Televiziya efirlərinə qonaq dəvət etmək və onlara hörmət göstərmək

09:42 / 04.03.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Əvvəllər müxtəlif televiziya kanallarında müxtəlif sahələrə aid ekspertlər dəvət alırdılar və hər sahəyə aid ekspert öz sahəsində olan məsələləri, məsləhətləri verirdi. Bu ekspertlər arasında ilahiyyatçılar dəvət olunmurdu. Hal-hazırda da bir çox aktual verlişlər efirə verilir və ora hər sahəyə aid ekspertlər dəvət olunur. Lakin bu kanalların və verlişlərin çoxunda ilahiyyat üzərə ekspertlər dəvət olunmur. Bu da bu gün islamı yaşayan, islamla maraqlanan insanların efirlərə baxmamağına, gənclərin Allahın bizə bəxş etdiyi islam dinindən xəbərsiz olmağına gətirib çıxarır. Artıq son vaxtlar çox az kanallar vardır ki, onlar bəzi verlişlərə gec-gec olsa da dini ekspert dəvət edirlər. Bu əlbəttə həmin verlişə müsəlmanların da baxmasına, nəsə dini bilgilərinin artmasına səbəb olur. Mən bütün kanallara təklif edərdim ki, islam dininə aid savadlı kadrları ekspert kimi öz verlişlərinə dəvət etsinlər. Bununla müsəlman xalqımız dini cəhətdən maariflənsin. Bu, verlişlərin daha çox baxımlı olmasına, eyni zamanda maraqlı olmasına təkan verən amillərdən biridir.

Bizim xalqımızın çox gözəl adəti var. Qonaq gələndə ona xüsusi hörmət edirik. Ən azından qonağın çay içməsinə, yaxşı yerdə oturmasına, evimizn təmiz və səliqəli olmasına xüsusi diqqət yetiririk. Hətta elə insanlar var ki, qonağı yedirib-içirmədən, razı etmədən yola salmır. Biz türk xalqı olaraq həmişə islamdan da əvvəl qonağı sevən, qonağa hörmət edən insanlar olmuşuq. Bu gün də bəzilərimiz bu adət-ənənəni islamla bərabər yaşadırıq. İslam dinini qəbul etdikdən sonra qonağa olan hörmətimiz daha da artdı. Çünki artıq bilirik ki, qonaq gəlməzdən əvvəl uca Allah onun ruzisini də göndərir. Allah təala bizə qonağa, müsafirə yaxşı baxmağı, qonağa yaxşılıq etməyi əmr etmişdir. Uca Allah buyurur: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Nisa surəsi, 36). Qonağa yaxşı baxmaq, ona yaxşılıq etmək insanın yaxşı əməllərindən sayılır və bu adəti düzgün yerinə yetirən hər bir müsəlman Qiyamət günü tərəzidə əməllərinin çəkiləcəyi gün qonağa etdiyi bütün yaxşılıqları yaxşı əməllərinin yanında ağır olduğunu görəndə çox sevinəcəkdir. Allah təala bizi qonağına yaxşı baxan və bu yaxşılığına görə Cənnətə daxil olan şəxslərdən etsin! Amin! Qonağa yaxşı baxmaq eyni zamanda özünə hörmət etmək deməkdir. Qonaq qarşılamaq və qonaqlıq haqqında başqa ayələr də vardır. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) buyurur: "Kim Allaha və Axirət gününə inanırsa, qonşusuna əziyyət verməsin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına yaxşı baxsın. Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun" (Əbu Hüreyrə rəvayət edib. Buxari 6018, Muslim 47). Qonağı gözəl şəkildə qarşılamaq və ona hörmət etmək haqqında səhih və doğru olan xəbərlərin bəzilərini diqqətinizə çatdırıram. Əbu Cəmradan belə rəvayət olunur: “Abdullah ibn Abbasın (Allah ondan razı olsun) önündə insanlara dediyini tərcümə edirdim. Onun yanına bir qadın gəlib, saxsı qabda qıcqırdılmış şərab haqda soruşduqda o, belə dedi: “Peyğəmbərin yanına Əbd əl-Qeys qəbiləsindən bir neçə nəfər gəldi. Peyğəmbər onlardan soruşdu: “Kimsiniz və ya hansı tayfadansınız?” Onlar: “Rabiədənik!” deyə cavab verdilər. Peyğəmbər dedi: “Gələn kəslərə və ya tayfaya salam olsun, rüsvayçılıq, peşmançılıq uzaq olsun sizdən!...” (Buxari 6176, Muslim 17). Qonağa hörmət eləmək vacibdir. Uqba ibn Amir (Allah ondan razı olsun) belə rəvayət edir: “Peyğəmbərə (ona salam olsun) belə dedik: “Ey Allahın Elçisi, sən bizi bir tayfaya elçi olaraq göndərdiyin vaxt, onlarda qonaq kimi qaldığımız zaman bizi yaxşı qəbul etmirlər. Buna nə deyirsən?” Peyğəmbər bizə belə buyurdu: “Əgər bir tayfaya qonaq olsanız, sizin üçün qonağa layiq olan şeylərin (yemək, hörmət) verilməsini əmr etsələr, onu qəbul edin! Əgər belə etməsələr, onlardan onlara layiq olan qonağın haqqını götürün!” (Buxari 6137, Muslim1727, Əbu Davud 3752, Tirmizi 1589, İbn Məca 3676). Əbu Şureyh əl-Xuzai (Allah ondan razı olsun) Peyğəmbərin (ona salam olsun) belə dediyini rəvayət edir: “Qonaqlıq üç gündür (qonaq üç gün qəbul edilər). Caiz olanı (yəni, üç gün qəbul edə bilməyən üçün) bir gün və bir gecədir. Müsəlman bir kişiyə qardaşının yanında onu günaha salacağı qədər (çox) qalması halal olmaz.” Onlar: “Ey Allahın Elçisi, onu necə günaha salar?” deyə soruşduqda, Peyğəmbər belə buyurdu: “Ona veriləcək bir şeyi olmaya-olmaya onun yanında oturub qalır” (Buxari 6135, Muslim 48).  Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) dedi: “Qonaq saxlamağın müddəti üç gündür. Bundan sonrakı isə (ev yiyəsi üçün) sədəqədir”. Qonağa hörmət etmək İslamın ədəblərindən, İslamın gözəlliklərindəndir. İslam alimləri sadəcə bunun hökmündə, yəni vacib və ya sünnə olmasında ixtilaf ediblər. Ev sahibinin özü saxlamadığı halda, üç gündən çox onun evində qalmaq olmaz. Ola bilər ki, ev sahibinin qəlbi sıxılar, qazandığı savabları batil olar. Hər bir şəxsin, nəslin, tayfanın, qövmün, camaatın qonağı qarşılamaq adətləri var. İslama zidd olmayan adətlərlə qonağı qarşılamaq bəyənilən əməllərdəndir. Qonağa hörmətsizlik isə insanın özünə zərərdir.

Televiziya kanalları da öz verlişlərinə müxtəlif qonaqlar dəvət edirlər və onlara böyük hörmət göstərirlər. Ancaq televiziya kanalına dəvət alan qonaq orada ona qarşı hörmətsizlik görəndə bunu onlara bağışlaya bilmir. Əlbəttə çox hallarda insanlar bağışlamağı bacarırlar, ancaq elə məqamlar vardır ki, onu bağışlamaq mümkün deyil.

Son vaxtlar məni dini ekspert kimi ATV kanalında “Ümid var” verlişinə dəvət edirlər. Buna görə efir vasitəsi ilə də bu verlişə, mənə söz verdiyi üçün aparıcıya təşəkkür etmişəm. Ayrıca məni dəvət edənlərə də çox təşəkkür edirəm. Bu verlişlərin efirlərə getməsi və cəmiyyətin hər sahədə maariflənməsi kimi din, ilahiyyat, islam dini sahəsində də maariflənməsi çox vacibdir. Ancaq bəzi məqamları xatırlatmaq istəyirəm ki, bu yazını oxuyan senaristlər, rejissorlar, aparıcılar və bu sahədə işləyənlər diqqətli olsunlar. Əgər verlişə qonaq dəvət edirisnizsə onu qonaqlar olan yerdə otuzdurmalısınız. Bu qaydanı pozmaq qonağa qarşı hörmətsizlikdir. Bu hörmətsizliyi siz öz aləminizdə adi, heç hesab edə bilərsiniz. Ancaq inanın ki, dəvət etdiyiniz qonağın haqqına girmək və ona qarşı hörmətsizlik edib qonaqlar olan yerdə yox, arxa sıralarda otuzdurmaq artıq onun haqqını tapdalamaq deməkdir. Əgər verlişə qonaq dəvət etmisinizsə qonağın sözünü ehtiyac olmadan kəsmək, sözünü ağzında qoymaq da qonağa olan hörmətsizlikdir. Qonağa hörmətsizlik etmək nəinki bizim dinimizdə, ümumiyyətlə bizim adət və ənənəmizdə yoxdur. Bu məqaləmi faydalı olması ümidi ilə, bir daha efirlərə dəvət olunan qonaqlara hörmətsizlik edilməməsi səbəbi ilə yazdım. Allah təala bu yazımı faydalı etsin! Amin!

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM