Dili hifz etmək

09:26 / 20.11.2013

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Allah təala buyurur: "Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf surəsi,18). İnsanın yaxınlığında onun hər sözünü yazan mələklər vardır. Lakin insan bu hörmətli mələkləri gözü ilə görmədiyi üçün düşünmədən və fərqinə varmadan danışır. Allah təala buyurur: "Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür" (əl-Fəcr (Dan yeri) surəsi, 14). Bilinməlidir ki, Allah təala bizi qoruyur və bizi mühafizə edir. Insanın müstəhəb, günah, savab, dediyi hər bir söz qeyd olunur. Buxari və Müslimin səhih kitabında Əbu Hüreyrədən (r.a) gələn rəvayətdə deyilir ki; Peyğəmbər (s.ə.s) dedi: "Kim Allaha və axirət gününə iman edirsə ya xeyir söyləsin, yaxud da sussun" (Buxari, Səhih Kitabi, Ədəb babı). Bu hədisin səhih olmasında heç bir şübhə yoxdur. Nəvəvi "Əl-Əzkar" (Zİkirlər) adlı əsərində qeyd edir ki, bizim bu hədisin doğruluğuna heç bir şübhəmiz yoxdur. O qeyd edir: "Həqiqətən də bu hədisin səhihliyi açıq Quran və Sünnə ilə ittifaq edilmişdir. Bu hədis onu göstərir ki, biz yalnız xeyir sözlər danışmalıyıq. Bu elə sözlərdir ki, onun deyilməsi məsləhətdir və deyiləndə heç bir açıq inciklik yaratmır. Lakin hansısa məsələ barəsində şəkk etmək, zənn edərək danışmaq və məsləhətə uyğun olmayan söz-söhbətlər çıxaracaq sözləri danışmaq olmaz". Bu o deməkdir ki, insan gərək bilmədiyi bir sözü danışmasın. Həmçinin insan hər hansısa bir məsələ barəsindəsə danışanda həmin məsələni dəqiq bilməlidir. Dəqiq bildiyi bir məsələ olsa belə, əgər özü də bilirsə ki, o sözü ağzından çıxardıqda təhlükə yaranacaq onda sussun. Yaxud da özü də bilir ki, bu məsələdən xəbəri yoxdur, sadəcə bilmədiyi halda danışır, buna görə də məsuliyyət daşıyacaq. İnsanın dili Qiyamət günü onun əleyhinə şahidlik edəcəkdir. Əslində həqiqətən də insan mələklərin onu necə izlədiyini və necə sözü ağzından çıxaran kimi yazıb qeyd etdiyini unudur. İnsan tamamilə özünü təhlükəyə atır. İmam Şafi (Allah ona rəhmət eləsin) deyir: Əgər söz danışmaq istəsən, kəlamı ağzından çıxarmazdan əvvəl fikirləş, əgər onun deyilməsi, üzə çıxarılması məsləhətdirsə danış, əgər zənn edirsənsə və şəkk edirsənsə onu ağzından çıxarmaq üçün tələsmə". Həqiqətən də biz çox acınacaqlı vəziyyətdəyik. Bəzən elə olur ki, biz heç haqqında doğrunun, həqiqətin nə olduğunu bilmədiyimiz sözləri, öz zənnimizə qapılaraq danışırıq. Mələklər isə artıq onları qeyd edirlər. Onlara salam olsun.

İki səhihdə (yəni Buxari və Müslimdə) Əbu Musa əl-Əşari (r.a) deyir: "Dedim ki, ya Allahın rəsulu! Ən fəzilətli (ən üstün) müsəlman hansıdır? Dedi: "Dilindən və əlindən müsəlmanların salamatda olduğu kəsdir" (Səhih Buxari, İman). Ən fəzilətli müsəlman odur ki, onun əlindən və dilindən digər müsəlmanlar əziyyət çəkmir. Bəzən bir müsəlman qəsdən digər bir müsəlmana sataşmaq üçün onu qıcıqlandıracaq sözlər danışır. Bununla da qarşısındakı müsəlmanın qəlbini qırmış olur və xətaya düşür. Ona görə də ən gözəl ədəblə, əxlaqla, mehribanca, səmimi olmaq və buna uyğun sözlər danışmaq daha məqsədə uyğundur. Buxarinin Səhihində Səhl bin Saddan (r.a): Allahın Rəsulu (s.ə.s) belə dedi: "Kim mənə iki dodağı arasındakını və iki qılçası arasındakını qarantiya edərsə, məndə ona Cənnəti qarantiya edirəm" (Buxari Səhih kitabı). Bununla da Allah rəsulu (s.ə.s) bizə bildirir ki, dilini mənə sığorta etdir, cinsiyyət orqanını mənə sığorta etdir, məndə sənə Cənnətə girməyini sığorta edim. Sanki Allah rəsulu (s.ə.s) bizimlə müqavilə bağlayır. Bizə iki orqanımızı qorumamızı tövsiyyə edir. Əgər biz iki orqanımızı qoruyacağımız halda və ölənə qədər bu sözümüzün üzərində duracağımız halda, Allah rəsulu (s.ə.s) bizə Cənnətə girəcəyimiz barədə söz verir. Əlbətdə Peyğəmbərin bu sözü ona aiddir, bu sözü bizə onun vasitəsilə Rəbbimiz Allah bildirir. Lakin insanların çoxu bu iki orqanını, xüsusi ilə dilini qorumaqda səhlənkarlığa yol verirlər. 
Ardı var...

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM