İnsan olan hər bir kəs bu yazını oxumalıdır

15:30 / 26.09.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Bu gün münasibətlər istiləşmək, insanlar mehribanlaşmaq, bir-birini sevməyə başlamaq, yardımlaşmaq, köməkləşmək əvəzinə, hər şey əksinə olur. Övlad ata-anasının üzünə ağ olur, ata-ana övlad kasıbdır deyə onları saymır, onların evlərinə gəlmir, onları ziyarət etmir, qardaş pulu yoxdur deyə utandığından qardaşı ilə görüşə bilmir, bacı əlaqə saxlamır ki, qoy qardaş mənimlə əlaqə saxlasın. Bütün bunlar və digər acı həqiqətlər bizim cəmiyyətdə baş verir. Bu gün kasıblar qohumların tədbirlərinə dəvət olunmur. Belə hallar insanları sıxır, insanları stress vəziyyətinə gətirir insanların qəlbi qaralır. Bir şəxs iman əhlidir, ibadət əhlidir, zikrlə, Quranla, ibadətlərlə qəlbini təmizləyir, amma insanların yığışdığı yerlərə gedəndə onun qəlbini qaraldacaq sözlər, qeybətlər, dedi-qodular eşidir. Belə məsələlər də həmin qəlbi rahatlanmış müsəlman şəxsin qəlbinə narahatlıq gətirir, onun əsəblərini xarab edir, onu özündən çıxarır. Özündən çıxanda isə qəlbini qaraldan şəxslər deyirlər ki, sən Quran oxuyansan, iman əhlisən, möminsən, ağıllısan, biz səndən belə hirslənmək, belə əsəbi olmaq gözləmirik. Axı ey insanlar bu təmiz qəlbi qaraldan sizlərsiniz? Düşündünüzmü?

Bu həyatda elə insanlar var ki, onlar övladı yetişdirirlər ki, sonda ona gəlir gətirsin. Mən imkanlı bir ata tanıyıram ki, bir məclisdə mənə belə dedi: "Oğulu nə edirəm. Ona çoxlu xərc qoyuram. Böyüdürəm, təhsil verirəm, evləndirirəm. Müəyyən vaxta gəlir. Ancaq ona qoyduğum mayanı (pulu, əziyyətin haqqını) ondan ala bilmirəm. Bunun əvəzinə maya qoyub villa tikdirirəm, onu kirayə verirəm, hər ay kira verdiyim ev sahibi gəlib mənə 2000 manat verir. Oğul mənə hər ay yüz manat gətirib vermir. Ancaq tikdiyim və kirayə verdiyim ev, obyekt mənə xeyir verir". Bir ata öz oğlunu ona mənfəət vermək üçün böyütməməlidir. Mən bu yaxınlarda bir cənazədə iştirak etdim. Qadının özündən sonra qoyub getdiyi övladları vardı. Onlar cənazəni götürəndə qadının cənazəsində geridə qalan bəzi xırda qiymətli əşyalarını özlərinə götürmək üçün mübahisə edirdilər. Məgər qadın övladlarını bunun üçünmü böyütmüşdü ki, onlara sonradan hər hansısa bir pay ayırmasın, ya vəsiyyət etməsin ki, məndən sonra qalan miraslar kimlərə aiddir, yaxud da qadının övladları bu məsələləri cənazə götürülən vaxt aralarında mübahisə mövzusu etməli idilərmi? Əlbəttə yox. Siz özünüz də əgər yaşınız azdırsa daha çox sizə təsir edəcək hadisələrlə qarşılaşacaqsınız, əgər müəyyən qədər həyat təcrübəniz varsa artıq az hadisələrlə qarşılaşmamısınız. Axı belə olmalı deyildi? Bunun səbəbi insanların Allahı düzgün dərk etməməsi, Allahın dinini öyrənib yaşamamaları, həyatlarına tətbiq etməmələridir.

Mən çox zəngin, eyni zamanda ailədə evin böyüyü olan bir şəxs tanıyıram. Bu şəxs həmişə öz imkanlarından istifadə edərək yaxınlarına kömək edib. Hətta özündən kiçik qardaşına belə kömək edib. Ona bütün mal varlığı ilə dəstək durub. Bir müddət keçdikdən sonra kiçik qardaş da zəngin olub, imkanı çoxalıb böyük qardaşın özünə, övladına kömək edib, malı ilə, pulu ilə həm böyük qardaşına, həm də onun övladının oxumasına, ali təhsil almasına kifayət qədər kömək edib. Ancaq böyük qardaş yenə də kiçik qardaşın etdiklərindən razı deyil, narazıdır. Belə halda dünyəvilik baxımından deyə bilərik ki, ailədə qardaş və bacılar əgər imkanları varsa bir-birlərinə təmənnasız kömək etməlidirlər. Dini baxımdan isə bunun böyük açıqlaması var. Amma çox uzanmasın deyə qısa şəkildə qeyd edəcəm.

Dinimizə görə insanın etdiyi bütün yaxşılıqlar qeyd olunur. Hər bir insanın sağ tərəfində və sol tərəfində Allah təalanın onun üçün təyin etdiyi, onun sözlərini və əməllərini yazan mələklər vardır. Sağ tərəfdə oturan mələk insanın ağzından çıxan Allahın razı qaldığı yaxşı sözlərin və etdiyi yaxşı əməllərin hamısını qeyd edir. İnsanın sol tərəfində oturan (olan) mələk isə insanın günah sözlərini və əməllərini qeyd edir. Hər bir insan mütləq bir yaxşı sözü və əməli edibsə artıq o mələk tərəfindən qeyd olunur və insanın kitabına yazılır. Hər bir insanın özünə görə savablarının və günahlarının yazıldığı kitabı olur. Bizdə də bu söz işlənir. İnsan dünyasını dəyişəndə deyirlər ki, “kitabı bağlandı”. Əslində bu söz doğru sözdür. Çünki, insan öləndə onun savablarının və günahlarının yazıldığı kitab bağlanır. Artıq ona 3 nemət istisna olmaqla savab və günah yazılmır. Bu üç nemətdən biri özündən sonra əməli saleh övlad qoyub gedirsə o övladın etdiyi yaxşılıqlar da valideynin kitabına yazılır. İkincisi özündən sonra faydalı elm qoyub gedibsə onun öyrətdiyi elm də sonra oxuyanlar və öyrənənlər üçün faydalıdırsa, insanlar ondan istifadə edirlərsə, əsas da şəriət və dünyada olan işləri görmək üçün olan elmdirsə, özündən sonra digər insanlar ondan faydalandığı üçün ona savab yazılır. Üçüncüsü isə özündən sonra məktəb, məscid, bina, körpü, bağça, dərs kursları və.s. bir sözlə insanların istifadə edəcəyi hər bir nemət də onun üçün savab olaraq yazılır. Bütün bunlar bizə səhih, etibarlı hədislərdən, şəriət mənbələrindən xəbər verilmişdir. Buna görə də insan bir yaxşılıq edəndə onun qarşılığını insanlardan yox, Allahdan ummalıdır. İnsan heç vaxt etdiyi yaxşılığı deməməlidir, həmişə onu gizlətməlidir, üzə vurmamalıdır. İslam dininə görə əgər bir şəxs ya övladına, ya qardaşına, ya bacısına, ya tanımadığı bir şəxsə yaxşılıq edibsə unutmamalıdır ki, onun əvəzini mütləq Allah təala verəcəkdir. Allah təala belə buyurur: "Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür (Bəqərə surəsi / 265). Yəni ey insan etdiyin yaxşılıq Allah üçün olmalı, Allahın razılığı üçün olmalı və əvəzinin veriləcəyinə dəqiq əmin olmalısan. Bunu dərk edən insan heç vaxt da etdiyi yaxşılığın qarşılığını şəxslərdən yox, Allahdan gözləməlidir. Həmçinin əvvəllər kimlərəsə etdiyi yaxşılıqlara görə təəssüf hissi keçirməməlidir. Əvvəllər kiməsə etdiyi yaxşılıqlara görə təəssüf hissi keçirənlər, etdiyi yaxşılığın əvəzini onlardan gözləyənlər dinimizə görə xeyirli insan hesab olunmur. Çünki, həmin şəxs o vaxt xeyirli insan olar ki, əvvəlcə Allaha iman etsin, Allaha imanla yanaşı imanın 6 əsasına, Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyrinin və şərrinin Allahdan olmasına iman etsin. Belə bir xeyirli insan heç vaxt etdiyi yaxşılığa görə yaxşılıq etdiyi şəxsdən heç nə ummaz, dəqiq əmin olar ki, etdiyi yaxşılıqlar qeyd olunub və əvəzi mütləq uca Allah tərəfindən veriləcəkdir. Allah təala buyurur: "(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır" (Loğman surəsi, 16), başqa bir ayədə belə buyurur: "(Qullarıma Mənim bu Sözümü) de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allah’ın (yaratdığı) yer üzü genişdir. Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir” (Zumər surəsi, 10). Bunun kimi ayələr həddən artıq çoxdur. Allah təala bizə belə ayələrlə xəbər verib ki, etdiyi yaxşılığı heç bir təmənna olmadan edənlərin Öz yanında daha böyük hörməti olacaqdır. Allah yanında hörmət qazanmaq istəyənlər heç vaxt başqalarına etdikləri yaxşılıqlara görə onlardan heç nə ummaz, onlardan inciməz, onlardan narazı qalmaz.

Özünə yaxşılıq edilən insan da ədalətli olmalıdır. Edilən yaxşılıqları etiraf etməlidir. Əgər imkanı varsa o da bunun qarşılığını verməlidir. Əgər onun qarşılığını verməyə gücü çatmırsa onun üçün dua etməlidir və bunu yaxşılıq edən şəxsə deməlidir ki, sənə etdiyin yaxşılığın əvəzini qaytara bilmirəm, mənə olan haqqlarını halal elə. Yaxşılıq edən də onun bu sözlərinə görə ona izah etməlidir ki, mən yaxşılığı sənin üçün, sənin şəxsin üçün etməmişəm ki, səndən nəsə gözləyəm. Mən etdiyim yaxşılığı Allahın razılığını qazanmaq üçün etmişəm. Allah təala bizim hamımıza kömək olsun ki, bir-birimizə kömək edək, yardımlaşaq, mehriban olaq. Amin! Allah daha düzünü bilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM