İlahiyyat üzrə fəlsəfə doktoru
İslam dinində bir çox vacib məsələlər vardır ki, bunlardan biri də əmir məsələsidir. Bu məsələ islam aləmində ixtilaf halına gəlmişdir. Əslində hər şey ortadadır. Amma təkfirçilər əmir məsələlərində tələsirlər. Onlar iddia edirlər ki, bu günkü hakimiyyət və bütün yer üzərində icra olunan məsələlər şəriətlə tədbiq olunmur. Heç bir dünyada və xüsusi ilə Azərbaycanda hüquqi məsələlər şəriətlə icra olunmur. Amma əslində bütün hüquq sistemləri şəriətlə icra olunmalıdır. Əlbəttə bu belə olsa yer üzərində ədalət, tərəfsizlik, bolluq, insanlar arasında xoş münasibət olar. Buna heç kim etiraz edə bilməz. Bunun olmasını isə hamı istəyər. Amma bu gün bütün yer üzərinə islama dəvət gedir və gənclər islam dinini qəbul edirlər, onun müəyyən vacib və fərz ibadətlərini yerinə yetirirlər. Bu təqdirə layiqdir. Bu sevindirici haldır. Bu yer üzərindəki müsəlmanların çoxluğu onların hər birinin qəlbində sevinc və qürür yaradır. İmanlarını gücləndirir. Amma bütün dünyada hakimiyyətə gəlmək üçün müəyyən qüvvələr bu məsələləri ortaya atırlar. Fikir versəniz görərsiniz ki, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr bu metodlardan istifadə edirlər. Bu siyasi qüvvələrin fikirləri bütün dünyada yayıldığı kimi Azərbaycanda da yayılmışdır. Bir qrup müsəlman gənclər camaat namazlarını tərk edir, Cümə namazlarına gəlmir, məscidlərə gəlmir, məscidlərə gəlib ibadət edənlərə rişxəndlə yanaşırlar. İddia edirlər ki, əgər dövlətin idarəsi müsəlmanlarda deyilsə orada cümə namazı qılmaq, məscidə getmək doğru deyil. Bu fikirdə olan insanlar bir neçə il əvvəl çox azlıq təşkil edirdilər. Ancaq onlar bu yalnış fikirlərini yaymağa davam edib artıq bu gün ölkəmizdə bir neçə məscidi öz əllərinə keçirməyə cəhd edirlər. Həmin məscidlərdə öz fikirlərini yaymaq istəyirlər. Ölkəmizdə çox az sayda belə təhlükəli məscid axundu vardır ki, onlar ümumən müsəlman xalqını təkfir edirlər. Əlbəttə bu kiçik və sayı az olan qüvvələrin fikirlərinin yayılması cəmiyyətimiz üçün çox təhlükəlidir. Bunların üstündə durduğu ən aktual məsələlərdən biri də dövlət idarəsini həyata keçirən insanların üstündə dayanmalarıdır. Amma nəzər salsan baxarsan ki, onların əllərində hakimiyyyətə real namizədləri belə yoxdur. Təbiidir ki, ona görə də onlar tələsirlər. Onlar əvvəlcə elm öyrənməli, şəriətin bütün elmlərini yaxşı qavramalı dərk etməli, həyata keçirib yaşamalı, sonra isə güclü və məntiqli mühakimə yürütmə qabiliyyətinə sahib olmalı, xalq, camaat tərəfindən tanınmalı, sevilməli və hörmət göstərilməlidir. Amma onlardan bəziləri bunun əksini idda edirlər. Məsələn, onların yalnış cəhəti budur ki, deyirlər ki, kimisə seçib ona beyət edilməsi lazım deyil. Əsas odur ki, əmir insanların məsləhətini qarşılayan biri olmalıdır. Təbiidir ki, bütün əmirlər insanların məsləhətini qarşılayır onsuzda. Sonra onlar deyirlər ki, mütləq deyildir ki, ona tabeçilik göstərəsən. Bir sözlə bu gənclər bir sözləri ilə digər sözlərini inkar edirlər. Sonra da dövlətə, hakimiyyətə və o dövlətin və hakimiyyətin bütün icraçılarına və günahsız xalqa kafir deyirlər. Bu söz böyük bir sözdür. Çünki onlar ilk əvvəl kafir deməyə başlayırlar. Sonra isə kafirin canı, malı, qanı halaldır deyirlər və fəsad törədirlər. Dinc müsəlmanları öldürürlər. Təfriqə yaradırlar. İnsanları, xüsusilə dinə təzə gələn gəncləri çaşdırırlar. Allah təala təkfirçilərin şərrindən biz müsəlmanları qorusun. Amin!
Bunlar bu gün Azərbaycanda öz fikirlərini sosial şəbəkələrdə, çayxanalarda yaymağa nail ola bilirlər. Bunlara xəvaric (yəni dindən çıxıb müsəlmanlarla müharibə aparan), təkfirçi (müsəlmanlara kafir deyən), hizbçi, cihadist, cihadçı və s. adlar vermək olar.
Allaha and olsun ki, gülməli və bir də ağlamalı tərəfi budur ki, özü hələ elmdə təzədir və ya üzməyə təzə başlayır, elmdə irəlidə olana tənə edir, dənizin dərinliyinə baş vurur. Əlbəttə o boğulacaq. Çünki əvvəl dənizdə üzməyi bacarmaq lazımdır, öyrənmək lazımdır. Sonra isə üzmək lazımdır. İslamda böyük izlər və əsərlər qoyub məşhur olan din alimlərinə tənə edir, halbuki özü bir-iki kitab ya oxuyub və ya oxumayıb. Məscid imamlarının müəyyən bir sözünü sitat olaraq götürüb digər sözünü ələ almadan camaatı azdırmaq istəyir və guya elə göstərir ki, hansısa məscid imamı hansısa bir sözündə xəta edir. Bu yaxınlarda belə söz-söhbətlərə görə nə qədər məscidə gələnlər məsciddən ayrılıb “cihad” adı ilə Suriyaya gedib orada öldülər. Bunlar eyni zamanda məscidə gələnləri belə kafir hesab edirlər. Həmin müsəlmanı kafir elan edən bu təkfirçi gənc eyni zamanda dəvət zamanı yenə də Qurandan öz istəyinə uyğun olaraq bir ayə gətirir, digər ayəni gətirmir. Ona görə də Quranı hələ təzə-təzə oxumağa başlayan biri o dəqiqə Qurandan bir ayə gətiriləndə təkfirçiyə inanır və onun tələsinə düşür. O gənc unudur ki, şeytan ilk dəfə Cənnətdə Adəmi bu metodla aldatdı. Bu əhvalat hamıya məlumdur. Belə ki, şeytan Adəmə and içərək dedi ki, əgər əbədi yaşayanlardan olmaq istəyirsənsə sənə böyük bir şey göstərim. Beləlikə Allaha and içib Adəmə qadağan olunan ağacdan ona yeməsini nəsihət etdi. Beləliklə Adəm Cənnətdən yer üzünə endirildi.
Təkfirçilər Məhəmməd Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədislərini söhbətləri zamanı dəlil olaraq gətirdikdə, yenə də, metodlarına uyğun olaraq, yalnız özlərinə sərf edən hədisləri dəlil gətirilər. Bununla da hədisi bilməyən və təkfirçini dinləyən gənc hədis eşidən kimi aldanır və bununla bağlı digər hədisləri bilmir və ya hədisə əmin olub digər hədislərə baxmır. Yenə də aldanır. Həmçinin alimlərin sözləri məsələsində də təkfirçilər özlərinə sərf edən sitatı deyib, digərini inkar edir və ya gizlədir. Bununla da heç nə bilməyən gənc müsəlmanları aldadırlar.
Buna bir misal gətirəcəm. Bu təkfirçilərdən biri bir forumda məşhur bir alimin sözünü əmir məsələsində dəlil gətirir, sonra o alimin sözünü özü istədiyi şəkildə fırladır.
"İbn əl-Munir dedi: “Bu bölmədəki hədisdən anlaşılır ki, Əgər İmama müraciət etmək mümkün olmadığı halda kimsə vəliliyə (əmirliyə) seçilərsə, bu müəyyən şəxs haqqında vəlilik şəri olaraq sabit olur və ona itaət etmək hökm olaraq vacib olur” (İbn əl-Munir). Bu alimin sözüdür, indi gənc təkfirçi burada islama yeni gələnləri azdırmaq üçün öz fikrini qeyd edir və alimin bu sözünə belə izah verir: “heç kəsdən gizli deyildir ki, həmin yerdə olanların onun əmirliyi üzərində ittifaq etdikləri hala aiddir”. Təbiidir ki, bütün ölkələrdə əmirlər xalq tərəfindən seçilir. Hər hansısa bir xalqın xasiyyəti və davranışı necə olarsa ona uyğun da əmir olar. Allah öz mülkünü istədiyinə verər. Sən yaxşı olsan əmirin də yaxşı olar.
Bununla bağlı inşallah araşdırmamı davam edəcəm. Amma unutmaq lazım deyil ki, hər birimiz ədalətli olmalıyıq. İnsanlara islamı ən gözəl bir tərzdə öyrətməliyik. Bizim Allahdan və sonra da biz müsəlmanlardan başqa heç bir dayanacaq yerimiz yoxdur. Ona görə də müsəlmanlar ancaq qardaşdırlar və onların arasına təfriqə salan onlara yaxşı qardaş ola bilməz. Mən xüsusi ilə gənc təkfirçilərin bizim müsəlman qardaşlarımız olduğunu qeyd etmək istəyirəm, amma onlar biz müsəlmanlara qarşı həddini aşmış qardaşlarımızdır. Onlara Allahdan qorxmağı, təqvalı olmağı, müsəlman camaatdan ayrılmamağı, cümə namazlarına gəlmələrini nəsihət edirəm. Ən doğru yol Allahın və Peyğəmbərinin bizə miras olaraq qoyduğu yoldur, digər yollar zəlalət və azğınlıqdır. Hər azğınlığın sonu Cəhənnəmdir. Rəbbim bizi Cəhənnəm əhlinin fikir və əqidələrindən, azdırmalarından qorusun. Amin!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM