İlahiyyat üzrə fəlsəfə doktoru
Müasir dövrümüzdə qadın mövzusu, qadının ailə və cəmiyyət uçərisindəki yeri müzakirə edilərkən qadının bütün haqqlarını qərbin dəyər ölçülərindən aldığını, islamın isə qadını və ailəni dar çərçivəyə saldığını önə sürürlər. Fərd, ailə və cəmiyyətin birlikdə yaşamaqdan doğan sosial problemlərinə ağıllı və məntiqli əsaslara dayanan çözümlər gətirən ilahi vəhy dininin, qadın və ailə mövzusunda əlbəttə susması və boşluq qoyması düşünülə bilməzdi. Buna görə də uca Allah qadınlara bəxş etdiyi böyük dəyərləri həm nazil etdiyi mübarək kəlamında, Qurani Kərimdə, həm göndərdiyi elçisinin dilində bizə xəbər vermişdir. Bu səbəbdən imanlı qadının həm Allah yanında, həm də cəmiyyət içərisində böyük hörməti və dəyəri vardır. Bu dəyəri və hörməti qalın kitablara sızdırmaq mümkün deyildir.
Ümumiyyətlə qadın üçün imansızlıq sözünü işlətmək mümkün deyildir. Çünki hər bir insanın qəlbində uca Allaha iman vardır. Bəzi qəlblərdə iman kök atmış, saleh, yaxşı əməllər, ibadətlər edərək imanın artmasına insanlar nail olmuşlar. Xüsusi ilə böyük əzm göstərərək iman əldə edən qadınlar da bu iman nemətinin onları necə şərəfli etdiyini özləri müşahidə edirlər. Bütün bu imana aid nemətləri heç bir maddiyyatla əvəz etmək mümkün deyildir. Qadınlar görünən və müşahidə olunan gözəl iman nemətini öz istəkləri olarsa əldə edə bilərlər. Ancaq bunun üçün Allahın yardımı və köməyi mütləq lazımdır. Allahın köməyinin gəlməsi üçün də qadınlar buna çalışsalar mütləq özləri Allahın köməyini gözləri ilə görərlər. Çünki bu neməti Allah təala heç bir qadın qulundan əsirgəmir.
Tarixdə imanlı qadınlar daima olmuşdur. Bu qadınların bir çoxunun misallarını uca Allah Qurani Kərimdə bizə xəbər veribdir. Belə qadınlara misal olaraq İbrahim peyğəmbərin (əleyhissalam) həyat yoldaşları Sara və Həcəri, Yusif peyğəmbərin (əelyhissalam) Züleyxasını, Asiyəni, Süleyman peyğəmbərin (əleyhissalam) Bəlkisini, Məryəm əlyhissalamı, Allah Rəsulu Muhammədin (səlləllahu aleyhi və səlləm) sevimli həyat yoldaşlarını, möminlərin analarını göstərmək olar. Belə qadınların həyatlarını oxuyanda oradan götürəcəyimiz çox dərslər və ibrətlər vardır.
İmanlı qadın namusunu və iffətini qoruyan qadındır. Belə bir qadına misal olaraq Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) bizə İbrahim peyğəmbərin (əleyhissalam) həyat yoldaşı Saranın həyatında keçən bir hadisəni danışaraq xəbər vermişdir. Allah Rəsulu (salavatullah) belə buyurur: “Ərdun qəsəbəsinə gəldikdə şəhərin kralı İbrahimin (əleyhissalam) gözəl bir qadınla şəhərə daxil olduğunu öyrənir. Kralın Saranın gözəlliyinə gözü düşür, onu əldə etmək istəyir. Buna görə onları öz sarayına gətizdirir. Kralın sarayında olanda Sara dəstəmaz alıb namaz qılır və belə dua edir: “Ya Rəbbim! Mən Sənə və Sənin peyğəmbərinə iman etmiş və iffətimi, namusu ərimdən başqa hamıdan qorumuşam. Bu kafiri məndən uzaq et və onun nəfəsini kəsərək yaxasını mənim üzərimdən çək”. Bir az keçdikdən sonra Kralın nəfəsi kəsilir. Çırpınmağa başlayır. Sara deyir: “Ya Rəbbim! Əgər bu adam ölsə sarayda hamı deyəcək ki, bunu Sara öldürdü. Onun ölməsini istəmirəm”. Belə dua etdikdə kralın nəfəsi özünə gəldi və yenə əvvəlki vəziyyətinə qayıtdı. Bu hal üç dəfə baş verdi. Kral özünə gələndə öz adamlarına dedi: “Siz mənə bir insan yox, şeytan gətirmisiniz”. Sonra adamlarına əmr edir ki, qadını sərbəst buraxsınlar. Üstəlik ona Həcər adlı ən gözəl bir xidmətçi qızı da hədiyyə verdi” (Buxari, Böyü, 100, Ənbiya 8, Hibə 36). Yuxarıda da qeyd etdiyimiz kimi bu misalda namusunu, iffətini, şərəfini qoruyan imanlı bir qadının çətin vəziyyətə düşdükdə Allaha sığına biləcəyinə bir işarə vardır. Çünki Sara xanım Allaha sığınaraq, Ondan kömək istəyərək öz namusunu qorumuşdur. Belə qadınlara uca Allah həmişə hər iki dünyada kömək edir, onların sıxıntılarını aparır. Ancaq dua edib səbrlə gözləmək lazımdır. Allahın köməyi Allaha sığınanın niyətinə və səmimiyyətinə görə olur. Siz indi təsəvvür edin biz kişilər sıxıntıya düşəndə haramlar edərək özümüzü ovuduruq. Belə etməyimiz halbuki bizi hər iki dünyada uçuruma aparır. Allah qorusun! Amin!
İmanlı qadın evdə, ailədə, əri ilə olan münasibətlərində başqalarına sirr verməyən qadındır. Nə qədər qadınlar vardır ki, müxtəlif üsullarla öz ailələrində olan sirrləri açıb başqalarına danışırlar. Xüsusi ilə əri ilə aralarında olan söz-söhbətləri, məsələləri başqalarına danışırlar. Belə qadınlarda ya ümumiyyətlə iman azalıb, yda tamamilə imandan nəsibləri qalmayıb. Buna da yenə İbrahim əleyhissalamın həyatından misal vermək yerinə düşərdi. Belə ki, İbrahim əleyhissalam Fələstindən Hicaza öz oğlu İsmail əleyhissalamı yoxlamağa, ona baş çəkməyə vaxtaşırı gələrdi. Bir dəfə İbrahim peyğəmbər (əleyhissalam) oğlu İsmayılı yenə də ziyarətə, onu yoxlamağa, baş çəkməyə gəlir. Gələndə oğlunu evdə tapmır və gəlini onu qarşılayır. İbrahim öz gəlnindən dolanışıqlarını, vəziyyətlərini soruşur. İsmayılın (əleyhisalam) həyat yoldaşı qaynatasına deyir: “Çətinlik içindəyik, vəziyyətimiz pisdir”. İbrahim əleyhissalam durub gedəndə gəlininə deyir: “Ərinə salam de, denən evinin kandarını dəyişsin”. İsmayıl əleyhissalam evə qayıdanda məsələni bilir. Başa düşür ki, atası ona demək istəyir ki, öz həyat yoldaşını boşasın. Beləliklə İsmayıl əleyhissalam atasının sözünü yerinə yetirir. Bir müddət sonra atası yenə ona baş çəkməyə gəlir. Eyni sualı yenə İsmayılın ikinci həyat yoldaşına, yəni təzə gəlininə verir. Onların vəziyyətlərini və dolanışıqlarını soruşur. İsmayılın sonrakı həyat yoldaşı deyir: “Ərim yaxşıdır, dolanışığımız da yaxşıdır, şükür Allaha”. İbrahim əleyhissalam yenə İsmayıla salam deməsini və bu sözü ismayıla deməsini gəlininə tapşırır: “İsmayıla deyərsən ki, evinin kandarını yaxşı saxlasın” (Buxari, Ənbiya 9). Bu hadisədən belə başa düşürük ki, heç tanımadığı şəxslərə ailəsinin sirrini verən və ərindən şikayətçi olan bir qadın “xeyirli bir qadın” deyildir. Belə bir qadının imanı azdır və ya yoxdur. Çünki imanlı qadın belə hallara yol verməz. Ailə içərisində olan maddi və mənəvi sıxıntılara kişi ilə bərabər imanlı bir qadının da sinə gərməsi və ailənin sirrlərini qoruması və heç kimə açmaması lazımdır. Ancaq bu elə anlaşılmasın ki, qohumluq əlaqələrini kəsmək və ehtiyacını qohumlardan gizlətmək lazımdır. Əksinə əgər bir çox məsələlərdə tək bacara bilmirsənsə, heç bilməzsən də həmişə qohumlarla məsləhətləşməli və onların da hansısa problemlərdə həll yolunu göstərmələrinə şərait yaratmalısan. Təəssüf ki, belə odluqda da elə imansız qohumlar vardır ki, ya verdiyini daima qaxınc edir, ya da etdiyini başqa qohumlar arasında yayır. Belə şəxslərdən insana əlbəttə qohum olmaz. Qohum olsa da həmin qohum imanı ya az olan, ya da heç imanı olmayan qohumdur. Çünki imanı olan qohum etdiyi yaxşılığı Allah üçün edir və əvəzini Allahdna istəyir. Çünki dəqiq əmindir ki, Allah təala etdiyinin əvəzini ona verəcəkdir.
İmanlı bir qadın ailə qurmağa üstünlük verər. Həyat yoldaşı seçəndə çalışar ki, gedəcəyi ailəsi də imanlı olsun. Bununla bağlı Quran ayələri və hədislər vardır. Allah təala Qurani Kərimdə yaxşıların yaxşılar üçün olduğunu da xəbər vermişdir. Allah Rəsulu səlləllahu aleyhi və səlləm evlənən müsəlman kişilərə müsəlman qadınla ailə qurmağı, müsəlman qadınlara da müsəlman kişi ilə ailə qurmağı bildirmişdir. Müsəlman qadının xristian və yəhudiyə ərə getməsi qadağan olunmuş, ancaq müsəlman kişiyə xristian və yəhudi ilə evlənməyə icazə verilmişdir.
İmanlı qadın geyiminə fikir verər, örtünməyə üstünlük verər. Çünki qadının özünü yad kişilərə göstərməsi haramdır. Xüsusi ilə Allaha iman edən bir qadın daima özünü haram baxışlardan, yad baxışlardan qoruyar və haram və yad baxışların ona yönəlməsinə mane olar. Xüsusi ilə ailəli bir qadın evin xanımı olduğu üçün yalnız evində, əri üçün bəzənə bilər. Ailədə olan imanlı qadın normal geyim tərzi ilə ərinin yanında, qaynatası, ərinin əmiləri və dayıları kimi qohumlarla, öz əmisi, dayısı, xalası, bibisinin yoldaşları və oğlanları kimi qohumlarla yemək yeyə bilər, onlara süfrə aça bilər. Ancaq fitnə qorxusu olarsa, əri icazə verməzsə, yaxın məhrəm qohumlardan başqa digər kişi qohumlarla görüşməməsi, onlarla salamlaşmaması, bununla da təqva yolunu tutarsa bu daha etibarlı və daha qoruyucu olar.
İmanlı qadın bunu bilsin ki, Allah yanında hörmətli qadındır. Bu səbəbdən də öz imanını artırmağa çalışsın. Öz işləri ilə məşğul olsun, özünə aid olmayan məsələlərə qarışmasın. Subaydırsa özünü daima qorusun. Evdə həmişə ata-anasına kömək eləsin. Onları qıracaq hərəkətlərdən və sözlərdən həmişə çəkinsin. Ailəlidirsə ərinin xidmətində dursun. Onun sirrini qoruyub saxlasın. Onun bütün işlərində ona kömək eləsin. Ərinin ata-anasına kömək eləsin. Onlarla xoş davransın. Bir sözlə həm Allahın sevdiyi bəndəsi olsun, həm də insanların sevimlisi olsun.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM