Qurban bayramında münasibətlər pozulub və qız tərəfi nişanı geri qaytarıb

13:16 / 08.10.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Bu yaxınlarda bizə belə bir xəbər gəldi ki, bir nəfər nişanlı ailə arasında Qurban bayramında münasibətlər pozulub və qız tərəfi nişanı geri qaytarıb. Beləliklə nişanlı cütlüklərin nişanı pozulub. Bunun səbəbini öyrəndikdə dəhşətə gəldim. Nişanın pozulma səbəbi bu idi ki, oğlan evi Qurban bayramında qız evinə qurbanlıq qoç göndərməmişdi. Daha sonra bu xəbər sosial şəbəkələrdə dostlarımız arasında müzakirə edildi. Dostlarımızdan biri status yazdı: “Bilmirem ne derecede haqlıyam. Amma qurbanlıq her bir insan öz məvacibindən alaraq kəsib Allahdan günahlarının yuyulmasinı istəyir. Bunu alqıslayıram. Bəs yaxşı oğlan evi qız evinə gəlin ücün qurbanlıq gətirir bunu anlamıram. Oğlan qız üçün qoç gətirir ki, al, bu illik günahlarını yu? ya necə...”. Mən bu statusu görənə qədər artıq şərhlər yazılmışdı. Şərhləri sizin nəzərinizə çatdırdıqdan sonra dinimizə görə nişanın hansı adətləri olduğunu sizə qeyd edəcəyəm.

Bu cümləyə verilən şərhlər belədir.

1. Elə deyil, gətirirlər ki, qız evi atval verəndə (yəni nişanı rədd etmək istədikdə) nəyi və necə şəraiti itirəcəyini görsünlər. Çünki havayı yerdən gələn şeyi mənimsəmək kimi milli adət-ənənəmiz var.

2. Qurbanlıq qız evi üçün deyil. Allah üçün olmalıdır. Görüş üçün deyil, mənəviyyat üçün olmalıdır. Qız evinin o qurbanlığı kəsib qonaqları yola salmaq hansısa içki məcilisində yeyilmək üçün deyil. Həqiqətən ehtiyacı olan qaynatdığı qazanda ildə bir dəfə bir tikə ətə ehtiyac duyanlar üçün, cəmiyyətdə bir gün heç olmasa hamı eyni dərəcədə bayram keçirtmək üçün ehtiyac duyanlara, onları da bayramı bayram kimi hiss etmələrini qarşılamaq üçün olmalıdır.

3. Dini tərəflərindən başqa adət-ənənələrimiz də var. Valideyinlərin arzusu olur ki, övladım olsun Qurban kəsəcəm. Hər mövsümdə də nübar meyvə-tərəvəzdən nışanlı qız üçün aparırlar.

4. Qurbanlıq kəsərkən o ətı özünə yox, kasıblara paylamaq üçün kəsırlər. Qurban bayramıdırsa deməli bayramda təzə qohumlara da getmək savabdır. Qurban bayramında isə aparacağın ən yaxşı hədiyyə qurbanlıq etidir məncə. Onlarda öz növbəsində o qurban etindən kasıblara paylamalıdır. Əgər öz imkanları yetərlidirsə.. Beləliklə sənin kəsdiyin qurbanın savabı paylaşdıqca artır.

5. Bu adət, ənənə deyil, Allahın vacib buyurduğu bir ibadətdir, oruc tutmaq, namaz qilmaq kimi. Bir məsələyə də aydınlıq gətirim ki, qız evinə “al bunu kəs” demirlər, qurbanlıq kim ücün və hansı niyyətlə gelibsə həmin adam kəsir. İsmayıl qurbanı isə kasıbların süfrəsində ət olsun, ruzi olsun deyə kəsilir. Bu əslində çox şaxəli bir şeydi, yoxsa indiki dövrdə hər normal qazancı olan insanın evində ət var, yəni “qızın evinə sərf edir” fikri absurtdur. Məncə kifayət qədər məlumatın oldu.

Şərhlər çoxdur və dostlarımız hər birisi öz fikirlərini yazıblar. Mən bu statusu gördükdən sonra isə belə yazdım: “Dinimizdə belə bir adət yoxdur. Örfümüzdə var. Bu oğlan evinə böyük bir yükdür. Həm də Allah və Rəsulu bunu bizə əmr etməyib. Biri bir əməl uydurur, sonra yıxırlar dinin üstünə. Özlərini yükləmələri bir yana, başqa kasıblara da yük artırırlar. Bunu islam dinini bilib, dərk edən hər hansısa bir şəxsə desən gülər. Bu adəti yığışdırmaq lazımdır. Qurban kəsmək bir ibadətdir. Həyatda olanın yerinə isə ibadət etmək doğru deyil. Hər kəs öz namazını qıldığı kimi hər kəs də öz qurbanını özü kəsməlidir”.

Bu şərhimdən sonra bir çox şərhlər də yazıldı və bildirildi ki, adət-ənənlərimiz o qədər çox var ki, dinimizlə üst-üstə düşmür. İnsanlar bu cəhətdən media vasitəsi ilə maariflənmirlər. Bu da tədricən, zamanla, insanların dünya görüşü və dini savadı artdıqca düzələn problemlərdir.

Mən isə özlüyümdə islam dinində nişanın necə olmasını bilmək üçün mənbələrə müraciət etməli oldum. Bunu sizinlə də bölüşməyi özümə borc bilirəm ki, dinimizə görə nişanda hansı adətlər olmalıdırsa onu siz də biləsiniz. Əslində bizim etdiyimiz adət-ənənlərimizin hamısı hansısa dinə dayanır. Ən doğru yol da budur ki, biz doğru din olan islamdan yapışaq və digər dinlərin təlqinlərinə aldanmayaq. Bu heç də ayrı-seçkilik deyil. Əksinə bütün dinlərin son kamil formasıdır ki, bütün bəşəriyyətin xilası dinimizin tam, kamil formasını bilib yaşamaqla mümkün olacaqdır.

İslam fiqh kitablarına baxdıqda təəccüb etdim. Fiqh kitablarında nişana aid məsələlər demək olar ki, yoxdur. Yəni bizdə olan nişan adəti islamda yoxdur. Ancaq bu o demək deyildir ki, biz nişanlanmaqla bağlı hökmləri bilməli deyilik. Bizim örfümüzdə, adətimizdə olduğu üçün, bunu xalqımız yerinə yetirdiyi üçün dini tərəfini bilməliyik. Məsələn, nişanlanan cütlüklərin görüşmələri üçün riayət edəcəkləri məhrəmiyyət sərhədi, iddət müddəti içərisində olan qadına evlənmə təklifi etmək, nikah qıyıldıqdan sonra birləşmə reallaşmadan boşanma və gizlin görüşmə mövzuları müxtəlif yerlərdə izah edilmişdir. Nişanlanma adəti ümumilikdə bütün türk xalqlarında vardır. Türk xalqları islamı qəbul etdikdən sonra bu adəti də islamla birlikdə yaşayıblar. İslamda olan ibadətləri adətlərinə qarışdıraraq yaşayıblar. Bizim adətimizdə olan nişanda qurbanlıq qoyun aparmaq dinimizdə olmasa da biz dinimizin əmrini adətimizə qataraq həyata keçirmişik. Qeyd edim ki, bu əlbəttə Allah tərəfindən əmr olunan bir ibadət olmadığı üçün qəbul olunan bir ibadət növü də deyildir. İnsanın əlavə özünü əziyyətə salmasıdır. Amma təbii ki, bunun başqa yönlərədn faydaları vardır. Bu ayrı mövzudur. Əsas məsələ odur ki, insanlar bilsinlər ki, islam dinində nişan adəti yoxdur və olmadığı üçün nişanda qurbanlıq aparmaq da yoxdur. Olmayan bir məsələyə görə də nişanı qaytarmaq və buna görə nişanı pozmaq dinimizə görə bəyənilməyən əməldir. Hətta evlənən cütlüyün arasını pozmaq çox böyük bir günahdır. Bütün bunlar da bilməməzlikdən irəli gəlir.

İslam dininə görə bəy özü həyat yoldaşına mehir verməlidir. Mehir isə oğlanın gücü çatan bir hədiyyəni həyat yoldaşına verməsidir. Qızın vəlisi, valideyni qızını ərə vermək hüququna sahibdir, qızın valideyni olmasa onun vəlisi qardaşı, əmisi, dayısı və digər qohum-əqrəbada olan yaxınlar vəli ola bilər. Ağılllı, müsəlman, həddi-büluğ çağına gələn vəli olmadıqda isə hansısa məscid axundu qızın vəlisi ola bilər. Allah təala evliliyi asanlaşdırmağı, çətinləşdirməmi əmr edib.

İslam dinində olan dörd məzhəbə görə nişanlanma, evlənmə əqdi olmayıb, yalnız evlənmə vədindən (söz vermək) ibarətdir. Yəni, nişanlanma qanuna uyğun bir müqavilə (əqd) deyil, əxlaqi cəhətdən qarşılıqlı söz vermədir (vəd). Çünki qanuna görə nişan nikah deyil, nikahın hər hansı bir şərti də deyil. Ayrıca qanuna görə nişan nigahın doğurduğu nəticələri doğurmaz. Nişanlanma nəticəsində nişanlılar arasında qohumluq, aliment, miras və s. hökmlər reallaşdırıla bilinməz. Ən əhəmiyyətlisi də budur ki, nişanlanma, tərəfləri qanuni evlənməyə məcbur edə bilməz. Çünki dünyəvi qanunlara görə evlilik üçün rəsmi sənəd verilir, amma nişan üçün rəsmi sənəd verilmir. Rəsmi sənəd verilmədiyi üçün də nişanın hüquqi tərəfləri yoxdur. Beləliklə anlayırıq ki, nişanlanmağın heç bir dini və dünyəvi vacibliyi yoxdur. Vacib olan evlənməkdir. Nişan sadəcə gələcəkdə evlənəcək cütlüklərin evliliklərinin reallaşacığını bildirən, cütlüklərin bir-birinə aid olmasını bildirən bir adətdir. Azərbaycan Respublikasının ailə məcəlləsində də nişanla bağlı heç bir xüsusi maddə yoxdur. Yəni bizim ölkəmizdə nişansız da ailə həyatı qurmaq olar. Bu səbəbdən nişanla bağlı məsələlərə görə gələcəkdə evlənəcək cütlüklərin arasına girmək, onları bir-birindən ayırmaq doğru deyildir.

Nişanlanma dini tərəfdən, dünyəvi qanunlar tərəfindən rəsmi nigah sayılmasa da, qanunla evlənməyi zəruri etməsə də əxlaq cəhətindən mövzunu fərqli qiymətləndirmək lazımdır. Nişanlamaq dinə görə, əxlaqa görə və adət-ənənəyə görə tərəflərə sədaqətli olmağı və onların evlənmələrini vacib edir. Çünki nişanlanmaq söz vermək sayılır və Allah təala buyurur ki; “Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 34). Bundan başqa Allaha iman edənlərin xüsusiyyətləri sayıldıqda onların verdikləri sözü yerinə yetirəcəkləri bildirilir: “O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər)” (əl-Muminun (Möminlər) surəsi, 8). Başqa bir ayədə Allah təala belə buyurur: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (Bəqərə surəsi 177). Bu ayələrdə uca Allah əvvəlcədən verilən sözü tutanları mükafatlandıracağını bildirmişdir. Nişanlamaq da bir söz vermək olduğu üçün onu qoruyub saxlamaq Allah təalanı razı edən işlərdən biridir. Allah daha düzünü bilir.

 

Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru).

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM