İlahiyyat üzrə fəlsəfə doktoru
Bismilləh. Hər kəs öz işindədir. Müxtəlif vasitələrlə küllü miqdarda pullar əldə edib rayonlara istirahətə gedənlər, şəhərdə pulu olmayıb gündəlik həyatını sıxıntı içərisində keçirən insanlar, müxtəlif kafe və barlarda əyləncədə olanlar, müxtəlif yollarla dinlərini öyrənib ibadətlərində və inanclarında olan müxtəlifliklərə görə bir-biri ilə mübahisə edənlər, bütün namazlarını məsciddə qılmağa cəhd edən insanlar və s. hamısını qeyd etməklə kifayətlənmədən onu deyim ki, hər kəs öz işindədir. Sanki insanlarda bir-biri ilə isti münasibət formaları görsənmir. Müxtəlif xasiyətli insanlar bir-biri ilə münasibət qura bilmir. Bir çox insanlar isə elə düşünürlər ki, sanki bütün qapıları üzünə bağlanıb və açmaq üçün böyük bir möcüzə lazımdır. Heç də belə deyildir. Sadəcə tənbəlliyi atıb hərəkətə keçmək lazımdır.
Əsas məsələ qəlbin təmiz olmasıdır. Elə bir insan yoxdur ki, qəlbinin təmizliyinə şübhə etsin. Hər kəs əminliklə qəlbinin təmizliyini idda edir və özünü doğru hesab edir. İnsanlar bir-biri ilə ünsüyyət qura bilmirlər. Bütün gün özüm də qarışıq bütün gənclər hamısı telefonun içərisindədirlər. Əlbəttə telefonun içərisində faydalı hesab olunan məlumatlar toplayan, elm öyrənib, başqalarına paylaşaraq öyrədən, bundan başqa isə bütün gününü zay edən insnalar da kifayət qədər çoxdur. İnternet və telefon insanların ziyarətləşmə adətlərini azaldıb. İnsanlar bir-birləri ilə ziyarətləşmədikdə isə qəlb rahatlığı tapmaq çətin olur. Bəzən isə belə halda zəif insanlar bu həyatda yaşamağa tab gətirə bilmirlər.
Bütün bunlar insanların bir-birindən soyumasına, əlaqələrin kəsilməsinə, insanların bir-birinə qayğısının azalmasına gətirib çıxarır. Buna baxmayaraq bu gün qədimdən bəri gələn adət-ənənələrimizi, dinimizin bizə öyrətdiyi ziyarətləşməni, qohumlarla, tanışlarla, yadlarla üz-üzə gələndə mehriban münasibətləri qoruyan dəyərli vətəndaşlarımız da kifayət qədər çoxdur. Bunlar sayəsində ölkəmizdə bolluq, mehribançılıq, uca Allahın rəhməti də bizimlə olur. Bütün nemətlərinə görə uca Allaha həmd olsun. Bu ziyarətləşmə və tanışlarla qarşılaşma zamanı bəzi insanlar özünü gizlətsə də bəzi insanlar islam əxlaqına uyğun olaraq özlərini gizlətmir, qarşısındakı salam verməsədə bir müsəlman kimi ilk addımı atıb gedib həmin qohumu və tanışı ilə salamlaşır.
Belə halda bu cür insanların yerinə yetirəcəyi ədəblərdən biri də qarşısındakı insana, özünü görməməzliyə vursa da, gedib həmin şəxslə görüşməli və ona kim olduğunu bildirməlidir ki, bu da dinimizdə bizə öyrədilmişdir. Hətta islam dininə görə görüşmək üçün icazə istəyən bir şəxsə “sən kimsən” deyildikdə, həmin şəxs öz adını, künyəsini deməsi sünnət, “mənəm” və ya buna bənzər sözlərlə cavab verməsi isə məkruh sayılır. Xüsusi ilə bu gün müxtəlif sosial şəbəkələrdə bəzi şəxslər özlərini gizlədirlər. Onlara “sən kimsən” deyildikdə islamın istədiyi cavabı vermək əvəzinə, dinə zidd olan “mənəm”, “Allah bəndəsi” və s. kimi cavablar verərək özlərini düzgün təqdim etmirlər. Bu da istər real həyatda, istərsə də sosial şəbəkələrdə bir çox problemlərə yol açır. “Sən kimsən?” sualına “Allah bəndəsiyəm” cavabı tam islam dininə uyğundur. Ancaq müsəlman bunu özünü təqdim etməmək üçün deyirsə islam əxlaqına uyğun hərəkət etmiş sayılmır. Çünki qarşısındakı insanla tanımdan ünsüyyət qurmaq heç də hər adam üçün xeyir gətirmir. Belə anda bir çox problemlər ortaya çıxır. Bu səbəbdən də dinimiz islam salamlaşmanı və özünü təqdim etməyi əxlaqdan hesab etmiş, özünü təqdim etməmək isə əxlaqsızlıq kimi qiymətləndirilmişdir. Bununla bağlı sünnədə, yəni Allah Rəsulunun həyatında çoxlu örnəklər vardır. Bunlardan bir neçəsini xatırladaraq müsəlmanlara nəsihət edirəm ki, müxtəlif dialoqlarda özünü düzgün təqdim etməkdən çəkinməsinlər.
Ənəsdən (Allah ondna razı olsun) “İsra gecəsi haqqında olan məşhur hədisində” belə dediyi rəvayət olunmuşdur: Rəsulullah (səlləllahu aleyhi və səlləm) belə buyurdu: “Sonra Cəbrail əleyhissalam məni dünya səmasına çıxarıb, qapının açılmasını istədi. Özünə: “O kimdir?” deyildi. “Cəbrail” deyə cavab verdi. Özünə təkrar: “Yanındakı kimdir?” deyildi. “Muhamməd” deyə cavab verdi. Sonra sıra ilə ikinci, üçüncü, dördüncü və digər səmalara çıxdıqda hər bir səmada özünə “kimdir?” deyə sual verilirdi. O da “Cəbraildir” deyə cavab verirdi” (Buxari, Müslim). Bu hədisin bir hissəsində bizə o qədər dərslər verilir ki, onlardan biri də bir şəxslə görüşdüyün zaman onun adını soruşmaq, yanında başqa şəxs varsa onun da adını soruşmaq, həmin şəxslər də əgər sizin evə, əraziyə daixl olurlarsa öz adlarını, kimliklərini düzgün deyərək daxil olmalıdırlar. Bütün bunlar islamın bizə öyrətdiyi əxlaq dərslərindən biridir. Bəzən bu gün bizlər sosial şəbəkələrdə gənclərlə bu məsələdə anlaşa bilmirik. Kimliyini soruşanda bizi yanlış anlayır, başqa cavablar verir, çox hallarda isə bir çox gənclər sosial şəbəkələrdə kimliklərini gizlədirlər. Bütün bunlar islam dininə, islam əxlaqına tamamilə zidddir. Bu barədə gənclərimizin islah olmasını uca Allahdan istəyirəm.
Əbu Zərrdən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: “Bir dəfə bir gecə vaxtı çölə çıxmışdım. Bir də gördüm ki, Rəsulullah (səlləllahu aleyhi və səlləm) tək başına yeriyir. Mən də Ay işığında yeriməyə başladım. Rəsulullah (səlləllahu aleyhi və səlləm) geri dönüb məni gördü və “O kimdir?” deyə soruşdu. Mən: “Əbu Zərr” deyə cavab verdim (Buxari, Müslim). Burada gördüyümüz kimi Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) gələn şəxsin kimliyini soruşur və həmin şəxs də islam əxlaqına uyğun olaraq kim olduğunu düzgün deyir. Bu gün bu qaydaları bir çox müsəlmanlar unudublar. İstər həyatda, istərsə də müxtəlif sosial şəbəkələrdə kimliklərini gizlədirlər ki, unutmasınlar bütün bunlar islam dininə uyğun olmayan ədəbsizliklərdir.
Cabirdən (Allah ondna razı olsun) belə dediyi rəvayət olunur: “Bir dəfə Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına gələrək qapını döydüm. Peyğəmbər (səlləllahu aleyhi və səlləm): “Kimdir?” dedi. Mən də “Mənəm” dedim. Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) sanki bunu xoşlamırmış kimi “Mən, mən nə deməkdir?” deyə cavab verdi (Buxari, Müslim). Burada gördüyümüz kimi hətta Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) “kimsən” sualına “mənəm” cavab verməyi bəyənməmiş, qarşısındakının öz adını, künyəsini, təxəllüsünü deməsini istəmişdir. Bütün bunlar islamın bizə öyrətdiyi həqiqi ədəb-ərkanlardır.
Bununla bağlı şəriətimizdə çoxlu dəlil sübutlar vardır. Hamısını qeyd etmək faydalı olsa da yorucu olmamaq üçün burada kifayətlənirəm. Allah daha düzünü bilir. Bizi müvəffəq edən uca Allaha həmd olsun.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM