Politoloq
MÜSTƏQİLLİYİN DAİMİ OLSUN, ŞANLI AZƏRBAYCAN!
18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günüdür. Məlumat üçün deyək ki, ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik yolunda atdığı ilk addım 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannaməni qəbul etməsi olub. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Bununla da Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub. Beləliklə, SSRİ-nin dağılması ərəfəsində qəbul edilmiş Konstitusiya Aktı ilə Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyini əldə etdi. Amma bu müstəqilliyin əldə edilməsi və onun qorunub saxlanılması, hazırki mərhələyə çatdırılması olduqca mürəkkəb və keşməkeşli proseslərdən keçib, zaman-zaman müstəqilliyimiz real təhlükələrlə üzləşib.
Gecikmiş müstəqillik
Əvvəla, həmin dövrdə cərəyan edən proseslər və ortaya çıxan mənzərə onu deməyə əsas verir ki, Azərbaycan digər keçmiş SSRİ respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12 iyul 1990, Gürcüstan 9 aprel 1991, Estoniya 20 avqust 1991, Qırğızıstan 31 avqust 1991, Özbəkistan 1 sentyabr 1991-ci il, nəhayət, Tacikistan 9 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi halda, Azərbaycan bu addımı yalnız 1991-ci il oktyabrın 18-də ata bildi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt respublikaya rəhbərlik edənlərin qətiyyətsizliyi, Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali maraqlarını mərkəzin imperialist mənafeyinə qurban vermələri dayanırdı. Yəni keçmiş SSRİ-yə daxil olan respublikalarda öz müstəqillikləri uğrunda mübarizə aparan xalqlara həmin respublikaların rəhbərləri də bu və ya digər formada dəstək verdikləri halda, başda Ayaz Mütəllibov olmaqla o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin təlimatlarını gözləyir və onun tapşırıqları əsasında hərəkət edirdi. Bu da nəticə etibarilə Azərbaycan xalqının müstəqillik arzularının mərkəzin imperialist tapşırıqları əsasında boğulması ilə nəticələnirdi.
Bir sözlə, bütün mahiyyəti ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın özünün belə dövlət müstəqilliyini elan etməsi, həmçinin xalqın azadlıq istəyi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız olmasının nəticəsi idi ki, onlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsi istiqamətində konkret olaraq heç bir addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr göstərdi ki, o zamankı rəhbərlik təbii situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi strateji missiyanı reallaşdırmaq iqtidarında deyildi...
Müstəqilliyi qoruyub saxlamaq daha çətindir
Beləliklə, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra daha kəskin kataklizmlərlə qarşı-qarşıya qaldı. O zamankı hakimiyyət müstəqilliyə etinasız yanaşaraq və xalqımızın ali maraqlarını ayaqlar altına ataraq, Azərbaycanı Rusiyanın forpostuna çevirmək uğrunda xüsusi fəallıq nümayiş etdirməyə başladı. Moskvadan verilən tapşırıqlar əsasında hərəkət edən hakimiyyət yanlış strategiya seçməklə, ilk növbədə, torpaqların itirilməsinə xüsusi şərait yaratdı. Bu şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi həyəcan təbillərini daha da artırmışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Mütəllibov hakimiyyəti çarəni istefa verməkdə gördü. Amma bu heç də ölkənin qurtulması mənasına gəlmirdi.
Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat tandemi Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq "əlinə silah alan" hakimiyyəti ələ keçirməyə çalışırdı və separatist meyillər artmağa başlamışdı. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Qısası, daxili və xarici siyasətin səmərəsizliyi Azərbaycanı bir dövlət kimi sıradan çıxarırdı. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı düşdüyü bataqlıqdan xilas etsin...
Ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqil dövlətə çevirdi
Bu lider isə Heydər Əliyev idi. Beləliklə, xalqın tələbi ilə 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycanı xaotik vəziyyətdən çıxarmaq üçün bütün çətinliklərə sinə gərərək gərgin fəaliyyətə başladı. Ümummilli lider, ilk növbədə, xarici qüvvələrin "piyadalar"ı olan daxili separatçıları neytrallaşdırmaqla sabitliyi bərpa etdi. Bu proses 1995-ci ilədək davam etdi və həyata keçirilən uzaqgörən strategiyanın qanunauyğun nəticəsi kimi, tam stabil mühit formalaşdırıldı. Ulu öndərin zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq, hadisələrə operativ müdaxiləsi nəticəsində 1994-1995-ci illərdə baş verən dövlət çevrilişlərinə cəhdlərin, həmçinin bir sıra təxribatların qarşısı alındı.
1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas oldu. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə sabitlik bərqərar olundu.
Sabitliyin əldə olunması və xarici ölkələrlə, o cümlədən bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqların qurulması öz bəhrəsini verdi. Belə ki, xarici qurumlar və iş adamları ölkəmizə investisiya qoymağa başladılar. 1994-cü ildə dünyanın aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan neft sazişinin imzalanması isə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması istiqamətində atılan mühüm adımlardan biri oldu. Çünki "Əsrin müqaviləsi", əslində, ölkəmizin siyasi müstəqilliyini şərtləndirən iqtisadi resursların möhkəm təməllər üzərində qurulmasına təkan verdi. Eyni zamanda, bu müqavilənin imzalanması ilə Azərbaycan qlobal güclərin maraqlarını balanslaşdırmaqla önəmli beynəlxalq status qazandı.
Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Belə ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun təmin olunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
Əlbəttə, əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi əbədi və dönməz etdi!
Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru kimi
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində suveren aktor kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət nəticəsində bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir, həm də respublikamız qlobal güc mərkəzlərinin etibarlı strateji tərəfdaşlarından birinə çevrilib. Həmçinin iqtisadi siyasətin müstəqilliyi siyasi suverenliyin əldə edilməsini şərtləndirib və Azərbaycan regionun ən güclü aktoru olmaqla yanaşı, beynəlxalq münasibətlər sisteminin suveren subyekti qismində də çıxış etməkdədir. Daha doğrusu, hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən siyasi və iqtisadi, bir sözlə, geostrateji proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.
Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində regionun lider dövləti olan Azərbaycan işğalçı Ermənistanıtəcrid vəziyyətinə salıb, əksər beynəlxalq qurumlar və milli dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistanın işğalçılıq siyasəti pislənilir.
Bütün bunlar isə onu deməyə əsas verir ki, 1991-ci ilin oktyabrında formal olaraq elan edilməsinə baxmayaraq, 1993-cü ilin iyunundan, yəni Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq həyata keçirilən dövlət müstəqilliyi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
MÜSTƏQİL AZƏRBAYCAN HƏR BİR AZƏRBAYCANLININ QÜRUR MƏNBƏYİDİR. MÜSTƏQİLLİYİN DAİMİ OLSUN, ŞANLI AZƏRBAYCAN!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM