İlahiyyat üzrə fəlsəfə doktoru
İslama görə hamilə qadına hörmət etməliyik
İslam Dininə görə, biz insanlar bir-birimizlə daima maraqlanmalı, bir-birimizə kömək etməli, bir-birimizin qayğısına qalmalıyıq. Köməkləşmə, yardımlaşma, xoş niyətlə hal-əhval tutma bizim həyat devizimiz olmalıdır. Ancaq təəssüf edirik ki, biz bunlardan soyumağa başlayırıq. Bəzən dostlarla bir yerdə oturub söhbət etmək istəyəndə belə hər kəsin əlində bir mobil telefon öz dünyası ilə məşğul olduğunu hamımız bilirik. Sanki bir soyuqlaşma, yadlaşma, yalnız özünü düşünmə prinsipi həyatımıza hakim olub. Belə bir vəziyətdə biz həm də ailə içərisində yaşayırıq. Ailənin hər bir fərdinin də öz xüsusi dünyası var. Bütün bu dünyaları birləşdirən islam dəyərlərini həyatımıza tətbiq etmək istəmirik. Son anda tənhalıqdan kimsə özünü gedib öldürəndə, kimsə sıxılıraq müxtəlif xəstəliklərə tutulub dünyasını tərk edəndə bir araya gəlir və məclisdə oturub yeyib-içib dağılışırıq. Islam dini yalnız həmin anda yada düşür. Bütün bunlar bizim problemlərimizdir və bu barədə kitabları dolduracaq mövzular kifayət qədərdir.
Bizim ailəmizdə islama aid dəyərləri pozanlar elə bizim ailəmizin içərisində olanlardır. Bu ailə anlayışı içərisinə öz ailəmizi, digər ailələri, ümumən cəmiyəti daxil etmək olar. Deməli problem tək bizlik deyil, bu bəla başımıza gələn ümumi bəladır. Bunların həlli yolları müzakirə edilə-edilə ailə daxilində yaşayırıq. Ailəmizdə çoxlarımızın hamilə qadınlar var. Bu qadınlar çox böyük, dəyərli, şərəfli bir işi icra edirlər. Dünyaya uşaq gətirirlər. Dünyaya uşaq gətirməyi uca Allah Adəm övladlarının hamısının qadınlarına əmr edib. Elə bu səbəbdən də ilk dəfə Adəm əleyhissalamla Həvva anamızı uca Allah evləndirib və onların yer üzərinə çoxlu bəndələrinin gəlməsinə onları səbəb edib. Ailədə olan ata və ana dünyaya gələcək övladlara səbəb olur. Burada ana daha çox əziyət çəkir. Bu əziyətlərin ən böyüyü də məhz qadın olan ana üçün hamilə qalmaqdır. Allah təala hamilə qalmağın əziyətli olmasını Quranı kərimdə kişilərə bildirib: “Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (Nəhl surəsi 72). Allah təala burada qadınların hamilə olacağını bildirib. Bu ayədə Allah təala ümumən hamilə qadınlara qarşı diqqətli olmağı hamıya, xüsusi ilə kişilərə buyurub. Çünki əsasən kişilər öz qadınlarından uşaq dünyaya gətirməsini tələb edirlər. Ailənin böyükləri də ömürləri boyu nəvə arzusu ilə yaşayır və ömrünün sonlarında bunu öz övladlarından tələb edirlər. Belə olduğu halda evdə hamilə qadına olan hörmət və ehtiram artır. Evin bütün sakinləri hamilə qadını əzizləyir. Daha doğrusu əzizləmək onların borcudur. Çünki evin hamilə xanımı evin sakinlərindən birinə oğul, birinə qız, birinə nəvə, birinə qardaş, birinə bacı, birinə qardaş oğlu, birinə bacoğlu və s. bütün yaxın ailə qohum əqrəbəların hər birinin bu dünyaya gələcək körpədən payı var. Bu səbəbdən bütün ailə, bütün qnum-qonuşlar, bütün cəmiyyət hamilə qadına daha çox diqqət ayırmalı, onun nazını çəkməlidirlər. Çünki qadın çox böyük bir şərəfli işi həyata keçirir. Bu barədə Allah təala Qurani Kərimdə belə buyurur: “Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)”. Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir!” (əl-Əhqaf surəsi 15-16). Başqa ayədə uca Allah belə buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman surəsi 14). Bu ayələrdə Allah təala hamiləliyin əziyətli bir iş olmasını və hamiləyə qarşı hörmət göstərməyimizi bizə xəbər vermişdir.
Dünyaya uşaq gətirməsinə görə qadının yükü, əziyyəti böyük olur. Buna baxmayaraq kişinin öz övladını dünyaya gətirən həyat yoldaşının əziyətinə qatlanması, onun bütün işlərində ona kömək etməsi, onunla bütün ailə fərdlərinin yaxından maraqlanması, onu incitməməsi Allah tərəfindən bizlərə tövsiyə olunur. Ərin də xüsusi ilə öz hamilə yoldaşına qarşı böyük diqqəti, qayğısı, köməyi vacib hesab olunur. Ər bütün bu çətinlikləri ananın hamiləlik və sağlıq vəziyətinə, ailənin şərtlərinə görə elə tənzimləməlidir ki, ailədə də bütün diqqət və qayğı hamilə xanıma yönəlsin. Nəinki bütün ailə fərdləri, ailədən kənar bütün cəmiyyət hamilə qadının dəyərli, qiymətli bir xanım olmasını daima bilməlidirlər.
Əri hamilə qadına güvən və etibar təmin etməlidir. Yəni çox vacib işi olmadıqda evdə hamilə qadınını tək qoymamalı, evdən çıxıb gec saatlarda evə gəlməməlidir. Çox ehtiyac olacaq bir vəziyət yoxdursa öz xanımının yanında olub ona kömək etməlidir. Bu eyib bir şey kimi kişilərə görsnməməli, əksinə savab iş olduğunu bilməlidirlər. Kənardan deyilən sözlərə fikir verməməli, başqa təsirlərə aldanmamalıdırlar. Məhz belə etməklə ailədə sevginin və xoşbəxtliyin əsasını qoymaq olar. Allah təala da bizdən bunu istəyir. Allahın Rəsulu həmişə öz xanımlarında ev işlərində belə kömək edirdi. Çünki bunu onun timsalında bütün müsəlman kişilərə uca Allah əmr etmişdir. Bununla bağlı çoxlu hədislər vardır.
Ailə daixlində hamilə qadına verəcəyimiz dəyərləri unutmayaq. Çünki onlar Allah təalanın şərəfli bir işini həyata keçirir, bir insanın dünyaya gəlməsinə səbəb olur, bütün insanlığı həyata qaytarmaq kimi böyük işi həyata keçirir. Hamilə qadınlar özləri də bilirlər ki, bunu səbrlə, imanla və dəyərini anlayaraq yerinə yetirdikdə çox rahat olurlar. Hətta çox gözəl yuxular belə görə bilərlər. İlk 4 aylıqda mələklər anaya yaxınlaşır, onun bətninə dünyaya gələcək övladın ruhunu gətirirlər. Ana bətnində övladın əcəli, əməli, ruzisi, necə olacağı yazılır. Allah təala hər an yaradır və Allah təala hər an bir işdədir. Hamilə qadın evdə olan ailə də özünü xoşbəxt ailə hesab edə bilər. Hamilə qadına xüsusi dəqqət edərək, ona kömək edərək, istədiklərini alıb verərək özlərini böyük bir səadətə qovuşdura bilərlər. Evdə hamilə qadını sıxmaq, incitmək, qəlbinə dəymək, ona ağır söz demək, ona əziyət vermək islam dininə görə haram hesab edilir. Bütün evin sakinləri hamilə qadına Allah üçün hörmət etməli, ona Allah yanında olan böyük dəyərə görə qayğı göstərməlidirlər. Belə olsa dünyaya gələcək körpə də sağlam və güclü olar.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM