Bir qulun nəzir verməsi və istixarə etməsi

14:49 / 06.11.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Bir qulun nəzir verməsini alimlər danışıblar. Bəzi alimlər bir hədisə əsasən deyiblər ki, qulun, istər kişi, istərsə də qadın olsun nəzir deməsi onda olan heç nəyi dəyişməz. Sadəcə paxılın əlindən malı çıxar. Çünki, Rəsulullah səlləllahu aleyhi və səlləm buyurub: "Qulun nəzir deməsi onda heç nəyi dəyişməz, sadəcə paxılın əlindən malı çıxar". Bu hədisi şərh edənlər deyirlər ki, bu hədisdən o məna çıxır ki, insan qarşılıqsız olaraq Allaha qurban və nəzir deməlidir. Hansısa işinin düzəlməsi üçün deməsi doğru deyil. Bəzi alimlər isə qeyd ediblər ki, hər bir insan, kişi və qadın hansısa bir işinin yerinə yetməsi üçün namaz qıla bilər, buna istək namazı deyilir. Şəritdə, fiqh kitablarında buna hacət namazı deyilir. Bir nemət istəmək üçün 2 rəkat namaz qılır və o neməti Allahdan istəyirsən. Buna görə nəzir də, qurban da ibadət sayıldığı üçün alimlərin bəziləri deyiblər ki, bir işinin düzəlməsi, bir xəstənin sağalması üçün də nəzir və qurban demək, heyvan kəsmək olar. Amma bu Allah yolunda, Allah üçün kəsilməlidir.

Siz hacət namazı, istək namazı ilə, istixarə namazını qarışdırmayın. İstixarə namazı tamam başqa namazdır. İstixarə namazında hansısa bir işə başlamaq istədikdə, həmin işin xeyirli və ya zərərli olacağını bilmədiyin üçün onun xeyirini Allahdan istəyərək əgər xeyirlidirsə sənə həmin işi asanlaşdırmasını, qismət etməsini Allahla məsləhətləşirsən. Allahdan bu işə görə kömək istəyirsən. Daha sonra ağıl sahibləri ilə məsləhətləşirsən. Bir iş görməyə niyyət edən kimsənin həmin iş üçün Allaha istixarə etməsi müstəhəbdir. Necə ki, istixarə ilə bağlı hədisdə belə deyilir: Cabir deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə Qurandan bir surə öyrətdiyi kimi, hər işdə istixarə etməyi öyrədir və deyirdi: «Sizdən biriniz bir iş görməmişdən qabaq iki rükət qeyri fərz namaz qılsın və sonra desin:
«Allahummə inni əstəxirukə biilmikə, və əstəqdirukə biqudratikə, va əsəlukə min fadlikə-l-azım, fə-innəkə təqdiru va lə əqdir, va tələmu va lə aləm, va əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tələmu ənnə həzə-l-əmra xeyrun li fi dini, və məaşi, va aqibəti əmri. Acilihi va əcilihi - fəqdurhu li, va yəssirhu li summə bərik li fihi. Va in kuntə tələmu ənnə həzəl əmra şərrun li fi dini, va məaşi, va aqibəti əmri, acilihi va əcilihi – fasrıfhu anni, vasrıfni anhu, vaqdur liyəl-xeyra heysu kənə, summə ardıni bihi». Bu duadan sonra istədiyini, ehtiyacını söylə.

"Allahım! Elminin xeyrini və Sənin qüdrətinə güvənərək güc istə­yirəm. Səndən xeyir-dua diləyirəm. Sən Qadirsən, mən isə qadir deyiləm, Sən Bilənsən, mən isə bilmirəm. Təkcə Sən qeybi bilənsən. Allahım! Bu iş mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda xeyirdisə, onu mənim üçün müəyyən et, asanlaşdır və bərəkətli et. Bu iş mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda ziyandırsa, onu məndən uzaqlaşdır. Və mənim üçün harada olursa olsun xeyri yaxın­laşdır. Sonra məni ondan razı sal" (Hədis səhihdir. Səhih Sünən İbn Macə: 1136. Buxari: 11/ 183/6382. Əbu Davud: 4/ 396/1524. Tirmizi: 1/ 298/478. İbn Macə: 1/ 440/1383. Nəsai: 6/ 80). Bu duadan sonra istədiyini, ehtiyacını deyirsən. Daha sonra başladığın işi həyata keçirməyə başlayırsan. Xeyirli olsa davam edəcək, sənin üçün zərərli olsa isə uca Allah səni ondan uzaqlaşdıracaqdır.

Nəzir haqqında isə deyə bilərəm ki, kim Allaha itaət etməyi nəzir demişsə, Ona itaətini etsin. Çünki, Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Kim Allaha itaət etməyi nəzir demişsə, Ona itaətini etsin. Kim də Allaha asi olacağını nəzir demişsə, Ona asi olmasın” (Buxari: And içmələr və nəzirlər 6318. Tirmizi: Nəzirlər və and içmələr 1526. Nəsai: And içmələr və nəzirlər 3807. Əbu Davud: And içmələr və nəzirlər 3289. İbn Macə: Kəffarələr 2126. Əhməd: 6/36. Malik: Nəzirlər və and içmələr 1031. Darimi: Nəzirlər və and içmələr 2338).

Nəzir bəndənin öz nəfsinə Allaha itaəti vacib etməsidir. Bura: “Allaha and olsun ki, bu işi edəcəyəm”, “Qul azad etməyi nəzir demişəm”, “Bu və bu orucları tutacağam”, “Bu qədər sədəqə verəcəyəm” və digər oxşar sözlərin səbəbsiz deyilməsi daxildir. Ola da bilər ki, müəyyən səbəblə məsələn, qürbətdə olanının qayıtması, xəstənin sağalması, istədiyi bir işin baş verməsi və ya xoşagəlməz hadisənin sovuşması ilə əlaqədar söylənilsin. O, mətləbinə yetişdikdə, vədini yerinə yetirməsi vacib sayılır.
Bu hədis bütün itaətləri əhatə edir. Kim vacib və ya bəyənilən bir itaəti yerinə yetirməyi nəzir deyərsə, ona riayət etməsi vacib sayılır. Onun üzərinə kəffarə vermək deyil, nəzirinə vəfalı olmaq düşür. Necə ki, bu hədisdə Peyğəmbər əmr etmişdir. Həmçinin uca Allah nəzirlərinə vəfalı olanları Öz kəlamında tərifləmişdir. O buyurur: “Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək gündən (qiyamət günündən) qorxarlar” (İnsan, 7).

Bununla yanaşı yuxarıda da qeyd etdiyim kimi nəzir demək bəyənilmir. Necə ki, Peyğəmbər nəziri qadağan edərək buyurmuşdur: “Nəzir xeyir gətirməz. Yalnız onun vasitəsilə paxıldan nə isə çıxarılır" (Buxari: And içmələr və nəzirlər 6315. Müslim: Nəzir demək 1639. Nəsai: And içmələr və nəzirlər 3803. Əbu Davud: And içmələr və nəzirlər 3287. Əhməd: 2/86. Darimi: Nəzirlər və and içmələr, 2340).

Günah işə nəzir deyilməsinə gəlincə, qul gərək Allaha asiliyi tərk etsin. Hətta o, bunu nəzir şəklində desə belə əl çəkməlidir. Nəzirin qalan qisimləri məsələn, günah işə nəzir deyilməsi, icazəli işə nəzir deyilməsi, mübahisə vaxtı və ya qəzəbli halda nəzir deyilməsinə gəlincə, onları pozduqda hökmləri and içmədə olduğu kimidir. Başqa sözlə onları pozduqda andiçmə kəffarəsi verilir. Çünki onlar and içməyə oxşayırlar. Allah daha doğrusunu bilir.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM