Məhərrəmlikdə toy, Aşura günü ehsan yeməli, yoxsa oruc tutmalı?!

16:54 / 03.11.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

 Məhərrəm ayında toy eləmək haqqında islamda heç bir qadağan yoxdur. Buna aid heç bir səhih, etibarlı Quran ayəsi, Allah Rəsulun hədisləri, buna aid əhli beytdən gələn heç bir xəbər yoxdur. İslam tarixini oxuyun.

Allah Rəsulunun övladları, ailəsi, səhabələri və əhli beyti Məhərrəm ayında övladlarını evləndiriblər. Sadəcə bu gün toylarımız islam dininə uyğun olmadığı üçün təkcə Məhərrəmdə yox, digər vaxtlarda da islama uyğun toylar etmək lazımdır. Bu da ayrı bir mövzudur. Əgər biz İmam Hüseynə belə hörmət ediriksə onun atasına da, babasına da belə hörmət etməliyik. Dini yas dininə çevirmək qətiyyən olmaz. Əgər biz Kərbalada olan döyüşü yasa çeviririksə onda gərək Uhud döyüşünü də yasa çevirək, onda gərək Xəndək döyüşünü də yasa çevirək, onda gərək Allah Rəsulunun səlləllahu aleyhi və səlləmin iştirak etdiyi və Allah yolunda ölən digər ona iman edənlərin də şəhidliyi üçün yas keçirək. Axı bunu nə Allah əmr edib, nə Allah Rəsulu səlləllahu aleyhi və səlləm belə edib, nə belə etməyi ümmətinə deyib? Belə şeylər islamda yoxdur. İslamda 3 gündən artıq yas saxlamaq yoxdur. Vallah yoxdur.

Əgər biz imam Hüseyn (Allah ondan razı olsun) məktəbi adı altında yas saxlamağı, mərsiyə deməyi, rozə deməyi, meyxana deməyi, mahnı oxumağı, özümüzü döyüb qan çıxarmağı məktəb hesab ediriksə onda etiraf edək ki, islamda olmayan batil bir cərəyana qoşulmuşuq. Əgər siz şəhidliyi yalnız İmam Hüseynə aid edirsinizsə yenə səhv yoldasınız. Məgər islamda imam Hüseynə (Allah ondan razı olsun) qədər şəhidlər olmadımı? Allah Rəsulunun ilk dəvətində Allah Rəsulun özünün şəhid dediyi böyük şəxsiyyətlər olmadımı? Əmisi Həmzə şəhid olmadımı? Niyə Allah Rəsulu səlləllahu aleyhi və səlləm matəm elan etmədi, ya da demədi ki, matəm elan edin, ya digər əhli-beyt niyə bunu etmədilər. Ya da lap əvvələ peyğəmbərlərə qayıdaq. Niyə peyğəmbərlərin çoxu Allaha dəvət etdikləri üçün şəhid edildilər, amma Allah təala digər peyğəmbərlərə əmr etmədi ki, onlara yas saxlayın, onlara ağlayın və s. Ölən üçün ağlamaq olar. Amma bunu matəmə, hüznə, yasa çevirmək olmaz. İmam Hüseynin (Allah ondan razı olsun) məktəbi adı altında islamda olmayan hərəkətlərin təbliği yol verilməzdir. Əgər onun məktəbin getmək istəyiriksə onun nəsihətlərini oxumalıyıq, babasının bizə qoyub getdiyi əmanəti qorumalıyıq, onun babasına gələn vəhyin dilin öyrənib oxumalı və təbliğ etməliyik. İmam Hüseynin (Allah ondan razı olsun) məktəbi böyükdür. Onun məktəbi adı altında bədənə zərər vurmağı, başı yarmağı, şaxsey vaxsey deməyi, hər şeyi qara etməyi, etirazı, narazılığı, hakimiyyətə qarşı çıxmağı təbliğ edənlərə aldanmaq olmaz. Onun məktəbi Allaha və sonra göndərdiyi Rəsuluna təslim olmaq, iman etmək, gücün çatan qədər itaət etməkdir. Bəzi firqələr hələ onun məktəbini oxumaq istəmirlər. Kor-koranə kimlərisə təqlid edirlər. Belə edənlər var, olsunlar, amma artıq müsəlmanların çoxu bunun batil olduğunu dünyanın hər yerində və vətənimizdə anlayırlar.

Siz dedikləri sözə baxın. Bütün Məhərrəm ayı boyu oruc tuta bilərsiniz, ancaq Aşura günü günortaya qədər tutmalısınız. Aşura günü günorta ehsan veriləcək, ona görə də yemək lazımdır. İmam Hüseyni sevdiyini, onun məktəbindən danışan biriləri bu inancdadırlar. Məhz İmam Hüseyn xatirinə bunu etdiklərini qətiyyən düşünməyin. Onun xatirinə olsaydı Aşura günü axşama qədər onun yolunda ac qalardılar. Onun adına ehsan verəcəklər. Ehsan yaxşılıq etmək deməkdir. İmam Hüseynə görə yox, Allaha görə həmişə ehsan ver. Adi, şüursuz insan da bilir ki, ehsan Allah üçün verilir. Özü də ehsan təkcə yeməkdən olmur. Kim Aşura günü oruc tutursa o da Allah üçün bir ehsan vermiş sayılır. Nəysə. Düzələn deyil.
Hələ üstəlik Aşura günü oruc tutanlara böhtan atırlar. Bu gündə oruc tutanları iddiham edirlər. Bunlar Allahdan qorxmurmu? Axı Aşura günü ehsan vermək yox, oruc tutmaq əhli-beyt tərəfindən rəvayət olunub. İmam Hüseynin məktəbinin doğru yolda olan davamçıları İmam Hüseynə yas saxlamaq əvəzinə həmin günə uyğun olaraq və İmam Hüseynin yolunu tutaraq həmin gündə oruc tuturlar. Bu barədə özlərini əhli-beyt tərəfdarları adlandıran şiə rəvayətçilərindən də səhih və etibarlı xəbərlər gəlmişdir. Biz həmin rəvayətlərdən bir neçəsini sizin diqqətinizə çatdırırıq. Sizə elə təkcə əhli-beytən Aşura günü oruc tutmaq haqqında olan rəvayəti qeyd edirik.
Əhli Şiələrin ən mötəbər alimlərindən olan Əbu Cəfər ət Tusinin “əl-İstibsar” (2/134) kitabında və Hurr Amilinin “Vəsailuş şia” (7/337) kitabında bu gündə oruc tutmanın fəziləti ilə bağlı hədislər nəql olunmuşdur.
İmam Əbu Abdullah (ə.s) (Cəfəri Sadiq) imam Əli (ə.)-dən rəvayyət edir: “Aşura günü 9-cu 10-cu gün oruc tutmaq keçən ilin günahlarını silir və kimsə səhvən yeyib-içsə, orucunu pozmasın.” (Nuri Təbərsi ”Mustədrək əl Vəsail” 1/594)
Basqa bir rəvayətdə də İmam Əli (ə.s) Aşura günü orucunun fəziləti haqqında yenə buyurmuşdu: “Muhərrəm ayının doqquzuncu ve onuncu günü oruc tutun. Çünki, bu bir illik günahların kəffarəsidi.” (əl-istibsar 2-cild səhifə 134)
İbn Abbas dedi: “Əgər siz Muhərrəm ayını görsəniz, saymağa başlayın. Ayın doqquzu olduqda oruc tutmaq üçün yuxudan qalxın. Ravi soruşdu: “Muhəmməd Peygəmbər (s.a.s) belə oruc tutardı?
İbn Abbas dedi: “Bəli”
(Hurr Amili “Vəsailuş şia” 7/347; Nuri Təbərsi “Müstədrək”c.1,səh 594)
İmam Əbu Cəfər (Muhamməd Bağir) deyir: ”Aşura gününün orucu bütün ilin günahlarını silir.” (Tusi “Təhzib” 4/300; “İstibsar” 2/134; Kəşani “Vafi” 7/13)
“Peyğəmbər (s.a.s) Aşura günü oruc tutardı.” (Tusi “Təhzib” 4/29; “İstibsar” 2/134; “Vəsailuş şia” 7/337)

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM