"Cihada" çağrışa aldanmayın

09:43 / 05.02.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

İlahiyyat üzrə fəlsəfə doktoru, Strategiya.az-ın dini məsələlərlə bağlı yazarı Əkrəm Həsənovun mediada cihada çağırış edən şəxsə və ona inananlara bildirdiyi mövqe:"Cihad"a çağrışa aldanmayın!
 
Bu mediada yayımlanan, özünə türkiyəli köşə yazarı Fürkan Azəri ləqəbi taxan şəxsin can yandırıcı çağrışlarına aldanmayın. Çünki bu şəxs bu vaxta qədər Türkiyənin "cihad"ı dəstəkləyən mediası ilə Azərbaycan haqqında mənfi fikirlər yazan bir şəxsdir. Bu şəxsin digər yazılarını Türkiyədə fəaliyyət göstərən "cihad"a meyilli saytlardan oxusanız görəcəksiniz ki, bu şəxs Azərbaycanı vurmaq istəyən bir şəxs olub. Eyni zamanda bu yazıları ilə bizim nə qədər soydaşlarımızın Suriyaya və digər yerlərdə dəstələr toplayan terror qruplaşmalarının yanına getməsinə və orada ölmələrinə səbəb olub. Bu azmış kimi hələ yenə də gənc vətəndaşlarımızı "cihad" adı ilə ölümə aparmağa səsləyir. Belə çağrışlara aldanıb vətəninizi, evinizi, valideynlərinizi, yaşadığınız cəmiyyəti tərk etmək Quran və sünnəyə görə, islam alimlərinə görə doğru deyildir. Onlar islam xilafəti kimi bir anlayışı dar mənada başa düşür, belə çağrışlarla gənclərimizi azdırırlar. Suriyada baş verən son hadisələrdən də hamımız görürük ki, indi ora "cihada" gedənlər artıq bir-biri ilə "cihad" edir. Ona görə ağıllı heç bir müsəlman belə yalan çağrışlara aldanmasın. Allah təala sizə gözəl vətən verib. Vətəninizdə qalıb vətəniniz üçün çalışın. Ailəniz üçün, ata-ananız üçün, yaxın qohumlarınız üçün, müsəlman bacı və qardaşlarınız üçün çalışın. Hər "cihad" deyənə aldanıb özünüzü təhlükəyə atmayın! 
Buna dəqiq əmin olun ki, müasir dövrümüzdə bütün dünyada, beynəlxalq aləmdə, bunun da təsiri nəticəsində vətənimizdə bəzi cihadşüvənlər, “cihadistlər” ortaya çıxmışlar. Bu cihadşüvənlər cihadın islam hüququnda yer alan hökmlərini, qaydalarını, prinsiplərini, qadağanlarını bilmirlər. Tək məqsədləri cihad adı ilə özlərinə müəyyən zəmin hazırlamaqdır. Bir çoxu “Müasir dövrümüzdə cihad etmək bütün ümmətə fərzdir” deyərək islama gələn yeni gəncləri də yalnış istiqamətə sürükləyirlər. Bunu deyən bir insan bu sözün hansı məna daşıdığını, hansı məqsədlə deyildiyini, doğuracağı nəticənin nə olduğunu bilmir. Buna baxmayaraq sanki müsəlmanlar düşmənlə döyüşməyin, cihadın, vətən müharibəsinin nə olduğunu bilmirlər, bilmədikləri cihadı bu “cihadistlər” öyrədəcəklər. Belə etməklə müasir “cihadistlər” özlərini cihad müəllimi kimi təqdim edirlər. Müsəlmanların isə bu cür cihadşüvənlərdən, “cihadistlərdən” cihad adı ilə qəsd etdikləri, icra etmək istədikləri qorxunc hərəkətlər və fitnə fəsadlardan öyrənəcəkləri heç bir şey yoxdur. 
Cihad kimi böyük və şərəfli bir adı istismar edərək, mənimsəyərək yerinə yetirmək istədikləri məqsəd Allah Rəsulunun (ona və ailəsinə salam olsun) öyrətdiyi şəriət mənasında olan cihadın məqsədindən tamamilə uzaqdır. Onların məqsədi bombalamaq, yıxmaq, dağıtmaq, hamıya kafir deməklə insanları təkfir etməkdir. Müsəlmanları hər kəs niyətinə görə həşr olunacaq deyərək öldürməkdə günah görməyənlər sakit, rahat, əmin-aman, toxunulmaz yaşayan qeyri müsəlmanları, müsəlmanlar içərisində yaşayan müsəlman olmayanları qətl edirlər. Bunu həyata keçirmək istəyənlərin məqsədləri yer üzərində fitnə-fəsad, təxribat törətmək, güvənlik, əminlik, sakitlik, toxunulmazlıq içərisində olan müsəlmanları terror edərək qəlblərinə qorxu salmaq, müharibə etmək, vətəndaşları qarşı-qarşıya qoymaq, cihadın mübarək adını, xeyirli adını şərə tərəf istiqamətləndirməkdir. Axını yayılmaq təhlükəsi olan bu batil, islamda yeri olmayan mənfi fikir və əməllərə qarşı müsəlmanların islamı düzgün mənimsəyən, əqidəsi, minhəci, metodu doğru olan alimlərin ətrafında toplanmaları çox vacibdir. Bu barədə alimlərə düşən vəzifə isə bu kimi şübhəli məsələləri çürütmək, yalan olduğunu isbat etməkdir.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM