Şəriət kəbini olmadan ailə qurduğun qadın sənə halaldırmı?

10:22 / 16.03.2015

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

  Bu gün gündəmə belə bir şəriət məsələsini çıxarıblar ki, rəsmi dövlət nigahı olduqdan sonra şəriət kəbinininə ehtiyac yoxdur. Çox təəssüf ki, bu şəriət əmrini də mollaların pul qazanması adı ilə aradan götürmək istəyirlər. Halbuki əgər bir şəri məsələdə Allah təalanın ayəsi, həmin məsələ barədə Allah Rəsulunun tətbiqatı və bütün dinlərlə yanaşı islamda da belə bir dini kəbinin mövcud olması indiyə qədər gəlib bizim dövrümüzə çatıbsa demək bunun əsaslı Allah əmri olmasına şübhəmiz olmamalıdır. Əlbəttə Allahın və sonra göndərdiyi Rəsulunun şəriətində olan əmrləri, şəriət məsələsini hansısa bir insan etməyə bilər, yaxud da kiməsə bunu məcbur etdirmək olar. Kimsə məcbur qalıb, təzyiq altında olub şəriətin müəyyən əmrini yerinə yetirməyə bilər. Amma bu gün bütün müsəlmanlar dini nigah, imam nigahı, şəriət kəbini kəsdirmədikdə öz həyat yoldaşlarını özünə haram hesab edirlər, elə bilirlər ki, zina etmiş kimi günah qazanırlar. Şəxsən mən özüm nişanlı olanda kəbin kəsdirmədən nişanlımla görüşməyi özümə yaraşdırmır və buna görə Allahdan qorxurdum ki, birdən naməhrəm olan, mənə haram olan bir qadının əlindən tutaram. Belə halda isə nişanlanmağı özümə bağışlaya bilmirdim. Bu mənim Allaha olan inancımdan irəli gəlir. Çünki, şəriət kəbini olmadan bir qadının səninlə ailə qurması mənim dini innacıma görə həmin qadını sənə halal etmir. Bu tək mənim inancıma görə yox, bütün müsəlmanların inancına görə də belədir və belə olmalıdır. Ancaq bu gün bəzi müsəlmanlar demokratik dövlətlərdə yaşadıqları üçün, şəriət məsələsində olan kəbində rəsmi sənəd olmadığı üçün bunu dinimizdən və adət-ənənmizdən çıxarmaq istəyirlər. Yaxın günlərdə ilahiyyatçı bir dostumuzun da saytlardan birində dini kəbinə ehtiyac olmadığını deməsi məni çox üzdü. Doğrudur ki, bu gün islam ölkələrində müsəlmanlar müasir beynəlxalq və hər ölkənin özünə uyğun hüquq sistemləri, adət-ənənələri ilə idarə olunurlar. Amma buna baxmayaraq bütün müsəlmanlar öz dinlərini sevirlər və gücləri çatan qədər dinlərini öyrənib ibadətlərini, dini ayinlərini, insanlarla münasibətlərini sürdürürlər. Şəriətimizin bizdən istədiyi bütün ibadət və ayinləri bir müsəlman kimi gücümüz çatan qədər yerinə yetiririk. Oğlan övladlarımızı Peyğəmbər sünnətinə uyğun olaraq sünnət etdiririk. Baxmayaraq bunu ölkəmizdə müasirləşdirmişik, adət kimi böyük toy məclisi təşkil edirik, amma bunu din belə əmr etməyib, bir xalq özü biri-digərinə baxaraq bunu ediblər və bu gün artıq balaca uşağın sünnət olunmağını böyük toy məclisi kimi edirik. Bunun doğru olmadığını demək lazımdır, amma bu sünnəti Allahın əmri olduğunu da xatırlatmalıyıq. Digər bir çox məsələlər də belədir. Məsələn, Allah təala nigah müqaviləsi bağlamağı əmr edib və bunun elan olunmasını bildirib, amma biz bunu bir birimizə baxıb çox çətinləşdirmiş və qəlizləşdirmişik. Məsələn bu gün bizim ölkəmizdə toy edən bir insan, nigahını elan edən bir şəxs dəvətnamə yazanda nəsil-nəcabət arasında kimin kiminlə mehriban olduğunu, kimin-kiminlə küsülü olduğunu bilməlidir ki, toya dəvət edəndə onları elə stolda oturtsun ki, eyni stola düşməsinlər. bütün bunlar da çox əziyyətlə başa gəlir. Əsas məsələ uzatmadan kəbin kəsdirməyə gəlim qısaca. Bu şəriətdə olan bir əmrdir. Allahın əmri və peyğəmbərin sünnətidir. Amma bu gün kəbin, dini nigah vətəndaşlarımıza lazımdırmı? İlahiyyatçı dostlarımızdan biri yaxın günlərdə saytlardan birində haqlı olaraq bu cəhətdən doğru deyir ki, şəriət kəbini rəsmi və qeyri rəsmi ölkəmizdə heç bir idarə və təçkilat tərəfindən, rəsmi qurumlar tərəfindən tanınmır. Mən inanmıram ki, ilahiyyatçı dostumuz kəbini inkar etsin. Sadəcə ölkəmizdə əhəmiyyətsiz olduğunu bildirmək istəyib. Amma bunu da demək doğru deyildir. Çünki o qədər müsəlmanlar vardır ki, onlar şəriət kəbini olmadan öz həyat yoldaşını özünə haram hesab edir. Bu cəhətdən maarifləndirici tədbirlər həyata keçirilməlidir. İnsanlara geniş şəkildə izah olunmalıdır ki, düyün də əsas olan şərtlər nədir. Qızın valideynlərinin razılığı, oğlanın validenlərinin razılığı, şahidlər, mehir və s, bunlar da ölkənin öz adət-ənənəsinə uyğun şəkildə həyata keçirilir. Heç nəyə baxmayaraq mən dini kəbini, şəriət kəbinini vacib hesab edirəm. Şəxsən mən kəbin kəsmədən heç vaxt özümü bağışlaya bilmərəm. Onda zina çoxalar və insanlar cahillik edərlər. Allah daha düzünü bilir.

Dini nigah bütün fiqh kitablarında işlənib və onun şərtləri açıqlanıb. Alimlərdən heç biri bu vaxta qədər dini nigahı lazımsız hesab etməyiblər. Əksinə vacib hesab ediblər. Muhəmməd  peyğəmbərdən (s.ə.s) belə bir hədis rəvayət edilib: “Vəli və iki etibarlı şahid olmadan kəbin olmaz. Bu cür kəsilməyən kəbin batildir. Əgər öz aralarında razılığa gələ bilməsələr, səlahiyyətli şəxs (sultan) vəlisi olmayanın vəlisidir” (Əbu Davud, Nikah, 20; Tirmizi, Nikah, 14; İbn Macə, Nikah, 15; Əhməd ibn Hənbəl, Müsnəd, 6/66). Sultan burada səlahiyyətli dövlət orqanı və bu səlahiyyəti olan şəxs deməkdir. Bu gün bu şəxs nigah müqaviləsi yazan aidiyyatlı dövlət qurumlarıdır. Vəli sözünə gəldikdə, bununla ata, baba, oğullar, qardaşlar, əmilər və sairə nəzərdə tutulur. Əgər bunlardan heç biri yoxdursa, yaxud da olduğu halda, öz borcunu yerinə yetirməsə, bu iş səlahiyyətli şəxsin sərəncamına keçir.

İndiki dövrdə vəlisiz kəbin kəsilmir. Kəbini təsdiq etməkdə səlahiyyətli orqan isə istər ölkəmizdə olduğu kimi dövlət qeydiyyat şöbələri, istərsə xristian ölkələrində olduğu kimi kilsə tərəfindən yerinə yetirilsin, bu orqanların belə bir səlahiyyətə malik olmaqları vəlilik səlahiyyətindən istifadə etməkləri deməkdir. Kəbin kəsən dövlət məmurunun lazımi araşdırmaları apardıqdan və evlənən tərəflərin razılığını aldıqdan sonra: “Səlahiyyətli şəxsin verdiyi icazəyə müvafiq olaraq sizi ər-arvad elan edirəm”, – deyib evliliyi təsdiq etməsi də bundan irəli gəlir. Yəni, bu şəxsin kəbini təsdiq və rədd etməyi onun səlahiyyətindən istifadə etməsi deməkdir.

Peyğəmbərimizin kişilər üçün vəli şərtini irəli sürməməyi, qadınlar üçün də vəlinin təsdiq etməyinin kifayət olduğunu qəbul etməsi evlənməyi asanlaşdırır və möhkəm ailələrin qurulmağına səbəb olur. Xülasə olaraq evlənən cütlüklər bu qədər şahidlərin iştirakı ilə və xeyir dua ilə evlənirlərsə və bu evlilik bütün yaxın qohumlar arasında elan olunursa və dövlət idarələri də bunu qeydiyyata alırlarsa bu da halal kəbin sayıla bilər. Ancaq qədimdən gələn adət-ənənəmizə və dinimizin şərtlərinə uyğun olaraq da dini kəbin kəsdirməyi insanların qəlbinin rahat olması üçün zəruri hesab edirəm. Allah daha düzünü bilir.

Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru).

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM