Aşura gününü tətil elan etmək dinimizdə yoxdur

10:53 / 23.10.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Artıq Məhərrəm ayı yaxınlaşır. Bu ay haram aylardan biridir. Allah təala bu haram ayı bizim üçün xeyirli-bərəkətli etsin. Amin! İbn əl-Cövzi (Allah ona rəhmət etsin) buyurur: Allah sənə rəhm etsin, ey mənim qardaşım, bil ki, həqiqətən də Məhərrəm ayı ən qiymətli, ən hörmətli aylardan biridir. O ay ona görə Məhərrəm (Haram ay) adlandırılıb ki, bu ayda döyüşmək (dava etmək, müharibə etmək) qəti olaraq haramdır (ət-Təbsirat 2/6).

Bu ay haram ayların içərisində birinci aydır. Allah təala Qurani Kərimdə belə buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin” (ət-Tövbə surəsi 36-cı ayə).

Qurtubi (Allah ona rəhmət etsin) deyir: “Allah təala bu dörd haram ayı zikr edib, bu aylarda özünə və başqalarına zülm etməyi qadağan edərək, bu ayları şərəfləndirib. Bununla bu dörd ayı başqa aylardan fərqləndiribdir...” (əl-Cəmiul Əhkəmul-Quran, 8/134).

 Müslimin Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə deyib: "Ən üstün (ən fəzilətli oruc), Ramazan ayından sonra, Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur" (Müslim).Nəvəvi deyir: "Burada açıq, aydındır ki, oruc üçün ən fəzilətli aylar bu haram aylardır (xüsusən də Məhərrəm ayıdır)" (Müslimin Şərhi, 7/296) .

İbn Rəcəb deyir: Bu hədis Ramazan ayından sonra ən fəzilətli orucun tətəvvu (yəni nafilə, sünnə) orucunun Məhərrəm ayında tutulan oruc olmasının açıq-aşkar sübutudur. Yəni bu hədis sübut edir ki, bu hədis bizə onu göstərir ki, Ramazan ayından sonra tutulan ən fəzilətli nafilə, sünnə, əlavə oruc haram aylardan biri olan Məhərrəm ayında tutulan orucdur. Lakin deyilir ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Şaban ayında da oruc tutub. Onun (səlləllahu aleyhi və səlləm) Məhərrəm ayında oruc tutması nəql olunmayıb. Aşura günündə isə oruc tutması nəql olunubdur. Onun bu sözü son sünnə (tabe olunacaq yol) olub: “Əgər Məhərrəmin doqquzuncu gününə çatsam oruc tutacağam” (Müslim rəvayət edib). Bu ona sübutdur ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) bundan əvvəl Məhərrəm ayının doqquzuncu günü olan Aşura gününüdə oruc tutmayıb. Ancaq o bundan sonra deyib ki, əgər gələn il yaşasam oruc tutacam, gələn il isə artıq O (səlləllahu aleyhi və səlləm) dünyasını dəyişibdir. Buna baxmayaraq onun tövsiyəsi və əmri, sünnəsi olduğu üçün bütün müsəlmanlar Aşura günü oruc tuturlar.

Bu gün bəzi qeyri-ənənəvi dinin və məzhəbin daşıyıcıları Aşura gününü rəsmi tətil edilməsini tələb edirlər. Buna ehtiyac yoxdur. Çünki, bu həm dinimizdə, həm də adət-ənənmizdə yoxdur. Hətta bu təklifi yəhudilər Allah Rəsulu səlləllahu aleyhi və səlləmə bildirəndə Allah Rəsulu qeyd etdi ki, biz Musa əleyhissalama hörmət etməyə sizdən daha layiqik. Çünki, Allah Rəsulunun səlləllahu aleyhi və səlləmin dövründə Aşura günü olanda o dövrün yəhudiləri oruc tuturdular. Allah Rəsulu səlləllahu aleyhi və səlləm bunun səbəbini soruşanda yəhudilər bildirdilər ki, bu gün Allah təala Musa əleyhissalamı Fironun zülmündən xilas etdiyi gün olduğu üçün biz bu günü sevinc əlaməti olaraq oruc tuturuq. Allah Rəsulu səlləllahu aleyhi və səlləm bildirdi ki, biz sizdən Musaya hörmət etməkdə daha qabaqdayıq. Biz daha layiqik ki, Musaya hörmət edək. Bu səbəbdən Allah Rəsulu səlləllahu aleyhi və səlləm öz səhabələrinə bildirdi ki, Aşura günü oruc tutun, əlavə olaraq da bir gün ondan əvvəl və vəya sonra tutun. Bununla biz müsəlmanlar Musa əleyhissalama hörmət etməkdə daha layiq olaq. Bununla da o vaxtdan müsəlmanlar Aşura günü oruc tuturlar. Həmçinin ya ondan bir gün əvvəl və ya sonra oruc tuturlar. Bizə gəlib çatan hədislərə əsasən bəzi alimlər bu orucun vacib olduğunu görüblər. Bəzi alimlər isə deyiblər ki, artıq uca Rəbbimiz Ramazan ayını bizə tam bir ay oruc tutmaqla bizə Ramazan orucunu fərz (vacib) edib. Ona görə də Aşura günü oruc tutmağın vacib olması Ramazan orucu ilə nəsx olunub. Yəni Ramazan orucu bizə əmr olunmaqla Aşura günü orucunun vaciblik hökmü qüvvədən düşüb. Ancaq Aşura günü oruc tutmağın vaciblik, fərzlik hökmü qüvvədən düşsə də bütün alimlərin də icması ilə fəziləti, üstünlüyü və savabı, bunu tutmaqla böyük dərəcələrə nail olunması qüvvədən düşməyib.

İbn Rəcəb Aşura orucu haqqında dörd vəziyyəti qeyd edib:

Birincisi, Məkkədə bu orucu tutmaq insanlara əmr olunmayıb;

İkincisi, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Mədinə yaxınlığında oruc tutan bir yəhudini görüb, ona hörmət edib, təzim göstərib, onların bu hərəkətini sevib, ancaq insanlara da oruc tutmalarını əmr edib. Rəbiə binti Məud (Allah ondan razı olsun) deyir ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Aşura günü Mədinə yaxınlığına bir nəfəri göndərib deyir: “Kim oruclu olaraq sabahladısa orucunu tamamlasın, kim yeyərək sabahladısa günün geridə qalanını orucla tamamlasın”. Biz uşaqlı-böyüklü bundan sonra Allahın zini ilə oruc tutduq, məscidə getdik, yeməyi hazırladıq və ifatara qədər orada qalıb, iftar etdik” (Təxmini məna) (Müslim).

Üçüncüsü, Ramazan orucu fərz olunanda Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Aşura orucunu tərk edir və səhabələrə də bunu əmr edir. Yəni səhabələrə də tərk etməsini əmr edir. Buxari və Müslim İbn Ömərdən (Allah hər ikisindən razı olsun) rəvayət edirlər ki, “Allah Rəsulu (səlləllahu aleyhi və sələm) Aşura orucunu tutmağı bizə əmr etmişdi. Ramazan orucu fərz olunanda bunu tərk etdi” (Ləfz Buxarinindir). Müslimin rəvayətində: Cahiliyyə əhli Aşura günü oruc tuturdular. Ramazan orucu fərz olunmamışdan əvvəl Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) müsəlmanlar da oruc tuturudular. Ramazan orucu fərz qılınanda Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) dedi: “Həqiqətən də Aşura günü Allahın günlərindən bir gündür. Kim istəsə o günü oruc tutsun, kim istəsə tərk etsin, oruc tutmasın”.

Dördüncüsü: Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) ömrünün axırında onu bir dəfə tutub və ona bir gün də əlavə edib. Bununla O (səlləllahu aleyhi və səlləm) yəhudilərə və xristianlara müxalif olub. Səhih Müslimdə İbn Abbas (Allah ondan razı olsun) deyir: “Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Aşura günü oruc tutduğu zaman, biz onun oruclu olduğunu görüb dedik: “Ya Rəsulullah, həqiqətən də bu gün xristianların və yəhudilərin təzim etdikləri, hörmət etdikləri gündür”. Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) buyurdu: “Əgər mən gələn il həyatda olsam, inşəallah Aşuradan əvvəl doqquzuncu günü də oruc tutacağam”. Dedi: “Gələn il Aşura günü gəlməmişdən əvvəl Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) dünyasını dəyişdi” (Müslim rəvayət edib). Həmçinin İbn Abbasdan (Allah hər ikisindən razı olsun) gələn rəvayətdə Allah Rəsulu (səlləllahu aleyhi və səlləm belə deyib: “Əgər gələn il Aşura orucuna sağ qalsam doqquzuncu və onuncu günləri oruc tutacağam” (Litaiful-Məarif, müxtəsər səh 72-68).

Beləliklə, müxaliflərin əksinə olaraq, yəni yəhudilərin və xristianların əksinə olaraq müsəlmanlar Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) əmrini yerinə yetirərək hər hicri təqvimi ilə Məhərrəm ayının doqquzuncu günü və onuncu gününü oruc tuturlar. Bu oruc araşdırmamızdan da göründüyü kimi əvvəlki bütün ümmətlərin tutduğu orucdur, müslmanlar da bu orcu həmişə tutublar. Bundan sonra da Allahın izni ilə Qiyamətə qədər tutacaqlar. Allah təala bütün yaxşı əməllərə bizi daima müvəffəq etsin. Amin!

Aşura günündə islam tarixində çox böyük hadisələr baş vermişdir. İslam tarixində eyni zamanda İmam Hüseynin (Allah ondan razı olsun) şəhid olduğu gün də Aşura gününə düşür. Bu səbəbdən bu günü hələ islam tarixində heç kim tətil günü elan etməyib ki, bizdə bunu tətil günü elan edək. Heç Allah Rəsulu səlləllahu aleyhi və səlləm bu günü tətil etməyi bildirməyib. Bu günü tətil etmək dində yenilik olar ki, bu da təhlükədir. Çünki Allah Rəsulu səlləllahu aleyhi və səlləm bildirib ki, dinimizdə olan nə yenilik olsa həmin yenilik Allah tərəfindən qəbul olunmayacaq və onu edənlər boş bir işi tutmuş olacaqlar. Həmçinin dində yenilik edənlərin sonunun Cəhənnəmdə olduğu bildirilmişdir. Bu səbəbdən Aşura gününü tətil elan etməkdə xeyir və fayda yoxdur. Məhz dövlətə belə bir təklif vermək də qeyd etdiyimiz məsələlərə görə lazımsızdır. Belə təkliflər əvəzinə dövlətimizə daha ciddi təkliflər verilməlidir. Xüsusi ilə də dinimizin doğru qaynaqlardan öyrənilməsi üçün də dövlətimizin çox ciddi islahatlar etməsinə ehtiyac vardır. Bu islahatları isə islamı doğru mənəblərə söykənən, adət-ənənələrimizə hörmət edən elmli, savadlı kadrlar həyata keçirməlidirlər. Allah təala bu işdə bizi müvəffəq etsin! Amin!

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM