İlahiyyat üzrə fəlsəfə doktoru
Bizdə müəyyən dini ayinləri icra etmək üçün çox hallarda insanların çoxu aciz qalırlar. Çünki, müəyyən adət-ənənələri icra etmək üçün, müəyyən dini ritualları yerinə yetirmək üçün bəzən xərc çəkməli oluruq. Bu ibadət növlərindən biri də həcc ərəfəsində həcc ziyarətinə getməkdir. Bizim məmləkətimizdə hər il həcc ziyarətləri üçün qiymətlər baha olur. Biz digər ölkələrlə müqayisə etdikdə gördük ki, həqiqətən bizə həcc üçün deyilən qiymət həddən artıq çox bahadır.
Bu məsələ həcc ölkəsi ilə müqavilə bağlayan bizim rəsmi qurumlarımızın arasında olan ticarət məqsdəli müqavilələrinə əsasən həyata keçirilir. Biz nümunə üçün deyə bilərik ki, Türkiyədə həcc ziyarəti üçün elə də çox baha qiymət tələb olunmur. Bunun müxtəlif səbəbləri vardır. Birincisi budur ki, Türkiyə neçə illərdir həcc ziyarətlərini təşkil edir, demək olar ki, Məkkədə və Mədinədə şəhərində türklərin əvvəldən bütün növ əlaqələri daha sıx olub, demək olar ki, Məkkədə və Mədinədə olan otellərin, restoranların, ticarət obyektlərin çoxunu da türklər işlədirlər. Həcc ərəfəsində bunu müşahidə etmək mümkündür. Hər addımdan bir türk restoranları, türk otelləri, bəzi yerlərdə hətta türk qardaşlarımızın tikdirdiyi məscidlər vardır. Bunu biz Türkiyədə də müşahidə edirik. Görürük ki, onlar islamı müasir dövrün tələblərinə uyğun şəkildə elmlə öyrənir, oxuyur, yaşayır və yayırlar. Biz isə Azərbaycan tarixinin müəyyən işğal dövrlərində uzun illər ateizmi yaşadığımız üçün dindən uzaqlaşdırılmış, hətta bu gün də elmi şəkildə, mənbələr əsasında dinimizi bilməyən yaşlı nəslimizin müəyyən qisminin dinə qarşı mənfi fikirlərinin şahidləri oluruq. Biz hələ müstəqillikdən sonra dinimizi canlandırmağa başlasaq belə hələdə müəyyən kütlələr vardır ki, dini boğmaq üçün cəhd edirlər. Bunun da səbəbi ola bilsin ki, insanların dini elmi şəkildə bilməmələrindən irəli gəlir. Yaxud insanların bəzisinin inancları olmadıqları üçün, ya da başqa qeyri dini inancları olduğu üçün dinə qarşı açıq aşkar mübarizə aparmalarını da görməkdəyik. Ancaq bizim də ölkəmizin digər dini canlı tutan ölkələrə qoşulması üçün dinin elmi tərəfini cəmiyyətə təqdim edən savadlı ilahiyyatçılarımızı cəmiyyət içərisinə çıxarmağımız qaçınılmazdır. Çünki, bu gün hələdə bəzi insanlarda din dedikdə yas yerləri, mollalar, xurafatçılıq, mərsiyə deyib ağlamaq anlaşılır. Amma əsl islam dini bildiyimiz kimi belə xurafatlardan uzaqdır.
Mövzunu başqa yerə yönəltmədən qeyd edək ki, bizim ölkəmizdə həcc ziyarətinin baha olmasının müxtəlif səbəbləri ola bilər. Burada daha çox xeyir əldə etmək, daha çox qurumların eyni məqsədlə həcc ziyarətini təşkil etmələri, Məkkədə otellərin baha olması kimi səbəblər də ola bilər. Bütün bu səbəbləri müəyyən aidiyyatlı qurumlar daha yaxşı bilirlər.
Qeyd edim ki, biz 2013-cü il həcc ziyarətində olanda QMİ-nin təşkil etdiyi otellərin sıx, hətta bir otaqda 6-7 nəfərin qaldığını müşahidə etdik. Ancaq 3-4 nəfərlik otaqda qalmaq üçün daha çox pul ödəməyə məcbur olursan. Hətta Məkkəyə yaxın və uzaq olan otellər də vardır. Əgər müəyyən yollarla bizim də xüsusi olaraq Məkkədə çox gözəl şəraitli otellərin tikilməsi məsələsi gələcəkdə olarsa bu çox gözəl olar. Həmçinin əgər mümkün olarsa biz həcc ziyarətinin qiymətlərində də güzəştlər edə bilərik. Bütün bunlarla məşğul olan xüsusi qurum vardır ki, onlar bu məsələləri daha axşı bilirlər. Onların da mövqeyini öyrənmək, bahalılığın səbəbinin nə olduğunu bilmək hamımız üçün yaxşı olardı. Çünki biz türk qardaşlarımıza deyəndə ki, bizdə həcc ziyarəti 3-4 min dollara başa gəlir. Onlar dəhşətə gəldilər. Onlarda həddən artıq münasib qiymətə həcc ziyarətləri təşkil olunur.
Bu barədə Allahın Rəsulu da insanların ibadət şərtlərini asanlaşdırmağı öz ümmətinə tövsiyə etmişdir. Buyurmuşdur ki, “Asanlaşdırın, çətinləşdirməyin”. Həcc ziyarəti ibadət olduğu üçün onun şərtlərini asanlaşdırmaq, qiymətlərini münasib etmək daha çox xeyir gətirən əməl hesab olunur. Çünki həcc ziyarətində ibadət edən insanların bütün savabları onların ora getməsinə kömək edən, onlar üçün yol şərtlərini asanlaşdıran insanların üzərinə düşür. Bu səbəbdən aidiyyatlı şəxslər bu savablardan özlərini məhrum etməməlidirlər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM