İlahiyyat üzrə fəlsəfə doktoru
İslam, ailə fərdləri arasında özünə məxsus ekonomik, iqtisadi və sosial bir tarazlıq qurmuşdur. Qadının əri və uşaqların da atası olan kişi ailənin bütün mailiyyə problemlərini, xərclərini tək olaraq boynuna götürmüşdür. Bu səbəblə də özünə uşaqların təhsili, tərbiyəsi və ailədə olan nizam-intizam qaydaları mövzusunda bəzi idarə etmə səlahiyyətləri verilməklə yanaşı, bacılarına görə mirasdan alacağı pay artırılmış, bununla da ona ekonomik (iqtisadi) güc qazandırılmışdır. Çünki, həyat yoldaşının, uşaqlarının və ailədə yoxsul düşən bəzi yaxın qohumların dolanışığını təmin edən şəxslərin belə bir dəstəyə ehtiyacı olduğu da açıqdır.
Evli olan qadın yaşayış xərclərini öz malı olsa belə ondan istifadə etmək məcburiyyətində deyildir. Ona əri baxmaq məcburiyyətindədir. Qurani Kərimdə belə buyrulur: "..Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz..." (Bəqərə surəsi, 233-cü ayə). "Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər" (Talaq surəsi, 7). "Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq (evdən çıxıb getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər). Öz aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin. Əgər (bu məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı) başqa bir qadın əmizdirə bilər" (Talaq surəsi, 6-cı ayə).
Hədisdə belə buyurulmuşdur: "Həyat yoldaşlarınızın (xanımlarınızın) sizin üstünüzdə öz vəziyyətlərinə görə yeyəcək və geyəcək haqları vardır" (Əbu Davud, İbn Macə, Darimi). Yəni siz kişilər öz həyat yoldaşınızı geyindirməli, yedirməli, dolandırmalısınız. Öz zövcələrini dolandırmaq kişilərə aid edilmişdir.
Bu o deməkdir ki, qadın evlənib ərinin evinə yerləşdikdən sonra bütün yeyəcəyi, içəcəyi, geyəcəyi, oturacağı, yatacağı, bütün ev xərclərinin hamısı ərə aiddir. Bütün bunlar da israf etmədən, paxıllıq etmədən, həyat yoldaşlaırnın da sosial səviyyələri də diqqətə alınmalıdır. Geyim üçün ailənin vəziyyətinə görə və islama uyğun olan örf və adətlər də nəzərə alınır. Bizim adətlərimizdən olan qızların ər evinə gələndə cehiz gətirmələri də islama görə icazəli hesab edilir. Bu köməkləşmək, yardımlaşmaq mənasını verir. Həmçinin qadının bütün fəsillərə uyğun geyimləri də əri tərəfindən təmin olunmalıdır. Əgər əri kasıbdırsa, qadın tərəf varlıdırsa islama görə qız evinin bu məsələlərdə köməyi icazəli hesab edilir. Qadının evdə işlətdiyi ev əşyaları da islama görə əri tərəfindən təmin olunmalıdır. Ancaq bizdə tarixən gözəl adət-ənənə formalaşıb ki, qız özü atası evindən işlətdiyi əşyaları cehiz halında gətirir. Bu məsələdə də orta vəziyyəti saxlamaq vacibdir. Əgər qız tərəfi çox kasıbdırsa və bu qədər ehtiyacları cehiz vasitəsi ilə ödəyə bilmirsə əri bunu özü təmin etməlidir. Bu həm də dinimizdə asanlaşdırılmışdır.
Əri, xanımına içərisində kifayət qədər əşyası olan, pis qonşusu olmayan bir məskən təmin etmək məcburiyyətindədir. Hətta əgər ərinin imkanı varsa öz həyat yoldaşına xidmətçi də tuta bilər.
Uşaqların tələbatlarını da ata qarşılamalıdır. İslam bu barədə ananı yükləməyib. Allah təaala belə buyurur: "Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər)" (Talaq surəsi 6). Burada boşanmış bir qadının iddət müddəti bitdikdən sonra öz uşağını əmizdirməsi halında müəyyən məbləğə haqq qazandığı bildirilir. Bu da uşağın dolanışıq xərclərinin ataya aid olduğunu bildirir.
Həzrəti Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunub: Əbu Süfyanın həyat yoldaşı Ütbənin qızı Hind Rəsulullahın (ona və ailəsinə salam olsun) hüzuruna girir və: "Ey Allahın elçisi! Əbu Süfyan çox paxıl bir adamdır. Mənim özümə və övladlarıma kifayət edəcək qədər xərclik vermir. Onun malından xəbəri olmadan bizə kifayət edəcək qədər götürsəm mənə günah varmı?" dedi. Peyğəmbər: "Onun malından sənə və uşaqlarına bəs edəcək qədər götürə bilərsən" buyurdu (Buxari, Nəsai, İbn Macə).
Buna görə də bir ata, oğlan övladına həddi-büluğ çağına çatana qədər və ya iş, peşə, məslək sahibi olana qədər, qız uşağına isə yaşı neçə olmasından asılı olmayaraq evlənənə qədər baxmaq məcburiyyətindədir. Qız uşağı işləməyə məcbur edilə bilməz, amma islama uyğun şərtlər daşıyan bir işdə çalışarsa xərclərini öz gəlirlərindən ödəməlidir. Çalışmalıdır ki, kiməsə yük olmasın. Əri ölən və ya boşanan qadın yenidən atasının evinə qayıdarsa, atası öldükdə onun yerinə başqa bir qohumu ona baxmalıdır.
Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru).
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM