İlahiyyat üzrə fəlsəfə doktoru
Günahların ən böyüyü Allaha şərik qoşmaqdır
Bu dünyada yaşayırıq. Vətənimizdə insanlar tez-tez halal və haram sözlərini eşidirlər. Halal nədir, niyə halaldır? Haram nədir, niyə haramdır? Bəzi insanlar bu terminlərin mahiyyətinə vara bilmirlər. Səbəbi insanın bu sözü düzgün dərk etməməsi, halalın nə olduğunu, haramın nə olduğunu düzgün başa düşməməsidir. Halal və haram anlayışı Allaha inamaqdan sonra olur. Allaha inanmağın əsasını belə bilmədən halalın və haramın nə olduğunu dərk etmək bizim üçün çətin ola bilər. Buna görə əvvəlcə Allaha inanmağın halal və haram tərəflərini açıqlamaq istəyirəm.
İslam dininə görə haramların ən böyüyü Allaha şərik qoşmaq deməkdir. Haram sözü ərəb sözüdür. Bizim dilə tərcümə edəndə toxunulmaz mənasını verir. Haram – mübarək, toxunulmaz, qadağan mənalarına gəlir. Allaha inanmaqda belə insan harama düşə bilir. Yəni, insan Allaha inancında da sərhədləri aşa bilir. Allahın göndərdiyi elçisi, rəsulu, peyğəmbəri, Allahdan xəbər verən şəxs (ona və ailəsinə salam olsun) belə deyib: “Sizlərə böyük günahların ən böyüyünü xəbər verimmi?”. Bu sözü üç dəfə təkrar edir. Səhabələr deyirlər: “Xəbər ver, ey Allahın Rəsulu!”. Belə dedikdə Allah Rəsulu (ona və ailəsinə salam olsun) buyurur: “Günahların ən böyüyü Allaha şərik qoşmaqdır”. Hədisi ən etibarlı hədis alimləri olan Buxari və Müslim rəvayət ediblər.
Hər bir insan bu dünyada günah işlədir və günahsız qalmaq mümkün deyildir. Ancaq günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Allah təala bütün günahları istəsə bağışlaya bilər. Allaha şərik qoşanların isə günahları heç vaxt bağışlanmayacaq. Allaha şərik qoşmağı tərk edib, bu böyük günahdan tövbə edib, tək Allaha tərəf döndükdə ola bilər ki, Allah həmin insanı bağışlasın. Allah təala buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa (Qadınlar) surəsi, 48).
Allaha şərik qoşmaq iki hissədən ibarətdir. Birincisi böyük hissə, böyük şirk, ikincisi kiçik hissə, kiçik şirk adlanır. Allaha böyük şirk qoşan islam dinindən çıxır. İnsanların bir çoxu Allaha həm böyük, həm də kiçik şəriklər qərar verirlər.
Cəmiyyətimizdə də gördüyümüz kimi insanların bir çoxu Allaha yaxınlaşmaq üçün qəbirlərə gedirlər. Qəbirlərdən ruzi, qazanc, kömək istəyirlər. Qəbirlərə gedənlər elə inanca sahibdirlər ki, onlar qəbirdən kömək istəməyi düzgün hesab edərək yalnız Allahın gücünün çatacağı məsələləri qəbirlərdən istəyirlər. İnsanların bir çoxu qəbirlərdən kömək istəyir, dünyadan köçən qəbir sahiblərinin insanların dünya və axirətdəki ehtiyaclarını, sıxıntılarını apara biləcəyini güman edirlər, onlardan hər cür kömək istəyirlər, bununla da qəbirləri Allaha ortaq, şərik qoşurlar. Çoxlarımız bu sözləri eşidirk ki, insanların bir çoxu etiraf edirlər ki, hansısa seyidin, pirin, övliyanın qəbrinə getdikdən sonra işləri, istəkləri, etdikləri dualar eşidilir. Bu cür inancda olmaq insanı islam dinindən çıxarır və tək Allah inancına mənfi təsir göstərir. Artıq insanlar peyğəmbərlərin demək istədikləri tək Allaha sığınma, tək Allahdan kömək istəmə, tək Allahı sevmə, tək Allaha ümid bağlama kimi inancları hansısa qəbirlərə, daşlara, ağaclara, seyidlərə, övliyalara həsr edirlər. Bununla da insanlar Allaha qarşı böyük haqsızlıq edərək özlərinə də zülm etmiş olurlar. Halbuki sevməyə layiq olan, ümid edilməyə layiq olan, qorxmağa layiq olan, kömək istənilməyə layiq olan yalnız və yalnız uca Allahdır. Allahı sevməkdə, qorxmaqda, ümid bağlamaqda, təvəkkül etməkdə heç nə ilə əvəz etmək olmaz. Bunu pirlərlə, seyidlərlə, qəbirlərlə əvəz edən insan Allaha şərik qoşan, Allaha qarşı səmimi olmayan, böyük günah sahibi olan insandır. Əksinə Allah təala buyrur ki: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 23). Həmişə oxuduğumuz məşhur Fatihə surəsində uca Allah buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatihə (Kitabı açan) surəsi, 5). İnsan yalnız Allaha ibadət etməli, Allah üçün yaşamalı, Allaha ümid bağlamalı, Allahı sevməli, Allaha təvəkkül etməli, Allahdan qorxmalı, Allahdan kömək istəməli, yalnız Allahın ona kömək edəcəyinə inanmalıdır.
Dünyasını dəyişmiş bir peyğəmbər, Allaha ibadət edib saleh əməl sahibi olan dünyasını dəyişən hər hansısa bir insan, imam, rəhbər, ağa, seyid, övliya artıq dünyasını dəyişdikdən sonra həyatda olan insana heç bir ruzi verə bilməz, onun duasına cavab verə bilməz, çağıranda eşitməz, eşitsə belə kömək etmək üçün yanına gələ bilməz. Ölüb gedən əməli saleh insanların həyatda qalanlara kömək etməsi inancı islam dinində batil inanc, qəbul olunmayan inanc, Allaha şərik qoşmaq hesab olunur. Bu da günahların ən böyüyüdür. Allah təala buyurur: “(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?” (ən-Nəml (Qarışqalar) surəsi, 62).
Cəmiyyətdə çox rastlaşdığımız mənfi hal budur ki, insanlar hər hansısa bir şeyxin, ağanın, seyidin, Allahın dost bir qulunun adını çəkərək adət halında dillərində işlədirlər. Adi çay içəndə belə nənə-babalarımızın dilindən “imam ehsanında bir çay içək” sözünü çoxlarımız eşidirik. Artıq Allahın ən gözəl adlarını adət halına gətirmək əvəzinə, imamların, seyidlərin, pirlərin, övliyaların adlarını çoxlarımız adət halında işlədirik. Bu isə bizim bilmədən Allahın narazılığına gətirib çıxaran, böyük günahlar qazandığımız çox mühüm məsələdir. Biz dilimizdə ancaq Allahın gözəl adlarını zikr etməliyik. Bilmiriksə belə yenədə Allahın bildiyimiz Allah adını zikr etməyimiz bizə kifayətdir. Allahdan başqa digər batil, heç bir əsası olmayan ilahlarda, yəni, seyidlərdə, pirlərdə, qəbirlərdə, daşlarda, ağaclarda güc görən insanlar oturanda, duranda, hansısa çox çətin bir vəziyyətə düşəndə dərhal Allahdan başqa bu batil ilahların adlarını çəkirlər. And içəndə belə Allaha and içmək əvəzinə dünyasını dəyişən övliyalara and içirlər. Bəziləri ağızları ilə günah etməyi keçərək hətta evlərində, maşınlarında, iş yerlərində, obyektlərində “Ya Məhəmməd!”, “Ya Əli!”, “Ya Hüseyn!”, “Ya filan seyid”, “Ya filan pir”, “Ya filan dağ!”, “Ya filan daş!” və s. kimi batil ilahlara müraciət formaları yazıb asırlar. Bütün bunlar Allaha şərik qoşmaq sayılır və günahların ən böyüyü hesab olunur. Cəmiyyətimizin bu cəhətdən maariflənməyə və Allaha yaxınlaşmağa böyük ehtiyacı vardır. Vətəndaşlarımız Allaha yaxınlaşdıqca, Allaha tərəf addım atdıqca daha rahat, daha normal, daha sağlam mühitə sahib ola biləcəklər. Bu istiqamətdə bütün vətəndaşlarımıza uğurlar arzu edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM