Sədəqə

00:10 / 01.04.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Bizim anladığımız kimi dilənçiyə verilən pul, yoxsullara kömək üçün qarşılıq gözləmədən verilən bütün növ nemətlər sədəqə sayılır. Sədəqədə üç əsas xüsusiyət var. Ehtiyac, malın-mülkün nəql olunması, verilməsi və verilən nemətin Allah üçün olması. Sədəqə, sədəqə verən adamın və sədəqə veriləcək adamın vəziyətinə görə fərz, vacib və nafilə hökmündə olur.

Sədəqə haqqında Qurani Kərimdə çox surələr və ayələr var. Sədəqəni ən əvvəl verəcəyin şəxsləri uca Allah bizə belə bildirib:

“(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir” (Bəqərə 215). Müsəlmanın sədəqəsinə ən layiq olan kimsə, onun ailəsi, qohum-əqrəbasıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Miskinlərə kömək etmək sədəqədir. Qohum-əqrəbaya kömək etmək isə iki savabdır. Həm sədəqə, həm də qohumluq əlaqələrini qorumaq” (Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3858. Tirmizi: 2/ 84/ № 653).

Sədəqəni ən yaxşı maldan və ən çox sevilən, sevdiyiniz nemətlərdən vermək lazımdır:

“Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!” (Bəqərə 267).

“Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali İmran 92).

Sədəqəsi verilən mallar artar:

“Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” (Bəqərə 276).

Sədəqəni gizlində də, açıqda da vermək olar:

“Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!” (Bəqərə 271).

“Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər” (Bəqərə 274).

Sədəqəni həm bolluqda olanda, həm də darlıqda olanda vermək olar:

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali İmran 134).

Sədəqəni üzə vurmaq:

“Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! (Bəqərə 262-264).

İbn Kəsir təfsirində İbn Əbu Hatimdən rəvayət edir ki, bizə atamın Əmr bin Dinardan rəvayətinə görə bizə çatdı ki, Allahın Rəsulu (s.ə.s) belə buyurub: “Allaha gözəl bir sözdən daha sevimli gələn başqa bir sədəqə yoxdur. Allah təalanın bu sözünü eşitmədinmi: ““Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!”. Sədəqəni minnətlə verib sonra onu üzə vurmanın qadağan olması ilə bağlı hədislər var. Müslimin Səhihində Şöbə Əbu Zərdən rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə buyurdu: “Üç sinif insan vardır ki, Qiyamət günü Allah təala onlarla danışmaz, onlara rəhmət nəzəri ilə baxmaz, onları təmizə çıxarmaz və onlar üçün üzücü bir əzab vardır. Verdiyini üzə vuran, paltarını özünü böyük tutmaq üçün yerdə sürüyən və malını yalandan and içməklə satan şəxs”. Bununla bağlı çox hədislər var. Biri ilə kifayətlənək.

Bəqərə surəsi 280-ci ayədə uca Allah buyurur:

“Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!”. Bununla bağlı Peyğəmbər (s.ə.s) çoxlu hədislər rəvayət edilib. Bu hədislərin birində Peyğəmbər (s.ə.s) buyurur: “Kim Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı gündə Allahın özünü kölgələndirməsini istəyirsə darda olan borclusuna asanlıq göstərsin, ya da alacağından əl çəksin, borcunu borc sahibinə bağışlasın” (Tabarani rəvayət edib). Peyğəmbər (s.ə.s) buyurub: “Kim darda olana möhlət verərsə onun üçün hər bir günün qarşılığında ikiqat sədəqə savabı vardır”. Hədisi eşidən bir səhabə peyğəmbərdən (s.ə.s) bu sözünün mənasını soruşanda peyğəmbər (s.ə.s) buyurur: “Ona görə ki, borcun vaxtı gəlmədən əvvəl hər bir gün üçün borc verənə bir savab var, borcun vaxtı bitib möhlət veridkdən sonra isə hər bir gün üçün iki savab vardır” (Hədisi İmam Əhməd, İbn Kəsir və s. hədis alimləri rəvayət ediblər). Bununla bağlı çox hədislər vardır.

Özünü göstərmək üçün sədəqə vermək:

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!” (Bəqərə 264).

“Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir! Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır” (Nisa surəsi 38-39).

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Hər gün insanlar səhərə çıxdıqda iki mələk nazil olar. Onlardan biri deyər ki, Allahım sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım xəsislik edib sədəqə verməyənə xəsarət ver” (Buxari: 3/ 304/ № 1442. Müslim: 2/ 700/ № 1010).


Sədəqənin bir çox faydaları var.

1-    Allahın qula olan qəzəbini aparar. Yəni Allah təala bir qula qəzəblidirsə sədəqə verməklə həmin qəzəbi Allah təala öz qulundan aparar.

2-    Sədəqə vermək insanın xətalarını, günahlarını, səhvlərini yuyub aparar. Peyğəmbər (s.ə.s) buyurub: “Su odu söndürdüyü kimi sədəqə vermək də xətaları, günahları yuyub aparar”.

3-    Sədəqə vermək insanı Cəhənnəm odundan qoruyar.

4-    Sədəqə vermək Qiyamət günü Allah təalanın xüsusi qulları üçün yaratdığı kölgədə kölgələnmələrinə səbəb olur. Peyğəmbər (s.ə.s) buyurub: “Yeddi cür insan Allah təalanın yaratdığı kölgənin altında olacaq. Həmin gün Günəş yaxınlaşdırılacaq. Yalnız xüsusi kölgədə sədəqə verənlər də olacaq. O sədəqə verən kölgələnəcək ki, Allah yolunda sədəqə verəndə sağı ilə verəndə sol əli onu bilməyə. Ən yaxşı ixlasla verilən sədəqə də budur”.

5-    Sədəqə vermək bədəndə olan xəstəlikləri aparar. Bədəndə olan xəstəliklər üçün ən böyük dərman sədəqə verməkdir. Peyğəmbər (s.ə.s) buyurub: “Xəstəliklərinizi sədəqə ilə müalicə edin”.

6-    Sədəqə vermək həmçinin qəlbdə olan xəstəliklərin də dərmanıdır. Bir gün bir kişi Peyğəmbər (s.ə.s) yanına gəlir və qəlbinin narahat olmağından danışır. Peyğəmbər (s.ə.s) buyurdu ki, əgər qəlbinin rahatlaşmağını istəyirsənsə miskinə, yoxsula yemək ver və yetimin başını sığalla” (imam Əhməd).

7-    Sədəqə vermək möminə gələcək bəlaların qarşısını alır.

8-    Sədəqə verəndə mələk də sədəqə verən şəxs üçün dua edir ki, ya Rəbb! Onun malını artır. O nə qədər çıxarıbsa ondan da artığını ona yetir.

9-    Sədəqə vermək müsəlmanın malının çoxalmasına səbəb olur. Onun malının mülkünün artmasına səbəb olur.

10-               Sədəqədən verdikcə ən çox mömin insan üçün ona qalan verdiyi sədəqə olacaq.

11-               Sədəqə vermək sədəqə verənin savabını artırır. Savabın artmağına səbəb olur.

12-               Sədəqə verənlər üçün Qiamət günü ayrıca sədəqə qapısı olacaq. Həmin qapıdan ancaq sədəqə verənlər Cənnətə girəcəklər. Cənnətin səkkiz qapısı var.

13-               Sədəqə vermək insanın qəlbini rahatlaşdırır, sinəsini genişləndirir.

14-               Sədəqə vermək Quranla bir tutulub. Peyğəmbər (s.ə.s) buyurur ki, iki şeydən başqa heç nəyə həsəd etmək olmaz. Birincisi o kişi ki, gecə gündüz  gözəl Quran oxuyur və sən ona həsəd apara bilərsən, həmçinin o kişi ki, gecə gündüz Allah yolunda sədəqə verir, həmin şəxs üçün də həsəd aparmaq olar. Bununla da görürük ki, Quranla sədəqə verən bir tutulur.

15-               Sədəqə vermək insanın malını təmizləyir. Peyğəmbər (s.ə.s) buyurur: “Ey tacirlər, alış-verişdə etdiyiniz günahları sədəqə ilə yuyun”.

Sədəqəni sağlam olanda vermək daha üstündür. Çünki xəstələnəndə verdiin sədəqə ilə dərəcəsi fərqlənir. Sağlam vaxtı, cavan olanda, həyatın yaxşı olanda verdiyin sədəqə sıxıntıya düşdüyün anda verdiyin sədəqədən daha üstündür. Ən üstün sədəqə gücün çatan qədər verdiyin sədəqədir. Yəni sədəqə verməkdə həddini aşmaq, əlində-ovcunda olanın hamısını vermək doğru olmaz. Bununla özünə zərər vermiş olarsan. Ən üstün sədəqə öz övladına xərclədiyin sədəqədir. Peyğəmbər (s.ə.s) buyurub ki, dörd üstün dinar (sədəqə) var. Birincisi miskinə, yoxsula verdiyin pul, ikinci qulu azad edəcəyin pul, üçüncüsü Allah yolunda döyüşənə verilən pul, digəri də övladına xərclədiyin puldur”.

Hərdən biz kasıba və miskinə sədəqə veririk. Yaxud da bizdən birimiz kasıblardan birinə sədəqə verəndə deyirik:

-         Bunu götür və mənə dua elə!

Yaxud belə deyirik:

-         Mən səndən mənə dua etməkdən başqa heç nə istəmirəm.

Görəsən, sən dərk edirsənmi ki, verdiyin hər hansısa bir şeyə görə sənə veriləcək savab, əcr, mükafat boşa gedər?

İbn Teymiyyə belə deyir:

-         Allah təala buyurur: "-Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!" (İnsan surəsi, 8-10).

Kim yoxsullardan, fəqirlərdən dua və tərif tələb etsə bu ayənin hökmünə daxil olur. Belə olan şəxsə nəsihət etmək və başa salmaq lazımdır ki, sən verdiyin bu sədəqəni boşa aparmamaq və tez bir vaxtda bu dünyada mükafat gözləməmək üçün sədəqə verəndə miskindən və yoxsuldan heç nə tələb etmə. Əksinə verdiyin nemətin əvəzini Allahdan istəməlisən.

Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) üçün bir qoyun hədiyyə etmişdilər. Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) dedi ki, onu bölüşdürün. Aişə xadimə ilə geri qayıtdı və ona dedilər:

" - Sizin üçün bərəkətli olsun!".

Aişə (Allah ondan razı olsun) dedi:

"- Allah təala sizin üçün də bərəkətli etsin! Sizin bizə istədiyiniz bərəkətin sizin üçün də olmasını istəyirik". Albani deyib ki, hədisin isnadı yaxşıdır.  Baxın! Gördünüzmü ki, Aişə (Allah ondan razı olsun) onlardan heç nə tələb etmədi. Əksinə onlar üçün yenidən bərəkət duası etdi. Əziz müsəlmanlar! Bizlər də verdiyimizi Allah rizası üçün verməli və bunun qarşılığında nə isə verdiyimiz adamdan dua, tərif gözləməməliyik. Əksinə kiməsə nəsə verəndə verdiyimizin onun üçün bərəkətli olmasını uca Allahdan dua edərək istəməliyik. Bu yazını bu məsələdən xəbəri olmayanlar üçün paylaşın!

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM