Politoloq
Azərbaycan siyasi palitrasında heç bir funksionallığa malik olmayan autsayderlər özlərinin korporativ maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada radikal müxalifət (AXCP, “Müsavat” kimi radikal siyasi qruplaşmalar, o cümlədən qondarma “Milli şura”) xüsusilə fərqlənir. Dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər.
Radikal düşərgə qarşıdurma və dağıdıcılıq təbliğ etməklə məşğuldur
Sentyabrın 11-də keçirilən mitinqdə qondarma "Milli şura"ya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının keçirdiyi növbəti mitinq radikal müxalifətin hansı məqsədlər və prinsiplər əsasında çıxış etdiyini bir daha ortaya qoydu. Əvvəla qeyd edək ki, "Milli şura"nın müxtəlif təmsilçilərinin avqustun 15-dən 30-a qədər bir sıra Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və müzakirə olunan məsələlər ilə bağlı ölkə mətbuatında çoxsaylı informasiyalar öz əksini tapmışdı. Məlumatlara görə, bu görüşlərdə Əli Kərimli və Cəmil Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. Bu isə ona dəlalət edir ki, xalqın mənafeyinə zidd mövqedə duran bu dağıdıcı ünsürlər anti-Azərbaycan dairələrin “siyasi alət”i qismində çıxış edirlər.
Ümumiyyətlə, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları “himayə edən” mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Daha da dəqiq desək, radikal müxalifət qarşıdurma və dağıdıcılıq təbliğ etməklə məşğuldur.
Tükənmişlik sindromu, yaxud anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət
Əlbəttə, radikal müxalifətin bu cür mövqe və fəaliyyəti bir daha onların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmələrinə dəlalət edir. Sirr deyil ki, geniş sosial bazaya, reytinqə malik olan, siyasi palitrada rasional fəaliyyət mexanizmi ilə təmsil olunan subyektlər innovativ fəaliyyət mexanizminə malik olur, təmsil etdiyi elektoratın maraqlarının təmin olunması yönündə əhəmiyyətli nailiyyətlər əldə edir və nəticə etibarilə vətəndaşların önəmli dərəcədə dəstəyini qazanır. Amma müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini müəyyən xarici qüvvələrin maraqları üzərində qurduğundan ilk növbədə vətəndaş etinasızlığı ilə qarşılanır.
Digər tərəfdən, radikal ünsürlər istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdırlar.
Dağıdıcı müxalifət radikal-ekstremist qruplar və terrorçularla həmrəydir
Sadalananlara paralel olaraq dağıdıcı düşərgə təmsilçiləri terrorçu və radikal qruplaşmaları dəstəkləməklə öz siyasi simalarını aşlkar şəkildə ortaya qoyurlar. Təsadüfi deyil ki, radikal müxalif qruplaşmalarının duran antimilli ünsürlər, onların nəzarətində olan media vasitələri “Müsəlman Birliyi Hərəkatı” adlanan terrorçu təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən yol verilən cinayət tərkibli əməllərə bəraət qazandırmağa çalışıblar. Bununla da onlar Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib və terrorçularla həmrəy olduğunu açıq göstəriblər.
Başqa bir fakta diqqət yetirək. 12 oktyabr 2014-cü il tarixli mitinqdə qondarma “Milli şura”nın mitinq şousunda “İŞİD” bayrağının qaldırılması təsadüfi deyil. “Milli şura”da cəm olmuş radikal düşərgə nümayəndələrinin bu cür ekstremist mövqedən çıxış etmələri təəccüblü görünmür. Bundan öncə dəfələrlə məlum olub ki, dağıdıcı düşərgə, xüsusilə də radikal müxalifət partiyalarının təmsilçiləri erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edib və ən ifrat daşnaklardan belə artıq ermənilik edirlər.
Azərbaycan cəmiyyəti radikal müxalifətə etimad göstərmir
Beləliklə, radikal müxalifət cəbhəsində baş verənlər sözügedən düşərgənin təmsilçilərinin siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmiş ünsürlər olduğunu bir daha təsdiqləyir. Siyasi sistemin autsayderinə çevrilən dağıdıcı düşərgə təmsilçiləri xalqın etimadını doğrultmadıqlarından yenə də xarici qüvvələrə üz tuturlar. Hətta iş o yerə çatıb ki, radikal müxalifət bəzi xarici qüvvələrə müraciət edərək seçkilər məsələsini müzakirə predmetinə çevirir, guya bu vasitə ilə hakimiyyətə gələcəklərinə özlərini “inandırırlar”. Amma bu ünsürlər sadə bir gerçəkliyi dərk etmirlər ki, iqtidar olmaq - hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaq lazımdır.
Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin, bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad etmir.
AXCP və “Müsavat” siyasi partiya yox, təzyiq qrupu funksiyası icra edirlər
Digər tərəfdən, AXCP, “Müsavat” kimi siyasi partiyaların nümunəsində cərəyan edənlər radikal müxalifətin siyasi sistemdəki yeri və funksionallığını bəlli edir. Şübhəsiz, radikal müxalifətin fəaliyyətini anlamaq üçün ilk növbədə, analiz meyarlarını düzgün müəyyənləşdirmək gərəkdir. İlk meyar uğur faktoru olmalıdır. Yəni bu subyektlərin nəzərində uğur qazanmaq nə deməkdir? Əgər radikal müxalifət üçün siyasi nailiyyət əldə etmək hakimiyyətə gəlmək deməkdirsə, görünən odur ki, bu, mümkün olmayacaq. Çünki de-fakto radikal müxalifət nümayəndələrinin təmsil olunduğu təsisatlar artıq siyasi partiya yox, təzyiq qrupu, həmçinin missioner qrup funksiyasını icra edirlər. Təzyiq qruplarının isə hakimiyyətə gəlməsi təcrübəsi heç bir ölkədə və ya siyasi sistemdə mövcud deyil. Yəni təzyiq qruplarının fəaliyyəti müəyyən müddət üçün aktual olur, onlar aralıq dönəmi kimi səciyyələndirə biləcəyimiz zaman müddətində geri çəkilir, sonra yenidən aktuallaşırlar. Biz bunu ölkəmizdə keçirilən müxtəlif seçkilər zamanı gördük. Dolayısıyla, radikal müxalifətin real hədəfi hakimiyyətə gəlmək deyil. Onsuz da onlar bu güc və potensiala malik olmadıqlarını da dərk edirlər. Belə olan təqdirdə radikal müxalifət qruplarının siyasi partiya statusu daşımaları, yaxud siyasi sistemdə təmsil olunmaları real görünmür.
Siyasi palitranın autsayderinə çevrilən dağıdıcı müxalifət siyasi sistemdən ixrac olunmaqdadır
Tükənmişlik sindromu yaşayan AXCP, “Müsavat” kimi autsayder siyasi partiyalar radikal müxalifətin siyasi sistemdən silindiyini əyani şəkildə təzahür etdirir. Ümumiyyətlə, radikal müxalifətin siyasi palitranın autsayderinə çevrilməsinin səbəbləri çoxistiqamətlidir və başlıca olaraq aşağıdakı kimi qruplaşdırıla bilər:
- Birincisi, radikal müxalifət cəbhəsində ilk növbədə lider problemi mövcuddur. Başqa sözlə, radikal müxalifət düşərgəsində siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu şərtləndirən əsas amillərdəndir;
- İkincisi, dağıdıcı düşərgənin intellektual kadr potensialı mövcud deyil;
- Üçüncüsü, qeyd etdiyimiz kimi, cəmiyyətin ictimai-siyasi maraqlarına zidd mövqe sərgiləmək və müəyyən təzyiq qruplarının himayəsinə sığınmaq radikal müxalifətin davamlı fiaskosunu şərtləndirən növbəti faktorlardandır.
“Milli şura”nın son mitinqi radikal müxalifət düşərgəsində ciddi ziddiyyətlərin olduğunu nümayiş etdirdi
Bunlarla yanaşı, “Milli şura”nın 11 sentyabr tarixində keçirilən mitinqi radikal müxalifət düşərgəsində ciddi ziddiyyətlərin olduğunu nümayiş etdirdi. Ziddiyyətlər və qarşıdurmaların hazırkı halqası qismində isə AXCP - “Müsavat” savaşı çıxış edir. Tərəflər bir-birilərini ciddi şəkildə ittiham edir və bu “mitinq yarışı”nda qarşı tərəfdən gözlədikləri dəstəyi ala bilmədiklərini vurğulayırlar. AXCP və Müsavat Partiyası arasındakı savaşın şiddətlənməsi tərəflərin bir-birilərini “oyundan kənar” vəziyyətdə saxlamaq cəhdlərinin qanunauyğun nəticəsidir. Bütövlükdə isə, AXCP və “Müsavat” arasındakı qarşıdurmanın əsas səbəbi radikal müxalifət düşərgəsində üstünlüyü ələ almaq cəhdləridir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM