Azərbaycan-Rusiya əməkdaşlığı: Avrasiyada mühüm geopolitik faktor kimi

11:24 / 07.11.2016

Həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində Azərbaycan həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan Respublikası artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.

Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf mərhələsində

Ölkəmiz, eyni zamanda, regional təhlükəsizliyin təmin olunmasında və bölgədə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu kontekstdə həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri uğurla davam və inkişaf etdirilir. Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır.

Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir. Bütün sahələrdə əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir. Qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verən faktorlar sırasında elmi-texniki, humanitar və iqtisadi sahədə təmasların sıxlaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığının mühüm istiqamətlərindən birini ticarət əlaqələri təşkil edir. Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Ölkələr arasında azad ticarət rejimi mövcuddur ki, bu da ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına geniş imkanlar yaradır.

Bakı-Moskva əməkdaşlığı regional təhlükəsizlik kontekstində strateji əhəmiyyət kəsb edir

Müasir dövrdə beynəlxalq münasibətlər sisteminə təsir edən əhəmiyyətli amillərdən biri regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır. Bu baxımdan əminliklə deyə bilərik ki, Rusiya-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr verir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir.

Ümumiyyətlə, regional təhlükəsizliyin təminatı, öz növbəsində, bir neçə strateji faktordan asılıdır. Əvvəla, regionda siyasi-iqtisadi proseslərə təsir etmək imkanına malik olan milli dövlətlərarası strateji əməkdaşlıq münasibətləri konstruktiv səciyyəli olmalı və ya qarşılıqlı maraqlar əsasında formalaşdırılmalıdır. İkincisi, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdəki əməkdaşlıq və tərəfdaşlıq münasibətləri simmetrik olmalı, inteqrativ meyillər üzərində qurulmalıdır. Üçüncüsü, regional miqyasda qarşıdurma və gərginlik mənbəyi qismində çıxış edən destruktiv faktorlar aradan qaldırılmalıdır. Nəhayət, yaradılan regional əməkdaşlıq platformalarının uzunmüddətli olması üçün qarşılıqlı etimad mühitinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Sadalananlara istinad edərək qeyd edə bilərik ki, Rusiya-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır.

Qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın və Rusiyanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir

Qeyd olunanlarla yanaşı, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın və Rusiyanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Bu baxımdan, bir müddət öncə Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçirilən üçtərəfli görüş xüsusilə qeyd edilməlidir. Bəhs olunan üçtərəfli Zirvə görüşü regional təhlükəsizlik və əməkdaşlıq nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb edir. Avqustun 8-də Bakıda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü Avrasiya geosiyasi məkanında yeni əməkdaşlıq formatının əsasını qoydu. Ekspertlərin də qənaəti budur ki, Azərbaycanın, İranın, Rusiyanın iştirakı ilə yaranan yeni format regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Digər tərəfdən, üçtərəfli Zirvə görüşü region ölkələri arasında qarşılıqlı etimad mühitinin dərinləşməsi baxımından böyük önəm daşıyır.

Azərbaycan-Rusiya Regionlararası Forumu ikitərəfli münasibətlərin inkişafına töhfədir

Mütəmadi olaraq təşkil edilən Azərbaycan-Rusiya Regionlararası Forumu da tərəflər arasındakı münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıyır. Noyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu bu baxımdan xüsusilə qeyd edilməlidir. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini şərh edərkən diqqətə çatdırıb ki, hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin münasibətlərində körpü rolunu oynayır. Prezidentin köməkçisi əlavə edib ki, beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan ilə Rusiya arasındakı bu Forum çox aktualdır və hər iki ölkənin maraqlarına cavab verir: "Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr hər iki ölkənin prezidentlərinin diqqət mərkəzindədir. Həm iqtisadi və siyasi sahədə, həm də sosial və mədəni əlaqələr, cəmiyyətlərarası münasibətlər kifayət qədər intensivdir. Bu intensivliyi nizamlamaq üçün belə forumlar zəruridir".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM