İlahiyyat üzrə fəlsəfə doktoru
Mənə hansısa bir məsələdə sual verildikdə, vaxt ayırmağa çalışıram ki, onunla bağlı qısa da olsa məlumatlandırıcı bilgiləri qeyd edim ki, digər insanlar da həmin sualın cavabından fayda əldə edə bilsinlər. Bu gün də bir neçə nəfərdən həmin sual gəldiyi üçün onunla bağlı qısa açıqlama verməyi, şəriətimizin bu məsələdə mövqeyini qısa olaraq bildirməyi özümə borc bildim.
Bu da qadınlarla bağlı bir şəriət məsələsidir ki, bütün qadınların bunu bilməsi vacibdir. O da budur ki, qadınlar da kişilər kimi şəriətlə mükəlləf olunublar. Kişilərdə və qadınlarda şəriətin əmrləri olduğu kimi və olduğu qaydada yerinə yetirilir. Onlardan biri də heyvan kəsməkdir.
Sual belədir ki, qadın toyuq, inək və s. halal, yeməli əti olan heyvanları kəsə bilərmi?
Cavab budur ki, qadın da heyvan kəsə bilər. Toyuq da kəsə bilər. Qadınlar bunu bilməlidirlər ki, onların heyvan kəsməkləri dini cəhətdən qadağan deyil. Əksinə dinimizdə buna icazə verilib. Hədis mənbələrində qeyd edilir ki, Muhəmməd peyğəmbərin (səlləllahu aleyhi və səlləm) dövründə heyvan kəsən kənizlər (cariyələr) olub. Həmin hədislərdən birini Abdulla ibn Ömərin azad olunmuş köləsi Nafi, Kəb ibn Malikin bir oğlundan İbn Ömərə danışdığı vaxt bu sözləri eşitmişdir: “Atası (Kəb) ona belə bir əhvalat danışmışdı: Mal-heyvan otaran bir kəniz bir qoyunun ölmək üzrə olduğunu görüb, dərhal bir daşı qırmış və onunla həmin qoyunu kəsmişdi. Bu vaxt atası Kəb ailə üzvlərinə demişdi ki, məsələnin məğzini peyğəmbərdən soruşub öyrənənə qədər o qoyunun ətindən yeməyin. Sonra gedib, bunu peyğəmbərdən soruşmuşdu. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) də onların qoyunun ətini yeməklərinə icazə vermişdi” (Buxari, Zəbaih, 18-19, Vəkalət, 4; Müslim, Ədahi, 19; İbn Macə, Zəbaih, 8; Əbu Davud, Ədahi, 3; Muvatta, Zəbaih, 4; Əhməd ibn Hənbəl, 2/76, 80).
Bu hədisdən gördüyümüz kimi, qadınlar da heyvan kəsə bilərlər. Başqa sözlə desək, onların kəsdikləri heyvanın ətini yemək olar. Heç bir problem yoxdur. Şəriətimizdə icazəli hesab olunur. Heyvan kəsməklə bağlı şərtlərdə “kişi olmalıdır” kimi bir şərt yoxdur. Ona görə də kişilər kəsə bildiyi kimi, qadınlar da şəxsən heyvan kəsə bilərlər. Mühüm olan şəriətə uyğun kəsməkdir. Heyvanı üzü qibləyə çevirmək, Bismilləh demək və digər şəriət hökmlərini yerinə yetirməkdir.
Buxarinin mövzu başlığında istinadsız qeyd etdiyi bir hədisə görə isə, Əbu Musa əl-Əşəri qızlarına qurbanlarını özləri kəsmələrini, ayağını qurbanın boynuna basmağı və kəsərkən təkbir söyləyib bismillah deməyi tənbeh etmişdir (Buxari, Ədahi, 10). Əgər bir müsəlman ailəsində həddi büluğa çatan, müsəlman olan bir oğlan uşağı, müsəlman kişi varsa ən fəzilətlisi budur ki, həmin oğlan və kişi heyvanı kəsməlidir. Əgər belə biri yoxdursa və heyvan da kəsilməlidirsə onda qadın özü şəriətə uyğun heyvanın başını kəsə bilər. Bəzi alimlər isə hətta evdə kişi olsa belə yenə də qadının da kəsməsinin icazəli olduğunu bildirmişlər. Allah daha düzünü bilir.
Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru).
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM