İlahiyyat üzrə fəlsəfə doktoru
Son günlər gündəmi dövlət səviyəsində daha ciddi hesab olunan bir mövzu zəbt edib. Bu da nurçuluq mövzusudur. Nurçuluq mövzusu özünə xas, təhlükəli, ictimai diqqətə səbəb olan bir mövzudur. Həm də bu mövzu ətrafında bir aralar sakitlik var idi. Ancaq sonra təhlükəli olması üzə çıxdı. Doğrudanmı nurçular təhlükəlidir.
Öz fəlsəfi baxışlarını Səid Nursidən alan nurçuluq islam dininə görə təhlükəli cərəyan hesab edilə bilər. Çünki Səid Nursi hakimiyyəti zəbt etmək üçün, öz tələbələrini hakimiyyətə gətirmək üçün Qurani Kərimi yeni formada öz dövrünə təqdim etməyə başladı. Belə ki, Səid Nursi Quranı əsas qaynaqlardan təfsir etmək əvəzinə öz ağlı ilə təfsir etməyə yönəldi. Quranı müasirləşdirmək və araya öz fikirlərini əlavə etmək qərarına gəldi. Təlimlərinə hakimə qarşı mülayimlik əks etdirən, ancaq başqa fikirləri ilə hakimiyyətə gəlmək şüarını irəli sürdü. İslam dininə görə məsələlərə yanaşma tərzi, Quranı yorumlama metodu Quranla, hədislə, alimlərin sözləri ilə həyata keçiriliməsinə baxmayaraq, Səid Nursi Quranı öz düşüncəsi ilə yorumlamağa başladı. Bu da onun islama dəvətinin islamı yöndən yanlış olmasının göstəricisi idi. Bəzi müasirləri Səid Nursinin dinə gətirdiyi bidəti (yeniliyi) bəyəndilər və onun Quranın izahı ilə bağlı yazdığı fikirlərini mənimsədilər. Çünki Səid Nursi hərdən öz işinə yarayanda islam alimlərindən sitatlar gətirirdi. Səid Nursiyə dəstək duranlar sayəsində və yeni fikrini bəyənənlər sayəsində “nurçular” dəstəsi Türkiyədə yarandı. Bununla da Nur Camaatı formalaşdı. İslam alimi Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmış dini camaat meydana gəldi. Bu artıq islamda yeni bir camaat, yeni bir qruplaşma syaıla bilər. Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət etməyə başladılar. Risale-i Nurları oxuyana Nur tələbələri deyilməyə başlandı. Hazırda hərəkat Nur Camaatı adı ilə də dünyada tanınır. Risale-i Nur camaatı hazırda Türkiyədə geniş yayılmışdır. Bundan başqa Azərbaycan, Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə də Risale-i Nurlar oxunur və onlar öz təbliğatlarını genişləndirirlər.
Nurçu camaatın inanc infrastrukturunu meydana gətirən Səid Nursiyə görə dini mövzularda özünü tənqiddən yönəlmək, fırtınalı bir gecədə qala divarlarında təcavüzkarlara xəndək qazmaq kimidir. Öz dövründə olan və müasir dövrdə olan islam alimləri Səid Nursini dini xurafata çevirən, dində bir çox bidətlər, yeniliklər edən şəxs kimi qələmə verirlər. Sələf alimləri isə tamamilə ondan bütün müsəlmanları çəkindirirlər. Onun islamdan danışmasını doğru hesab etmirlər. Çünki Səid Nursi rasional məzhəb kimi özünü təqdim edərək Əhmədiyə, Məhəmmədiyə kimi siyər (Məhəmməd peyğəmbərin həyatından bəhs edən kitablara siyər kitabları deyilir) qaynaqlarından köçürdüyü mistik, dastanlıq ünsürləri ilə bəzənmiş islam inancları və mifologiyası ilə əlaqədar uydurulmuş bir çox misalları möcüzələrlə əlaqələndirirdi.. İslamda olan real möcüzələri şişirərək təbliğ edirdi.
Əsasən də dəvətində islamda vacib olan saqqal saxlamağı vacib hesab etmir, saqqalı qırxmağı və bığ saxlamağı məsələhət görərək klassik islam alimlərindən fərqlənirdi. Nursi, kapitalizm qarşısında sosializmi xalqın mədəniyyəti olaraq xarakterizə edir və bunun daha ədalətli olduğunu deyirdi. Ona görə mütləq ədalət şəriətlə mümkündür. “Şəriətin bir həqiqətinə, min ruhum olsa fəda etməyə hazıram! Çünki şəriət, səbəb-i səadət və ədalət-i fəzilətdir” deyirdi. Səid Nursi müxtəlif yerlərdə Kommunizm və Bolşevizmi insanlıq üzərindəki dağıtmaları üzərində dayanır və onları axır zamanın böyük Dəccalı olaraq xarakterizə edirdi. Öz dövrünün siyasi şəxsiyətləri ilə arasında problemlər var idi. Çoxpartiyalılığın ləğvini istəyir və tək partiyaya yönəlmənin tərəfdarı idi. Səid Nursi artıq böyük bir camaata sahib idi və dünyasını dəyişdikdən sonra camaatı arasında bir çox parçalanmalar baş verdi. Buna baxmayaraq onun əsərlərindən təsirlənən bir çox şəxsiyətlər çıxdı ki, bunların da başında bu gün hamımızın tanıdığımız Fətüllah Gülən durur.
Fətüllah Gülən isə bu gün başqa bir idelogiyaya sahib oldu. Öz sələfindən fərqli olaraq bu gün nurçuların başında dayanan Fətülllah Gülən əsasən öz tələbələrini daha böyük dövlət vəzifələrinə gətirməyə nail ola bildi.
İzmirdə nurçuların herbi litsey telebelerini döyməsindən sonra ABŞ-a qaçan və geri qayıtmayan Fətullah Gülən gizli olaraq lentə alınmış çıxışında öz tərəfdarlarına aşağıdakı məsləhətləri verirdi:
Birincisi: Nurçuların mülki və hüquq-mühafizə strukturlarında, silahlı qüvvələrdə möhkemlənməsinə və şəbəkə qurmasına çağırışla bağlıdır. Gülənin fikrincə, dünyəvi dövlət quruluşu tam kamil quruluş olmadığına görə, bu sistem daxilində boşluqlar mövcuddur və nurçular bu boşluqları kəşf edərək, orada möhkəmlənməyə çalışmalıdır.
İkincisi: Lazım olan güc toplamayana kimi açıq fəaliyyətə başlamağın yolverilməz olmasıdır. “Qüvvət sahibi olmadığınız halda güc sahiblərinə qarşı çıxmayın. Ola bilər ki, xaricdəkilər bizi qorxaqlıqda ittiham etsinlər. Eybi yoxdur, biz yolumuza davam etməli və dövləti strukturlara yol taparaq möhkəmlənməliyik. Bizə qarşı çıxanların qarşısında özümüzü qorxaq kimi göstərərək, daha irəli getməyi bacarmaq lazımdır”.
Üçüncüsü: “Ayağa qalxsaq, Əlcəzairdəkilərin gününə düşərik”. “Əgər, vaxtından əvvəl açıq çıxışlara keçsək, dünya Əlcəzairdə olduğu kimi başımızı əzər. Buna görə də istər o dairədə (hökumət strukturlarında), istərsə də bu dairədə (təriqət sıralarında) olan dostlarımızı qorumaq çox vacibdir. Elə etməliyik ki, Əlcəzairdə, Suriyada, Misirdə olanlar başımıza gəlməsin. Çox diqqətli, təmkinli, tədbirli hərəkət etmək məcburiyyətindəyik. Bizimlə olanlar, məqsədlərimizə xidmət göstərənlər özlərini sanki dünyanı idarə ədəcək diplomat kimi aparmalıdır”.
Dördüncüsü: “Qəhrəmanlıq göstərmə,, hər yeri ələ keçir”. “Bəzi dostlarımız ruhumuzu cəsarətləndirmək xatirinə qəhrəmanlıq göstərmək niyyətində ola bilərlər. Fəqət mən hələlik lazımi gücə sahib olmadığıma görə, bizə xeyri gətirməyəcək açıq çıxışlar əvəzinə sakitcə başımızı aşağı salaraq ideyalarımızı yaymağa üstünlük verirəm. Hələlik, yalnız bu yolla öz düşüncələrimi yayaraq hər tərəfi fəth edə bilərəm. Yoxsa, o cür qəhrəmanlıq göstərmək istəyən məmur dostlarımızın etdikləri heç bir effekt verməz. Belə şeylər gərəksizdir”.
Beşincisi: “Rifah Partiyasına və Doğru Yol Partiyasına dəstək”.
Bütün bunlar Fətullah Gülənin bir partiya ətrafında birləşməsi, Səid Nursinin ideyalarından yararlanaraq hakimiyyəti ələ keçirməsi kimi qorxunc fikirlərini görürük. Deməli, Azərbaycanda da dövlət postunu tutan belə ideoloqlar vardır və onların deşifrə olunması dövlətin mənafeyi üçün qaçınılmazdır. Nəzərinizə çatdırırıq ki, nuçuluğu təbliğ edən müəssisə və təşkilatları Azərbaycanda ilk dəfə Nürettin Veren təsis etmişdir. Nürettin Veren, Fəthullah Gülənin təlimatı ilə Azərbaycana gəlmiş və Nurçuluğu Azərbaycana gətirmişdir. Daha sonra isə Fətalullah Gülənlə arasında problem oldu.
Elə bu nurçuluq cərəyanının dövlətçilik baxımından təhlükəli olması səbəbindən də Türkiyədə son vaxtlar Fətullah Gülən ideoloqlarının bütün planları faş oldu və Türkiyədə dövlətin yuxarı dairələrində olan nurçu deputat və nazirlər işlərindən alındı. Daha sonra bu məsələ Azərbaycana sızdı və məlum oldu ki, sən demə Azərbaycanda da nurçular var imiş, həmdə dövlətin yuxarı başında artıq bunlar əyləşə biliblər.
Nurçuların fəallaşması ictimaiyyəti narahat etməyə bilməzdi. Çünki ictimaiyyət bilir ki, Azərbaycanın tarixən oturuşmuş dini inanc sistemi var. Azərbaycanda hələ indiyə qədər dinin hakimiyyətə gəlməsi fikri formalaşmamışdı. Yəni Azərbaycan xalqınının ümumi baxışına görə din dövlətdən ayrıdır və dinin hakim olması məsələsi heç müzakirə mövzusu ola bilməzdi. Çünki bizə görə dindar bir şəxs ancaq ibadət etməli, namaz qılmalı, oruc tutmalı, həccə getməli və s. ibadətlər və xeyirxah işlərlə məşğul olmalıdır. Ancaq bizə lazım olanda, kimsə ölməyə yaxınlaşanda molla axtarırıq, birdə yuxumuzda hansısa bir ölmüş yaxınımızı gördükdə molla axtarırdıq ki, ona Quran oxutduraq. Sovet dövründən üzü bəri belə bir ənənə formalaşmışdı. Lakin bu ənənə artıq cəmiyyət dini cəhətdən maarifləndikcə başqa istiqamətə yönəlməyə başladı. Bundan da bəzi özünü dindar hesab edən təbəqələr istifadə etməyə başladılar.
Nurçular bu işdə gizlin təşkilatlandılar və dövlətin yuxarı təbəqələrinə qədər öz adamlarını gətirə bildilər. İndi belə aydın oldu ki, nurçular artıq sistemli halda hakimiyyəti mədəni yolla ələ keçirməyə cəhd etməyə çalışırlar. Bu isə mümkün olmadı. Türkiyə hökuməti də bu məsələdə həssaslıq göstərib həm Türkiyədə onları üzə çıxardı, həm də Azərbaycanda olan nurçuların təhlükəli olmasından bizim ölkəmizə xəbər göndərdilər. Hətta onların nüfuzlularının adlarını belə bizə açıqladılar. İndi bizdə təhlükəli məsələ budur ki, bəzən nurçu olmayanlar da nurçu kimi qələmə verilir. Bu məsələdə çox diqqətli və həssas olmaq, islam məzhəblərini dərindən bilən elmli şəxsləri bu məsələ ilə bağlı debatlara çağırmaq vacibdir. Eyni zamanda dövlət də öz içərisində bu təhlükəli məsələdə diqqətli olmalıdır və onlarla bağlı ciddi tədbirlər həyata keçirilməlidir.
Nurçular şəbəkələşmə edirlər. Belə ki, hansısa dövlət postu tutaraq ancaq nurçuları önə çıxarırlar. Bütün məsələlərdə ancaq özləri kimi düşünənləri müəyyən işlərə cəlb edirlər. Digər şəxsləri isə kənara qoyurlar. Onlarda vətəndaş əsas amil kimi dayanmır, inanmaq və eyni məzhəbdə olmaq ön planda dayanır. Bu da doğru mövqe deyildir. Dövlət bununla bağlı ciddi tədbirlər həyata keçirməlidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM