Türkiyəli və Azərbaycanlı Harun Yahyaçılarla qısa tanışlıq

08:00 / 24.04.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Harun Yahya və Azərbaycanda təhlükələri

Azərbaycanda son vaxtlar əhli-sünnə və camaat müsəlmanlarına qarşı müxtəlif iddihamlar səsləndirilir. Əhli-sünnə və camaat müsəlmanları dedikdə ilk nəzərdə tutulan anlayış budur ki, əlindən və dilindən heç kimə zərər verməyən, hakimə, hakimiyyətə qarşı çıxmayan, tarixən ölkəmizdə oturuşmuş Qurana, sünnəyə, alimlərin icmasına bağlı olan müsəlmanlar nəzərdə tutulur. İslamın əsas iki böyük qaynağı olan Qurani Kərim və hədislərdir. Bu iki qaynaqdan sonra icma gəlir. İcma - Quran və hədislərə bağlı olan islam alimlərinin yekdil rəyinə deyirlər. Quran və hədislərə, yaxud da Quran və sünnəyə bağlı olan islam alimləri əqidə cəhətdən birdirlər. Əhli-sünnə və cammat anlayışı ona görə meydana gəldi ki, islamda sonradan bir çox məzhəblər, cərəyanlar çıxdı və doğru yolda qalanlar bu adı aldılar. Bu adın mənası peyğəmbərin metoduna bağlı olan camaat deməkdir. Sünnə, yol deməkdir. Sünnə əhli və ya əhli-sünnə peyğəmbərin yolu ilə gedən müsəlmanlara verilən addır. Bu gün ölkəmizdə islamı olduğu çərçivədə qoruyub saxlayan da şiə (peyğəmbər və əhli beyt tərəfdarları) və əhli-sünnə və camaat müsəlmanlarıdır.

Təəssüf hissi ilə qeyd edək ki, özlərini əhli-sünnəyə nisbət edən bir çox cərəyanlar, şəbəkələr, qruplaşmalar vardır. Bunlar hamımızın bildiyimiz xəvariclər, təkfirçilər və onların bütün qolları, nurçular və onların bütün qolları və digər adını qeyd etmədiyimiz cərəyanlardır.

Nurçulara bağlı olan bir çox müasir qruplaşmalar və şəbəkələşmələr vardır ki, bunlardan da biri yeni terminlə ifadə edəcəyimiz “harunçular”dır. Çünki bunlar yeni bir ideya ətrafında birləşdilər və Harun yahya adlı şəxs islamın təbliğatını islama yenilik gətirməklə və islamı müasirləşdirmək adı ilə yeni qaydalar qoydu.

Bu gün dünyada yəhudilərin əsas siyasətlərindən biri və əsası islam təbliğatını zəiflətməkdir. Belə olduğu halda onlar özləri üçün Harun Yahyanı seçib ona 33-cü dərəcəli mason adını da verərək öz islama qarşı mübarizələrini aparmağa başladılar. İslam dini qadınlara örtünməli olduğunu dediyi halda Harun Yahya qızlara baş örtüsünün gərəksiz olduğunu bildirdi, üstəlik onların tamamilə soyunmağını normal hal kimi təbliğ etməyə başladı. Bu yazdıqlarım hamısı real həqiqətlərdir. Bütün bunlara dünya ictimaiyyətinin susqun qalmasının sirri hamımıza məlum olmalıdır. Çünki bütün bunlar yəhudilərin islamı yıxmaq üçün qurduqları rahat bir yoldur. Bu yol bəzi nəfslərə xoş gəldiyi üçün islamı və imanı inkar edərək bu yolun yolçusu oldular. Çünki onlar üçün əsas olan dolanışıqlarıdır və Harun Yahya onların dolanmasına  kifayət qədər bəs edəcək mailiyyə ayırır. Əlbəttə bəziləri üçün mailiyyə əsas şərt olduğu üçün Allaha iman və dini yaşamaq məsələsi arxa plana salınır. Çünki onlar öz dinlərini pula satan şəxslərdir.

Harun Yahya kimdir? İslam dünyasında özünü təkamil nəzəriyyəsini çürüdən lider sayan, özünü bütün dünyada Çarlz Darvin nəzəriyyəsinin çürüdücüsü hesab edən, təriqət rəhbəri (“harunçular” təriqətinin rəhbəri), özünü Mehdi elan edən (yəni saxta Mehdi), bidətçi (yəni dində yenilik edən), özünü islam alimi kimi təqdim edən, eyş-işrətlə məşğul olan, qızları alıb baha qiymətə satan bir şəxsdir. Özünü Adnan adı ilə seyid nəvəsi kimi, peyğəmbər nəsli kimi təqdim edir ki, “Mehdi” olması şübhəli olmasın.

Təkamül nəzəriyyəsini çürütmək üçün onun adından bir çox kitablar yazılmış, dünyanın bir çox məktəblərində onun kitabları təkamül nəzəriyyəsinin çürüdülməsi kimi təqdim edilmişdir. Halbuki təkamül nəzəriyyəsinin çürüdülməsi anlayışı doğru deyil. Çünki həm ağıl, həm kifayət qədər islam alimləri, həm də elm həmişə bunu inkar edib. Harun Yahya ilk əvvəllər bu mövzuda yazan bir şəxs kimi tanınır və təqdim olunurdu. Daha sonra isə müxtəlif mövzulardan bu adla müxtəlif təbiət haidsələrdindən kitablar yazıldı, filmlər çəkildi, seminarlar təşkil olundu. Sonra bir çox tərəfdarlar topladıqdan sonra artıq islam dininə müdaxilə etməyə başladı. Son vaxtlar özünü Mehdi elan etdi. Çünki, hamımız bilirik ki, Harun Yahya mehdiyyat təbliğatı adı altında insanları özünə cəlb edirdi. Xüsusi ilə gənc qızları müasirlik adı altında özünə cəlb elədi və onlardan islam dəvətçisi kimi istifadə etməyə başladı. Qızları, qadınları normadan aşağı geyindirərək bir çox kişilərin özünə tamaşa etməsinə rəvac verdi. İslamda geyim normalarını pozdu və açıq-saçıqlığı yaymağa başladı. Özünə bütün dünyada çox tərəfdar topladıqdan sonra, türk islam birliyi altında, mehdiyyat adı ilə hakimiyyəti və gücü bir əldə tutmağa cəhd elədi.

“Yaradılış məqsədi” və “təkamil nəzəriyyəsi” adı altında xrsitianlıqdan keçən teoremlər Harun Yahya vasitəsi ilə islama gətirildi. Saysız-hesabsız saytlarda “Təkamül yalanı”, “Darvinizmin qaranlq üzü” adlı məqalələr dərc edildi, sənədli filmlər çəkildi. Qurani Kərimdən və hədislərdən istifadə edərək guya təkamülçülərin əleyhinə təbliğat aparardı. Daha sonra bunun effektsiz olduğunu görüb əsl üzünü ortaya qoymağa başladı. Özünü Mehdi elan etdi, səhih və etibarlı hədisləri inkar etdi. İslamda olan həqiqətləri yobazlıq adlandırdı. Halbuki müsəlmanlara verdiyi mənfi adların xüsusiyyətlərini tamamilə özündə daşımağa başlayıb. Televiziya kanalında qızlarla müxtəlif xarici mahnılarla oynamağı, müsəlmanları ələ salmağı, qadınlarla açıq-aşkar bir araya gəlib şəhvətə təhrikedici müxtəlif ifadələr işlətməsi onun dində hansı səviyyədə olduğunu dünya müsəlmanlarına göstərir.

Fəaliyyətini İstanbulda həyata keçirən Harun Yahya, Elmi Araşdırmalar Vəqfi adlı imperatorluğa oxşayan nəşr evi təsis etdi. Bu vəqf müxtəlif dillərə və ölkələrə Harun Yahya adı ilə əsərlər və filmlər təqdim etməyə başladılar. Kitablar və filmlər Qurandan və hədislərdən istifadə olunan dəlillərə əsaslandığı üçün hamı tərəfindən maraqla qarşılandı. İslam dininə olan elmi töhfələri haqqında əvvəllər müsbət fikirlər deyilirdi. Onun kitabları içərisində ən əhəmiyyətlisi dünyanın bütün universitetlərinə və kitabxanalarına göndərilən, Riçard Davkins də daxil olmaqla dünyada tanınan böyük alimlərə təmənnasız göndərilən, 850 səhifə və 2 cilddən ibarət olan “Yaradılış Atlası” kitabıdır. Kitab yüksək nəfis tərtibatla hazırlanmış, cəlbedici şəkillər, xüsusi üsulla yazılmış Quran ayələri olmaqla Darvin nəzəriyyəsinin haqsız olduğu sübuta yetirilir, heyvanların və insanların heç bir təkamülə uğramadıqları dəlillərlə açıqlanırdı. Harun Yahya, Türkiyədə başqa adı ilə Adnan Oktar adı ilə də tanınır və nəhayət son dövrlər bütün məqsədləri üzə çıxmışdır.

Əslində ilk baxışda hakimiyyətə qarşı münasibətini normal göstərir, türk-islam birliyini təbliğ edir və nəinki Türkiyədə, bütün dünyada belə təbliğatla özünə daha çox tərəfdarlar yığmağa nail ola bilmişdir. Türkiyədə bir çox qızları öz tərəfinə çəkməyi bacardı. Onun tərəfinə keçən qızlar və gəlinlər möhtəşəmliyə heyran oldular. Ailəsindən boşanan türk qadınları öz qızlarını belə Harun Yahyaya təhvil verdilər. Çünki Harun Yahya onları maddi cəhətdən təmin edir və ehtiyaclarını ödəməyi bacarırdı. Bunun sayəsində Türkiyədə nə qədər ailələr dağıldı. Bütün bunlar haqqında araşdırma aparanlar Türkiyə mətbuatından tanış ola bilərlər. Biz bunları özümüzdən demirik. Harun Yahyaya aşiq olan qızlara görə Harun Yahya bir Mehdidir və onunla hər cür təmas qurmaq, canı belə ona qurban vermək olar. Çünki onların inancına görə Harun Yahya, yəni saxta Mehdi isa əleyhissalamla bərabər dünyaya hakim olacaqlar və ona kim inansa bütün dünyanın xəzinəsinin qapıları onlara açılacaqdır. Onlar üçün ailə qurmaq, övlad sahibi olmaq, bir ailədə mehribançılıq əhəmiyyətli hesab olunmur. Harun Yahyaya bağlandıqdan, həmin şəbəkəyə qoşulduqdan sonra oradan çıxmaq da çox çətindir. Çünki güclü təşkilatlanmış və onlardan çıxan hər hansısa bir qadına və kişiyə istənilən bir qarayxamanı edib aradan götürə bilər, həyatdan məhrum edə bilər, türməyə belə şərləyərək sala bilərlər.

Harun Yahya xüsusi ilə Azərbaycanda təbliğatını güclü qurmuş, televiziya kanalı açmış, bir çox saytları, dərgiləri fəaliyyət göstərir. Demək olar ki, son vaxtlar bu təbliğatın qurbanı olan çoxlu gənclərimiz var. Həmin gənclər artıq oradan çıxa bilməzlər. Çünki ciddi nəzarət altındadırlar və fəaliyyətləri izlənilir. Onlar artıq böyük bir risk altına daxil olublar və oradan çıxmaq heç də onlara ucuz başa gəlməyəcək. Onlar hədisləri inkar edirlər. Quranı ancaq Azərbaycan-dilində oxuyurlar, namazı gündə bir dəfə və Azərbaycan-dilində qılırlar. Aralarında həm qızlar və həm də oğlanlar çoxluq təşkil edir. Ayrı-ayrı evlərdə yığılıb bir-birlərindən maariflənirlər, şəbəkələşmə halında fəaliyyət göstərirlər. Aralarında dövlətin yuxarı dairələrinə qədər şəxslər vardır. Ancaq əlbəttə özlərini gizlədirlər. Çoxusu özlərini tam biruzə vermirlər. Bunlar da Fətullah Güləni özlərinə hoca (xoca, müəllim) hesab edilər. Bir qolları gülənçilərə dayanır. Çünki Harun Yahya dəfələrlə efirlərdə Fətullah Gülənə hoca, yəni müəllim deyərək müraciət etmişdir.

Son vaxtlar Azərbaycanda sosial şəbəkələrdə harunçu gənclərin sayı daha da çoxalıb. Onlar islamı doğru, düzgün oxuyub öyrənib, islamı düzgün yaşayanlarla müxtəlif polemikalara girirlər, mübahisəli mövzular açırlar və onları münaqişəyə cəlb edirlər. Onlar haqqında, getdikləri yolun islama uyğun olmadığını dedikdə, irad bildirdikdə isə böhtan atmaqla iddiham edirlər. Son vaxtlar Harun Yahyanın Azərbaycanda olan qızı ilə sosial şəbəkələrin birində olan gizlin mesajlaşmasını belə Harun Yahyanın azərbaycanlı qızı etiraf etmədi. Üstəlik bunu böhtan adlandırdı. Axı bu reallıqlar hamımızın gözü qarşısında baş verdiyi bir halda necə böhtan ola bilər? Niyə etdikləri günahları etiraf etmirlər? Nəyə görə tarixən, mənbəsi Allahın Kitabı Qurani Kərimə və etibarlı, səhih hədislərə dayanan, bu istiqamətdə olan alimlərin icmasına dayanan, qədimdən bəri bizə gəlib yaşanan dinimizi bu nəsillər korlamaq istəyirlər? Nəyə görə pul xatirinə, dolanışıq xatirinə, bir az artıq pul toplamaq sevdası ilə həm dinimizi, həm adət-ənənələrimizi, həm milli mənəvi dəyərlərimizi yadelillərə əsir etməliyik? Buna imkan vermək olmaz. Bu məsələ ilə bağlı aidiyyatlı dövlət qurumları ciddi addımlar atmalı, özümüzü, övladlarımızı belə bizə düşmən olan şəxslərə, harunlara, harınlaşmışlara qoşulmağa imkan və şərait yaratmamalıyıq. Allah xatirinə bu məsələdə hamımız vətənimizi, dövlətimizi, adət-ənənələrimizi, tarixən yaşadığımız dinimizi göz bəbəyimiz kimi qorumalıyıq və buna görə hamımız məsuliyyət daşıyırıq. Bütün bunların səbəbi ölkəmizdə dini maarifçiliyin zəif olması, din sahəsində olan aidiyyatlı qurumların yalnız məsələlərə bir prizmadan yanaşması, elmi olan və islamda olan məsələləri mənbəsinə uyğun olduğu kimi təbliğ edən ilahiyyatçıların mediadan uzaqlaşdırılması və əhli-sünnə və camaat məscidlərinin azlığı və bu məscidlərə qarşı təzyiqlərin olmasıdır. Bütün bu problemlərin həlli ancaq islamı məzhəbə, şəbəkələşməyə bağlı olmayan, vətəninini, dövlətini sevən, dinini dövlətin gələcəyi üçün hər cür təhlükədən qoruyan xalis din alimlərinin təbliği ilə əsl mənbələrindən öyrənib yaşayan və yaşadanlar vasitəsi ilə həyata keçirmək mümkündür. Harun Yahyanın təhlükələri haqqında daha geniş araşdırmaya ehtiyac vardır. Bu sahədə daha effektiv mübarizə üsulları seçilməlidir. Əgər məsləhət olarsa onların nümayəndələri ilə tele-debatlar təşkil olunmalıdır. Yox əksinə bu onların təbliğatına səbəb olacaqsa onda başqa alternativ təkliflər verilə bilər. Bu qapını açıq saxlayıram. Çünki daha böyük araşdırmaya ehtiyac duyuram. Allah daha düzünü bilir. Müvəffəq edən Allaha şükürlər olsun!

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM