Politoloq
“Azərbaycanda demokratik inkişaf istiqamətində həyata keçirilən və idarəetmənin daha da təkmilləşməsinə xidmət edən konstitusiya islahatlarına bəzi dairələr tərəfindən qərəzli və siyasi sifarişə əsaslanan reaksiya verilir”. Bunu politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair Venesiya Komissiyasının ilkin rəyi bu baxımdan aşkar nümunədir. Bəhs olunan rəydə yer alan bir sıra məqamlar onun subyektiv, qərəzli və qeyri-təkmil xarakter daşıdığını göstərir: “Birincisi, AŞPA sədrinin sorğusu əsasında hazırlanan rəy Azərbaycan tərəfinin dinlənilmə hüququna məhəl qoyulmamasını göstərir. Tələsik və qeyri-təkmil formada hazırlanmış rəydə diqqətə çatdırılıb ki, Konstitusiyaya 29 düzəlişdən ibarət referendum aktının müzakirəsi üçün iki ay (60 gün) yetərli müddət deyil. Halbuki Venesiya Komissiyasının 29 düzəlişə dair ilkin rəyi məhz 14 gün müddətində hazırlanıb. Belə olan halda rəydə öz əksini tapmış ilk paradoks ortaya çıxır. İkincisi, Komissiyanın rəyində təyinatlı vitse-prezidentlik institutunun demokratik standartları pozduğu bildirilir. O da diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti vəzifəsini icra edə bilmədikdə, bu vəzifəni vitse-prezidentlərin yerinə yetirməsi qeyri-demokratikdir. Əlbəttə, bu yanaşma da olduqca subyektiv və qərəzli, hətta gülüncdür. Çünki az da olsa siyasi-hüquqi biliyi olanlara məlumdur ki, dünyanın heç bir ölkəsində vitse-prezidentlik institutu seçkili deyil, məhz ölkə konstitusiyasına əsasən təyin edilir. Məsələn, bu sahədə ABŞ təcrübəsi bir çox nüansları ortaya qoyur. Birləşmiş Ştatlarda vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də Birləşmiş Ştatlar Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik edir. Bütövlükdə isə, dünyada 67 ölkədə 103 vitse-prezident postu mövcuddur. Məhz bu ölkələrdə də heç bir istisnaya rast gəlinmir, yəni prezident öz səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətləri vitse-prezidentə keçir. Bu prosedur prezidentli
idarəetmə sisteminə malik olan Qərb dövlətlərinin nümunəsində Venesiya Komissiyasının ekspertlərinə yaxşı məlum olmalıdır! Üçüncüsü isə, Venesiya Komissiyasının rəyində Azərbaycan Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması məsələsinə irad bildirilib. Amma dünya təcrübəsi bu modelin inkişaf etmiş ölkələrdə, o cümlədən təkmil siyasi sistemə malik Qərb dövlətlərində tətbiq olunduğunu göstərir. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu, idarəetmə sistemində çeviklik və effektivliyi artırır, eyni zamanda, siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir”.
Politoloq əlavə edib ki, prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək: “Digər tərəfdən, bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox, 6-7 il müəyyən olunub. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olub və bu dövrdə Fransa və Türkiyədə demokratik və iqtisadi inkişaf sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib”.
Nurlan Qələndərli diqqətə çatdırıb ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair Venesiya Komissiyasının ilkin rəyi özündə ehtiva etdiyi subyektiv və qərəzli çalarlar etibarilə demokratik standartlara və beynəlxalq təcrübəyə uyğun deyil: “Ən əsası, Azərbaycanda Konstitusiya islahatları xalqın iradəsi əsasında həyata keçirilir, həmçinin bu islahatların reallaşdırılması yerli hüquqa – milli qanunvericilik sisteminə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğundur”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM