REFERENDUMUN NƏTİCƏLƏRİ NƏYİ İFADƏ EDİR?

15:06 / 28.09.2016

Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına bir sıra əlavə və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Referendumda vətəndaşların olduqca fəal iştirakı və təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibəti ona dəlalət edir ki, ümumxalq səsverməsinə çıxarılan məsələlər cəmiyyətin sosial sifarişini əks etdirir. Eyni zamanda, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi həm ölkəmizdə yüksək seçki və seçici mədəniyyətinin olduğunu təsdiq etmiş oldu, həm də seçicilərin bu məsələlərə intellektual yanaşmasını əks etdirdi.

Hər şeydən əvvəl, ölkəmizdə keçirilən ümumxalq səsverməsinin nəticələri də vətəndaşların Prezident İlham Əliyevin siyasətinə dərin inam və etimad bəslədiyini göstərdi, eyni zamanda, Prezident İlham Əliyevin adı və fəaliyyətinin inkişaf və sabitliklə assosiasiya olunduğunu ifadə etdi. Azərbaycan vətəndaşları referenduma çıxarılan məsələlərə “HƏ” deməklə, əslində, dövlətimizin başçısının uğurlu, milli maraqlara əsaslanan siyasətinə yüksək qiymət verdilər. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin yeni binasının iclas zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd edib ki, referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir: “Dünən keçirilən referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Bütövlükdə, referendumun nəticələrinin əks etdirdiyi bir sıra nüanslara xüsusi diqqət yetirmək gərəkdir:

Əvvəla, mütərəqqi bir yenilik kimi vitse-prezidentlik institutunun yaradılması təklifi xalqımız tərəfindən birmənalı şəkildə müsbət qarşılandı. Bu, xalqımızın yeni idarəetmə institutunun yaradılmasını olduqca müsbət qarşıladığını əks etdirdi. Ölkə vətəndaşları əmindirlər ki, vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsinə, onun funksionallığının artırılmasına, o cümlədən fors-major hallarda dövlət idarəçiliyinin arzuolunmaz vəziyyətə düşməsinin qarşısının alınmasına, yeni şəraitdə başlanan islahatların dairəsinin genişləndirilməsinə gətirib çıxaracaq.

İkincisi, seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin tətbiq olunmaması təklifi mütərəqqi yenilik kimi qəbul edildi. Ümumxalq səsverməsi zamanı prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsinə dair dəyişikliklərin də seçicilər tərəfindən yüksək səs çoxluğu ilə qəbul olunması ayrıca qeyd edilməlidir. Azərbaycan seçiciləri bu mütərəqqi təklifi yekdilliklə dəstəkləməklə idarəetmə sahəsində yeni keyfiyyət dəyişikliklərinə yol açacaq addımları müsbət qarşıladığını əminliklə ifadə etdi;

Üçüncüsü, ümumxalq səsverməsinin - referendumun nəticələrində əks olunan mühüm məqamlardan biri isə ölkəmizdə həyata keçirilən sosial məzmunlu siyasətin, eləcə də bu sahəyə aid islahatların vətəndaşlar tərəfindən dəstəklənməsidir. Referendum Aktının layihəsində əks olunmuş sosial məzmunlu dəyişikliklər və əlavələrə seçicilər tərəfindən birmənalı şəkildə “HƏ” deyildi;

Dördüncüsü, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ayrı-ayrı vəzifəli şəxslərin və dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətinin artırılması məsələsi də ümumxalq səsverməsi zamanı seçicilər tərəfindən birmənalı şəkildə müsbət qarşılandı. “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu əlavənin, eləcə də “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər” kimi bu və digər dəyişikliklərin qəbul olunması həm dövlət siyasətinin mərkəzində vətəndaşların durması məsələsini bir daha aşkar etdi, həm də irəli sürülmüş təkliflərin vətəndaşlar tərəfindən məmnunluqla qarşılandığını

göstərdi. Digər tərəfdən, “Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” məzmunlu əlavənin də yüksək səs çoxluğu ilə qəbul edilməsi həm vətəndaşların hüquqlarının qorunması, həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması baxımından olduqca əhəmiyyətlidir;

Beşincisi, referendumdan çıxan nəticələrdən biri də Azərbaycan xalqının öz iradəsini ortaya qoyaraq ümumxalq səsverməsi vasitəsilə anti-Azərbaycan dairələrə və radikal ünsürlərə layiqli cavab verməsi oldu. Vətəndaşlar ümumxalq səsverməsinə çıxarılan məsələləri dəstəkləməklə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına, sabitlik və tərəqqinin davamlı olmasına səs verdi. Beləliklə, Azərbaycan xalqı və dövlətini hədəf alan anti-Azərbaycan dairələrin plan və niyyətləri baş tutmadı:

Altıncısı, sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər qarşıdakı dövrdə görüləcək işlərin, həyata keçiriləcək islahatların hüquqi və siyasi bazası qismində çıxış edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM