İlahiyyat üzrə fəlsəfə doktoru
Müğənnilərdən dini eskpert kimi istifadə etmək olmaz
İslam dininə görə özünü müsəlman hesab edən hər bir şəxs öz dinini elmi şəkildə öyrənib əməl etməlidir. Belə olduqda təkcə fərdi olaraq yox, cəmiyyət halında vətəndaşlarımız maariflənər və öz dinlərini yaşayıb, yaşadarlar.
Bu gün islam dini haqqında cəmiyyətimiz kifayət qədər maariflənməyə doğru gedir. Cəmiyyətimizin qarışıq məzhəblərdə və müxtəlif ölkələrin təzyiqləri sayəsində islamı elmi şəkildə öyrənib yaşaması və yaşatması çox normal haldır. Xüsusi ilə ayrı-ayrı sənət sahiblərinin islamı öyrənməsi, digər şəxslərə öyrətməsi qaçınılmazdır.
Ancaq bu gün efirlərdə, kütləvi-informaisya vasitələrində müğənnilərin, aktyor və aktrisaların, hüquqşünasların islam dininində mütəxəssis kimi müxtəlif mövzularda izah verməsi, dini ekspert kimi suallara cavab verməsi nə islam dininin qanunlarına görə, nə də dünyəvi qanunlarımıza görə icazəli deyil. Bunun niyəsini isbat etmək üçün müxtəlif misallar verməyi zəruri hesab etmirəm. Ancaq birini qeyd edim ki, düşünün bir ilahiyatçı, ilahiyat üzrə rəsmi danışmağa səlahiyəti olan şəxs, ya hüquqi məsələlərdən, ya riyazi məsələlərdən, ya ixtisasına uyğun olmayan başqa sahələrə aid danışsa, öz sahəsini tərk edib başqa bir sahə ilə əlaqədar müəyyən məsələlərdə rəy versə, fikir bildirsə, bu halda cəmiyyət tərəfindən normal qarşılanmaz.
Eyni ilə efirlərdə müğənnilərin dini ekspert kimi müxtəlif məsələlərdən danışması bütün qanun və qaydalara ziddir. Müxtəlif televiziya verlişlərində müğənnilər, ayrı-ayrıı sənət sahibləri verliş aparıcıları tərəfindən dini ekspert kimi təqdim oluna bilməz. Belə hallara yol vermək həmin televiziya rəhbərliyinin, həmin verlişin aparıcılarının səriştəsizliyini göstərir. Belə hallara yol verən müxtəlif televiziya, radio rəhbərləri, o efirlərdə digər sahələrin mütəxəssislərini dini ekspert kimi qələmə verən şəxslər nə etdiklərinin fərqinə varmalıdırlar.
Müxtəlif ziyalı təbəqələr, islam dini sahəsində saçını, saqqalını ağardan din mütəxəssisləri, dinlə heç bir əlaqəsi olmayan ziyalı təbəqə bunu birmənalı şəkildə pisləyir. Mediada dini mütəxəssis olmayan insanların dindən danışmaları heç bir çərçivəyə sığmır.
Bir neçə ay bundan əvvəl adını qeyd etmək istəmədiyim televiziya kanalında cinlərlə bağlı mövzu açılmışdı. Həmin ərəfədə bir çox gənc ilahiyatçı dostlarım mənə mesajla yazıb bildirdilər ki, bəzi televiziya kanalları efirə dini savadı olmayan və dinlə əlaqəsi olmayan şəxsləri dini ekspert kimi dəvət edirlər. Mən bildirdim ki, bu məsələlər bizim səlahiyyətimizdə deyil. Bu işlərlə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi məşğul olmalıdır. Akadmeik səviyyədə təhsili, dini elmi savadı olan ilahiyatçıları, ilahiyat sahəsində mütəxəssis olan elm adamlarını efirlərə dəvət edib dini ekspert kimi təqdim etməli, onlar da dinə aid müxtəlif məsələlərdən bildikləri qədər cəmiyyəti məlumatlandırmalıdırlar. Bu məsələdə təkcə bir tərəf günahkar deyil, bütün tərəflər günahkardır. Çünki televiziya rəhbərləri bu məsələdə elm müəssisələrindən və dini cavabdehliyi olan dövlət qurumlarından dini ekspert tələb etməli, yaxud da elmi olan rəsmi ilahiyyat mütəxəssisləri özləri müxtəlif kanallara müraciət etməlidirlər. Bunlar heç biri olmadığı üçün müğənnilər efirlərdən cəmiyyətə din dərsi verirlər və heç də cəmiyyət bunu normal qəbul etmir. Əksinə belə hallar ictimai qınağa səbəb olur.
Müxtəlif ticarət və iaşə yerlərində fəaliyyət göstərən müsəlman mağazalarında disklər, faydalı söhbətlər və dərslər yığışdırırlır. Heç bir televizor ekranında dinimizi öyrənməyimiz üçün ən azı 20 dəqiqəlik bir veriliş getmir. Müxtəlif mövzular açılır, efirlərə müğənnilər dəvət olunub onlardan dini ekspert kimi istifadə olunur. Bu sadəcə biabırçılıqdır. Allahın bu ölkənin güc strukturlarına verilən dəyərli televizor avadanlıqları və alətləri, bütün güclü texniki cihazlar və radio dalğaları yalnız və yalnız müğənniləri reklam edir. İnsanları Allahın yolundan yayındırmaq üçün müxtəlif boş-boş verilişlər yayımlayır. Bu cəmiyyət də bu uçurumun tam astanasında onları müzakirə edir, onlardan danışır və onlara baxırlar. Mediadan bunu soruşanda bəzi mediada çalışan gənc dostlarımız bizə bildirirlər ki, tələbat nəyədirsə istehsal da odur. Tələbat müğənnilər olduğu üçün qeyd edilər ki, bizdə daha çox müğənniləri efirlərə dəvət edirik. Bizi səhv anlamayın. Mən demirəm müğənnilər efirlərə dəvət olunmasın. Dəvət olunsun, çünki onsuzda onlara baxan az da olsa vaxtının qədrini bilməyən şəxslər var. Mən demirəm onların disklərini almasınlar, Allah təalanın Qurani Kərimdə bildirdiyi boş-boş sözləri satın alanlar çoxdur, müğənnilərin diskləri kifayət qədər satılır, satılsın, ancaq efirlərdə müğnnilər dini eskpert kimi cəmiyyətə dindən dərs verməsinlər. Müğənni dinə aid müxtəlif mövzulardan dini ekspert kimi danışmasın. Çünki bir çox gənclərimiz qurşandıqları və tərk etmək stəyib, tərk edə bilmədikləri vərdişləri elmli dini ekspertlərin çıxışları ilə faydalanıb tərk edə bilərlər. Hər birimiz sabah fərdi olaraq Rəbbimizin hüzurunda dayanacağıq. Hər birimizin bu işdə böyük məsuliyyətimiz var. Allah təala hər birimizdən bunu soruşacaq. Bütün kütləvi informasiya vasitələrinə müraciət edirəm: Gəlin hər gün bir neçə dəqiqəmizi bizi yaradıb, bizə ruzi verən, bizi yaşadan və bizi öldürən, sonra Qiyamət günü bizi drildən Rəbbimizə, Onun dininə tərəf dönək. Gəlin heç olmasa həftədə bir dəfə belə bir mövzularda verlişlər hazırlayaq. Belə verlişlər hazırlamaq mümkün deyilsə belə dini ekspert kimi ilahiyat üzrə kifayət qədər elmi müəssisələrdə çalışan elm xadimlərimizi müxtəlif verlişlərə dini ekspert kimi dəvət edək. Saatlarla müğənnilərə ayrlılan bu qədər maddi və mənəvi vaxtlarımızı az da olsa elmə, elm əhlinə də ayıra bilək. Hər bir ölkədə camaatı günaha, deyib-gülməyə, yeyib-içməyə çağıran adamlar olduğu kimi, camaatı Allahdan qorxmağa, günahdan çəkinməyə, yaxşılıq etməyə çağıran şəxslər də vardır. Gəlin birlikdə həmin şəxslərə televizor və radiolarda yer verək. Dərk edək ki, dönüşümüz Allahadır.
Dövlət başçısı səviyyəsində bu gün gənc alimlərin, orta və yaşlı elm xadimlərinin müxtəlif sahələrdə aktiv olmaları tələb olunur. İslam dini də böyük bir elm sahəsidir. Bu sahənin özünə xas gənc, orta və yaşlı mütəxəssisləri, ilahiyat üzrə fəlsəfə doktoru, müxtəlif elmi səviyyədə olan mütəxəssisləri var. Bu gün bəzi kanalların dini ekspert kimi müğənnilərdən istifadə etməsi qeyri-qanunidir, həmçinin dövlət başçısının tapşırıqlarına əməl edilməməsidir. Bununla bağlı lazimi tədbirlərin görülməsi olduqca zəruridir. Ümid edirik ki, ölkə başçısının elmə verdiyi dəyəri media vasitələri də diqqətə alar, bununla da hər mövzuya aid danışmaq üçün həmin sahənin mütəxəssisinə söz verərlər. Xüsusi ilə dini məsələ çox həssas olduğu üçün bu məsələyə daha diqqətli olmaq zərurəti ortaya çıxır. Bütün media vasitələrindən xahişimiz budur ki, dini məsələlərdə elmi səviyyəli mütəxəssisləri dini ekspert kimi dəvət etsinlər. Müğənnilərdən dini ekspert kimi istifadə etmək heç bir qaydalara və çərçivələrə sığmır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM