Peyğəmbərin yaxşılığa dəvəti

09:42 / 02.03.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Muhamməd Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Allah təalanın onun qəlbinə nazil etdiyi vəhylərlə və ilhamlarla insanları pis əməllərdən çəkindirib, yaxşı və xeyirli, əməli saleh əməllər, işlər görməyə çağırmışdır. Cəmiyyəti hər cür zülmdən, ədalətsizlikdən və onların cəmiyyətə gətirəcəyi bəlalardan qurtarmağa çalışmışdır. Bütün bunları insanlara təlqin etmək məqsədilə Allah-Təalanın ona verdiyi bütün imkanlardan istifadə etmişdir. Bununla əlaqədar Allah təalanın onun qəlbinə nazil etdiyi müqəddəs kəlamında, yəni qüdsü bir hədisdə Allah Rəsulu səlləllahu aleyhi və səlləm Allahın belə dediyini bizə xəbər vermişdir: 

“Ey mənim qullarım! Mən zülmü özümə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin. Ey mənim qullarım! Mənim hidayət verdiklərimdən başqa siz hamınız zəlalətdəsiniz. Buna görə də məndən hidayət istəyin, mən də sizi doğru yola yönəldim. Ey mənim qullarım! Mənim yedirtdiklərimdən başqa, siz hamınız acsınız. Buna görə də məndən yedirtməyimi istəyin, mən də sizi yedirdim. Ey mənim qullarım! Mənim geyindrdiklərimdən başqa, sizin hamınız çılpaqsınız. Buna görə də məndən geyindirməyinizi istəyin, mən də sizi geyindirim. Ey mənim qullarım! Siz gecə və gündüz günah edirsiz, mən də bütün günahları bağışlayıram. Buna görə də məndən bağışlanma diləyin, mən də sizin günahlarınızı bağışlayım. Ey mənim qullarım! Sizlər əsla sözlə olsa belə mənə zərər verə bilməzsiniz. Ey mənim qullarım! Sizlər mənə əsla sözlə olsa belə fayda da verə bilməzsiniz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər içərisində ən təqvalı insan olsa belə, bu mənim mülkümə heç bir şey əlavə edə bilməz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər içərisində ən pis qəlbli bir insan olsa belə, bu mənim mülkümdən heç bir şeyi əskiltməz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər bir yerə toplansalar və hamısı birlikdə məndən istəsələr, mən onların hər birinin istədiyini verə bilərəm. Bu mənim yanımdakı şeylərdən iynənin dənizə salındığı (və çıxarılıdığı) zaman azaltdığı qədər azaldar. Ey mənim qullarım, nə etsəniz onlar sizin əməllərinizdir. Mən onları sizin üçün sayıb, sonra azaltmadan sizə verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha şükr etsin. Hər kim də bundan başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın”. 

Bu qüdsü hədisdə bizim üçün böyük dərslər vardır. Bu dərslərdən biz görürük ki, “yaxşı əməlləri əmr etmək, pis əməllərdən çəkindirmək” birinci yerdə durur. Bu da heç də təsadüfi deyildir. Çünki Allah təala tərəfindən yer üzünə göndərilmiş peyğəmbərlərin əsas vəzifəsi yer üzündə olan insanları faydalı və yaxşı işlər görülməyə yönəltməkdən və pis əməllərdən uzaqlaşdırmaqdan ibarət olmuşdur. Odur ki, Muhamməd Peyğəmbər səlləllahu aleyhi və səlləm deyir ki, “Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr edirəmsə onu bacardığınız qədər edin”, yəni gücünüz çatan qədər əmr etdiklərimi yerinə yetirin. Ancaq qadağan etdiklərimdən gücünüz çatsa da çatmasa da tamamilə çəkinin. 
Buna görə də Muhəmməd peyğəmbər səlləllahu aleyhi və səlləm “yaxşılığı əmr etmək, pislikdən çəkindirmək” hökmlərinin insan qəlbinə hakim kəsilməsini ən böyük cihad adlandırmışdır. O, Uhud müharibəsindən qayıdarkən demişdir: “Kiçik cihaddan xaric olduq, indi “böyük cihada” daxil oluruq.

Cabir ibn Abdulla Ənsari təəccüblə soruşdu:
- Ya Rəsulallah, o böyük cihad hansıdır, məgər bundan da böyük cihad olarmı? Bizdən əksəriyyət şəhid oldu, özümüz yaralı vəziyyətdə qələbə ilə şəhərə qayıdırıq.
Peyğəmbər səlləllahu aleyhi və səlləm buyurdu: 

- O cihad “qılınc cihad”ı idi. Öldürdük, öldürdülər, bununla da qurtardı. Amma böyük cihad ki, deyirəm, bu, insanın daxilində olan mənəvi cihaddır, əql ilə nəfsin cihadıdlr. Bu cihad ürək cihadıdır. Bu cihad zamanı insan öz daxilində haqq ilə nahaqq arasında mübarizə aparır. Yaxşı əməlləri həyata keçirir, pis əməllərdən əl çəkilir” (Qazi hacı Mirəziz Seyidzadə. İslami söhbətlər. I hissə - şəriət. Bakı, “Gənclik”, 2003, 687s.). 
Digər tərəfdən hədisdə deyildiyi kimi insanın müsibət və ya sevinc çağlarında səbirli olmaq, eləcə də pis əməl sahibi olan adamlara olan nifrətini göstərməmək kimi çətin hallarda insanın öz hisslərinə nəzarət etməsi də bir növ cihad sayılır.
Yaxşı və pis işlərin görülməsindəki şəriklik haqqında Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə demişdir: “Yaxşı işi əmr edən, pis işdən çəkindirən və ya bir yaxşılığa yol göstərən şəxs o yaxşı işə şərikdir. Pis işi əmr edən, o işə yol göstərən və ya ona işarə edən həmin işə şərikdir”.
Bu hədisdə deyildiyi kimi Allahın Rəsulu yaxşı və bəyənilən işləri əmr edənləri, onlara yol göstərən və hətta işarə edənləri yaxşı adamlar kimi qəbul edir. Tərsinə pis və lazımsız işləri görməyi əmr edən, onlara yol göstərən və ya işarə edən adamları pis əməllər görən adamlar kimi qəbul edir, çünki bu peyğəmbərlərin missiyasının ziddinə olan fəaliyyətdir. Əgər Peyğəmbər (səlləllahu aleyhi və səlləm) yaxşı işləri imkan daxilində etməyi lazım bilirsə pis əməllərin görülməsini qəti qadağan edir: “Allahın Rəsulu səlləllahu aleyhi və səlləm bizlərə əmr etdiyi şeyləri bacardığımız qədər yerinə yetirməyi buyurmuşdur. Lakin qadağalara gəldikdə isə onlardan uzaq durmağınızı (bir-başa çəkinməyinizi) əmr etmişdir”.

Günahlar başlıca olaraq “əmr olunanın tərk edilməsindən” və “qadağaların edilməsindən” irəli gəlir. İbn Qəyyum (Allah ona rəhmət etsin) yazır: “Əmr olunanı tərk etmək, günahı etməkdən daha şiddətlidir” (Əhli Sünnə vəl-camaat sələfi salihin əqidəsi qadağalardan çəkinmək (toplayan və tərtib edən: K.Hüseyn). Bakı, “Zərdabi LTD” MMC Nəşriyyat Poliqrafiya müəssisəsi”, 2009).

Yaxşılığı əmr edib, pis işlərdən çəkindirməyin insanlara xeyirxahlıq gətirməsi və cəmiyyətdə əmin-amanlığın yaradılmasında başlıca amil olması haqqında Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə demişdir: “İnsanların xeyri, onlar yaxşılığa əmr edənə və pislikdən çəkindirənə qədər və bir-birlərinə yardım edənədək əskilməz. Bu işləri görməzlərsə bərəkət onlardan alınar. Onların bir hissəsi o birilərin üstünə basqın edər, yerdə və göydə heç kim onlara yardımçı olmaz”.

Bu hədisdə irəli sürülmüş məsələlər cəmiyyətin başlıca problemlərindəndir. İnsanları yaxşı işlərə yönəltmək, pis işlərdən çəkindirmək və insanlar arasında xoş məramlı əməkdaşlığın və qarşılıqlı yardımın çoxaldılması cəmiyyətdə xeyirxahlığa, bərəkətə və məhsul bolluğuna gətirib çıxaracaqdır. İnsanlar biri-birinə münasibətdə xeyirxahlığa və həmrəyliyə rəvac verərlərsə, islam dininin ehkamlarına əməl edərlərsə, cəmiyyətdə xoşbəxt həyat tərzinin yaradılmasına nail ola bilərlər. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM