İlahiyyat üzrə fəlsəfə doktoru
İndilərdə dünyanın bir çox yerlərində və ölkəmizdə Günəş tutulub. Allahın Rəsulu səlləllahu aleyhi və səlləm Günəş və Ay tutulanda açılana qədər namaz qılmağı, uca Allahı zikr etməyi əmr edib və özü də belə edib. Allah Rəsulunun vaxtında bir dəfə Günəş tutulub, açılana qədər Allahın elçisi 2 rəkat namazı uzadaraq qılıb, uzun müddət rükuda və səcdədə qalıb, dua edib Allahdan kömək istəyib. Üstəlik buyurub ki, Günəş və Ay kiminsə doğulmasına və ölümünə görə tutulmur. Çünki onun övladı ölən vaxt qədərdən Günəş də həmin gün tutulmuşdu. İnsanlar Günəşin tutulmağını onun övladının ölümü ilə əlaqələndirirdilər. Peyğəmbər isə bunu tamamilə inkar edib və buyurub ki, Günəş kiminsə ölümünə və doğumuna görə tutulmur.
Günəş tutulanda qılınan 2 rəkat namaza Küsuf namazı deyilir. Abdullah ibn Amr deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında günəş tutulanda “Camaat namazı” – deyib car çəkdilər» (Buxari: 2/ 533, 1045. Müslim: 2/ 627, 910. Nəsai: 3/ 136). Camaat məscidə toplaşdıqdan sonra imam onlara aşağıdakı hədisdə deyilən qaydada iki rükət namaz qıldırmalıdır. Aişə deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında günəş tutuldu. O məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O təkbir edib uzun-uzadı Quran oxudu. Sonra təkbir edib uzun-uzadı rüku etdi və sonra “Səmiəllahu limən həmidəh” – deyib rükudan qalxdı, amma səcdəyə getmədi. Sonra yenə uzun-uzadı Quran oxudu. Amma bu birinci oxuduğundan az oldu. Sonra təkbir edib uzun-uzadı bir rüku etdi. Amma bu rüku əvvəlkindən az oldu. Sonra “Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl həmd” – deyib rükudan qalxdı və sonra səcdə etdi. Sonra ikinci rükətdə də eynisini etdi. Beləliklə o dörd rükəti, dörd səcdəylə tamamladı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını bitirmədən öncə günəş də görsəndi» (Buxari: 2/ 533, 1046. Müslim: 2/ 619, 901. Əbu Davud: 4/ 46, 1168. Nəsai: 3/ 130).
Salam verib namazı bitirdikdən sonra imamın camaata vəz etməsi müstəhəbdir. Vəz xatırlama, ibrət alma və yaxşı əməllərə təşviq mövzusunda olmalıdır. Aişə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) günəş tutulan gün namaz qıldı... (demək o Peyğəmbərin bu zaman necə namaz qılmasını vəsf edir və sonra deyir:) salam verib namazı bitirdi və artıq günəş çıxmışdı. Sonra insanlara vəz etdi, günəş və ay tutulmasının Allahın bir əmri olduğunu, bunların kiminsə dünyaya gəlməsi və ya ölməsiylə əlaqədar olmadığını qeyd etdi. Belə halda namaza sarılmağı tövsiyə etdi (Buxari: 2/ 533, 1046. Müslim: 2/ 619, 901. Əbu Davud: 4/ 46, 1168. Nəsai: 3/ 130).
Əsma deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) günəş tutulan zaman kələləri azad etməyi əmr etmişdir» (Hədis səhihdir. Müxtəsər səhih əl-Buxari: q2, 118. Buxari: 2/ 543, 1045).
Əbu Musa deyir ki, bir gün günəş tutulmuşdu. Bunu görən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vahimə içərisində qalxdı və qiyamətin başlamasından qorxdu. Sonra məscidə gəlib ən uzun qiyam, rüku və səcdə ilə namaz qıldı. Halbuki mən heç vaxt onun belə uzun namaz qıldığını görməmişdim. Namazdan sonra isə dedi: «Allahın göndərdiyi bu əlamətlər kiminsə dünyaya gəlməsi və ya ölməsinə görə baş vermir. Sadəcə olaraq Allah bununla bəndələrini qorxudur. Əgər siz belə bir hala rastlasanız o zaman Allahı zikr etməyə, Ona dua edib, bağışlanma diləməyə tələsin» (Buxari: 2/ 545, 1059. Müslim: 2/ 628, 912. Nəsai: 3/ 153).
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), «tələsin...» və s. bu kimi əmr formasında işlətdiyi sözləri həmin əməlin vacib olmasına dəlalət edir. Beləliklə küsuf namazının hökmü “fərzul kifayə”dir. Demək Əbu Əvanə “Səhih” əsərində (2/ 398) deyir: «Küsuf namazının vacib olmasının bəyanı haqqında fəsil». Sonra küsuf namazını əmr edən hədislərin bəzilərini qeyd edir. Onu bu üslubu isə İbn Xuzeymənin “Səhih” əsərindəki üslubuna bənzəyir. Belə ki, o “Səhih” kitabında (2/ 38) deyir:
«Günəş və ay tutulması zamanı namaz qılmağın əmr olunması haqqında fəsil...». Sonra o bu fəsilə küsuf namazını əmr edən bir neçə hədis qeyd edir.
Hafiz İbn Həcər əl-Əsqəlani “Əl-Fəth” əsərində (2/ 527) deyir: «Cümhur (əksər) alimlərin rəyinə əsasən küsuf namazı təkidlə buyurulmuş sünnədir. Əbu Əvanə isə “Səhih” əsərində bu namazın vacib olmasını açıq-aşkar demişdir. Mən ondan başqa heç kəsin belə dediyini bilmirəm. Yalnız imam Malik küsuf namazına cümə namazı kimi dəyər vermişdir. Əz-Zeyn ibn əl-Munir, Əbu Hənifənin bu namazı vacib görməsini nəql edir. Həmçinin Hənəfi məzhəbinin bəzi müəllifləri də bu namazın vacib olmasını nəql etmişlər» (Təmamul Minnə: səh. 261. Qısa ixtisarla).
Günəş tutulanda Allahı çox zikr etmək lazımdır. Çünki Günəş və Ay tutulması Allahın nişanələrindən biridir. İnsanlar belə hadisələri görəndə fikirləşməlidirlər ki, Allah təala istəsə həmişə qaranlıqda qala bilərik. Amma Allah təala bizə qarşı çox rəhimli, mərhəmətlidir. Allah təala bizə Ona layiqli ibadət edib şükr etməyi nəsib etsin! Amin!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM