İlahiyyat üzrə fəlsəfə doktoru
İnsanın başına gələn bütün bəlalar, müsibətlər, mənfiliklər əsasən onun bilməməzliyindən, cahilliyindəndir. Bəlalar insana bir neçə səbəbdən gəlir. Allah təala öz qulunu imtahana çəkmək üçün ona müəyyən müsibətlər göndərə bilər. Bununla insanın savablarının çoxalması, günahlarının bağışlanması umulur. Bir də insan həyatda çox günahlara meyl etdiyi üçün onun günahlarının bağışlanması üçün başına bəlalar gələ bilər. Allah təala insana yüklədiyi müsibət və bəlalara görə ya onu bağışlayır, ya da onun dərəcsini yüksək edir. Bundan əlavə yuxarıda da qeyd etdiyimiz kimi biri də var ki, insanın başına gələn bəlalar öz əlləri ilə etdiyinə görədir. Allah təala Qurani Kərimdə buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır” (əş-Şura 42:30). Başqa ayədə isə uca Allah belə buyurur: “Sənə gələn yaxşılıq Allah-dandır, sənin başına gələn bəla isə sənin özündəndir” (ən-Nisa 4:79). Bu ayələrdən gördüyümüz kimi elə bəlalar vardır ki, insanın özü özünü həmin bəlalara düçar edir. İnsanın haramlara meyl edib nəticədə aqibətinin pis olması da belə bəlalardan sayılır. Misal üçün, siqaret çəkib orqanizmini korlaması, spirtli içkilərə aludə olub müəyyən xəstəlikləri tapması, zina edib heç vaxt sağalmayan müxtəlif xəstəliklər görməsi, oğurluq edib özünü azad həyatdan məhrum etməsi və s. Bir sözlə insan çox hallarda özü özünün düşməni olur. Səhih bir rəvayətdə nəql olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “İnsan işlədiyi günaha görə ruzisindən məhrum buraxılır” (İmam Əhməd, Nəsai və İbn Macə ceyyid (yaxşı) isnad ilə hədisi rəvayət etmişdirlər). Allah təala insanı yoxsulluq, xəstəlik və digər fəlakətlər ilə imtahana çəkir ki, onun şükr və səbr edib etmədiyini yoxlasın. Çünki Allah təala buyurur: “Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər” (əl-Bəqərə 2:155-156). Həmçinin Allah təala insanı müxtəlif imtahanlara da çəkir: “Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə (doğru yola) dönələr” (əl-Əraf 7:168).
Biz bu gün üçün insanların başlarına gələn bəlalara özlərinin səbəb olmasını deyə bilərik. Hətta insanın özü öz başına gətirdiyi bəlalardan biri də valideynlərinin, bacı-qardaşlarının işinə, həyat tərzinə, yaşayışına qarışmasıdır. Bu gün həyatda insanın özündən başqa ona yaxın dostu yoxdur. Amma insan bilmədən özü-özünə düşmən kəsilə bilirsə deməli insanın özü də özünə dost deyildir. İnsanın ən yaxşı dostu Allahdır. Bəzən insan yaxınlarının yaxşılığı üçün onların işinə qarışır. Nəticə isə onun düşündüyü kimi yox, əksinə olur. Bəzən bir övlad valideynlərini ziyarətə gələndə valideyn müəyyən səbəblərdən övladına evinin müəyyən yerinə, bağının müəyyən yerinə getməsinə icazə vermir. Belə halda övlad qəlbən valideynlərindən sınır. Elə düşünür ki, validyenləri onu çox istəmədiyi üçün ona evinin və ya bağının müəyyən yerinə getməsinə qadağa qoyur. Amma övlad düşünmür ki, ola bilsin ki, onun üçün xeyirli olan o yerə getməməsidir. Övlad bunu özünə sığışdırmır və özlüyündə valideynlərinin bu hərəkətinə heç cür haqq qazandıra bilmir. Əlbəttə valideynin də haqqı var ki, övladı evinə, bağına buraxmasın, amma bu övladın valideyn haqqında olan bütün müsbət dəyərlərini aşağı salır. Övladın qəlbi valideyninin bu sözlərindən və hərəkətlərindən tamamilə sınır. Övlad bunun səbəbini soruşduqda isə validyenlərindən tamamilə özünə qarşı haqsızlıq görür. Çünki validyenləri övladın qəlbi qara olmasını ona deyirlər. Halbuki övladın valideynə olan sevgisi sərhədsizdir və heç vaxt övlad valideynin heç bir nemətinə zərrə qədər də olsa paxıllıq və qısqanclıq etməz. Məhz bu şəraiti yaradan elə valideynlər özləri olur.
Həmçinin bacı qardaşlar arasında olan münasibətlər də belədir. Qardaş əvvəllər ərindən boşanmış bacısınının şəxsi işinə qarışmaq istəyir. Çünki bunu özünün təbii haqqı hesab edir. Əlbəttə qardaş bütün işlərdə bacısının ən yaxın vəlisi hesab olunur. Çünki, islam dininə görə əgər bacının atası yoxdursa qardaşı ata kimi bacısının vəlisi ola bilər. Bir dul qadının da vəlisi atasıdır. Atası olmadıqda isə qardaşı, dayısı, əmisi və s. hətta qızın öz seçiminə görə də vəlini müəyyənləşdirmək olar. Bu günlərdə qardaşın öz bacısının şəxsi işinə qarışması zəmnində baş verən bir hadisəni qeyd etmək istərdik. Belə ki, bacısı əvvəl boşanmış əri ilə yenidən münasibətləri istiləşdiridyi üçün qardaşı buna müdaxilə edib. Hətta bacısının hərəkətlərindən qardaş küçəyə çıxaraq nalayiq söyüşlər belə işlədib. Qonşular buna etiraz edəndə isə qardaş etiraz edənlərdən birini küçəyə çağıraraq bıçaqla ona xəsarət yetirib. Beləliklə qardaş həm bacısının şəxsi işinə qarışır, həm küçədə söyüş söyür, həm də etiraz edən qonşulardan birinə bıçaqla xəsarət yetirir.
Əlbəttə bütün bunların səbəbi insanların bilməməzliyindən irəli gəlir. Ən əası isə başqalarının ailədə olan problemlərə qarışmasından irəli gəlir. Qonşular ailədə olan problemlərə qarışmasaydılar daha yaxşı olardı. Qardaş da öz bacısının seçiminə hörmət etsəydi və onun boşanmış ərinə qayıtmasını bu qədər böyütməsəydi bu problemlər də başına gəlməzdi. Amma artıq hadisələr cərəyan edib və nəticə belə olub. Bundan sonra oxucular bilsinlər ki, istərsə valideynləriniz olsun, istərsə də bacı-qardaşlarınız olsun, onların şəxsi həyatlarına qarışmanız sizin üçün heç də gözlədiyiniz müsbət nəticə olmayacaq. Siz o zaman onların işinə qarışa bilərsiniz ki, onlar sizə hörmət edirlər və sizin məsləhətiniz onlar üçün əhəmiyyətli hesab olunur. Əks halda dinimizə görə də müsbət nəticə gözləməyinizin əhəmiyyəti yoxdur.
Bunun səbəbləri çoxdur. Çünki oxucu etiraz edə bilər ki, necə ola bilər, insan doğma ata-anasının, bacı-qardaşının şəxsi həyatına qarışmasın. Bunun səbəbi ata-ananın və bacı-qardaşın səninlə eyni inancda, eyni əqidədə, eyni minhəcdə olmamasına görədir. Əsas da sənə hörmət etməməsinə görədir. Çünki islama görə ata-ana övladına, övlad ata-anaya, bacı qardaşlar bir-birlərinə yüksək səviyyədə hörmət etməlidirlər. Əgər biri bunu etmirsə digərinin bunu etməsi vacibdir. Allah təala qohumluq əlaqələrini möhkəm tutmağı əmr etmişdir. Allah təala qəti şəkildə qohumlarla sıx əlaqə saxlamağı, çətinlikdə qalana kömək etməyi əmr etmişdir. Allah Rəsulu səlləllahu aleyhi və səlləm də qohumlarla sıx əlaqə saxlamağın ruzinin artmağına səbəb olduğunu bildirmişdir. Bir hədisdə Allah Rəsulu səlləllahu aleyhi və səlləm buyurmuşdur ki, kim ömrünün uzanmağını, ruzisinin artmağını, günahlarının bağışlanmağını istəyirsə qohumlarla əlaqələrini möhkəm saxlasın. Bu hədisdən məqsəd qohumları ziyarət etmək, imkanın varsa onlara kömək etmək, onlarla yardımlaşmaq, xeyirdə-şərdə bir olmaqdır. Buradan məqsəd onların ayrıca şəxsi həyatlarına qarışmaq, seçimlərinə hörmətslik etmək yox, onların xeyir üzərində olmasına köməklik etmək, razıdırlarsa məsləhət verməkdir. Qeyd etdiyimiz məsələdə qardaşın öz bacısının əvvəlki ailəsinə qovuşmasına mane olması isə gördüyümüz kimi islama zidd olduğu üçün və hərəkətləri islam çərçivəsində olmadığı üçün nəticəsi də zərərlə oldu. Allah təala bütün müsəlmanlara kömək olsun! Amin!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM