Marşurut xəttində özbaşınalıq

12:15 / 31.10.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Özbaşınalığın dinimizdə və dünyamızda zərərləri və bir marşurut xəttində özbaşınalıq 

Bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək. Özbaşınalıq nədir bilirsinizmi? Özbaşınalıq, hər hansısa bir işdə qanuna, intizama, qəbul olunmuş nizam və qaydaya zidd hərəkət, başlı-başınalıq, nəfsinin bütün istəklərini ona vermək, nəfsinin istəklərini yerinə yetirmək deməkdir. İnsan elə zənn etməsin ki, özbaşına buraxılmışdır. İnsanın özbaşına etdiyi dünyəvi və şəriət məsələləri ona böyük məsuliyyətlər və cəzalar gətirir. Cəzalar təkcə bu dünyada tətbiq olunmur, eyni zamanda insanın sahibi, yaradıcısı Allah tərəfindən etdiyi qanunsuzluqlara və şəriətə zidd əməllərə, səhvlərə görə axirətdə də insanlar cəzalara məruz qalır. Bu səbəbdən heç bir insan özünü özbaşına hesab etməsin. Allah təala insanın özbaşına olmadığını bizə xəbər vermişdir. İnsan gərək heç vaxt elə zənn etməsin ki, o sahibsiz və ya başı boş buraxılan bir varlıqdır. Allah təala insanı nəzarət altında saxlayır. Ona hər cəhətdən sərbəstlik verməsi, insana elə gəlməməlidir ki, o nə istədi edə bilər və nə istədi danışa bilər. Allah təala hər bir insana hər bir işində kömək edər. Yəni insanın özbaşına etdiklərində belə ona kömək edər, bununla həmin şəxs elə hesab etməsin ki, onu hansısa bu özbaşınalığına görə cəza gözləməyəcək. Ola bilməz ki, bu dünyada və axirətdə insan özbaşınalıqlarına görə sorğu-sual olunmasın və cəzalandırılmasın. İnsan mükəmməl yaradılışa sahib olmaqla bərabər məsuliyyət daşıyan və izlənilən bir şəxsiyyətdir. Etdiklərinə görə mükafatlar və cəzalara mütləq surətdə məruz qalacaqdır. Gəlin biz öz fikirlərimizi bir yana qoyaq və bu məsələdə Allahın və Onun elçisinin (səlləllahu aleyhi və sələm) sözlərini və bu barədə alimlərin dediklərini izləyək, sonra öz fikirlərimizi bildirək. Allah təala əl-Ənkəbut (Hörümçək) surəsinin 2- ci ayəsində buyurur: "İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!).

Allah bizim üzərimizdə nəzarətçi olması haqqında Nisa surəsinin 1-ci ayəsində belə deyir: “- Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”. Düzdür əslində əl-Ənkəbut surəsində 2-ci ayədə Allah təala əsasən inanan insanların zəhmətlərinin haqqının verilməsi, onların əməllərinin nəticəsiz qalmayacağı, əziyyətlərinin əvəzinin veriləcəyi bildirilir. Eyni zamanda insanların başıboş olmadıqlarını, onlara güclü nəzarətin olduğunu bildirir. Bəzən insan o qədər ətrafında olan bu səs-küyə və təlatümə qapılır ki, nəzarətdə olduğunu unudur. Allah təala buyurur ki; “Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir). Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır” (ən-Nisa (Qadınlar) surəsi, 85-86).

Allah təala sizin qarşınızdakı insanla necə danışıq tərzi saxladığınızı, eyni zamanda qəlbinizdə ona qarşı hansı münasibətdə olmağınızı çox yaxşı bilir. Bəzən insan bunu dərk edir ki, həqiqətən də Allah ona nəzarət edir, ən azı insan bilir ki, onun hər iki çiynində onun əməllərini qeyd edən mələklər vardır. Lakin çox vaxt o buna etinasızlıq edir. Tərəddüd etmədən bildirir ki, heç nə olmaz, özümü belə aparım və belə danışım, sonra bundan ayrılandan sonra yenə əvvəlki mövqeyində qalır. Bununla bağlı geniş və çox ayələrə baxmalıyıq. Bizim mövzumuz əsasən Allahın insana nəzarətindən olduğu üçün mövzunu mürəkkəbləşdirmək istəmirəm. Allah təalanın insanı nəzarətdə saxlaması və qoruması haqqında Qurani Kərimdə Yusif (ə) qıssasında Yəqubun (ə) dili ilə belə deyilir: “(Yəqub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”. Bu ayələr açıq aşkar işarə edir ki, Allah təala biz insanları qorumaqla yanaşı, bizə nəzarət də edir. Həmçinin Allah təalanın bizi qoruması və nəzarət etməsi bizə məlum olduğu halda Allahın kitabında bir daha bunların bizə bildirildiyinin şahidi oluruq. Yetər ki, Qurana diqqət və vaxt ayıra bilək. Məsələn mən bununla bağlı sizə Nuh peyğəmbərin qıssasından bir misal vermək istəyirəm. Allah təala Qurani Kərimin 11-ci surəsi olan Hud surəsində belə buyurur: “Nuh dedi: “Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”. Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!”. Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. (Allahdan bir əmr olaraq: ) “Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!” – deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” – deyildi” (Hud surəsi, 41-44). Buradan aldığımız dərs budur ki, bizi yalnız hər bir təhlükədən Allah təala qoruya bilər. Çünki bizə hər yerdə və hər vaxt nəzarət edən məhz Allah təaladır.

Allah təala insanlara belə nəzarət etdiyini bildirirsə bundan sonra insanlar niyə yenə də özbaşınalıqlarına davam edirlər. Xüsusi ilə bu gün ölkəmizdə bütün sahələrdə dövlət rəhbərimizin dəfələrlə xəbərdarlıq etdiyi, dəfələrlə bildirdiyi şəffalığın təmin olunmasında heç kim zərrə qədər də olsun maraq göstərmir. Bu ondan xəbər verir ki, insanların bir çoxu Allah təalanın əmrlərinə, qadağanlarına məhəl qoymadıqları üçün, buna görə başlarına gələn bu qədər müsibətlərə baxmayaraq cəzasız qaldıqlarını gördükləri üçün onlar yaşadıqları ölkələrin qanunlarına da zidd hərəkət edirlər və elə zənn edirlər ki, onlar cəzalanmayacaqlar. Müasir böyük islam alimləri bildirirlər ki, işıqforda qırmızı işıqdan keçdikdə ölkə qanunlarına görə cəzalanmaqdan özünü xilas edən şəxs elə hesab etməsin ki, o əməlinə görə axirətdə cəzalanmayacaqdır. Mütləq işıqforda qırmızı işıqdan keçdiyi üçün dünyəvi cəzalarla cəzadan yan keçə bilsə də bu əməlinə görə axirətdə mütləq uca Allah tərəfindən cəzalanacaqdır. Çünki, işıqforda qırmızdan keçməklə həmin şəxs həm öz həyatını təhlükəyə atır, həm başqalarının haqq və hüuqlarını pozmuş olur. Belə bir halda həmin şəxsin mütləq qanuni cəzadan özünü hansı yollarla xilas etməsinə baxmayaraq axirətdə uca Allah tərəfindən cəzalanmaşı mütləq baş verəcəkdir.

Bu gün bizdə bütün sahələrdə insanlar özbaşınalıq edirlər və şəri və dünyəvi qayda-qanunlara riayət etmirlər. Məsələn, müsəlmanlara namaz əmr olunduğu halda, namaz qılmamağın təhlükəli olmasını bildikləri halda bir çox müsəlmanlar namaz qılmaqda səhlənkarlıq edirlər. Həmçinin dünyəvi işlərdə öz işlərində bir çox qanunsuzluqlara yol verirlər. Bütün bunlar Allah təalanın, Allah təalanın yaratdığı digər insanların, ölkə vətəndaşlarının və başqalarının haqq və hüquqlarının pozulmasına səbəb olur. Allah təalanın haqqı Ona heç nəyi şərik qoşmadan ibadət etməkdir. İnsanların haqqı isə ədalətli olub yaşadığın cəmiyyətin haqq və hüquqlarının qorunması deməkdir. Təcrübələrimizdən bilirik ki, bu gün bir çox sahələrdə boşluqlar, özbaşınalıqlar, ədalətsizliklər baş alıb gedir. Məsələn, mən Sumqayıt-Bakı marşurut xəttindən istifadə etdiyim üçün bu gün 60 qəpik qiymət müəyyən olunan bir Ford markalı sərnişin daşıyan avtomobillə Bakıya gələndə sürücü tərəfindən bütün sərnişinlərə qarşı böyük bir haqsızlıq baş verdi. Belə ki, sürücü sərnişinlərə bildirdi ki, 60 qəpikdən gedirik. Digər Ford markalı sərnişin avtomobilləri də 60 qəpikdən işləyirlər. Həmin xətt üzrə qiymət 60 qəpikdən müəyyən olunubdur. Yolda sürücü sərnişinlərdən 1 manat vermələrini tələb etdi. Sərnişinlər etiraz etdilər. Narazılıqlarını bildiridlər. Çünki əvvəlcədən qiymət 60 qəpik müəyyənləşdirilmişdi. Sərnişinlərə 1 manatdan aparmağı sürücü deməmişdi. Sürücü yolda avtomobili dayandırdı və 1 manatdan pul yığılmasa getməyəciyini bildirdi. Kişilər səssiz oturmuşdular. Qadınlar isə etiraz edirdilər. Çünki, bu gün insanlar həqiqətən də çox az məvaciblə özlərini və ailələrini çətinliklə təmin edirlər. Bəzi sərnişinlər qəlbən üzüldülər və dedilər ki, biz elə 1 manat verib səyyar xidmət göstərən taksilərlə gələ bilərdik. Belə olduğu halda şoferə dedilər ki, bizi geri qaytar. Şofer onları geri qaytaranda etiraz etdilər ki, işə gecikirik, niyə bizə qarşı haqsızlıq edirsən. Çox mübahisədən sonra sürücü əsəbləşdi və dedi ki, 1 manatdan verməsəniz getməyəcəyəm. Sərnişinlər çarəsiz qalıb 1 manatdan yığıb veridlər. Bir neçə sərnişin şoferin adını, telefon nömrəsini, avtomobilinin nömrəsini götürdülər. Belə sərnişinlər bir nəfər deyil ki, onu xəttdən çıxarasan. Mən Sumqayıta qayıdanda isə baxdım ki, həmin marşurutlar yenə fəaliyyət göstərirlər. Sərnişinlər çox idi və onlar Ford maşınlarına oturmurdular. Mən təəccübləndim ki, görəsən niyə oturmurlar. Dedilər ki, qiymət 60 qəpik müəyyən olunub, amma sürücülər 1 manatdan aparırlar. Mən ora nəzarət edən nəqliyyat işçisinin kim olduğunu axtardım. Tapa bilmədim. Telefon xəttim bir tərəfli bağlı olduğu üçün isə nəqliyyat nazirliyi ilə əlaqə yarada bilmədim. Ümumiyyətlə sərnişinlərlə bərabər 60 qəpiklik marşurutu gözləməli olduq. Sonra Polis Patrul Xidmətinin 2 işçisi polis avtomobili ilə dayanacağa yaxınlaşanda mən onlara yaxınlaşıb vəziyyəti dedim. Onlar dedilər ki, bu Ford avtomobillərinin marşurutu qeyri-qanunidir. Nəqliyyat nazirliyinin işçilərinə müəyyən qədər rüşvət verərək işləyirlər. Mən təəccüb etdim ki, axı cənab prezidentimiz deyir ki, ölkədə şəffaflıq olsun. Şəffaflığı pozanlar isə öz əməllərindən əl çəksinlər. Bu marşurut xətti rahat xətt olduğu üçün qalması yaxşıdır. Amma ora ciddi nəzarət olunmalıdır ki, bütün sərnişin avtomobilləri, onların sürücüləri hamısı eyni qiymətə aparsınlar. Biri 60 qəpiyə, digəri 1 manata aparanda əhali arasında narazılıqlar yaranır. Belə işləyənlər digər insanları yuxarı dairələrə qarşı narazılıq yaranmasına gətirib çıxarırlar. Belə özbaşınalıqlar aradan aparılmalıdır ki, insanlar narazı qlamasınlar. Bunu ədalətlilik baxımından qeyd edirəm. Təbii ki, bu təkcə bir misal idi verdim. Digər sahələrdə də vəziyyət belədir. Ancaq belə vəziyyət aradan qaldırılmalıdır. Belə insanların haqq-hüquqlarını pozanlara qarşı tədbirlər görülməlidir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM