“DEMOKRATİYANIN BEŞİYİ”NDƏ SEÇKİ REALLIQLARI: ANTİ-DEMOKRATIN “DEMOKRATİYA” OYUNU

09:35 / 28.10.2016

Noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Artıq prezident seçkiləri öncəsi təbliğat kampaniyası çərçivəsində baş verənlər bu ölkə mediasında və beynəlxalq mətbuatda ciddi müzakirə predmetinə çevrilib. Bunu şərtləndirən başlıca səbəblərdən biri budur ki, proses çərçivəsində istər teledebatlar zamanı səsləndirilən fikirlər, istərsə siyasi mübarizənin metod və formaları, istərsə də mövcud qanunvericilik çərçivəsində müşahidə edilən hüquqi boşluqlar ABŞ-da prezident seçkilərinin demokratik dəyər və ənənələrlə ciddi şəkildə uzlaşmadığını göstərir.

“GEOPOLİTİK DEMOKRATİYA” VƏ YA “DEMOKRATİYA” SİLAHI GEOPOLİTİK TƏZYİQ VASİTƏSİ KİMİ

Əsas etibarilə, ortaya çıxan mənzərə iki başlıca reallığı aşkar edir. Birincisi, öz sərhədlərindən kənarda demokratiya tələb və diktə edən ABŞ-da siyasi sistemin çoxsaylı qüsurları mövcuddur, xüsusilə də seçki sistemi qeyri-təkmil və antidemokratikdir. İkincisi isə, prezidentliyə namizədlər arasında siyasi mübarizənin metod və formaları bu ölkədə siyasi mədəniyyət səviyyəsinin olduqca aşağı olduğunu göstərir.

Ümumiyyətlə, dünya siyasətinin başlıca tendensiyalarını müəyyən edən bu hegemon güc mərkəzi beynəlxalq ictimaiyyətə “demokratik dəyərlər” aşılamağa və ya “demokratiya dərsləri” verməyə çalışsa da, öz daxilində müşahidə edilən anti-demokratik proseslər reallıqların nədən ibarət olduğunu göstərir. Xüsusilə də, hər prezident seçkiləri zamanı seçki prosesinin bütün mərhələlərində müşahidə olunan ciddi çatışmazlıqlar və qüsurlar siyasi ekspertlər, hüquqşünaslar tərəfindən xüsusi müzakirə predmetinə çevrilir. Bu ölkədə mövcud seçki qanunvericiliyi, seçkilərin keçirilmə üsul və formaları, eləcə də bir sıra prosedurlar ciddi tənqid obyektinə çevrilməkdədir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2012-ci il noyabrın 6-da ABŞ-da keçirilmiş prezident seçkilərinin yekunlarına dair hesabatında seçkilərdə çoxsaylı nöqsanların və çatışmazlıqların olduğunu bəyan etməsi, əslində, seçki sisteminin qüsurlarını ortaya qoymuşdu. “Səsvermə hüququnun reallaşdırılması, səslərin sayılmasında dəqiqlik, seçki qərargahlarının maliyyələşdirilməsinin şəffaflığı, səslərin sayılması proseduru və buraya beynəlxalq müşahidəçilərin buraxılması kimi məsələlərdə yol verilən kobud nöqsanlar böyük narahatlıq yaradır”, - deyə Büronun hesabatında bildirilmişdi. Həmin seçkiləri müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyası belə bir qənaət ifadə etmişdi ki, Birləşmiş Ştatların seçki sistemində özünü göstərən ciddi qüsurlar bütövlükdə demokratik prosedurları, şəffaflığı şübhə altına alır: “Biz bütün ölkə boyu tətbiq oluna biləcək ümumi seçki qaydalarının mövcud olmadığını aşkarladıq. Bu, ölkənin seçki sistemini zəiflədir, prosesin şəffaflıq və bütövlüyünə təsir göstərir. Mənfi təsir özünü seçicilərin qeydiyyatı və elektron səsvermədə xüsusilə büruzə verir”.

Nümayəndə heyətinin rəhbəri Co Suares diqqətə çatdırmışdı ki, ATƏT müşahidə missiyası ABŞ-a bu yanaşmanı nəzərə alaraq ölkənin bütün seçki sisteminə tətbiq olunacaq standartlar hazırlamağı tövsiyə edir.

Beləliklə, ortaya çıxan nəticə budur ki, demokratik dəyər və ənənlərə məhəl qoymayan ABŞ öz sərhədlərindən kənarda “demokratiya” tələbi ilə çıxış etməklə özünün “geopolitik demokratiya” məhfumunun mahiyyətini aşkar edir, başqa sözlə, “demokratiya” silahından geopolitik oyunlar vasitəsi kimi istifadə etdiyini nümayiş etdirir.

ABŞ QANUNVERİCİLİYİ SEÇKİLƏRDƏ XALQIN İRADƏSİ VƏ SUVERENLİYİNİ MƏHDUDLAŞDIRIR

Bütövlükdə, ABŞ-da seçki reallıqlarını anlamaq üçün bir sıra məqamlara nəzər salmaq məqsədəmüvafiqdir. Əvvəla qeyd edək ki, ABŞ-da prezident xalqın deyil, seçici kollegiyalarının səsi ilə seçilir. Seçicilər kollegiyaları, onlar isə ümumi səsvermə vasitəsilə prezidenti seçirlər. Seçici kollegiyaları əsasən Nümayəndələr Palatasında və Senatda ayrı-ayrı ştatları təmsil edirlər. Bundan başqa, səsvermə prosesi zamanı müəyyən paradokslar da müşahidə edilir. Məsələn, səs verənlər bəzi hallarda öz seçimlərini rəqib partiyanın namizədinin lehinə edirlər ki, bu da kollegiyaların fəaliyyətində şahid olunan ziddiyyətlər sırasında yer alır. Digər arxaik metod isə bundan ibarətdir ki, prezidentliyə namizədlərdən heç biri yetərli sayda (270-dən çox) səs toplamasa, o zaman Nümayəndələr Palatası daha çox səs toplamış namizədi prezident elan edir ki, bu da bütövlükdə demokratiyanın mahiyyətini əks etdirən xalqın iradəsi və suverenliyinin məhdudlaşdırılmasıdır.

BİRLƏŞMİŞ ŞTATLARIN SİYASİ SİSTEMİ PLÜRALİZMİ İSTİSNA EDİR

Beynəlxalq miqyasda ABŞ siyasi sisteminin ən çox tənqid edilən neqativ cəhətlərindən biri məhz siyasi plüralizmin olmamasıdır. Belə ki, ölkədə federal səviyyədə 38 partiyanın fəaliyyət göstərməsinə, hər siyasi partiyanın namizəd irəli sürmək hüququnun mövcud olmasına baxmayaraq, seçki marafonunda yalnız iki partiyadan olan namizədlərin yer almasına icazə verilir. Məsələn, 2012-ci il prezident seçkilərində müxtəlif ştatlarda 32 namizəd irəli sürülmüş, hər hansı bir maneə və ya hüquq pozuntusu olmamasına rəğmən, bunlardan yalnız 4 nəfərin adı seçki bülleteninə salınmışdı, hətta nəticədə iki partiya nümayəndəsi prezidentlik postu uğrunda mübarizəyə buraxılmışdı.

SEÇKİLƏR ZAMANI CİDDİ QANUN POZUNTULARI VƏ ÇATIŞMAZLIQLARIN MÜŞAHİDƏ OLUNMASI ƏNƏNƏ HALINI ALIB

Bu ölkədə fəaliyyət göstərən hüquqşünaslar və siyasi ekspertlər seçicilərin qeydə alınması zamanı müşahidə olunan çatışmazlıqların və qanun pozuntularının artıq ənənə halını aldığını diqqətə çatdırırlar. Məhz sonuncu prezident seçkilərində də müşahidə olunan bu hal dünya mətbuatının diqqət mərkəzində olub. Belə ki, ABŞ mətbuatının yazdığına görə, hər beş nəfərdən bir amerikalının adının seçici siyahısına düşməməsi (təxminən seçicilərin 20 faizinin qeydə alınmaması), 25 milyona yaxın seçici barəsində məlumatların qeyri-dəqiqliyi, 3 milyona yaxın vətəndaşın eyni zamanda bir neçə ştatda qeydə alınması faktları ABŞ seçki mühitinin neqativ reallıqları sırasında yer alıb. Bu ölkə mətbuatının məlumatına görə, 2012-ci ildə keçirilmiş prezident seçkilərində səsvermə hüququna malik 26 milyon vətəndaş seçici kimi qeydə alınmayıb, 5,9 milyon vətəndaş cinayət törətməkdə ittiham olunduğundan səsvermə hüququndan məhrum edilib, 6 milyon vətəndaşın isə seçici siyahılarında adına rast gəlinməyib.

SEÇKİ PROSESİNİ TƏNZİMLƏYƏN MÜSTƏQİL MƏRKƏZİ ORQANIN OLMAMASI XAOS MÜHİTİNİ ŞƏRTLƏNDİRİR

Bundan başqa, prezident seçkiləri zamanı ABŞ seçki sisteminin qüsurlarını ortaya çıxaran və ciddi iradların meydana çıxmasını şərtləndirən hallardan biri isə seçkilərin keçirilməsi üzrə fəaliyyət göstərən orqanların tənzimləyici mexanizm rolunda çıxış etməməsidir. Məlumdur ki, bu ölkədə prezident seçkilərinin keçirilməsi üzrə müstəqil mərkəzi orqan yoxdur, buna görə də seçkiləri tənzimləmək üçün 2 federal seçki komissiyası fəaliyyət göstərir. Bu orqanlar isə daha çox maliyyə məsələlərini tənzimləyir və həmin strukturların tərkibi ikipartiyalı sistem əsasında formalaşıb ki, bu da qurumların sağlam, ədalətli və obyektiv fəaliyyətinə mane olur, daha çox ziddiyyət və qarşıdurmalar müşayiət olunur. Beləliklə, seçkilər daha çox korporativ rəqabət platformasında “tənzimlənir”, bir növ, “idarəedilən xaos” ortaya çıxır.

ÖZ SƏRHƏDLƏRİNDƏN KƏNARDA DEMOKRATİYA TƏLƏB VƏ DİKTƏ EDƏN ÖLKƏDƏ SAĞLAM RƏQABƏT MÜHİTİ YOXDUR

Eyni zamanda, seçki qanunvericiliyi təkmil və demokratik olmadığından seçki prosesinə böyük məbləğdə maliyyə vəsaitləri xərclənir və güclü maliyyə dəstəyinə malik olmayan - müəyyən lobbi təşkilatlarından və iri korporasiyalardan dəstək ala bilməyən namizədlər seçki prosesindən kənarda qalırlar. Təsadüfi deyil ki, 2012-ci ildə keçirilmiş prezident seçkilərini müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyasının rəhbəri Co Suares Birləşmiş Ştatlardakı seçkilərin maliyyə tərəfinin də ciddi problemlər və çatışmazlıqlara yol açdığını diqqətə çatdırıb: “Seçkilərdə hər bir namizəd üçün fantastik məbləğdə maliyyə vəsaiti ayrılıb. Bizim ümumi rəyimiz belə idi ki, bu seçkilərdə hər şeyi pul həll edib. Məhz bunu biz neqativ təbliğat və çirkli kampaniya adlandırırıq”.

BEYNƏLXALQ TƏŞKİLATLARIN NÜMAYƏNDƏLƏRİ TƏHDİD EDİLİR VƏ YA CİDDİ TƏZYİQLƏRƏ MƏRUZ QALIRLAR

Nəhayət, bu ölkədə seçkilərin beynəlxalq təşkilatlar tərəfindən müşahidə edilməsinə embarqo qoyulub. Belə ki, təkcə Missuri, Nyu-Meksika və Cənubi Dakota ştatlarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini müşahidə etmələrinə icazə verən qanunlar qəbul edilib. Texas ştatının prokuroru Qreq Ebbotun ATƏT DTİHB-nin tərkibində olan müşahidəçilərin seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlığı isə “demokrat”ın anti-demokratik reallığını növbəti dəfə aşkar etmişdi. O, hətta “ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir” deməklə Birləşmiş Ştatların hansı mövqedə durduğunu bəyan etmişdi. Bundan başqa, ABŞ administrasiyası DTİHB-nin müşahidəçi missiyasının fəaliyyətinə qadağalar qoymuş və onların heç bir iradını qəbul etməmişdi. ABŞ-da ştatların birinin qubernatoru isə müşahidəçiləri həbs olunmaqla təhdid etmişdi. 

Göründüyü kimi, “demokratiyanın beşiyi”ndə seçkiləri müşahidə etmək istəyən beynəlxalq təşkilatların nümayəndələri təhdid edilir və ya ciddi təzyiqlərə məruz qalırlar.

NAMİZƏDLƏRIN DEBAT - POLEMİKA FORMASI BU ÖLKƏDƏ SİYASİ MƏDƏNİYYƏT SƏVİYYƏSİNİ ƏKS ETDİRİR

Bunlarla yanaşı, Demokratlar Partiyasından namizəd Hillari Klintonla Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında baş tutan teledebatlar zamanı səsləndirilən qeyri-etik fikirlər, həmçinin qarşılıqlı ittihamlar namizədlər arasında siyasi mübarizənin hansı metodlarla aparıldığını aşkar edir.

Bir çox suveren milli dövlətlərə “seçki demokratiyası” məfhumunu əldə bayraq edərək təzyiq göstərən, dünyaya “demokratiya dərsləri” verməyə çalışan Birləşmiş Ştatlarda prezident seçkiləri fonunda ortaya çıxan mənzərə bu ölkədə siyasi mədəniyyət səviyyəsinin göstəricisi kimi çıxış edir. Daha da dəqiqləşdirsək, Klinton-

Tramp mübarizəsinin rəqabət və aşkarlıq mühitində aparıldığı görüntüsü yaradılsa da, prezidentliyə namizədlərin debat xarakterli dialoqunun (oxu: qarşılıqlı ittiham və ziddiyyətlərin) fonunda ortaya çıxanlar bu ölkənin siyasi sisteminin siyasi etika, mədəniyyət kimi spesifik dəyərlərdən uzaq olduğunu aşkar edir.

TRANSMİLLİ MEDİA İLƏ SİNXRON FƏALİYYƏT GÖSTƏRƏN ABŞ MƏTBUATI ÖZÜNÜ NECƏ İFŞA EDİR?

Birləşmiş Ştatlarda prezident seçkilərinin təbliğat kampaniyası dövründə müşahidə edilən reallıqlardan biri isə Qərb mediasının qeyri-obyektiv davranışları - müəyyən siyasi təlimat və direktivlərə əsaslanan fəaliyyətidir. Xüsusilə də ABŞ mediası, bu ölkədə müəyyən dövlət və hökumət qurumlarının mətbu orqanları birtərəfli təbliğat aparmaqla həm Amerikasayağı "demokratik ənənə"lərə sadiqlik nümayiş etdirirlər, həm də seçki kampaniyasının transmilli KİV-də necə işıqlandırılması gerçəkliyini bütün dünyaya nümayiş etdirirlər. Bu kontekstdə bir neçə nüansa nəzər yetirmək məqsədəmüvafiqdir.

Əvvəla qeyd edək ki, dünya mətbuatı bu ölkədə seçki sisteminin qüsurlarından, teledebatlar zamanı ortaya çıxan neqativ mənzərədən bəhs etdiyi halda, ABŞ mediası buna etinasız yanaşır, üstəlik, bu barədə hər hansı bir informasiya yayan mətbu orqanlara, eləcə də ekspertlərə qarşı total ideoloji hücumlar təşkil edir. Bu isə "demokratiyanın beşiyi"ndə söz, mətbuat azadlığının, fikir plüralizminin səviyyəsini göstərir. İkincisi, ABŞ mətbuatında və transmilli mediada total şəkildə Demokratlar Partiyasının namizədinin təbliğatının aparılması, onun fikirləri və fəaliyyətinin önə çəkilməsi bu prosesin vahid mərkəzdən idarə edildiyini göstərir. Hətta birtərəflilik – neytrallıq görüntüsü yaradılan informasiyalarda belə Demokratlar Partiyasının namizədinin lehinə ictimai dəstək yaratmaq niyyəti aşkar olaraq sezilir. Məsələn, iki nəşr istisna olmaqla bütün ABŞ mətbuatının "Hillari Klintona daha çox milyarder dəstək verir" başlıqlı xəbəri ictimaiyyətdə Demokratlar Partiyasının qələbə qazanmaq şansının daha çox olduğuna dair rəy yaratmaq məqsədinə xidmət edir. Xəbərdə qeyd olunur ki, bəhs edilən namizədin seçki kampaniyası ilə bağlı fonda 70 milyon dollar vəsaitin yığıldığı bəllidir, Respublikaçı Donald Trampın seçki fondunda 18 milyon

dollar vəsait yığılıb. Bunun ardınca isə həmin mətbu orqanlar ABC telekanalının keçirdiyi sorğunun nəticələrini yayaraq hazırda Hillari Klintonun rəqibini 12 faiz üstələdiyini dövriyyəyə buraxıblar. Bundan başqa, Qərb ölkələrində, eləcə də Avropada fəaliyyət göstərən transmilli media strukturları da bu məsələdə ABŞ mətbuatı ilə sinxron fəaliyyət göstərir, eyni məzmunlu materialları yayımlayırlar. Məsələn, Avropanın aparıcı media qurumlarının hamısı eyni tarixdə və formatda "ABŞ prezidentliyinə namizəd Hillari Klinton dünya əhalisinin əksəriyyətinin dəstəyini qazanıb" başlıqlı xəbəri yaymaqla vahid mərkəzdən idarə olunduqları gerçəkliyini dünyaya nümayiş etdirirlər. Hətta mühüm sorğu mərkəzləri kimi tanınan ictimai təşkilatlar da bəhs olunan transmilli media qurumları ilə koordinasiyalı fəaliyyət göstərirlər. "Gallup İnternational" təşkilatının 45 ölkədə keçirdiyi və Demokratlar Partiyasının lehinə olan sorğunun nəticəsinin "Dünya ölkələri Hillari Klintonu dəstəkləyir" formasında təqdim olunması və bunun həm ABŞ, həm də Qərbi Avropa mediasında geniş işıqlandırılması reallıqların üzərinə növbəti dəfə işıq salır. Trampın lehinə olan ictimai sorğunun nəticələrinin isə yalnız iki mətbuat orqanında dərc edilməsi ABŞ mediasının hansı direktivlər əsasında fəaliyyət göstərdiyini – necə və nə üçün səfərbər olunduğunu ortaya qoyur.

Bütün bunların müqabilində isə Donald Trampın ölkə KİV-lərini seçkiqabağı kampaniyanı qərəzli işıqlandırmaqda ittiham etməsi təsadüfi deyil. "Fox News" telekanalının canlı yayımında çıxışı zamanı bu məsələyə toxunan Tramp ABŞ-da KİV-in obyektiv fəaliyyət göstərmədiyini, neytral olmadığını, həmçinin seçki kampaniyasını birtərəfli işıqlandırdığını diqqətə çatdırıb. O, Floridada tərəfdarları ilə görüşdə isə "Birlikdə fırıldaqçı və korrupsiyaya bürünmüş mediaya qalib gələcəyik. Burada KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur" deməklə ABŞ mətbuatının və transmilli medianın təbliğat kampaniyası ərəfəsində baş verənləri necə işıqlandırdığını bu ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Beləliklə sadalananlar ona dəlalət edir ki, "qlobal dövlət" fəlsəfəsinə xidmət edən, "demokratiya", "insan hüquqları" kimi məfhumlardan istifadə edərək ayrı-ayrı ölkələrə

qarşı "qara piar" kampaniyası aparan, ikili standartlar əsasında fəaliyyət göstərən Qərb mətbuatı – transmilli media öz "ənənə"sinə sadiqdir. Yəni bu media orqanları növbəti kampaniya ərəfəsində də vahid mərkəzdən idarə olunur, konkret direktivlər əsasında fəaliyyət göstərirlər. Bir sözlə, ABŞ-da prezident seçkilərinin təbliğat kampaniyası dönəmində müşahidə edilənlər Qərb mediasının iç üzünü məhz bu cür ortaya qoyur – transmilli medianın gerçək mahiyyətini aşkar edir...

REALLIQLAR ABŞ-IN “DEMOKRATIYA MİFİ”NI PUÇ EDİR

Bütövlükdə, “Soyuq müharibə”dən sonrakı dövrdə - postbipolyar beynəlxalq münasibətlər sistemində hegemon güc mərkəzi kimi ABŞ dünya ictimaiyyətinə “demokratik dəyərlər” aşılamağa çalışsa da, bu ölkənin öz daxilində müşahidə edilən anti-demokratik proseslər, həmçinin siyasi mədəniyyət səviyyəsi reallıqların nədən ibarət olduğunu göstərir. Bütün hallarda Birləşmiş Ştatlarda prezident seçkiləri ərəfəsində ortaya çıxan mənzərə beynəlxalq miqyasda təəccüblə qarşılansa da, bu hegemon güc mərkəzinin siyasi sistemi öz ənənələrini növbəti dəfə bütün dünyaya təzahür etdirir. Başqa sözlə, ABŞ-ın “demokratiya mifi” bütün dünyanın nəzəri qarşısında öz gerçək mahiyyətini nümayiş etdirir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM