Allahı təkləşdirmək və bilməməzliyin üzrlü olub olmaması

10:48 / 16.04.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Bu günki dərsimiz inşallah əqidə məsələlərində və ya tövhiddə cahilliyin, yəni bilməməzliyin üzrlü olması haqqında olacaq. 

Allah təala qəlbimizdə olanı bilir ki, əgər bu məsələni danışmağa ehtiyac olmasa idi danışmazdıq və lakin ehtiyacın olmasını nəzərə alıb, bu mövzuda Əhli sünnə valcəmaanın əqidəsini və mənhəcini sizlərə bəyan edəciyik. 
Deməli dərsimizdə bu məsələ barəsində, yəni əqidə məsələlərində cahilliyin üzrlü olması haqqında alimlərin sözlərini zikr edəciyik, o alimlərin ki, bütün islam ümməti onları qəbul edib və həmçinin o alimlər Əhli sünnənin böyük alimlərindəndir. O alimləri sevməyən və ya onların sözlərini qəbul etməyən ancaq bidət əhlidir. 
Məsələyə keçməmişdən qabaq müqqədimə kimi bəzi məsələləri xatırladım, deməli təkfir etmək nə deməkdir? Yəni filankəs filankəsi təkfir etdi, yəni filankəs filankəsi islam dinindən çıxartdı. Yəni o insan mürtəd oldu. Yəni islamdan çıxdı. Və kimisə islamdan çıxartmaq yüngül məsələ deyil, bu çox ciddi məsələdir. Yəni bir insan islama daxil olduqdan sonra onu islamdan çıxartmaq asan deyil və ya yüngül baxınılası məsələ deyil, yəni ciddi məsələdir. 
Hamımız bilirik ki, namazın şərtləri var və bu şərtlər olmasa insanın namazı batildir, həmçinin orucun, həmçinin zəkatın hətta evlənməyin yəni nikahın şərtləri var, belə olduğu halda bir müsəlmanı islam dinindən çıxartmağın şərtləri yoxdurmu? əlbətdə ki var. Yəni bu daha böyük məsələdir, yəni kimisə islamdan çıxartmaq. Ona görədə bunun da şərtləri var. 
Və həmçinin bilirik ki, bir insan müsəlman olduqdan sonra yəni islama daxil olduqdan sonra onu yalnız şirk və ya küfür islamdan çıxarda bilər. Buna diqqətlə fikir verin. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, əgər bir insan islama daxil olduqdan sonra onu etdiyi günahlara, asiliklərə görə islamdan çıxartmaq olmaz. Yəni bir müsəlman etdiyi günaha görə islamdan çıxmır, bunu deyənlər, yəni deyənlər ki, günah etmək insanı islamdan çıxardır, xavariclərdir. Əhli sünnə valcəmaa icma edib ki, müsəlman etdiyi günaha görə islamdan çıxmır, hətta o günahı halal sayana kimi. Halal saysa bu başqa məsələ.
Deməli bildik ki, bir insan islam dininə daxil olduqdan sonra onu yalnız etdiyi şirk və ya küfür islamdan çıxarda bilər əks halda şirkdən aşağı olan günahlar onu islamdan çıxartmır. Bu birinci məsələ.
İkinci bir məsələ: Fərz eliyək ki, bir müsəlman şirk etdi, sual? Dərhal islamdan çıxır ya yox? 
Cavabda budur ki: Bilməməzliyindən, cahilliyindən edibsə islamdan çıxmır, ona görə ki bilməməzliyinə görə üzrlüdür. Deməli, bir müsəlman şirk və ya küfr edibsə, islamdan çıxması üçün şərtdir ki bilə bilə etsin, əks halda bilməməzliyinə görə, yəni cahilliyinə görə üzrlüdür.
Bizim də danışacağımız mövzu məhs bu haqqda olacaq. Cahilliyin üzrlü olması.
Və burda alimlərin sözləri zikr olunub onları sizə çatdıracam. 
İlk növbədə Muhamməd ibn abdulVahhab.
Deməli Şeyx Muhamməd buyurur:
(وإذا كنا لا نكفر من عبد الصنم الذي على قبر عبد القادر ، والصنم الذي على قبر أحمد البدوي ، وأمثالهما ، لأجل جهلهم ، وعدم من ينبههم ، فكيف نكفّر من لا يشرك بالله 
سبحانك هذا بهتان عظيم
Eger biz AbdulQadir və Əhməd Əl-Bədəvinin qəbrlərinin üzərində olan bütlərə ibadət edənləri, cahilliklərinə görə və onlara heç kimin tənbih etməmələrinə görə təkfir etmiriksə, biz Allaha şərik qoşmayanı necə təkfir edə bilərik??
Yəni Şeyxi ittiham edirdilər ki sən Allaha şərik qoşmayanı təkfir edirsən, Şeyxdə buyurur ki: Sübhənallah biz bütə ibadet edəni cahilliklərinə görə və onlara bəyan olunmamalarına görə təkfir etmiriksə, biz necə Allaha şərik qoşmayanı təkfir edə bilərik??? Həqiqətən bu böyük bir böhtandır.
Deməli Şeyx Muhamməd ibn Avdulvahhab bu sözü ilə bizə görsədir ki, “Şirk edən insanı dərhal təkfir etmək olmaz. Niyə olmaz? Ona görə ki, ya cahil ola bilər, ya da ki xəbəri yoxdur bu əməl şirkdir, ona görədə deyir ki, “ola bilsin ki ona bəyan olunmayıb” yəni ona bəyan olunmamağının səbəbindən və həmçinin cahilliklərinə görə onları təkfir etmirik. 
Mənbəsi- الدرر السنية (1/66
Başqa bir yerdə buyurur:
2. وقال رحمه الله (وأما ما ذكر الأعداء عني أني أكفر بالظن وبالموالاة أو أكفر الجاهل الذي لم تقم عليه الحجة فهذا بهتان عظيم)]).
“O ki qaldı düşmənlərimin mənim haqqımda dedikləri sözə, guya mən insanları zənnə görə təkfir edirəm və ya cahilliklərinə görə, fikir verin أو أكفر الجاهل təkfir edirəm hansı ki ona hüccət qalxmayıb فهذا بهتان عظيم bu həqiqətən açıq aydın böhtandır.
Yəni Şeyx buyurur ki, Sübhənallah mənim haqqımda deyənlər ki guya mən cahilliyi üzr görmüyüb bir başa təkfir edirəm, onlar mənim düşmənlərimdir. Yəni bu sözü düşmənlərim çıxardıb. Hansı sözü? Guya ki Şeyx cahilliyi üzr görmür və bir başa təkfir edir. 
Bu sözün mənbəsi- مجموع مؤلفات الشيخ (3/14)
Başqa yerdə buyurur
(( بل نشهد الله على ما يعلمه من قلوبنا بأن من عمل بالتوحيد وتبرأ من الشرك وأهله فهو المسلم في أي زمان وأي مكان، وإنما نكفر من أشرك بالله في إلهيته بعدما نبين له الحجة على بطلان الشرك )). مجموع مؤلفات الشيخ محمد بن عبد الوهاب (3/34)، 
Allah şahiddir ki və ya Allahı şahid gətiririk ki, hansı ki o bizim qəlbimizdə olanı bilir, bizim əqidəmiz budur ki, kim tövhidi əməl etsə, şirkdən və onun əhlindən uzaq olsa, məkanından və zamanından asılı olmayaraq o müsəlmandır. İndi fikir verin görün nə deyir Rahimahullah.
وإنما نكفر من أشرك بالله في إلهيته بعدما نبين له الحجة على بطلان الشرك )).)
Biz təkfir edirik o insanı hansı ki o insan Allaha üluhiyyət tövhidində şərik qoşub, (deyir belə insanı) hüccət qaldırıb ona bəyan etdikdən sonra, yəni bu etdiyi şirkin batil olmasını ona bildirdikdən sonra onu təkfir edirik. Sübhənallah görün Şeyx nə deyir: Üluhiyyət tövhidində Allaha şərik qoşanı,yəni Allahı qoyub başqasına ibadət edəni, hüccət qaldırıb bəyan etdikdn sonra, nəyi bəyan etdikdən sonra?? Yəni o etdiyi şirkin batil olmasını bəyan etdikdən sonra biz onu təkfir edirik. Burdan nə nəticə çıxır? O nəticə çıxır ki, bəyan etməmişdən qabaq, hüccət qaldırmamışdan qabaq Muhamməd ibn AbdulVahhab onları təkfir etmirdi.
Mənbəsi- مجموع مؤلفات الشيخ محمد بن عبد الوهاب (3/34
Başqa bir yerde buyurur: 
وأما التكفير فأنا أكفر من عرف دين الرسول ثم بعد ما عرفه سبه ونهى الناس عنه وعادى من فعله فهذا الذي أكفره وأكثر الأمة ولله الحمد ليسوا كذلك 
O, ki qaldı təkfirə, mən təkfir edirəm o insanı ki Peyğəmbərin dinini bilir və bildikdən sonra onu söyür və insanları o yoldan çəkindirir və onu əməl edənlərlə düşmənçilik edir فهذا الذي أكفره mənim təkfir etdiyim də məhs budur. Sübhənallah söz günəş kimi yadındır, açıq aydın deyir ki, mən təkfir edirəm o insanı ki Peyğəmbərin dinini bilir və bildikdən sonra onu söyür. Deməli nəticədə bu olur ki, əgər bir insan bilməsə ki söydüyü Peyğəmbərin dinidir artıq o insan bilməməzliyinə görə təkfir olunmur. 
Bunun məsdəri Muhamməd ibn Abdulvahhabın Rəsəiluşşəxsiyyə kitabı
Başqa bir yerdə buyurur: 
"ولا نكفر إلا ما أجمع عليه العلماء كلهم وهو الشهادتان ، وأيضا نكفره بعد التعريف إذا عرف وأنكر ..وجاء في آخره :" وأما الكذب والبهتان، فمثل قولهم : إنا نكفر بالعموم،
Biz yalnız Alimlərin hamsının icma etdiyi məsələlərdə təkfir edirik, o da şəhadət kəlməsini deməkdir.Yəni bütün alimlər icma edib ki, şəhadət kəlməsini gətirməyən kafirdir. Yəni bu məsələ icmadır, digər məsələlərdə isə Əhli sünnənin əqidəsində ixtilaf baş vermişdir. Yəni Şeyxdə bildiriri ki, biz yalnız icma olunan məsələlərdə təkfir edirik. Sonra buyurur: 
وأيضا نكفره بعد التعريف إذا عرف وأنكر
Həmçinin təkfir edirik بعد التعريف bildirdikdən sonra, yəni hüccət qaldırırıq bildiririk və BİLDİKDƏN sonra inkar edersə təkfir edirik. Yəni Şeyx bildirir ki, hüccətsiz, bəyan olunmamış təkfir etmək olamz. 
Məsdər-Durarussaniyyə
Hətta Vallahi Abdullətif ibn Abdurrahman ibn Həsən Əli Şeyx öz minhəcuttəsis va təqdis kitabının 99-98-ci səhifəsində buyurur:
( والشيخ محمد رحمه الله من أعظم الناس توقفاً وإحجاماً عن إطلاق الكفر،
Şeyx Muhamməd ibn Abdulvahhab insanların içərsində ən ehtiyatlı insan idi ki, kimisə mütləq şəkildə təkfir etsin. Sübhənallah bu söz bilirsiniz nə deməkdir? Mütləq şəkildə təkfir etmək nə deməkdir? Yəni o deməkdir ki, sağa sola baxmır, cahilliyinə baxmır və ya başqa maniyələrə baxmır, yəni bir başa təkfir edir, necə ki indi ki savadsızlar edir. Allahul mustəan. 
Hətta deyir Şeyx Muhamməd ibn Abdulvahhab, yəni Abdurrahman ibn Həsən Əli Şeyx bu sözü dedikdən sonra deyir ki, 
حتى إنه لم يجزم بتكفير الجاهل الذي يدعو غير الله من أهل القبور أو غيرهم إذا لم يتيسر له من ينصحه ويبلغه الحجة التي يكفر تاركها .
“Hətta Muhamməd ibn AbdulVahhab Allahdan qeyrisini cağıran cahili və ya başqalarını təkfir edə bilmirdi ona görə ki, heç kim ona nəsihət edib hüccət qaldırmayıb ki sənin bu etdiyin əməl yəni allahdan qeyrisini çağırmağın şirkdir. Yəni Şeyx Allahdan qeyrisini çağıranları cahilliklərinə görə təkfir etmirdi.
İndi isə Şeyxul İslam İbn teymiyyenin bu mövzuda sözlərini zikr edək, çünki bəzi cahillər, alimlərin qədrini, dəyərini, hansı dərəcədə olduqlarını bilmiyənlər və həmçinin Allahdan qorxmayanlar nə gəldi danışırlar. Filan alim bele dedi, filan alim bele dedi, Şeyxul islam belə dedi və.s halbu ki gəlib mənbəyə baxanda görürsən ki, yernən göy arasında fərq var. Vallahi çox olub, görürsən şübhə əhli elmsiz qardaşları bu metodnan aldadırlar, gəlib deyirlər ki, Şeyxul islam belə dedi, İbn Qeyyim belə dedi, Muhamməd ibn Abdulvahhab belə dedi və.s. 
Ona görə ilk növbədə özümə və sonra sizə nəsihət edirəm ki, Allahın dinində insaflı olmaq lazımdır, alimlərin sözlərindən istifadə etmək olmaz, qiyamət günü cavab verəcəksən. 
Və Muqarrar olan məsələlərdəndir ki, yəni dəqiq bilinən məsələlərdəndir ki, necə ki Allah təala buyurur: 
هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayan ayələrin ardınca düşərlər.
Deməli bu ayə dəlildir ki Quranda mənası aydın olmayan ayələr var. nece aydın olmayan? Yəni kiməsə aydın olmayan, ama insanlar var ki, Quran bütünlüklə onlara aydındır. Lakin mütəşabih ayələr hər kəsə aydın deyil, elmdə bərk olanlar isə mütəşabih ayələrin mənasını bilirlər. Qəlbində zeyğ olanlar isə yalnız mütəşabih ayələrə üz tuturlar, niyə? Ona görə ki, istədiklərini əldə etsinlər deyə. Yəni Ayə mütəşabihdir, başı çıxmayanlara fırladır, ama elm əhlinə elmdə bərk olanlara fırlada bilmir, çünki onlar mütəşabih ayələrin mənasını bilirlər, necə bilirlər o ayələri qaytarırlar muhkəm ayələrə, yəni mənası açıq aydın olan ayələrə.
Həmçinin bu məsələ, Peyğəmbərin sözlərində də var. Peyğəmbərin bəzi sözləri Muhkəm, bəziləri isə Mütəşabihdir. Ona görədə lazımdır ki, mütəşabih sözləri qaytarasan muhkəm sözlərə, hətta hədisləri düzgün başa düşəsən. 
Həmçinin bu söhbət alimlərin sözlərində də mövcuddur. Alimlərin var sözləri muhkəmdir, var mütəşabihdir. Qəlbində zeyğ olanlar alimlərim muhkəm sözlərini tərk edib, mütəşabih sözlərindən yapışırlar, niyə? çünki qəlbi xəstədir, çünki muhkəm sözlər ona sərf etmir. AllahulMustəan.
Deməli biləndən sonar ki, alimlərin muhkəm və mütəşabih sözləri var, nəsihət edirəm ki, Allahın dinindən bilənlər danışsın, əks halda elə bir yerə girəcəksən ki onun altından çıxa bilməyəcəksən. Yəni bilmədiyin halda elə məsələlərdən danışacaqsan ki, sonar onun altından çıxa bilməyəcəksən. 
Vallahi qardaşlar təcrübədən və həmçinin alimlərin sözlərinə əsasən deyirəm ki, belə insanlar Allahın xeyrindən məhrum olanlardır. Onlara Allahdan ən dəhşətli aqibət, Allah təala onlara xeyirli əməlləri unutdurub və onları belə məşquliyyətlərnən azdırır. Təbii ki Allah təala heç kimə zülm etmir, onlar özləri özlərinə zülm edirlər. Onlar etdikləri əməllərinin müqabilində və ya qəlblərindəki xəstəliklərin müqabilində bu vəziyyətə məruz qalıblar. 
Allah təala bizi o yola düşməkdən qorusun.
Deməli İbn teymiyyə rahimahullah məşhur bir hədisi şərh edərkən, hansı ki hamınız bilirsiniz. O, insan ki deyir mən öləndən sonar məni yandırarsınız və külümü səhralığa səpələyərsiniz ki Allah təala məni dirildə bilməsin. Şeyxul islam bu hədisi şərh edərkən buyurur: 
فَهَذَا رَجُلٌ شَكَّ فِي قُدْرَةِ اللَّهِ وَفِي إعَادَتِهِ إذَا ذُرِّيَ ، بَلْ اعْتَقَدَ أَنَّهُ لَا يُعَادُ ، وَهَذَا كُفْرٌ بِاتِّفَاقِ الْمُسْلِمِينَ ، لَكِنْ كَانَ جَاهِلًا لَا يَعْلَمُ ذَلِكَ وَكَانَ مُؤْمِنًا يَخَافُ اللَّهَ أَنْ يُعَاقِبَهُ فَغَفَرَ لَهُ بِذَلِكَ .
Deməli bunun mənbəsi-fətava 3.231
Sonra İbn teymiyyə başqa bir yerde buyurur: 
نعلم بالضرورة انه لم يشرع لأمته أن تدعو أحدا من الأموات لا الأنبياء ولا الصالحين ولا غيرهم
1-Biz qəqiq bilirik ki, Peyğəmbərin ümmətinə Allahdan qeyrisini çağırmaq, istər ölü olsun, istər saleh olsun, istər nəbi olsun Allahdan qeyri nə varsa çağırmaq buyurulmuyub. 
كما أنه لم يشرع لأمته السجود لميت ولا لغير ميت ونحو ذلك
2-Necə ki həmçinin bilirik ki, Peyğəmbərin ümmətinə ölüyə və ölü olmayana səcdə etmək buyurlmamışdır. 
بل نعلم أنه نهى عن كل هذه الأمور وأن ذلك من الشرك الذي حرمه الله تعالى ورسوله لكن لغلبة الجهل وقلة العلم بآثار الرسالة في كثير من المتأخرين لم يكن تكفيرهم بذلك حتى يتبين لهم ما جاء به الرسول صلى الله عليه و سلم مما يخالفه
3-Həmçinin bilirik ki, Peyğəmbər bizi bütün bunlardan qadağan etmişdir və bilirik ki bu şirkdir, hansı ki Allah təala və onun Rəsulu bunu haram etmişdir, lakin cahilliyin çoxluğundan və elmin azlığından biz indikiləri təkfir edə bilmirik hətta onlara hüccət qaldırmayınca. Yəni bunun əksini onlara çatdırmayınca onları təkfir edə bilmirik.
Bu söz qardaşlar, Şeyxul islamın muhkəm sözlərindəndir. Yəni bu söz günəş kimi aydındır ki Şeyxul islam burda nə demək istiyir. Yəni Şeyx bildirir ki, ölüyə səcdə edəni iki şeyə görə təkfir edə bilmirəm. 1-cisi cahillikləri 2-cisi elmin azlığı.
Bu sözün mənbəsi-İstiğasə kitabı.
Başqa bir yerde buyurur:
ولهذا كنت أقول للجهمية من الحلولية و النفاة الذين نفوا أن الله تعالى فوق العرش أنا لو وافقتكم كنت 
كافرا لأني أعلم أن قولكم كفر و أنتم عندي لا تكفرون لأنكم جهال
Ona görədə mən hülulilərdən olan cəhmilərə, həmçinin Allahın ərşdə olmasını inkar edənlərə deyirəm ki, əgər mən siz deyən kimi desəydin kafir olardım. Niyə? Özü deyir niyə, və buyurur ki, çünki mən bilirəm ki, sizin dediyiniz söz küfürdür. Ama mən sizi təkfir etmirəm ona görə ki siz cahilsiniz.
Menbe-İstiğasə kitabi 
Başqa bir yerde buyurur:
وبينا أن المؤمن الذي لا ريب في إيمانه قد يخطئ في بعض الأمور العلمية الاعتقادية فيغفر له كما يغفر له ما يخطئ فيه من الأمور العملية، وأن حكم الوعيد على الكفر لا يثبت في حق الشخص المعين حتى تقوم عليه حجة الله التي بعث بها رسله، كما قال تعالى:} وما كنا معذبين حتى نبعث رسولا{ 
Biz bəyan etdik ki, mömin insan, hansı ki onun iymanında şəkk şünhə yoxdur, bəzi hallarda etiqadi məsələlərdə xətaya yol verir və bununlada onun bu xətası bağışlanır, nece ki, bu qeyri etiqadi məsələlərdə bağışlanır. Yəni Şeyx buyurur ki, insan əhkamlarda və ya fiqhi məsələlərdə xetaya yol verdikdə bağışlandığı kimi, əqidə məsələlərindədə xətaya yol verdikdə bağışlanır. Çünki bir şəxsi təkfir etmək üçün mütləq ona hüccət qalxmalıdır, çünki Allah təala buyurur ki: “Biz elçi gönderməmiş əzab vermərik”
Mənbə-Fəlsəfəçilərə rədd kitabi 1-ci cild 311-səh.
Başqa bir yerde buyurur: Ele ki ondan soruşanda ki bəziləri iddia edir ki, “şəriyyətin əhkamları məndən qalxıb” belə birinə nə deyirsən? Şeyxulİslam İbn teymiyyə cavabında buyurur: 
قال في مجموع الفتاوى (11/401) وقد سئل عمن يزعم سقوط التكاليف الشرعية عنه :" لا ريب عند أهل العلم والإيمان أن هذا القول من أعظم الكفر وأغلظه . وهو شر من قول اليهود والنصارى 
Şəkk yoxdur ki, Elm və İman əhli bilir ki, bu söz ən böyük küfürdür və ən dəhşətli bir sözdür və bu söz yəhudi və nəsranilərin sözündən də pisdir. Təsəvvür eliyin bir insan deyir ki, “Allah təalanın dedikləri mənə aid deyil, yəni qadağalar və əmrlər məndən qalxıb” Sübhənallah həqiqətən bu söz dəhşətli bir sözdür.
Sonra şeyx buyurur: 
" لَكِنْ مِنْ النَّاسِ مَنْ يَكُونُ جَاهِلًا بِبَعْضِ هَذِهِ الْأَحْكَامِ جَهْلًا يُعْذَرُ بِهِ فَلَا يُحْكَمُ بِكُفْرِ أَحَدٍ حَتَّى تَقُومَ عَلَيْهِ الْحُجَّةُ بلاغ الرسالة كما قال تعالى : 
Lakin elə insanlar var ki, bəzi əhkamlardan cahildirlər, elə cahildirlər ki onların bu cahillikləri onları üzrlü edir, ona görədə heç bir kəs təkfir olunmur ona hüccət qalxmayınca. Necə ki Allah təala buyurur: 
“Biz elçi gönderməmiş əzab vermərik”
Mənbə- fətava 11.401
Başqa bir yerde buyurur:
فَإِنَّ مَنْ جَحَدَ شَيْئًا مِنْ الشَّرَائِعِ الظَّاهِرَةِ وَكَانَ حَدِيثَ الْعَهْدِ بِالْإِسْلَامِ أَوْ نَاشِئًا بِبَلَدِ جَهْلٍ لَا يَكْفُرُ حَتَّى تَبْلُغَهُ الْحُجَّةُ النَّبَوِيَّةُ .
Kim islamda təzə olduğuna görə, yəni islama yeni gəldiyinə görə və ya cahillik olan bir ölkədə və ya şəhərdə, şəriətdə açıq aydın bilinən bir şeyi inkar etsə, hüccət qaldırmamış onu təkfir etmək olmaz. Rahimahullah.
Mənbə- fətava 661
Başqa bir yerde buyurur:
ومن أنكر ما ثبت بالتواتر والإجماع فهو كافر بعد قيام الحجة عليه
Kim mütəvatir və icma olan məsələləri inkar etsə, hüccət qalxandan sonar kafirdir.
Sübhənallah sözə baxın, yəni icma olan məsələləri inkar etsə yalnız və yalnız hüccətdən sonra kafir olur. 
Mənbə-İstiğasə kitabı
Başqa bir yerde buyurur:
فإن تكفير الشخص المعين و جواز قتله موقوف على أن تبلغه الحجة النبوية التي يكفر من خالفها و إلا فليس كل من جهل شيئا من الدين يكفر 
Müəyyən bir insanı təkfir etmək bağlıdır ona hüccət qaldırmaqnan, yəni ona bəyan olunmamış, hüccət qaldırmamış təkfir etmək olmaz. Yoxsa ki hər dində cahil olan təkfir olunmur. Sübhənallah sözə baxın! 
Mənbə-İstiğasə kitabı
Xülasə qardaşlar, bu sözlər hansı ki Şeyxulislamdan zikr etdik, bu sözlər Şeyxin muhkəm sözləridir. Ona görə bu sözlərə izah verməyə ehtiyac yoxdur
İmam Şafi buyurur: 
فإن خالف ذلك بعد ثبوت الحجة عليه فهو كافر
Kim Allahın ad və sifətlərini hüccət qalxdıqdan sonar inkar etsə kafirdir.
أما قبل ثبوت الحجة عليه فمعذور بالجهل لأن علم ذلك لا يدرك بالعقل ولا بالرؤية والفكر ولا يكفر بالجهل بها أحد إلا بعد انتهاء الخبر إليه
Amma hüccət qalxmamışdan qabaq, cahilliyinə görə üzrlüdür. Çünki bunları bilmək, əqlnən, yuxularnan, kiminsə fikirlərinnən bilmək mümkün deyildir. Yəni bunlar bilinir yalnız Quran və Sünnə vasitəsi ilə. Ona görə də buyurur ki: cahilliyinə görə Allahın sifətlərini inkar edən təkfir olunmur.
Bunu İbn Qeyyim İctimaulcuyuş kitabında zikr etmişdir.
Sonra İbn Qeyyim rahimahullah mədəricussalihin kitabında buyurur:
Inkar etmək küfürü iki növdür.
1-Mütləq küfür, yəni ümumi küfür
2-qeydli küfür yəni xas olan küfür
1-ci küfürə misal: Ümumi şəkildə Allahın endirdiyini inkar etmək.
2-ci küfürə missal isə: xüsusi şeyləri inkar etmək məs: İslamda fərz olan şeylərin birini inkar etmək və ya hansısa haramlardan birini inkar etmək və ya Allahın özünə vəsf etdiyi sifətlərdən birini inkar etmək və ya bilə bilə Allahın xəbər verdiyi bir məsələni inkar etmək kimi olur.
İndi isə fikir verin görün İbn Qeyyim nə deyir. Şeyx buyurur: Lakin bunları cahilliyindən və ya təvil edərək inkar edən üzürlüdür. Yəni bunu edən insan təkfir olunmur necə ki, hədisdə keçən kişi Allahın qüdrətini inkar etdiyinə görə kafir olmadı.
Useymindən soruşurlar bu barədə və deyirlər ki 
Şeyx, İnsan əqidə məsələlərində cahilliyinə görə üzürlü ola bilərmi?
Şeyx cavab verir:
Cahilliyin üzürlü olması dinin bütün məsələlərində vardır. (Yəni istər əqidə məsələsi olsun istər digər məsələlər) Çünki Allah təala buyurur: “Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.” Isra 15
Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir tövbə 115.
والنصوص في هذا كثيرة ، فمن كان جاهلاً : فإنه لا يؤاخذ بجهله في أي شيء كان من أمور الدين ،
Və sonra Şeyx buyurur: Bu barədə Quran və sünnədə dəlillər çoxdur, dəlillər bildirir ki, cahil olan insan cahilliyinə görə dinin hansı məsələsində olursa olsun məhsuliyyət daşımır. 
Mənbə fətava 2.128
Sonra yenə Şeyxdən soruşurlar: 
ما حكم من يصف الذين يعذرون بالجهل بأنهم دخلوا مع المرجئة في مذهبهم ؟
Bəzi insanlar deyirlər ki, cahillikdə üzr görənlər murciə məzhəbinə daxil olanlardır buna necə baxırsınız?
Şeyx cavab verir və buyurur:
فأجاب :
وأما العذر بالجهل : فهذا مقتضى عموم النصوص ،
Cahilliyin üzrlü olması Quran və Sünnədən götürülmüşdür
ولا يستطيع أحد أن يأتي بدليل يدل على أن الإنسان لا يعذر بالجهل ، قال الله تعالى : ( وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولاً ) الإسراء/ 15 ، وقال تعالى : ( رُسُلاً مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ ) النساء/ 165 ،
Bir nəfər dəlil gətirə bilməz ki insan cahilliyinə görə üzrlü deyildir. Çünki Allah təala buyurur: 
Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın.
Və sonra buyurur:
ولولا العذر بالجهل : لم يكن للرسل فائدة ،
əgər cahillik üzr olmasa idi, Rəsulların göndərilməsində heç bir fayda olmazdı
Və sonra buyurur:
فالعذر بالجهل هو مقتضى أدلة الكتاب والسنة ،
Quran və sünnənin dəlilləri tələb edir ki insanın cahilliyi üzrlüdür.
Və sonra buyurur:
وقد نص على ذلك أئمة أهل العلم : كشيخ الإسلام ابن تيمية رحمه الله، وشيخ الإسلام محمد بن عبد الوهاب رحمه الله ،
Bunu artıq bizdən qabaq alimlər bildirmişlər, İbn teymiyyə kimi, Muhamməd ibn AbdulVahhab kimi.
Bu sözlər hamsı Şeyx ibn Useyminin sözləri idi. 
Mənbəsi- liqaət əl-bəb əl-məftuh rəqəm 33-sual 12 hukmul murciə va mən yuzeru bi cəhlihi.
Şeyx Rabi “Fətava fil aqiydə val mənhəc halqa bir” buyurur ki Sələfilər buyurur ki ən başda İbn teymiyyə olmaq ilə insan əqidə məsələlərində cahil olsa üzürlü sayılır.
Sonra buyurur: Əhli sünnədə üstün rəy odur ki, cahil insan üzürlüdür hətta ona hüccət qalxana kimi
Sonda bir məsələnidə qeyd edim: bəziləri deyirlər ki, burda fərq var, yəni cahillik üzürlüdür yalnız fiqhi məsələlərdə, əqidə tövhid məsələlərində isə cahillik üzürlü deyildir. Bu da şübhə əhlinin atdığı bir şübhədir. 
Bu şübhəyə Şeyxul islamın sözü ilə son qoyuram.
İbn teymiyyə fətavasının 23-cildinin 346-cı səhifəsində buyurur:
Bu cür təfriq dini məsələləri bu cür bölməyin əsli yoxdur. Bu nə səhabələrdən, nə tabiinlərdən nədə ki İmamlardan gəlməmişdir. Bu mötəzilə əqidəsindən götürülmüş bir şeydir.
Bununla kifayətlənirəm və Allahdan istiyirəm ki, oxuyanlar üçün faydalı etsin.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM