqlar göstərən Quzman adında olan bir şəxsin, sonda Cəhənnəmə gedəcəyi Məhəmməd Peyğəmbər tərəfindən xəbər verilmişdir. Bundan sonra səhabələrdən Xüzai, Quzmanı izləmiş və Onun aldığı yaralara səbr edə bilməyib, qılıncının üzərinə söykənərək intihar etdiyini görmüşdür (Buxari, Qədər, 5, Riqaq, 33, Məğazi, 38, Cihad, 77; Müslim, İman , 179; Kamil Miras, Təcridi Sarih, X, 266 268). Quzmanın ölüm şəkli Allah Rəsuluna xəbər verildikdə belə buyurmuşdur: “İnsanlar arasında elə kəslər vardır ki, xarici görünüşə görə, Cənnət əhlinə yaraşan xeyirli işlər edərlər; halbuki özləri Cəhənnəmlikdir. Elə kəslər də vardır ki, Cəhənnəmə aid pis işlər edərlər, halbuki özləri Cənnətlikdir” (Buxari, Qədər, 5, Riqaq, 33; Müslim, İman, 179).

İntihar edənin axirət cəzası, intihar şəklinə uyğun olaraq verilir. Bir çox hədislərdə "Kim özünü bıçaq kimi iti bir alətlə öldürərsə, Cəhənnəm atəşində özünə onunla əzab edilər” (Buxari, Cənaiz, 84). “(Dünyada ip və buna bənzər) alətlə, əşya ilə özünü boğan şəxs Cəhənnəmdə özünü onunla boğar, dünyada özünü vuran Cəhənnəmdə özünü vurar (əzabı belə olur)” (Buxari, Cənaiz 84), “Kim özünü bir dağın təpəsindən ataraq öldürsə Cəhənnəm atəşində əbədi olaraq belə görər. Kim zəhər içərək özünü öldürsə Cəhənnəmdə zəhər qədəhi əlində olduğu halda davamlı olaraq özünü öldürməklə cəza çəkər” (Müslim, İman, 175; Tirmizi, Tibb, 7; Nəsai, Cənaiz, 68 , Darimi, Diyât, 10; Əhməd b. Hənbəl, II, 254, 478). Bu hədislərdən özünü öldürmənin axirətdə böyük cəzasının olması bildiriləmklə yanaşı, bəzi məzhəb təəsübkeşlərinin də hansısa imama görə özünə əziyyət verməsi, özündən qan çıxarması, başını yarması nəticəsində axirətdə də ona belə cəza veriləcəyi bildirilmişdir.

İslam alimlərinin əksəriyyətinə görə, intihar edən dindən çıxmış sayılmır, üzərinə cənazə namazı da qılınar. Xeybər müharibəsində intihar edən Quzmanın cəhənnəmlik olduğu bildirilmişsə də, Cəhənnəmdə əbədi olaraq qalacağını ifadə edən açıq bir şəriət mətni yoxdur. Buna görə də intihar günahını işləyənin cəzası axirətdə çəkildikdən sonra Cəhənnəmdən xilas olunacağı ehtimal olunur. Ancaq bu ehtimalın dəqiq olması üçün, intihar edənin son anda mömin sifətini daşıması və intiharın halal olduğuna etiqad etməmiş olması da şərtdir (Kamil Miras, Təcridi sarih, X, 270).

Digər bir hədisdə Həzrəti Peyğəmbərin, bıçaqla özünü öldürən şəxsin cənazə namazını qıldırmadığı nəql olunmuşdur. Ancaq bu hadisə, intihar edəni cəzalandırmaq və başqalarını belə bir hərəkətdən uzaqlaşdırmaq məqsədinə istiqamətlənibdir. Necə ki, səhabələrdən biri intihar edən bu şəxsin cənazə namazını qılmışdır (əl-Əsqalani, Buluğul Məram, tərc. A. Davudoğlu, İstanbul 1970, II, 276-277). Hənəfi alimlərindən biri olan İmam Əbu Yusifə görə, intihar bilmədən, səhv ilə və ya şiddətli bir ağrıya görə olmadıqca intihar edənə cənazə namazının qılınması doğru deyildir. Buna bu gün mövcud olan güclü psixi pozuntu yaradan, ağlı başdan alan dərmanları da aid etmək mümkündür.

Bunu qeyd etməyi vacib hesab edirəm ki, bütün insanlar, xüsusi ilə gənclər bilməlidirlər ki, bədən Allah təalanın insana verdiyi ən böyük əmanətdir. Bu əmanəti, ruh bədəndən insanın öz müdaxiləsi olmadan ayrılana qədər qorumaq lazımdır. Bunun üçün də, adamın ruhi və fiziki çətinliklərə sonuna qədər səbr göstərməsi İslamın məqsədidir. Əks halda intihar etməklə dünyəvi sıxıntı və problemlərinin həll ediləcəyini düşünən adam, dərhal sonrakı gedəcəyi qəbir və daha sonra axirət həyatında daha çox böyük çətinlik və fəlakətlərlə qarşılaşacaqdır. Bunu dərk etmək lazımdır ki, həyat, ən pis şərtlər altında belə gözəldir. Çünki, ruh bədəndə qaldıqca Allahdan ümid kəsilməz. Hər gecədən sonra gündüz, hər çətinlikdən sonra bir asanlıq vardır. Qulun Allaha yönəlməsi və Ondan yardım istəməsi, çətinlik və problemlərin həllinin başlanğıc nöqtəsini təşkil edir. Uca yaradıcı umulmayan, gözlənilməyən yer və istiqamətlərdən asanlıqlar bəxş etməyə qadirdir. Çünki Onun hər şeyə gücü çatar. Ona dayanan da güc qazanar Uca Allah insana heç vaxt gücünün çatmayacağı ağır yükü yükləməz. Bu səbəbdən insan özünü də gücü çatmayan işlərin altına salmamalı, özünü günahlarla, haramlarla yüklməməmli, hər çətinlikdən sonra mütləq bir asanlığın gələcəyinə dəqiq əmin olmalıdır.

Hörmətli gənc müsəlman qardaşlar və bacılar! Sizə Allah təalanın gənclik nemətini xatırladıram. Həqiqətən də bu nemətə görə Allaha çox şükr edin, bu elə bir nemətdir ki, insanların bir çoxu bu neməti müxtəlif  üsullarla və yollarla zay edirlər. Bu nemət həmçinin elə nemətdir ki, insanların bir çoxu bu neməti əldə edə bilməyiblər. Ancaq siz gənclər bu nemətin içindəsiniz. Buna görə bu nemətin şükrünü, həmdini verin ki, Allah təala sizə olan bütün nemətlərini, sizin ömrünüzün nemətini sizə artırsın.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM