İlahiyyat üzrə fəlsəfə doktoru
İnsan bir az gücə tabedir. Bəzən insan nəsihət edilmədikdə, nəsihət dinləmədikdə bir çox məsələlərədə həddi aşır. Xüsusi ilə zərif cinsin nümayəndələri olan qadınlar nəsihət edilməyə daha layiqdirlər. Onlar daha çox faydalı nəsihətlər dinləməli və öz ailələri ilə xoş keçinməyə çalışmalıdırlar. Bu gün bəzi müsəlman kişilər isə zərif cinsə qarşı nəsihətdən əvvəl kobud davranmağa çalışırlar. Belə olduqda əyri və nəzik qabırğanı sındırmış olurlar. Çünki, Allah Rəsulu səlləllahu aleyhi və səlləm belə mənaya gələn bir sözündə buyurub ki, "Həvva (ilk qadın) Adəm əleyhissalamın əyri qabırğasından yaranıb. (Ümumən qadınlar kişilərin bir hissəsidirlər, onların bir qabırğalarından yaranıblar). Onu düzəltməyə çalışsanız sındırarsınız, elə də saxlasanız əyri qalarlar". Bu səbəbdən qadınla çox mülayim və nəzakətli davranmaq lazımdır. Amma biz kişilər bunu bacara bilmirik. Nəinki öz ailəmizlə, çox hallarda öz analarımızla, nənənlərimizlə belə kobud rəftar edirik.
Bəzi kişilər öz həyat yoldaşlarını döymək bəhanəsi ilə Quranda olan "qadınlarınızı döyün" sözündən istifadə edirlər. Halbuki çox böyük, əzəmətli Qurani Kərimdə qadınları döymək haqqında çox sonda və cəmi bir dəfə döymək sözü işlənib.
Allah təala Nisa surəsi 19-cu ayədə belə deyir: "Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun". Bu ayədə belə Allah təala döyməyi əmr etməyib. Digər ayədə uca Allah belə buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!" (Nisa surəsi 34). Yalnız bu ayədə Allah təala qadını döyməyi bildirmişdir. O da əvvəlcə döyməyi əmr etməmişdir. Ayədən oxuduğumuz kimi əvvəlcə nəsihət etməyi kişilərə əmr edib. Qadın hansısa səhv etdikdə ona nəsihət etmək lazımdır. Nəsihətdən sonra düzəlməsə qadının yaxınları vasitəsi ilə ona nəsihəti çatdırmaq lazımdır. Çünki ola bilər ki, qadın ərinin nəsihətini dinləmək istəməz. Belə halda əri dərhal özünü o qadının sahibi kimi aparmasın. Doğrudur, qadın ərinə aiddir. Bütün sirrlərini bir yerdə bölüşdürməlidirlər. Amma elə hallar ola bilər ki, əri qadına özü də bilmədən zülm edər. Bu səbəbdən dərhal döyməyə üstünlük verməsin. Düşünməsin ki, ayə var, qadın da mənimdir, Allah da əmr verib ki, sözünə baxmasa onu döy, mən də hüuqum var döyürəm. Belə etmək olmaz. əri çalışmalıdır ilkin vaxtlarda qadınına mülayim tərzdə nəsihətlər etsin. Ola bilər ki, hirsli vaxtına düşər, dərhal reaksiya verməsin. Bir az gözləsin, müəyyən əsəb sistemi düzələndən sonra öz həyat yoldaşına nəsihət etsin. Əgər görsə ki, nəsihətini dinləmir, onda artıq ikinci Allah təalanın əmrini yerinə yetirsin. Bir müddət onunla eyni yataqda yatmasın. Bu mərhələlərdə çox vaxt qadınlar da yumşalır və mülayimləşirlər. Daha sonra qadınının yaxınları ilə ona nəsihət etdirsin. Artıq başqa çarə tapmadıqda və döymək zəruri olduqda qadına xəsarət yetirmədən döyə bilər. Çünki, bu Allah təalanın əmridir. Qadına xəsarət yetirmək, onun gözünün altını, bədənin hər hansısa bir yerini göyərdəcək qədər incitmək olmaz. Allah təala həddini aşanları sevməz. Allah təala buyurur: "Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!" (Nisa surəsi 128-ci ayə).
Qadınlara müamilə barədə təkcə Quran ayələri yox, hədislər də, alimlərin sözləri də kifayət qədər çoxdur. Aişə (Allah ondan razı olsun) demişdir: "Mən heç vaxt Peyğəmbərin nə bir qulluqçusunu, nə bir zövcəsini vurduğunu, nə də əliylə bir şeyi vurduğunu görmədim. Yalnız Allah yolunda döyüşməsi istisnadır".
Abdullah ibn Zəm`ah (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: "Sizdən heç biriniz köləsini qamçıladığı ilə zövcəsini qamçılayıb (döyüb) sonra da günün axır hissəsi onunla yaxınlıq etməsin!"
Buxari və Müslimin “Səhih”lərində gələn rəvayətdə - Qeysin qızı Fatimənin gözləmə müddəti bitdikdən sonra Əbul-Cəhm ona nişanlandı və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onun haqqında dedi: “Ona gəldikdə, o qadınları çox döyən bir kimsədir.” Bir rəvayətdə isə: “Əsasını boyunundan yerə endirməyən biridir” deyə varid olmuşdur. Bu da Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qadını döyməyi yalnız şəri çərçivədə və Sünnəsinə uyğun olanı xaric olmaqla sevmədiyinə dəlalət edir. Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) bununla bağlı olaraq belə buyurur: "Qadınlar haqqında Allahdan qorxun. Onları Allaha əmanət olaraq aldınız. Onlarla cinsi münasibətdə olmanız sizə Allahın əmri ilə halal oldu. Sizin onlar üzərindəki haqqınız, istəmədiyiniz bir adama sərginizi çiynətməmələridir. Əgər belə edərlərsə onları bəlli olmayacaq şəkildə döyün. Onların sizin üzərinizdəki haqları örfə uyğun olaraq onları yedirməyiniz və geyindirmənizdir" (Müslim, Səhih, Həcc, 2137).
Evlilik həyatında ərin ədalətli davranması, xüsusi ilə öz həyat yoldaşını digər qohum-əqrəbaları, yaxınlarının yanında əzdirməməsi, kiçik düşürməməsi, onun yeməsinə, içməsinə, geyinməsinə və qorunmasına diqqətli olması olduqca vacibdir. Evli bir xanımın isə öz ərinin evində oturması, ev işlərini yerinə yetirməsi, uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olması Allaha və ərinə itaətdən hesab olunur. Əsas da qadın ərinin cinsi istəklərini şəriətin əmr etdiyi çərçivələrdə yerinə yetirməsi olduqca vacibdir. Əri özündən razı qalan qadından uca Allah da razı qalar. Belə olsa əri başqa yerlərə getməyə meyl etməz. Allah Rəsulu səlləllahu aleyhi və səlləm belə buyurub: "Əgər bir şəxsin başqa birinə səcdə etməsi olsaydı, qadının öz ərinə səcdə etməsini əmr edərdim" (Əbu Davud, Nigah 40, Tirmizi, Rada 10 və s.). Başqa bir hədisdə Allah rəsulu səlləllahu aleyhi və səlləm belə buyurub: "Bir qadın əri özündən razı olduğu halda ölərsə Cənnətə gedər" (İbn Macə, Nigah 4, Tirmizi, Rada 10 və s.).
Qısa olaraq bildirək ki, mövzu etibarı ilə böyük olmasına baxmayaraq mahiyyətcə qeyd etmək istədiyimiz budur ki, ər-arvad arasında olan münasibətlərin tənzimlənməsi hər ikisinin ədalətli olmasından, Allahdan qorxmasından, Allahın və Peyğəmbərinin tövsiyələrini yerinə yetirmələrindən asılıdır. Xüsusi ilə kişi qadına zülm etməkdən çəkinməli, qadın da öz növbəsində buna şərait yaratmamalıdır. Qadın bilməlidir ki, ərinə iatətsizlik birbaşa Allaha itaətsizlik sayılır ki, bu da nəticədə zərərlə sonlanır. Cütlüklər bir-biri ilə o qədər mehriban olmalıdırlar, o qədər ciddi şəriətə riayət etməlidirlər ki, mehribançılıqları və xoşbəxtlikləri davamlı olsun. Bütün cütlüklərə xoşbəxtlik arzu edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM